Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də
qoyulmuşdu.
Həbsindən sonra X.İsmayıla qarşı yeni ittihamlar - Cinayət Məcəlləsinin 179.3.2
(mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz
sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui istifadə) maddələri maddəsi ilə ittiham irəli sürülüb.
X.İsmayıl, onun vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd edirlər və siyasi
xarakterli olduğunu bildirirlər.
1 sentyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella
Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X.İsmayıla hökm oxunub. Məhkəmə Xədicə
İsmayıla Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət
verilib. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (qanunsuz
sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb
olduqda) maddələri ilə yekun olaraq 3 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7
il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə
saxlayıb.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
10
5. Seymur Həzi Məşgül oğlu.
Saxlanma tarixi: 29 avqust 2014 cü il.
İttiham: CM-nin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq
etməklə törədildikdə) maddəsi.
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: “Azadlıq” qəzetinin şərhçisi, "Azərbaycan saatı" proqramının
aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi 2014-cü ilin avqust ayının 29-
da saxlanılıb. Ceyranbatan qəsəbəsində Məhərrəm Həsənova adlı şəxs S.Həziyə
yaxınlaşaraq sosial şəbəkədə göndərdiyi mesaja cavab verməməsinin səbəbini soruşub
və "cavab gözləmədən" S.Həziyə hücum edib.
Bundan bir neçə dəqiqə sonra S.Həzi əraziyə gələn polislər tərəfindən saxlanılıb.
2014-cü ilin avqust ayının 30-da Abşeron rayon Məhkəmənin qərarı ilə S.Həzi
barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib.
2015-ci ilin yanvar ayının 29-da Abşeron Rayon Məhkəməsində hakim Şövkət
Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə S.Həzi haqqında 5 il azadlıqdan
məhrumetmə hökmü çıxarılıb. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə
6 ay azadlıqdan məhrum edilib.
5 sentyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi Seymur Həzinin
birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətini təmin
etməyib.
Məhkəmə prosesi zamanı vəkilləri və S.Həzi ona qarşı irəli sürülən ittihamı qəbul
etməyib, ittihamı siyasi sifarişlı olduğunu bildiriblər.
6. Quliyev Araz Faiq oğlu
Saxlanma tarixi: 9 sentyabr 2012-ci il
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın
pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
11
hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini
mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü
(Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının
Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Quliyev Masallıda yerləşən www.xeber44.com internet
qəzetin baş redaktorudur, bu saytda yayılan məqalələr əsasən hakimiyyətin din
sahəsində apardığı siyasətin tənqidinə, o cümlədən Masallı rayonunda olan sosial
problemlərə həsr edilirdi. Bu saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi
tarixdən əvvəl də dəfələrlə polis bölməsinə aparılıb, ona fəaliyyətinin dayandırmalı
olduğu barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıq yerli icra hakimiyyəti tərəfindən
də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl, yəni 2012-ci il sentyabrın 6-da cənab
Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz oğlu polis
və mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq döyülüblər və Masallı rayon
Polis Şöbəsinə aparılıblar. Onlar rəis müavini Əlifağa Kazımovun göstərişi ilə gecə
saat 03.00 radələrində sərbəst buraxılıblar.
Sentyabrın 8-də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov
Ziya İbrahim oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində
Nizami parkında təşkil edilmiş diskotekaya etiraz ediblər və tənqidi material
hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün təşkilatçıları axtarmağa başlayıblar.
Lakin ərazidə olan polislər hər iki şəxsi ərazidən uzaqlaşdırıb. Bundan 2 saat sonra
yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov diskotekanın sona
çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis maşını
onlara yaxınlaşmış və rəis müavini Əlifağa Kazımov onlarla 30 dəqiqəyə qədər söhbət
etdikdən sonra ərazini tərk etmişdir. Bundan dərhal sonra 25-30 nəfərlik mülki
geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra
hadisə ərazisinə gələn polislər hər iki şəxsi döyərək həbs etmişlər. Jurnalistə qarşı
xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli sürülmüşdür. Jurnalistin
həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində axtarış aparılmış və
evdən cənab Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilmişdir. 2012-ci ilin
dekabrında cənab Quliyevə qarşı baş redaktoru olduğu internet qəzetdə yayılan
məqalələrdə dini düşmənçiliyin salınması, ictimai asayişin pozulması, silah saxlama,
dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülmüşdür. Jurnalist
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya
Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü
dəyişdirmədən qüvvədə saxlamışdır.
Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin
edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə
verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə
araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri Şirəliyev Nahid nə
oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və
qumbaranın aşkar edildiyini təsdiqləyib), o, işlədiyi fəhlə bazarından həmkarı ilə
birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində
onların hər birinə 20 AZN verildiyini Şirvan Apellyasiya Məhkəməsində bildirib.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
12
Zərərçəkmiş kimi tanınan şəxslərin heç biri cənab Quliyevlə istintaq zamanı
üzləşdirməyiblər, onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni
ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə
xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi
iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin materiallarında
aşkarlanmayıb.
7. Həsənov Tofiq Xasay oğlu
Saxlanma tarixi: 12 oktyabr 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri,
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə,
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi.
Saxlandığı yer: Kürdəxanı İstintaq Təcridxanası.
İş üzrə qısa arayış: Tofiq Həsənli 12 oktyabr 2015-ci ildə, axşam saat 9 radələrində
oğurlanaraq naməlum istiqamətə aparılıb. Beş gün sonra qohumları onun Bakı İstintaq
Təcridxanasında (Kürdəxanıda) olmasını biliblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq
Radiosuna deyib ki, şair Tofiq Həsənli qanunsuz olaraq külli miqdarda narkotik
satmaqda şübhəli bilindiyinə görə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin
234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri
seçilib.
45 yaşlı şair Tofiq Həsənli Lənkəranda yaşayıb. O, dükanda satıcılıq edirmiş. Şairin
anası Zərifə Cəlalova bildirib ki, oğlu saxlanıldığı gün dükandan çıxmağa
hazırlaşırmış. O dükanı bağlayıb çıxmaq istəyəndə içəri narkotik istifadəçisi olan şəxs
girib. Ananın sözlərinə görə oğlu həmin şəxsi küçəyə çıxarıb dükanı bağlayıb. Tofiq
Həsənli Lənkərandakı bazarın qarşısına gələndə isə bir neçə nəfər onu saxlayıb
Lənkəran rayon Polis Şöbəsinə aparıb.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
13
Zərifə Cəlalova oğlunun yazdığı satirik şeirlərə görə həbs edildiyini bildirir. “Söz
azadlığıdırsa, mənim də balam söz deyib, şeir yazıb. Bundan ötrü adamı tutarlar?
Mənim balamı tutublar. Ayıb olsun onu tutanlara. Mənim balamın üstünə şər atırlar”,
deyə o, bildirib.
Tofiq Həsənlinin yaxınları onun şeirlərinə görə həbs olunduğunu bildirirlər. Şair
2015-ci ilin yanvarında Azadlıq Radiosuna müsahibəsində demişdi ki, şeirlərinə görə
hədələnir və onu həbs etmək istəyirlər.
Tofiq Həsənli hakimiyyəti tənqid edən satiriq şeirləini videoya çəkərək
www.youtube.com-a yerləşdirib öz facebook səihəsində paylaşırmış.
8. Kərimov Fərəc Raqif oğlu
Saxlanma tarixi: 23 iyul 2014-cü il
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri satma, külli
miqdarda törədildikdə) maddəsi
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Müxalif Müsavat Partiyasının
Gənclər Təşkilatının üzvü olan (Həbsindən sonra partiyanın başqan müavini təyin
edilib) cənab Kərimov partiyanın rəsmi saytı www.musavat.org.az-un idarəçisidir.
Bundan başqa o sosial şəbəkələrdə fəallığı ilə seçilmiş və tənqidi materialların
yayılması üçün çoxsaylı üzvləri əhatə edən qrupların yaradıcısı və idarəçisi olmuşdur.
Cənab Kərimov Facebook-da 100000-dən artıq üzvü olan və təxminən bir il əvvəl
bağlanan “İstefa” qrupunun idarəçisi olmuş, bu qrup bağlandıqdan sonra “BASTA”
qrupunu yaratmışdır. Hakimiyyəti tənqid edən bu qrupun 116000-ə qədər üzvü var.
Cənab Kərimov iyulun 23-də anasını xəstəxanaya apararkən (qardaşı bir neçə gün
əvvəl həbs edildiyi üçün anası iflic olmuşdur) qara maskalı şəxslər tərəfindən
saxlanılaraq aparılmış, onun barəsində saatlarla heç bir məlumat almaq mümkün
olmamışdır, nəticədə cənab Kərimovun yaxınlarına və vəkilinə saxlanması barədə
məlumat vermək hüququ pozulmuşdur. Nərimanov rayon Məhkəməsi iyulun 25-də
sosial şəbəkə fəalı barədə onun vəkilinə xəbər etmədən 3 aylıq həbs qətimkan
tədbirinin seçilməsi barədə qərar qəbul edib, qərarda cənab Kərimovun Bakı İstintaq
Təcridxanasına köçürülməli olduğu vurğulansa da, o, həbsi həyata keçirmiş Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılmışdır, vəkili onunla yalnız
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
14
avqustun 1-də məhkəmədə görüşə bilmiş, vəkilə müdafiə etdiyi şəxslə görüş hüququ
isə yalnız avqustun 2-də tanınmışdır. Fərəc Kərimov yalnız iyulun 30-da dörd gün
aclıq aksiyası keçirdikdən sonra Bakı İstintaq Təcridxanasına köçürülmüşdür.
Fərəc Kərimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində
saxlanılarkən fiziki təzyiqə və şantaja məruz qaldığını, zorla ifadə verməyə məcbur
edildiyini bildirmişdir. 6 may 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə F.Kərimov 6 il 6 ay azadlıqdan məhrum edilib.
Cənab Kərimovun həbsindən bir neçə gün öncə onun qardaşı Sirac Kərimov da eyni
ittihamla həbs edilmiş, evdə axtarış zamanı atalarına məxsus noutbuk da götürülmüş
və müstəntiqlə söhbət zamanı atasına müxalif mövqeyi ilə bağlı suallar vermişlər.
9.
Məmmədov Hilal Əlif oğlu
Saxlanma tarixi: 21 iyun 2012-ci il
İttiham: CM-nin 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya
saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma,
göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 274
(Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının
suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya
müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə,
casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı
düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların
nümayəndələrinə kömək etmə) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini
mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Cənab Məmmədov talış dilində dərc edilən “Tolışi Sədo”
qəzetinin baş redaktorudur və eyni zamanda həbsinə qədər hüquq müdafiə fəaliyyəti
ilə də məşğul olurdu. Həm qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən Facebook-da
hakimiyyətin yürütdüyü siyasətlə bağlı sərt tənqidi fikirlər səsləndirmişdir. Cənab
Məmmədova qarşı ilkin olaraq narkotik maddə ittihamı irəli sürülsə də, sonradan ona
qarşı narkotik ittihamı ilə heç bir əlaqəsi olmayan daha ağır ittihamlar irəli sürüldü.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli qərarı ilə 5 il
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
15
müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il
dekabrın 25-də bu qərardan verilən şikayəti təmin etməyib.
Jurnalist Amnesty Internaional təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb
5
,
onun saxta ittihamlarla həbs edilməsi və azadlığa buraxılmasının zəruriliyi ATƏT-in
Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatında
6
və Avropa Şurası İnsan Haqları
Komissarının hesabatında öz əksini tapıb
7
.
10. Məmmədov Ömər Elyar oğlu
Saxlanma tarixi: 24 yanvar 2014-cü il
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda
törədildikdə) maddəsi
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi.
İş üzrə qısa arayış: Sosial şəbəkələrdə, xüsusən Facebook-da fəal olan cənab
Məmmədov bu sosial şəbəkədə satirik “AzTV-dən seçmələr” səhifəsinin
yaradıcılarından və adminlərindən biri olub. Bloqu
8
olan cənab Məmmədov bir qrup
gənclə “Axın” Hərəkatını təsis edib. 1995-ci il doğumlu cənab Məmmədov Vətəndaş
Həmrəyliyi Partiyasının da üzvüdür.
Cənab Məmmədov 2014-cü il yanvarın 20-də axşam saatlarında Bakıya qayıdıb (o
Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin
tələbəsidir), yanvarın 21-də səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinə aparılıb, onun noutbukuna baxış keçirilib və sosial şəbəkədəki
fəaliyyətini bir daha yoxlayıblar, müəyyən ediblər ki, onun artıq heç bir fəal onlayn
fəaliyyəti yoxdur və bundan sonra cənab Məmmədov sərbəst buraxılıb. Yanvarın 24-
də isə, o, mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə
İdarəsinə aparılıb, burada onun üzərindən 6 qram heroin aşkarlandığı iddia edilib və
ona qarşı ittiham sürülüb. Həmin günü Nəsimi rayon Məhkəməsinin qərarı ilə blogger
barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
2013-cü ilin noyabrında Facebook-da olan “Yaltaqlara dur deyək” səhifəsinin admini
Əbdül Əbilov həbs edilən zaman cənab Məmmədov polis tərəfindən axtarılıb, onun
5
http://bit.ly/1gJG6nt
6
http://bit.ly/O5n8Lm
7
http://bit.ly/1gpkKdm
8
http://bit.ly/1o7W7rs
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
16
Bakıda olmadığı müəyyən edildikdən sonra bloggerin atası Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bloggerin Facebook-dakı fəaliyyətinə
görə onun atasına təzyiqlər edilib, hətta atasının telefonu ilə Kiprdə olan cənab
Məmmədovla telefon əlaqəsi yaradılıb, ondan bütün işlətdiyi səhifələrdən
uzaqlaşması tələb olunub. Cənab Məmmədov hazırda 7 üzvü saxta ittihamlarla həbsdə
olan “NİDA” Hərəkatının fəal üzvlərindən biri olub, özünə və yaxınlarına edilən
təzyiqlər nəticəsində bu təşkilatdan uzaqlaşsa da, həbs edildikdən sonra yenidən ora
qayıtdığını bəyan edib. Blogger 4 iyul 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər
Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
11. Mirqədirov Rauf Həbibulla oğlu
Saxlanma tarixi: 19 aprel 2014-cü il
İttiham: CM-nin 274 (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi,
ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən
tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan
Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya
onların nümayəndələrinə kömək etmə) maddəsi
Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Uzun illər ərzində rus dilində çap edilən “Zerkalo” qəzetinin
əməkdaşı olan cənab Mirqədirov 2010-cu ildən Türkiyədə bu qəzetin müxbiri kimi
işləməyə başlayıb. Cənab Mirqədirov regiondakı vəziyyət, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın müdaxiləsi, Azərbaycan hakimiyyətinin
mövqeyinin analiz edildiyi yazılarla tanınıb.
Cənab Mirqədirov 2014-cü il aprelin 19-da “deportasiya” adı ilə Türkiyədən
çıxarılaraq Azərbaycana göndərilib. Türkiyə rəsmiləri cənab Mirqədirovun
deportasiyasına qərar verməmişdən bir neçə gün əvvəl jurnalistin Türkiyədə
akkreditasiyasını ləğv ediblər. Cənab Mirqədirov Azərbaycana çatan kimi Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, 2008-ci ildən
Ermənistana casusluq etməkdə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan
tədbiri seçilib. MTN-in istintaq təcridxanasında saxlanılan cənab Mirqədirov bəyan
edib ki, o, Sülh və Demokratiya İnstitutunun Azərbaycan-Ermənistan münaqişəsinin
həlli üzrə xalq diplomatiyası layihələri çərçivəsində dəfələrlə Ermənistanda olub,
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
17
həmişə də həmin tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə edib və heç vaxt
Azərbaycanın maraqlarına qarşı çıxmayıb, eyni zamanda ona qarşı irəli sürülmüş
ittihamları qondarma adlandırıb. Hakimiyyətin həmişə hədəfində olan Sülh və
Demokratiya İnstitutunun sədri Leyla Yunus da bu iş üzrə dindirilmək üçün faktiki
olaraq ölkədən buraxılmayıb, onun və həyat yoldaşının pasportları əllərindən alınıb,
Dostları ilə paylaş: |