Azərbaycanda siyasi məhbusların



Yüklə 4.95 Kb.
PDF просмотр
səhifə5/14
tarix01.12.2016
ölçüsü4.95 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14
törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə 
və  ya  belə  iğtişaşlarda  iştirak  etmə)  və  234.1-ci  (satış  məqsədi  olmadan  qanunsuz 
olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq 
miqdarda əldə etmə və ya saxlama) maddələri 
 Saxlandığı yer:  2 saylı Cəzaçəkmə Müəssisəsi. 
Şəxs barəsində qısa arayış: Cənab Əzizov orta təhsilini Şəki şəhərində alıb. 2010-cu 
ildən  həbs  edilənədək  Bakı  Dövlət  Universitetinin  Sosiologiya  və  Psixologiya 
fakültəsində  sosiologiya  ixtisası  üzrə  təhsil  alırdı.    2012-ci  ilin  yayında  "Nİda" 
Vətəndaş  Hərəkatına  qoşulub.    Sosial  şəbəkələrdə  aktiv  olmuş  və  Azərbaycanda 
Facebook  məkanında  məşhur  olan  satirik  "Heydər  Əliyev  adına  Səhifə"nin 
həmtəsisçisi  və  adminlərindən  olmuşdur.  2013-cü  il  yanvarın  11-də  bir  gün  sonra 
keçiriləcək "Əsgər ölümlərinə son" mitinqinə hazırlıq işləri görərkən polis tərəfindən 
saxlanılmış,  9-cu  polis  bölməsində  qeyri-insani  davranışa  və  pis  rəftara  məruz 
qalmışdır.  
 
21.  Həsənov Rəşad Zeynalabdin oğlu  
Saxlanma tarixi: 14 mart 2013-cü il                                         
 
İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların 
törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə 
və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun 
komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş 
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, 
satma,  saxlama,  daşıma  və  ya  gəzdirmə,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə) 
maddələri 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi. 
Şəxs  barəsində  qısa  arayış:  Cənab  Həsənov  orta  təhsilini  Lənkəran  Özəl  Türk 
Liseyində, ali təhsilini isə Türkiyənin Orta Doğu Texnik Universitetində alıb. 2010-cu 
il  parlament  seçkilərində  gənc  namizədlərdən  Bəxtiyar  Hacıyevin  seçki 
kampaniyasında  aktiv  iştirak  etmişdir.  Gənc  fəal  2010-cu  ildə  Müsbət  Dəyişiklik 
Gənclər Hərəkatının təsisçilərindən biri olmuş, 2011-ci ilin mart ayından 2012-ci ilin 
mayına  qədər  9  təşkilatın  təmsil  olunduğu  “Gənclərin Hüquqlarını  Müdafiə 
Komitəsi”nin  (GHMK)  idarə  heyətində  təmsil  olmuş,  5  ay  ərzində  GHMK-nın 
mülkiyyət  hüquqları  ilə  bağlı  “Maddə  13  -  mülkiyyət”  alt  komitəsinin  rəhbəri 
olmuşdur. 2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
33 
İsmayılla  birgə  Böyük  Britaniyanın  Bakıdakı  səfirliyinin  dəstəyi  ilə 
“Bakıda mülkiyyət  haqları  pozuntularının  xəritə  və  statistikası”  adlı  hesabat 
hazırlamışlar.  2012-ci  il  martın  17-də  GHMK-nın  uzun  illərdən  sonra  keçirdiyi  ilk 
razılaşdırılmış mitinqin  təşkilatçılarından və aktiv iştirakçılarından olmuşdur. Rəşad 
2012-ci  ilin  mayında  Müsbət  Dəyişiklik  Gənclər  Hərəkatını  tərk  edərək,  “NİDA” 
Vətəndaş  Hərəkatına  qoşulmuşdur.  2012-ci  ilin  sentyabrında  “NİDA”  Vətəndaş 
Hərəkatının idarə heyətinə üzv seçilmişdir. Rəşad Həsənov 2012-ci il noyabrın 4-də 
yaradılan  və  50-yə  yaxın  fəal  gəncin  təmsil  olunduğu  Gənclər  Məclisinin 
həmtəsisçisidir.   
 
22.  Rüstəmzadə İlkin Bakir oğlu 
Saxlanma tarixi: 17 may 2013-cü il                                          
 
İttiham:  CM-nin  28  (cinayətə  hazırlıq),  220.1-ci  (zorakılıqların,  talanların, 
yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları 
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və 
ya təkrar törədilən xuliqanlıq) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni 
yerinə  yetirən  və  ya  ictimai  qaydanın  pozulmasının  qarşısını  alan  hakimiyyət 
nümayəndəsinə  və  ya  digər  şəxsə  müqavimət  göstərməklə  törədilən  xuliqanlıq) 
maddələri  
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş  üzrə qısa  arayış:  Cənab Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan “Azad 
Gənclik” təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti 
təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. “Nida” Vətəndaş Hərəkatının üzvləri 
ilə  birgə  ittiham  edildiyinə  görə  elə  həbsxanada  bu  hərəkata  qoşulmuşdur.  Həbsinə 
qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.  
12  yanvar  və  10  mart  2013-cü  il  tarixlərində  Azərbaycan  Ordusunda  baş  almış 
özbaşınalıq  və  qanunsuzluqlara,  habelə  dinc  şəraitdə  əsgərlərin  ölümlərinə  etiraz 
olaraq  Facebook  vasitəsilə  Bakı  şəhərinin  mərkəzində  “Əsgər  ölümlərinə  son” 
aksiyasını təşkil etmiş, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılmışdır. Məhz bu 
aksiyalar təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlamış, o polisə çağırılmış, bir neçə 
dəfə barəsində  inzibati  həbs  seçilmişdir.  İlkin Rüstəmzadə  Azərbaycan  Dövlət  Neft 
Akademiyasında  baş  vermiş  terror  nəticəsində  həlak  olmuş  şəxslərin  anım  günü  - 
2013-cü  il  30  aprel  tarixində  gənclər  tərəfindən  təşkil  edilən  “Terrora  yox” 
aksiyasında  saxlanılaraq  15  sutka  inzibati  həbs  cəzası  almışdı.  Bu  həbs  müddəti 
bitdikdən  bir  neçə  gün  sonra  isə  Rüstəmzadə  Bakıda  Dənizkənarı  Parkda  “Harlem 
Shake”  musiqisi  altında  rəqsin  videoçəkilişlərini  apararaq  və  Youtube-da 
yerləşdirərək  xuliqanlıq  törətməkdə  ittiham  edilmiş  və    həbs  edilmişdir.  Sentyabrın 
12-də  həbsdə  olan  “Nida”  Vətəndaş  Hərəkatının  üzvləri  ilə  bərabər  ona  qarşı  da 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
34 
iğtişaşları  təşkil  etmə  və  ya  iştirak  etmə  maddəsi  ilə  yeni  ittiham  irəli  sürülmüş  və 
onun işi “NİDA” Hərəkatının fəallarının cinayət işinə birləşdirilmişdir.  
Cənab Rüstəmzadə  Amnesty  İnternational təşkilatı  tərəfindən  vicdan məhbusu  kimi 
tanınıb
20
.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                        
20
 
http://bit.ly/1gJG6nt
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
35 
 
D.  Müxalif siyasətçilər 
 
 
23.  Məmmədov İlqar Eldar oğlu 
 
Saxlanma tarixi: 4 fevral 2013-cü il                                        
 
İttiham:  CM-nin  220.1-ci  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi, 
əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə 
iğtişaşlarda  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə 
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor 
tətbiq etmə) maddələri 
Saxlandığı yer:  2 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra 
fəal  şəkildə  siyasətlə  məşğul  olan  şəxslərdən  biridir,    artıq  10  ildən  çox  müddətdə 
mövcud  olan    və  Azərbaycanda  ilk  sayılan  siyasi  bloqun  müəllifidir.  O,  Avropa 
Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın 
–  German  Marşal  Fondunun  və  Revenue  Watch  təşkilatının  Məsləhət  Şurasının 
üzvüdür
21
.   
Cənab Məmmədov 2009-cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif 
qüvvə  kimi  populyarlaşan  Respublikaçı  Alternativ  Hərəkatının  (REAL)  sədridir. 
Hərəkatın  əsas  məqsədi  Azərbaycanda  cümhuriyyətçilik  ənənələrini  bərpa  etmək, 
parlamentli  respublikaya  keçid,  effektiv  hökumət  qurmaq,  hüquq  və  azadlıqların 
birmənalı  təminat  etmək  və  s.  amallardır.  Yarandığı  vaxtdan  indiyə  kimi  REAL 
mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən 
prezident  İlham  Əliyevi  tənqid  etməklə  yanaşı,  həm  də  alternativ  proqramlar  təklif 
edib.  
Cənab  Məmmədov  2009-cu  ilin  martında  bir  nəfərin  2  dəfədən  artıq  prezident 
seçilməsi  qadağasının  götürülməsi  ilə  nəticələnən  referendumdan  sonra  ANS 
telekanalının  canlı  yayımında  bu  qadağanın  aradan  qaldırmaqla  prezident  Əliyevi 
ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham 
etmişdi. 2010-cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki 
platformasında,  xüsusən  efir  vaxtı  zamanı  hakimiyyəti  yaramaz  siyasət  aparmaqda 
ittiham etmişdi. Cənab Məmmədov 2012-ci il martın 1-də Quba şəhərində yerli icra 
başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi 
üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 
2012-ci  ilin  noyabrında  cənab  Məmmədov  parlamentin  qeyri-effektiv  fəaliyyət 
göstərdiyini  və  saxta  seçkilər  nəticəsində  seçilən  adamlardan  ibarət  olduğunu 
bildirərək  parlamenti  zooparka  bənzətmişdi.  Bundan  sonra  parlamentin  üzvü  və 
hakimiyyəti  yaxınlığı  ilə  seçilən  Adil  Əliyev  cənab  Məmmədov  barəsində  verdiyi 
                                                        
21
 
http://bit.ly/1fsL2aR
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
36 
müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki 
olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial 
siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə 
göndəriləcək  iddia  ərizəsinin  artıq  hazır  olduğunu  və  ərizənin  deputatlar  tərəfindən 
imzalanma  prosesinin  davam  etdiyini  bildirmişdi  (amma  son  olaraq  məhkəməyə 
müraciət  edilmədi).  2013-cü  il  yanvarın  19-da  Bakıda  yerləşən  Binə  Ticarət 
Mərkəzində  çalışan  şəxslər  sosial  tələblərlə  etiraz  aksiyası  keçirmişlər,  nəticədə 
polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə 
gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm 
də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş, tələblərin 
tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında 
maraqlı olmamaqda günahlandırmışdı.  
2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası 
tələbi  ilə  etirazlar  keçirilmiş,  etirazlar  qarşıdurmalara  gətirib  çıxarmışdır.  Cənab 
Məmmədov hadisədən bir gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, 
rayon  mərkəzində  jurnalistlər  və  bəzi  sakinlərlə  söhbət  etdikdən  sonra  Bakıya 
qayıtmışdır.  Bakıya  qayıdarkən  cənab  Məmmədov  Azadlıq  Radiosuna  müsahibə 
vermiş  və  etirazların  haqlı  olduğunu  bildirmişdir,  eyni  zamanda  öz  bloqunda 
insanların  səbrinin  tükəndirilməsinə  görə  yerli  icra  qurumlarını  tənqid  etmişdir. 
Bundan  əlavə,  cənab  Məmmədov  hadisələrin  baş  verməsinə  səbəb  olmuş  şəxslərin 
kimliyini  dəqiqləşdirərək  onların  Əmək  və  Əhalinin  Sosial  Müdafiə  naziri  Füzuli 
Ələkbərovun  (hazırda  vəzifədən  uzaqlaşdırılıb)  qohumları  və  yaxınları  olduğunu 
müəyyən etmiş, hadisənin baş verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin 
oğluna  məxsus  olduğunu  göstərən  rəsmi  sənədləri  taparaq  yaymışdır  (həmin  vaxt 
otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına məxsus olmaması ilə bağlı yerli 
icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).  
Cənab Məmmədov REAL Hərəkatının 2013-cü il prezident seçkilərinə namizəd idi və 
bu  barədə  onun  həbsindən  qabaq  təşkilat  daxilində  razılıq  əldə  edilmişdi.  Həbsdə 
olmasına baxmayaraq, cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan 
ciddi  maneələrə  rəğmən  namizədliyi  ilkin  olaraq  qeydə alınmış,  xeyrinə  40000-dən 
çox  imza  toplanaraq  təqdim  edilmişdir.  Lakin  Mərkəzi  Seçki  Komissiyası  əsassız 
şəkildə imzaların saxta olduğunu iddia edərək, onun namizədliyini qeydə almamışdır.  
Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra 
həbs  edildi.  Yanvarın  26-dan  etibarən  ölkədə  yayımlanan  telekanalların  əksəriyyəti 
Baş  Prokurorluq  və  Daxili  İşlər  Nazirliyinin  yaydığı  məlumata  istinad  edərək 
İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat 
Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik 
prezumpsiyasını pozmuş və cənab Məmmədovu cinayətkar adlandırmışlar.  
Yanvarın 29-da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq 
İdarəsinə  çağırılıb,  İsmayıllı  səfəri  ilə  bağlı  izahatı  alındıqdan  sonra,  o,  sərbəst 
buraxılıb.  Fevralın  4-də  yenidən  istintaqa  çağırılan  cənab  Məmmədov  barəsində 
Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs 
indiyə qədər davam edir.  
Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün 
sonra  gedib  və  İsmayıllıda  şəhərin  mərkəzi  hissəsində  cəmi  45-50  dəqiqə  çoxsaylı 
jurnalistlərin  və  İsmayıllıya  birlikdə  getdiyi  REAL  Hərəkatının  icra  katibi  Natiq 
Cəfərlinin yanında olub. Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu 
bir daha təsdiq etmişlər, o cümlədən cənab Məmmədovun şəhər mərkəzində olmasını 
və  heç  bir  iğtişaşa  çağırmadığını,  sadəcə  jurnalistlərlə  söhbət  etdiyini  və  bu  vaxt 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
37 
ümumiyyətlə heç bir aksiyanın, yaxud zorakılığın olmadığını göstərən videomaterial 
da nümayiş etdirilmişdir.  
Mobil  telefon  danışıqları üzrə  əldə edilən çıxarışlardan  görünür  ki, istintaqın cənab 
Məmmədovun  qanunsuz  hərəkətlər  etdiyi  iddia  edilən  saatlarda  o  artıq  İsmayıllı 
rayonu ərazisində olmamışdır. 
Hadisələrə  görə  təqsirləndirilən  İsmayıllı  sakinləri  cənab  Məmmədovu 
tanımadıqlarını  məhkəməyə  bildiriblər.  Prosesə  şahid  kimi  cəlb  edilmiş  2  İsmayıllı 
sakini   -  İsrafil  Verdiyev  və Rövşən  Novruzov cənab Məmmədovu  gördüklərini və 
onun gəncləri polisə müqavimət göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər 
vəkillərin  suallarını  cavablandırarkən  çoxsaylı  ziddiyyətlər  ortaya  çıxmış,  şahidlər 
cənab  Məmmədovun  istintaqın  iddia  etdiyi  yerdə  deyil,  başqa  yerdə  olduğunu 
bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı 
hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir, lakin cinayət 
işinin  materiallarından  məlum  olmuşdur  ki,  Mehdiyev  artıq  yanvarın  23-dən  həbs  
edilən şəxslərə qarşı ifadələr vermişdir. 
Cinayət  işində zərərçəkmiş  kimi tanınan  bütün şəxslər  təqsirləndirilənlərə  qarşı  heç 
bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.   
Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə  
7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.  
Cənab Məmmədovun həbsi Amnesty İnternational təşkilatı tərəfindən siyasi motivli 
təqib  adlandırılıb
22
 və  o  vicdan  məhbusu  kimi  tanınıb
23
.  Avropa  Şurası  Parlament 
Assambleyasının  (AŞ  PA)  Azərbaycan  üzrə  həmməruzəçiləri  cənab  Məmmədovun 
həbsi barədə narahatlıqlarını ifadə ediblər, Bakıya səfərləri zamanı onunla görüşüblər. 
Avropa  Şurası  İnsan  Haqları  Komissarı  Azərbaycana  səfəri  ilə  bağlı  hesabatında 
cənab  Məmmədovun  azad  edilməsinin  vacibliyini  vurğulayıb
24
.  Avropa  Parlamenti 
onun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün 2 qətnamə qəbul edib. Avropa İnsan 
Haqları Məhkəməsi 22 may 2014-cü il tarixində cənab Məmmədovun barəsində həbs 
qətimkan  tədbirinin  seçilməsi  ilə  bağlı  göndərilmiş  şikayət  üzrə  öz  qərarını 
açıqlayaraq, Avropa İnsan Haqları Konvensiyasının 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 
(təqsirsizlik  prezumpsiyası)  və  5-ci  maddə  ilə  əlaqədar  18-ci  (hüquqlarla  bağlı 
məhdudiyyətlərdən  istifadənin  hədləri)  maddələrinin  pozulmasını,  nəticə  etibarilə 
cənab  Məmmədov  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  seçilməsini  və  bu 
tədbirin  müddətinin  artırılmasını  əsassız  hesab  edib.    Məhkəmə  qərarın  143-cü 
bəndində  qeyd  edir  ki,  cənab  Məmmədov  tənqidi  siyasi  mövqeyinə  görə 
cəzalandırmaq məqsədilə həbsə atılıb.             
 
 
 
 
 
 
 
 
 
 
                                                        
22
 
http://bit.ly/QnDAbI
  
23
 
http://bit.ly/1gJG6nt
 
 
24
 
http://bit.ly/1gpkKdm
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
38 
 
24.  Sadıqov Yadigar Sadıq oğlu 
 
Saxlanma tarixi: 27 iyun 2013-cü il                                          
 
 
İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən 
əşyaları tətbiq etməklə törədildikdə) maddəsi 
 
Saxlandığı yer:  14 saylı Cəzaçəkmə Müəssisəsi. 
 
İş üzrə qısa arayış: Müxalifətdə olan Müsavat Partiyasının Başqanının müşaviri olan 
cənab  Sadıqov  həm  partiya  fəaliyyəti,  həm  də  sosial  şəbəkələrdə  aktivliyi,  konkret 
olaraq  hakimiyyətə  qarşı  sərt  tənqidi  fikirləri  ilə  fərqlənib.  Cənab  Sadıqov  cənub 
bölgəsində  yerləşən  Lənkəranda  yaşadığı  üçün  partiyanı  bu  bölgədə  təmsil  edib. 
Cənab Sadıqov 2013-cü ilin yanvar ayında Müsavat Partiyasının Başqanını Lənkərana 
dəvət etmiş və bu səfərin təşkilatçılığında fəal rol oynamış (təşkil edilmiş təxribatlar 
və maneələr nəticəsində İsa Qəmbər Lənkərana buraxılmamışdır), ümumiyyətlə, həm 
cənub  bölgəsində,  həm  də  digər  regionlarda  insan  haqlarının  pozulması  faktlarının 
yayılmasında və hüquqların müdafiə edilməsində fəal iştirak etmişdir.  
Cənab Sadıqov Lənkəranda çayxanada  mobil  telefonla  həmin  rayonun  sakini Rəşid 
Kərimovu  vuraraq  xuliqanlıq  törətməkdə  ittiham  edilib,  onun  şikayəti  əsasında 
saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.  
Cənab Sadıqov 13 yanvar 2014-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə 
6  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Şirvan  Apellyasiya  Məhkəməsi  22  iyul 
2014-cü il tarixdə bu müddəti azaldaraq cəza müddətini 4 ilə endirib.  
Sadıqovun  döydüyü  iddia  edilən  şəxsin  şikayət  ərizəsi  polis  tərəfindən  verilən 
açıqlamadan  da  əvvəl  dövlət  informasiya  agentliyi  olan  AzərTac-da  yayımlanıb. 
Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən cənab 
Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir edib və sonradan 
hər kəsin gözü qarşısında təpikləyiblər. Bununla belə şikayətçi istintaqa fərqli ifadə 
verərək onu ancaq cənab  Sadıqovun döydüyünü bildirib, məhkəmə istintaqı  zamanı 
isə  vəkillərin  suallarına  əsasən  “xatırlamıram”  cavabını  verib.  Bundan  əlavə, 
hadisənin şahidləri kimi təqdim edilmiş şəxslər hadisə yeri kimi istintaqın qeyd etdiyi 
çayxananı  deyil,  yaxınlıqda  olan  digər  çayxananı  qeyd  ediblər  ki,  bu  da  həmin 
şahidlərin  səhv  təlimatlandırıldığını  göstərir.  Hadisənin  baş  verdiyi  iddia  edilən 
çayxananın  sahibi  məhkəmədə  ifadəsi  zamanı  hadisəni  tam  görmədiyini  bildirib, 
şikayətçini  sonradan  artıq  polislərlə  çayxanaya  gələndə  gördüyünü,  amma  onun 
üzündə heç bir xəsarət görmədiyini söyləyib.  
Müdafiə  tərəfinin  xəsarətin  yetirildiyi  barədə  rəy  vermiş  ekspertin  məhkəməyə 
gətirilərək  dindirilməsi,  yeni  ekspertizanın  təyin  edilməsi,  ittiham  tərəfinin 
şahidlərinin hadisə yerində olub-olmadığını dəqiqləşdirmək üçün məlumatlarının əldə 
edilməsi və cənab Sadıqovun təqsirsizliyini sübut edə biləcək bu kimi digər vəsatətləri 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
39 
hakim tərəfindən təmin edilməyib. Dövlət ittihamçısı isə məhkəmədən bu maddə ilə 
nəzərdə tutulan ən maksimum cəzanı – 7 il azadlıqdan məhrum etmə cəzasını istəyib 
(minimum cəza 3 ildir).      
 
 
 
 
25. 
Qəhrəmanlı Fuad
 
 
 
Saxlanma tarixi: 8 dekabr 2015-ci il                            
 
 
 
İttiham: Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 
283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) 
 
 
 
Saxlanıldığı yer: 1 saylı Bakı (Kürdaxanı) İstintaq Təcridxanası.
 
 
 
İş  üzrə  arayış:
 
Müxalif  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  sədr  müavini  Fuad 
Qəhrəmanlı  8  dekabr  2015-ci  ildə  Baş  Prokurorluğun  Ağır  Cinayətlər  üzrə  İstintaq 
İdarəsinə çağırılıb,  rəsmi dəvət  tələb etdikdə zorla evindən idarəyə aparılıb. Evində 
axtarış aparılıb və ona məxsus kompüter götürülüb. Həmin gün Qəhrəmanlı  Nəsimi 
rayon  məhkəməsinə  aparılıb  və  barəsində  3  aylıq  həbs  qətimkan  tədbiri  seçilib. 
İttihama  görə,  onun  Facebook  səhifəsindəki qeydləri Cinayət  Məcəlləsinin  281-ci 
(dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət 
və ya düşmənçiliyin salınması) maddələrinin təsiri altına düşür. Həmin qeydlər onun 
həbsindən təxminən 10 gün əvvəl yazılıb, sosial şəbəkələrdə və cəmiyyətdə heç bir 
nəzərə çarpan reaksiya doğurmayıb.
 
 
 
Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 281.1 maddəsi ilə ittiham irəli sürülsə də, 
məhkəmə  həbs  qətimkan  tədbiri  seçərkən  görünməmiş  qanunsuzluğa  yol  verərək, 
ittihama daha ağır olan 281.2 maddəsini də əlavə edib.
 
Vəkili  Fəxrəddin  Mehdiyev  bəyan  edib  ki,  Qəhrəmanlının  Facebook  səhifəsindəki 
qeydləri  politoloji  ümumiləşdirmələr  və  özünün  siyasi  fikirləridir,  həmin  fikirlər 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə