Azərbaycanda siyasi məhbusların



Yüklə 4.95 Kb.
PDF просмотр
səhifə3/14
tarix01.12.2016
ölçüsü4.95 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14
saatlarla ifadəsi alınıb, evində və ofisində axtarış həyata keçirilib, 30 iyul 2014-cü ildə 
isə həbs edilib (onun həbsi barədə bu hesabatda ayrıca məlumat yerləşdirilib).      
Cənab Mirqədirovun çalışdığı “Zerkalo” qəzetinin ofisində axtarış aparılıb, sənədlər 
və baş redaktor Elçin Şıxlının kompüteri götürülüb, bundan sonra qəzet faktiki olaraq 
çap  versiyasının  buraxılmasını  dayandırıb.  Jurnalistin  heç  vaxt  yaşamadığı 
valideynlərinin  də  evində  axtarış  aparılıb  və  axtarışdan  bir  gün  sonra  onun  atası 
Həbibulla  Mirqədirov  dünyasını  dəyişib,  jurnalist  3  gün  müddətinə  dəfndə  və  yas 
mərasimlərində iştirak etmək üçün evə buraxılıb.    
                
Jurnalist  barəsində  həbs  qətimkan  tədbirinin  seçilməsi  və  ümumilikdə  ona  qarşı 
ittihamın  irəli  sürülməsi  qanunvericiliyin  bir  sıra  müddəalarının  pozulması  ilə 
müşayiət  edilməkdədir.  Jurnalist  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin 
dəyişdirilməsi  ilə  bağlı  verilmiş  apellyasiya  şikayətinə  baxılan  prosesdə  iş  üzrə 
cinayət-prosessual rəhbərliyi həyata keçirən prokuror deyil, Baş Prokurorluğun başqa 
bir  əməkdaşı  iştirak  etmişdir,  halbuki  cinayət-prosessual  rəhbərliyi  həyata  keçirən 
prokurorun  bu  prosesdə  iştirakı  qanunla  tələb  edilir.  Belə  ki,  həmin  prokuror  həbs 
barədə  təqdimatı  məhkəmə  prosesi  zamanı  əsaslandırmalıdır.  Məhkəmə  həbs 
qətimkan  tədbirini  seçmək  üçün  istintaq  orqanı  tərəfindən  təqdim  edilən  ilkin 
sübutlara  istinad  etməlidir,  bu  sübutlar  cinayət  işinin  materialları  hesab  olunur  və 
qanunvericiliyə  görə  həm  təqsirləndirilən  şəxsin,  həm  də  onun  müdafiəçilərinin  bu 
materiallarla tanış olmaq hüququ olsa da, məhkəmə bu materialları nə jurnalistə, nə də 
onun vəkillərinə təqdim etməyib. Başqa sözlə desək, jurnalistə qarşı irəli sürülmüş bu 
cür  ağır  ittihamın  nəyə  əsaslanmasını  və  hansı  ilkin  sübutların  olmasını  müəyyən 
etmək mümkün olmamışdır.  
Bundan əlavə jurnalistin Azərbaycana verilməsi faktiki deportasiya deyil, ekstradisiya 
olduğundan,  cənab Mirqədirov  bu məsələlərlə  məşğul  olmaq  üçün  Türkiyədən  olan 
vəkilin  tutulması  üçün  vəsatətlə  çıxış  edib,  lakin  jurnalistin  adından  etibarnamənin 
verilməsi üçün notariusun təcridxanaya buraxılması istintaq tərəfindən qadağan edilib, 
bu  haldan  verilən  şikayətlər  isə  məhkəmələr  tərəfindən  əsassız  olaraq  təmin 
edilməyib.     
Sərhədsiz Reportyorlar, Human Rights Watch,  ABŞ Helsinki Komissiyası, Birləşmiş 
Krallığın Xarici İşlər Nazirliyi  və digər təşkilatlar Rauf Mirqədirovun  həbsi ilə bağlı 
öz narahatçılıqlarını bildiriblər.  Cənab Mirqədirov ”Həsən Bəy Zərdabi" və Norveçin 
Fritt  Ord  təşkilatı  ilə  Almaniyanın  Tsayt-Ştiftunq  Fondunun  təsis  etdiyi  “Söz 
azadlığı”  beynəlxalq  mükafatını  alıb,  2005-ci  ildən  Azərbaycan  Respublikasının 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
18 
əməkdar jurnalistidir. Əvvəllər “Demokratik Azərbaycan”, “Bu gün”, “Millət” kimi 
qəzetlərdə çalışıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
12.      Ramazanov Rəşad Ağaəddin oğlu 
 
 
 
 
 
 
Saxlanma tarixi: 9 may 2013-cü il 
İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz 
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə 
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik 
vasitələri  və  ya  psixotrop  maddələri  satma,  külli 
miqdarda törədildikdə) maddəsi 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, 
xüsusən  Facebook-da  (https://www.facebook.com/HAQQINqulu777)  hakimiyyətin 
apardığı  siyasəti,  prezident  də  daxil  olmaqla  yüksək  rütbəli  məmurları  tənqid  edən 
mikrobloqlar  paylaşırdı.  Ona  da  Azərbaycanda  fəallara  qarşı  geniş  şəkildə  istifadə 
edilən  narkotik  maddə  ittihamı  irəli  sürülüb.  Cənab  Ramazanov  həbs  edildikdən 
sonra  qanunsuz  olaraq  11  gün  müddətində  Daxili  İşlər  Nazirliyinin  Baş 
Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsində  saxlanılıb,  yerli  və  beynəlxalq 
təşkilatların çağırışından sonra, o, istintaq təcridxanasına köçürülüb. Tanınmış vəkil 
Aslan İsmayılov Ramazanovun bu idarədə işgəncələrə və döyülməyə məruz qaldığını 
bəyan edib və bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu 
iddialar nəinki araşdırılıb, İsmayılovun özü polis tərəfindən saxlanılaraq ona bu cür 
bəyanatları  verməməsi,  əks  halda  cəzalandırılacağı  ilə  bağlı  xəbərdarlıq  edilib. 
Bundan bir müddət sonra isə vəkil İsmayılov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.  
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2013-cü il qərarı ilə cənab Ramazanov 
9  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmişdir.  Bakı 
Apellyasiya  Məhkəməsi  16  yanvar  2014-cü  il  tarixində,  Ali  Məhkəmə  isə  14  may 
2014-cü il tarixində bu hökmü olduğu kimi qüvvədə saxlayıb.   

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
19 
Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi 
tanınıb
9

 
 
 
 
 
 
 
13. Yaqublu Tofiq Rəşid oğlu 
 
 
 
 
 
Saxlanma tarixi: 04 fevral 2013-cü il 
İttiham:  CM-nin  220.1-ci  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi, 
əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə 
iğtişaşlarda  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə 
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor 
tətbiq etmə) maddələri 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş üzrə qısa arayış: Cənab Yaqublu “Yeni Müsavat” qəzetinin əməkdaşı, o cümlədən 
müxalifətdə  olan  Müsavat  Partiyasının  Başqan  müavinidir.  Mütəmadi  olaraq  həm 
çalışdığı  qəzetdə,  həm  də  sosial  şəbəkələrdə,  xüsusən 
Facebook-da  tənqidi  yazılarla  çıxış  edirdi,  o  cümlədən 
siyasi fəaliyyətlə də məşğul olurdu.  
2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra 
hakimiyyəti  başçısının  istefası  tələbi  ilə  etirazlar 
keçirilmiş,  etirazlar  qarşıdurmalara  gətirib  çıxarmışdır. 
Cənab Yaqublu hadisədən bir gün sonra yanvarın 24-də 
müxbir  kimi  İsmayıllı  rayonuna  səfərə  gəlmiş,  şəhər 
mərkəzində polis tərəfindən saxlanılaraq məcburi şəkildə 
Bakıya geri qaytarılmışdır.  
Cənab  Yaqublu  məhz  İsmayıllı  hadisələri  ilə  bağlı  bu  rayona  səfər  etdikdən  sonra 
həbs  edilmişdir.  Yanvarın  26-dan  etibarən  ölkədə  yayımlanan  telekanalların 
əksəriyyəti  Baş  Prokurorluq  və  Daxili  İşlər  Nazirliyinin  yaydığı  məlumata  istinad 
edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, 
Müsavat  Partiyasının Başqan müavini Tofiq  Yaqublunun səbəb olduğunu  bildirərək 
təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Yaqublunu cinayətkar adlandırmışlar.  
Yanvarın  29-da  cənab  Yaqublu  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  dair  İstintaq 
İdarəsinə  çağırılıb,  onun  İsmayıllı  səfəri  ilə  bağlı  izahatı  alındıqdan  sonra    sərbəst 
buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Yaqublu barəsində Nəsimi 
rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs indiyə 
qədər davam edir.  
Cənab Yaqublu İsmayıllı rayonuna “Yeni Müsavat” qəzetinin təqdim etdiyi ezamiyyə 
vərəqəsi  əsasında  bu  qəzetin  müxbiri  kimi  səfər  edib,  şəhərin  mərkəzində  digər 
                                                        
9
 
http://bit.ly/1jYMJQI
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
20 
jurnalistlərlə birgə müşahidə apardıqdan sonra polis tərəfindən saxlanılaraq İsmayıllı 
rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimovun yanına aparılıb, qısa söhbətdən 
sonra  Yaqublu  sərbəst  buraxılıb  və  polisin  müşayiəti  ilə  rayonu  tərk  edib.  Cənab 
Yaqublunun  şəhərin  mərkəzində  durması  və  polislər  tərəfindən  saxlanılması,  o 
cümlədən həmin vaxt heç bir aksiyanın  və ya  zorakılığın baş vermədiyi jurnalistlər 
tərəfindən  çəkilmiş  kadrlarda  da  aydın  şəkildə  görünür.  Məhkəmə  zamanı  istintaq 
cənab  Yaqublu  ilə eyni  ittihamın  irəli  sürüldüyü  İlqar  Məmmədovla  nə  İsmayıllıya 
səfər  etdikdən  qabaq,  nə  də  İsmayıllıda  olarkən  görüşdüyünü  və  cinayət 
planlaşdırdığını sübut edə bilməyib.     
Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Yaqublunu tanımadıqlarını 
məhkəməyə  bildiriblər.  Cinayət  işində  zərərçəkmiş  kimi  tanınan  bütün  şəxslər 
təqsirləndirilənlərə  qarşı  heç  bir  maddi  və  mənəvi  tələblərinin  olmadığını  öz 
ifadələrində vurğulayıblar.  
Cənab Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 5 il 
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.  
                                                                    
Cənab  Yaqublu  Amnesty  İnternational  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi 
tanınıb
10
.  Avropa  Şurasının  İnsan  Haqları  üzrə  Komissarı  öz  hesabatında  jurnalistə 
qarşı  irəli  sürülmüş  ittihamın  inandırıcı  olmadığını  vurğulamışdır
11
.  Avropa  İnsan 
Haqları  Məhkəməsi  cənab  Yaqublunun  həbsi  ilə  bağlı  verilmiş  şikayəti  icraata 
götürüb. 
 
5  noyabr  2015-ci  il  tarixdə  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  T.Yaqublunun  işi 
üzrə  qərarını  açıqlayıb.  Məhkəmə    Avropa  İnsan  Haqları  Konvensiyanın  5-ci 
maddəsinin  birinci  bəndinə  əsasən  Tofiq  Yaqublunun  dərhal  həbsdən  azad 
olunmasına və ona 24 min avro təzminat ödənilməsi barədə qərar verib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                        
10
 
http://bit.ly/1gJG6nt
  
11
 
http://bit.ly/1gpkKdm
  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
21 
 
 
B)  Hüquq müdafiəçiləri 
 
 
a.  “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin işi 
 
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDT) İctimai Birliyi 
partnyor  olduğu  Könüllülərin  Beynəlxalq  Əməkdaşlığı  İctimai  Birliyi  (KBƏİB)  ilə 
2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqini 
aparmış və səsvermə günündən 1 gün sonra, yəni oktyabrın 10-da seçkinin nəticələri 
barədə ilkin rəy
12
 təqdim etmişdir. Rəydə azad və ədalətli seçkilərin keçirilməsi üçün 
zəruri olan seçkiqabağı şəraitin olmadığı və səsvermənin ciddi qanun pozuntuları ilə 
keçirildiyi  qeyd  olunub.  ATƏT  İnsan  Haqları  və  Demokratik  Təsisatlar  Bürosu  da 
Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi ilkin tənqidi Rəyində öz müşahidələri 
ilə yanaşı SMDT-nin rəyindən də istifadə edib.  
Bu  rəyin  açıqlanmasından  qısa  müddət  sonra,  oktyabrın  31-də  SMDT-nin  ofisində 
Baş  Prokurorluğun  Ağır  Cinayətlər  üzrə  İstintaq  İdarəsi  tərəfindən  axtarış  aparılıb, 
SMDT-yə  və partnyor  təşkilatlara  aid  olan  maliyyə  və  hüquqi  sənədlər və  iki  ədəd 
kompüter  götürülüb.  Baş  Prokurorluq  açıqlama  yayaraq,  SMDT-də  yol  verilmiş 
qanun  pozuntuları  ilə  bağlı  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə 
İstintaq  İdarəsində  müvafiq  araşdırmalara  başlanıldığını  bəyan  edib.  Cənab 
Məmmədlinin, o cümlədən SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və partnyor 
təşkilat  olan  KBƏİB-nin  rəhbəri  Elnur  Məmmədovun  ölkədən  çıxması  qadağan 
edilib.  
SMDT  təkcə  2013-cü  il  prezident  seçkiləri  zamanı  deyil,  ondan  qabaq  da 
Azərbaycanda keçirilmiş seçkilər zamanı bütün ölkə boyu müşahidələrin aparılmasını 
təşkil  etmiş,  yol  verilmiş  nöqsan  və  saxtakarlıqlar  barədə  yerli  və  beynəlxalq 
ictimaiyyəti  mütəmadi  şəkildə  məlumatlandırmışdır.  Hökumətyönlü  mətbuatda 
SMDT-yə  və  onun  aparıcı  şəxslərinə  qarşı  mütəmadi  şəkildə  qarayaxma 
kampaniyaları  aparılmış,  onlar  xain  adlandırılmışlar.  SMDT  2012-ci  ilin  mayında 
Bakıda  keçirilmiş  Avroviziya  mahnı  yarışması  ərəfəsində  keçirilmiş  Sing  for 
Democracy  kampaniyasının  təşəbbüskarlarından  və  fəal  iştirakçılarından  biri 
olmuşdur.  
 
 
 
 
 
 
 
 
14. Məmmədli Anar Asəf oğlu                                       
                                     
 
                                                        
12
 
http://bit.ly/1p60p0e
  
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
22 
 
 
 
 
Saxlanma tarixi: 16 dekabr 2013-cü il 
İttiham:  CM-nin  179.3.2  (mənimsəmə  və  ya  israf  etmə, 
yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli 
miqdarda  törədildikdə),  192.2.2  (qanunsuz  sahibkarlıq 
külli  miqdarda  gəlir  əldə  etməklə  törədildikdə),  213.1 
(xeyli  miqdarda 
vergiləri 
və 
ya   məcburi 
dövlət   sosial   sığorta  haqlarını  ödəməkdən  yayınma), 
308.2  (vəzifə  səlahiyyətlərindən  sui-istifadə  etməklə  seçkinin  (referendumun) 
nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli 
şəxs  tərəfindən  rəsmi  sənədlərə  və  ya  informasiya  resurslarına  bilə-bilə  yalan 
məlumatların  daxil  edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya  informasiya 
resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər 
tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri   
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi. 
İş  üzrə  qısa  arayış:  “Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzi” 
İctimai Birliyinin (SMDT) sədri olan Anar Məmmədli yerli və beynəlxalq ictimaiyyət 
arasında  tanınan  hüquq  müdafiəçisi,  seçkilər  və  siyasi  azadlıqlar  üzrə  ekspertdir.  
SMDT işi üzrə açılmış cinayət işinin nəticəsində cənab Məmmədli bir sıra beynəlxalq 
tədbirlərə, xüsusən 2013-cü ilin noyabrında Vilnüsda keçirilmiş Avropa Birliyi Şərq 
Tərəfdaşlığı Sammitinə qatıla bilməyib.  
Cənab Məmmədli  oktyabrın  sonlarından  (cinayət  işinin  açıldığı  vaxtdan)  mütəmadi 
olaraq istintaqa çağırılıb və ifadə vermək üçün hər dəfə istintaqa gedib, bununla belə 
dekabrın  16-da  növbəti  dindirilmədən  sonra  cənab  Məmmədli  İstintaq  İdarəsi 
tərəfindən  saxlanılıb  və  elə həmin  gün  Nəsimi  rayon  Məhkəməsi  cənab  Məmmədli 
barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2014-cü il martın 6-da Nəsimi rayon 
Məhkəməsi  istintaq  orqanının  vəsatətini  təmin  edərək  cənab  Məmmədli  barəsində 
seçilmiş həbs qətimkan tədbirinin vaxtını 2014-cü il iyunun 16-dək artırıb. Martın 19-
da  isə cənab  Məmmədliyə  qarşı iki  yeni  ittiham  – mənimsəmə  və  ya  israf etmə  və 
vəzifə saxtakarlığı irəli sürülüb.  
Cənab  Məmmədlinin  həbsindən  dərhal  sonra  Amnesty  İnternational  təşkilatı  onu 
vicdan  məhbusu  kimi  tanıyıb
13
,  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatlar,  o  cümlədən 
Avropa Şurası Parlament  Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri cənab 
Məmmədlinin həbsi ilə bağlı narahatçılıqlarını ifadə ediblər və onun azad edilməsinin 
zəruriliyini vurğulayıblar
14

Cənab  Məmmədli  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  26  may  2014-cü  il  tarixli 
hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.   
Cənab  Məmmədli  və  onun  vəkilləri  ona  qarşı  irəli  sürülən  ittihamları  rədd  edərək 
bunun siyasi xarakterli olduğunu bildiriblər. 
 
 
 
 
                                                        
13
 
http://bit.ly/1fCF7kn
  
14
 
http://bit.ly/1hKTcP1
  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
23 
 
 
15. Rüstəmov Əliabbas Fəxrəddin oğlu  
 
 
 
 
 
 
 
Saxlanma tarixi: 28 iyun 2014-cü il 
İttiham:  CM-nin  312.2-ci  (vəzifəli  şəxs  tərəfindən  bilə-bilə  qanunsuz  hərəkətlər 
(hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)  
İş  üzrə  qısa  arayış:  Əliabbas  Rüstəmov  “Yasavul”  hüquq  şirkətinin  rəhbəri  və 
tanınmış  vəkildir.  Həbsindən  əvvəl  cənab  Rüstəmov  hakimiyyətin  açıq 
tənqidçilərindən  biri  kimi  çıxış  edib.  Facebook  profilində  ardıcıl  olaraq  ölkədəki 
problemlərlə  bağlı  sərt  tənqidlər  söyləyib  və  tənqidi  yazıları  paylaşıb.  Əliabbas 
Rüstəmov  Azərbaycanda  2013-cü  ildə keçirilən prezident seçkilərində müxalif blok 
olan  Milli  Şuranın  namizədi  Cəmil  Həsənlini  dəstəkləyib  və  onun  mitinqlərində 
iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və 
marafonlara qatılıb.  
 
Əliabbas  Rüstəmov  həbsindən  öncə  vicdan  məhbusu  Anar  Məmmədlinin  (SMDT 
rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün 
müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati 
yollarla  onun  Anar  Məmmədlinin  müdafiəsində  iştirak  etməsinə  əngəl  yaradılıb. 
Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq 
imzasını  notariusun  iştirakı  ilə  təsdiq  etməli  idi,  lakin  saxlanıldığı  təcridxananın 
rəhbərliyi ona bu şəraiti yaratmayıb.  
 
17  mart  2014-cü  ildə  isə  Əliabbasov  Rüstəmov  prezident  İlham  Əliyevə  ölkə 
ictimaiyyətinin  diqqətini  özünə  çəkən  çox  sərt  məzmunlu  müraciət    ünvanlayıb. 
Müraciət  ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər 
KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb 
15
 
 
Dövlət  başçısına  “ətrafınızda  olan  yüksək  rütbəli  şəxslərin  faktiki  olaraq  quldurluq 
fəaliyyəti  barədə  dolğun  məlumat”  sözləri  ilə  başlayan  həmin  müraciətdə  100 
milyonlarla  məbləğdə  büdcə  vəsaitinin  oğurlanması  barədə  faktlar  sadalanır.  Bu 
məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü 
ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” 
qəzetinin  müxbiri  ilə  danışmağa  macal  tapıb.  “Saxlanılan  gün  Əliabbas  Rüstəmov 
mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını 
sifarişli  və  prezidentə  müraciətlə  bağlı  olduğunu  düşünür”  -  Azadlıq  qəzetinin 
müxbiri  Vidadi  Məmmədov  həmin  gün  BBC  Azərbaycancaya  vəkilin  sözlərini 
çatdırıb.
16
 
                                                        
15
 (Müraciətin mətni: 
http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/42734-vkildn-lham-liyev-ok-
mueracit.html
). 
16
 
( http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140630_aliabbas_rustamov_arrest.shtml) . 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
24 
 “Vəkilin  öz  müştərisindən  necə  rüşvət  ala  bilər  və  bunu  necə  iddia  etmək  olar?!” 
deyə  yerli  mətbuat  Əliabbas  Rüstəmova  qarşı  irəli  sürülən  rəsmi  ittihamı  “absurd” 
adlandırıb.  Əliabbas Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları 
müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.  
 
6  noyabr  2015-ci  il  tarixdə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  Əliabbas 
Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Rahib Salmanovun sədrliyi 
ilə  keçirilən  prosesdə  hökm  oxunub.  Hakimlər  kollegiyasının  hökmünə  əsasən 
Əliabbas Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. 
 
 
 
 
 
 
 
 
16. Cəfərov Rəsul Ağahüseyn oğlu 
  
 
Saxlanma tarixi: 2 avqust 2014-cü il  
 
İttiham:  Cinayət  Məcəlləsinin  192.2.2-ci(qanunsuz 
sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 
213.1-ci Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət 
sosial  sığorta  haqlarını  ödəməkdən  yayınma),  308.2-ci 
(Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır  nəticələrə səbəb 
olduqda və  ya  seçkinin  (referendumun)  nəticələrinə  təsir 
məqsədilə törədildikdə) 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi  
İş üzrə qısa arayış:  17 avqust 1984-cü ildə Bakı șəhərində anadan olub. Hüquqşünas 
ixtisası üzrə bakalavr və magistr  təhsili alıb. 2007-ci ildən Reportyorların Azadlıq və 
Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb. 2009-cu ilin 
avqustundan Televiziya və Alternativ Media İnkișaf Mərkəzi İctimai Birliyinin sədri 
olub.  REAL birliyinin İdarə heyətinin üzvüdür. 
                                                                                                                                                               
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
25 
 
 2010-cu  ildə  İnsan  Haqları  Klubunun  təsisçilərindən  olub  və  hüquq  müdafiəsi  ilə 
məşğul  olan  bu  ictimai  təşkilata  rəhbərlik  edib.  Həbs  olunarkən  Rəsul  Cəfərov 
Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edirdi.  Gənc fəalların və 
siyasi məhbusların hüquqlarının ardıcıl müdafiəsi ilə məşğul olan  Rəsul Cəfərov bir 
çox  kampaniyaların  koordinatorlarından  olub.   2012-ci  ildə  Bakıda  keçirilən 
«Eurovision»  mahnı  yarışması  ərəfəsində  keçirilən  «Sing  for  Democracy» 
kampaniyası (bu kampaniya beynəlxalq mükafata da layiq görülüb) da ölkədə insan 
haqlarının  durumunun  yaxşılaşdırmağa  yönəlmişdi  və  beynəlxalq  miqyasda  maraq 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə