Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   ...   6   7   8   9   10   11   12   13   14
saxlama,  daşıma,  göndərmə  və  ya  satma  –  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs 
tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi. 
Saxlandığı yer: Bak (Kürdəxanı) İstintaq Təcridxanası. 
İş  üzrə  qısa  arayış:  Hazırda  Fransada  yaşayan  müxalif  “Azadlıq”  qəzetinin  baş 
redaktoru,  “Azərbaycan  saatı”  proqramının  rəhbəri  Qənimət  Zahidin  qardaşı  oğlu 
Rüfət Zahidova iyul ayının 20-də Bakının Yasamal rayonunda işlədiyi şirkətdə Daxili 
İşlər  Nazirliyinin  Baş  Narkotiklə  Mübarizə  İdarəsinin  əməkdaşları  tərəfindən 
saxlanılıb. Polis onun cibindən və avtomobilindən 5 qram heroin götürüldüyünü iddia 
edib,  ona  qarşı  Cinayət  Məcəlləsinin  234.4.1    maddəsi  ilə  ittiham  irəli  sürülüb  və 
barəsində  məhkəmə  qərarı  ilə  həbs-qətimkan  tədbiri  seçilib.  Oğlunun  günahsız 
olduğunu və heç bir cinayət törətmədiyini deyən Fərasət Quliyev bildirib ki, oğlunun 
həbsindən öncə onların evləri naməlum şəxslər tərəfindən izlənilib. 
Qənimət  Zahidin  qohumlarına  qarşı  təqiblər  onun  Azərbaycan  hakimiyyətini  sərt 
tənqid  edən  televiziya  verilişindən  sonraya  təsadüf  edir.  Qənimət  Zahid Azadlıq 
Radiosuna  açıqlamasında  baş  verənlərin  “Azərbaycan  saatı”  ilə  bağlı  olduğundan 
əminliyini  bildirib:  “Şübhə  etmirəm  ki,  bu  həbs  və  təqiblər  “Azərbaycan  saatı”  ilə 
bağlıdır. Başqa heç bir  səbəb yoxdur. Hər kəs  bilir  ki, “Azərbaycan saatı” getdikcə 
populyarlaşır  və  əsl  həqiqətləri  ölkə  əhalisinə  çatdırır.  Buna  görə  də,  hökumət 
qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”. 
 
90. Zahidov Rövşən 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
101 
 
Saxlanma tarixi: 20 iyul 2015-ci il 
İttiham:  Cinayət  Məcəlləsinin  234.4.1-ci  (Qanunsuz  olaraq  narkotik  vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, 
saxlama,  daşıma,  göndərmə  və  ya  satma  –  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs 
tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə)  maddəsi. 
Saxlandığı yer:  Bakı (Kürdəxanı) İstintaq Təcridxanası. 
İş üzrə qısa arayış: İyulun 24-də Fransada yaşayan, müxalif “Azadlıq” qəzetinin baş 
redaktoru  və  “Azərbaycan  saatı”  televiziya  proqramının  rəhbəri  Qənimət  Zahidin 
Şamaxı  rayonunun  Meysəri  kəndində  (Bakıdan  120  kilometr  qərb)  yaşayan  anası 
Xədicə  xanımın,  qardaşı  Nemət  Zahidovun  oğlu  Xəqani  Zahidovun  və  Şamaxı 
rayonunun  Qurdtəpə  kəndində  yaşayan  əmisi  oğlu  Rövşən  Zahidovun  evlərində 
axtarış aparılıb.  
Rövşən  Zahidov  axtarışdan  bir  neçə  gün  öncə  -  iyulun  20-də  polis  tərəfindən 
saxlanılaraq 25 sutka inzibati həbs edilmişdi. 
Axtarışın konkret hansı hüquq mühafizə orqanı tərəfindən aparılması məlum olmayıb. 
Ailə  üzvləri  “Amerikanın  Səsi”  radiosuna  bildirib  ki,  Zahidovların  anası  Xədicə 
xanımın  evindən  ailə  üzvləri  ilə  əlaqə  saxlamaq  üçün  istifadə  etdiyi  komputer 
götürülüb. Xəqani Zahidovun isə evindən heç nə tapılmayıb. 
Rövşən Zahidovun evində axtarış zamanı narkotik tapıldığı bildirilib. 
Rövşən  Zahidovun  qardaşı  Ağasadıq  Zahidov  “Amerikanın  Səsi”nə  bildirib  ki, 
axtarışda  15-dək  çox  mülki  və  polis  forması  geyimində  olan  şəxslər  iştirak  edib. 
“Qardaşımın evinə heç kimi buraxmadılar. Evdə yalnız Rövşənin həyat yoldaşı Leyla 
xanım  vardı.  O  dedi  ki,  gözümün  qabağında  Rövşənin  iş  pencəyinin  cibinə  kağıza 
bükülü nə isə qoydular, sonra isə dedilər burada narkotik var”, o qeyd edib. 
Ağasadıq Zahidovun dediyinə görə, qardaşı Rövşən ümumiyyətlə siqaret belə çəkmir. 
“Qardaşımın evində axtarış aparıb, guya narkotik tapmaqla onun barəsində cinayət işi 
qaldırmaq  istəyirlər.  Amma,  hamı  bilir  ki,  qardaşıma  və  qohumlarıma  qarşı  bu 
təqiblər Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlıdır”, o qeyd edib. 
Qənimət  Zahidin  qohumlarına  qarşı  təqiblər  onun  Azərbaycan  hakimiyyətini  sərt 
tənqid  edən  televiziya  verilişindən  sonraya  təsadüf  edir.  Qənimət  Zahid Azadlıq 
Radiosuna  açıqlamasında  baş  verənlərin  “Azərbaycan  saatı”  ilə  bağlı  olduğundan 
əminliyini  bildirib:  “Şübhə  etmirəm  ki,  bu  həbs  və  təqiblər  “Azərbaycan  saatı”  ilə 
bağlıdır. Başqa heç bir  səbəb yoxdur. Hər kəs  bilir  ki, “Azərbaycan saatı” getdikcə 
populyarlaşır  və  əsl  həqiqətləri  ölkə  əhalisinə  çatdırır.  Buna  görə  də,  hökumət 
qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”. 
 
 
91. Ağabəyov Nazim Mais oğlu 
 
 
Saxlanma tarixi:  23 iyul 2015-ci il 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
102 
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, 
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi. 
Saxlandığı yer:  Bakı (Kürdəxanı) İstintaq Təcridxanası  
İş  üzrə  qısa  arayış:  Nazim  Ağabəyov  iyulun  23-də  evdən  çıxıb  idarə  etdiyi 
avtomobillə işə  gedərkən Binəqədi  rayonu ərazisində,  Mir Cəlal küçəsində yerləşən 
"Bol  market"  ticarət  mərkəzinin  yaxınlığında  Bakı  Şəhər  Baş  Polis  İdarəsi 
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş 
Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən külli miqdarda 
(6,213 qram) heroin aşkar edilərək götürüldüyü bildirilib.  24 iyulda  N.Ağabəyova 
234.4.3-cü  maddə  ilə  ittiham  elan  edilmiş,  Xətai  rayon  Məhkəməsinin  (  hakim 
İbrahim  İbrahimli)  qərarı  ilə  onun  barəsində  4  ay  müddətinə  həbs  qətimkan  tədbiri 
seçilmiş  və  o,  saxlanılması  üçün  Kürdəxanıda  yerləşən  istintaq  təcridxanasına 
göndərilmişdir.  Onun  vəkili  Adil  İsmayılovun  həbsdən  verdiyim  apellyasiya 
şikayətinə 29 iyulda Bakı Apellyasiya Məhkəməsində ( sədrlik edən İlqar Murğuzov) 
baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb. 
Nazim Ağabəyov Almaniyada yaşayan Meydan TV rəhbəri, keçmiş vicdan məhbusu 
Emin  Abdullayevin  (Millinin)  qaynıdır.  O,  Emin  Milinin  ictimai,  həmçinin 
jurnalistika fəaliyyətinə görə həbs edilib.  
Emin  Milli  bildirib ki, Azərbaycan  hakimiyyəti  onu tənqid edən jurnalistləri,  siyasi 
fəalları  yaxınlarının  həbsilə,  girov  götürməklə  cəzalandırmaq  praktikasını  davam 
etdirir. Qaynının həbsi də onu və rəhbərlik etdiyi “Meydan TV”ni susdurmaq məqsədi 
daşıyır. Nazim Ağabəyov IT mütəxəssisidir, heç vaxt içtimai-siyasi fəaliyyətlə məşğul 
olmayıb.    Ona  qarşı  irəli  sürülşüm  ittiham  -  Azərbaycan  Cinayət  Məcəlləsinin 
234.4.3-cü  (külli  miqdarda  narkotik)  maddə  üzrə  5  ildən  12  ilə  qədər  həbs  cəzası 
nəzərdə tutulub. 
2013-cü  ildən  fəaliyyət  göstərən  Meydan  TV  müstəqil  və  müxalif  fikirli  onlayn 
televiziyadır.  Az  müddətdə  Meydan  TV  Azərbaycanda  populyarlıq  qazanıb,  TV-də 
hakimiyyətin  korrupsiya  əməlləri  ilə  bağlı  yazılar,  videolar  və  digər  hakimiyyəti 
tənqid edən materiallar yayılıb.   
Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb. Rəhbərlik 
bunu, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün etdiyini bildirib.  
2015-ci ilin  yayında Bakıda keçirilən I Avropa Oyunlarından sonra  Meydan TV-yə 
qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər, yazarlar davamlı 
olaraq  istintaqa  (prokurorluq  və  polisə)    çağırılıb,  jurnalistlərə  və  onların  ailə 
üzvlərinə,  qohumlarına  hədə-qorxular  edilib,    bir  neçə  jurnalistin  ölkədən  çıxışına 
qadağa qoyulub.  
Meydan  TV-ilə  əməkdaşlıq  edən  jurnalist  Şirin  Abbasov  16  sentyabr  2015-ci  il 
tarixdə  “ünvansız  söyüş  söymə”  və  “polisə  müqavimət”  ittihamları  ilə  Azərbaycan 
Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinin 
əməkdaşları  tərəfindən  saxlanılıb  və  məhkəmə  qərarı  ilə  30  sutkalıq  həbs  cəzası 
verilib. 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
103 
Xüsusi  qeyd:  Nazim  Ağabəyovun  ailə  üzvləri  onun  işini  siyasiləşdirilməsini, 
adının siyasi məhbus siyahısına salınmasını istəməsələr də, İşçi Qrupu apardığı 
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.  
 
92. İmanov Raci Vəzir oğlu 
Saxlanma tarixi: 13 oktyabr 2015-ci il. 
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, 
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi. 
 
Saxlandığı yer: Şüvəlan İstintaq Təcridxanası. 
İş üzrə qısa arayış: Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu 
İmanova  ideyib  ki,  həyat  yoldaşı  tutulan  gün  əvvəl  Sumqayıtdakı  3-cü  Polis 
Bölməsindən  onlara  zəng  vurublar,  Raci  İmanovun  şəxsiyyət  vəsiqəsini  istəyiblər. 
Xanımının atası şəxsiyyət vəsiqəsini ora aparanda deyiblər ki, R. İmanovu Sumqayıt 
Şəhər Polis Şöbəsinə aparıblar. R.İmanovun qayınatası ora getsə də, R.İmanovun nə 
saxlanılmasının  səbəbini  deyiblər,  nə  görüşə  icazə  veriblər.   Sonra  hüquq-mühafizə 
orqanları Raci İmanovun üzərindən 10 qram qurudulmuş marixana aşkar etdiklərini 
deyiblər və məhkəmə qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 
Onun vəkili Fariz Namazlı bu ittihamın əsassız olduğunu qeyd edib. 
Raci  İmanov  Gürcüstanda  yaşayan  yazıçı-publisist  Günel  Mövludun  (İmanovanın) 
qardaşıdır.  Günel  Movlud  Azadlıq  Radiosunun  Bakı  bürosu  və  Meydan  TV  ilə 
əməkdaşlıq  edir.  G.Mövlud  qardaşlarının  həbsini  jurnalistika,  o  cümlədən  Meydan 
TV və Azadlıq Radiosu ilə əməkdaşlıq etməsi ilə bağlı olduğunu bildirir. G. Mövlud 
bəyan edib ki, qardaşları həbs edilməmişdən öncə Azadlıq Radiosu və Meydan TV ilə 
əməkdaşlıq etdiyi  üçün onun  ailə  üzvlərinə,  yaxınlarına  təzyiqlər edilib, atası  işdən 
çıxarılıb.Qardaşları  həbs  ediləndən  sonra  ailə  üzvləri  bəyanat  yayaraq  Günel 
Mövluddan imtina ediblər. 
Qeyd  edək  ki,  2015-ci  ilin  yayında  Bakıda  keçirilən  I  Avropa  Oyunlarından  sonra 
Meydan TV-yə qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər, 
yazarlar  davamlı  olaraq  istintaqa  (prokurorluq  və  polisə)    çağırılıb,  jurnalistlərə  və 
onların ailə üzvlərinə, qohumlarına hədə-qorxular edilib,  bir neçə jurnalistin ölkədən 
çıxışına qadağa qoyulub.  
 
Xüsusi qeyd:  Raci  İmanovun  ailə üzvləri  onun  işini  siyasiləşdirilməsini,  adının 
siyasi  məhbus  siyahısına  salınmasını  istəməsələr  də,  İşçi  Qrupu  apardığı 
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.  
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
104 
93.  İmanov Vəkil Vəzir oğlu 
 
Saxlanma tarixi: 13 oktyabr 2015-ci il. 
İttiham: Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, 
saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi. 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı təcridxanası). 
İş  üzrə  qısa  arayış:  Vəkil  İmanov  saxlanıldığı  gün  yaşadığı  Biləsuvar  rayonunda 
axşam saatlarında  iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş yoldaşlarının 
dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis 
onların  olduğu  maşını  saxlayıb  və  İmanov  Vəkilin  kim  olduğunu  soruşub.  Vəkil 
İmanov özünü təqdim edəndən sonra onu Biləsuvar Rayon Polis Şöbəsinə aparıblar. 
Ailə üzvləri polis şöbəsinə getsələr də, onlara V.İmanovla görüşə icazə verməyiblər 
və  saxlanılma  səbəbini  deməyiblər.    Sonra  məhkəmə  qərarı  ilə  Vəkil  İmanov 
barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 
Həmin  vaxt  onun  vəkil  olmuş  Nemət  Kərimli  BBC  Azərbaycancaya  bildirib  ki, 
Biləsuvarda  saxlanılan  Vəkil  İmanov  barəsində  qərarda  onun  gödəkcəsinin  sağ 
cibindən 6.48 qram qurudulmuş marixuana çıxarıldığı yazılıb. "Siyasi sifarişdir, digər 
işlərdən  köçürüblər.  Qərarın  yuxarısında  marixuanadan,  aşağısında  isə  heroindən 
danışılır", cənab Kərimli əlavə edib. 
Vəkil  İmanov  Gürcüstanda  yaşayan  yazıçı-publisist  Günel  Mövludun  (İmanovanın) 
qardaşıdır.  Günel  Movlud  Azadlıq  Radiosunun  Bakı  bürosu  və  Meydan  TV  ilə 
əməkdaşlıq  edir.  G.Mövlud  qardaşlarının  həbsini  jurnalistika,  o  cümlədən  Meydan 
TV və Azadlıq Radiosu ilə əməkdaşlıq etməsi ilə bağlı olduğunu bildirir. G. Mövlud 
bəyan edib ki, qardaşları həbs edilməmişdən öncə Azadlıq Radiosu və Meydan TV ilə 
əməkdaşlıq etdiyi  üçün onun  ailə  üzvlərinə,  yaxınlarına  təzyiqlər edilib, atası  işdən 
çıxarılıb.  Qardaşları  həbs  ediləndən  sonra  ailə  üzvləri  bəyanat  yayaraq  Günel 
Mövluddan imtina ediblər. 
22 dekabr 2015-ci ildə Vəkil İmanov Biləsuvar rayon Məhkəməsinin qərarı ilə 1 il 
müddətinə azadlıqdan məhrum edilib.  
Qeyd  edək  ki,  2015-ci  ilin  yayında  Bakıda  keçirilən  I  Avropa  Oyunlarından  sonra 
Meydan TV-yə qarşı təzyiqlər daha da artıb, bu TV ilə əməkdaşlıq edən jurnalistlər, 
yazarlar  davamlı  olaraq  istintaqa  (prokurorluq  və  polisə)    çağırılıb,  jurnalistlərə  və 
onların ailə üzvlərinə, qohumlarına hədə-qorxular edilib,  bir neçə jurnalistin ölkədən 
çıxışına qadağa qoyulub.  
Xüsusi qeyd: Vəkil İmanovun ailə üzvləri onun işini siyasiləşdirilməsini, adının 
siyasi  məhbus  siyahısına  salınmasını  istəməsələr  də,  İşçi  Qrupu  apardığı 
müşahidə və araşdırmalara zamanı bu işin siyasi motivli olduğu qənaətinə gəlib.  

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin