İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun
qətlində iştirakçılıqda da ittiham edilmişdir.
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
79
Məhkəmə iclaslarında Qazax rayonunda baş vermiş hadisə ilə bağlı ittiham sübuta
yetməmiş, vəfat etmiş şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və
tələblərinin olmadığını və bu şəxslərin onların yaxın qohumlarını öldürmədiklərini,
vəfat etmiş şəxslərin Ermənistana neft keçirilməsi ilə bağlı istintaqla əlaqədar
öldürüldüklərini bildirmişlər.
Bununla belə, cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladov Azərbaycan
Respublikası Ali Məhkəməsinin 28 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan
SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə
əsasən ölüm cəzasına məhkum edildilər. Ərizəçilər məhkum edilən vaxt onların
hökmündən apellyasiya şikayətinin verilməsi qanunla nəzərdə tutulmurdu. Bundan
əlavə, cənab Əmiraslanov Ali Məhkəmənin 22 sentyabr 2000-ci il tarixli qərarı ilə 15
il müddətinə azadlıqdan məhrum edilmiş, bununla belə həmin qərara əsasən onun
əvvəlki ömürlük azadlıqdan məhrumetmə cəzası (ölüm cəzası bu cəza ilə əvəz
edilmişdi) saxlanılmışdır.
Fransada yaşayan və siyasi sığınacaq alan MTN-nin keçmiş əməkdaşı Ramin Nağıyev
2010-2011-ci illərdə mətbuata verdiyi açıqlamalarında və yazılarında, XTPD-çilərin
ittiham edildiyi qətllərin onlar tərəfindən deyil, 2005-ci ildə həbs edilmiş DİN-nin Baş
Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun
dəstəsi tərəfindən törədildiyini bəyan etmişdir. Cənab Nağıyev Şəmsi Rəhimov və
Afiyəddin Cəlilovun qətli ilə bağlı istintaq qrupunun üzvlərindən biri olub və 1995-ci
ildə heç bir səbəb göstərilmədən istintaqdan kənarlaşdırılmışdı
27
. Cənab Nağıyevin
bəyanatları rəsmi şəkildə təkzib edilməmişdir.
Ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilməzdi
10.02.1998-ci il tarixdə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv
olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual
və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Milli Məclis
tərəfindən Qanun qəbul edilmişdir. Bu Qanunun 4-cü bəndində göstərilmişdir ki, bu
Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin
cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Faktiki olaraq ölüm
cəzası həmin dövr üçün heç bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə
əvəz edildi.
1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş Azərbaycan Respublikası
Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının
qanunvericilik sisteminin əsasıdır. Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə
əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi
geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
XTPD-çilərin məhkum olunduqları Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən
ölüm cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə,
27
http://bit.ly/1f0C3kt
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
80
azadlıqdan məhrumetmə 15 ildən çox müddətə, lakin 20 ildən çox olmayaraq təyin
edilə bilərdi.
Göründüyü kimi, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz
edilməsi XTPD-çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il
tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş alternativ
cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-
nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm
cəzası hər-hansı bir formada ləğv edildikdə (bağışlandıqda, əfv edildikdə) həmin cəza
15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəz
oluna bilərdi. Deməli, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə
təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm cəzasının alternativi cəza 15 ildən çox,
lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası olmuşdur. Yəni 1998-ci
ildə ölüm cəzası maksimum 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə
dəyişdirilməli idi.
Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, Milli Məclis 10 fevral
1998-ci il tarixli qanunla ölüm cəzasına məhkum olunan şəxslərin cəzasını ömürlük
azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilməzdi. Çünki 10 fevral 1998-ci il
tarixli qanun XTPD-çilərin məhkum olunduqları Azərbaycan SSR-nin 08 dekabr
1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində nəzərdə tutulanlara
əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb.
Bundan başqa XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası
ilə əvəz edən 10 fevral 1998-ci il tarixli qanun yeni Cinayət Məcəlləsinin qüvvəyə
minməsi ilə 01 sentyabr 2000-ci ildən qüvvədən düşüb. Hazırda XTPD-çilərin ölüm
cəzalarının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə qanun
qüvvədən düşdüyündən onların ömürlük azadlıqdan məhrumetmə cəzalarının
çəkməyə məcbur edilməsi qanunsuzdur. Çünki 10 fevral 1998-ci il tarixli qanununun
özü artıq qüvvədən düşmüşdür.
Avropa Şurası bu 3 şəxsi artıq siyasi məhbus hesab edir
Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) üzvü
olduqdan bir neçə gün sonra, yəni yanvarın 31-də AŞ Nazirlər Komitəsinin Baş Katib
Valter Şvimmerin Azərbaycanda siyasi məhbus olduğu ehtimal edilən 716 nəfərlik
siyahının araşdırılması üçün 3 müstəqil ekspertin təyin etməsi ilə bağlı təşəbbüsünü
təsdiqlədi və 2001-ci ilin fevralında Baş Katib bu ekspertləri təyin etdi. Ekspertlər
2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla
bağlı araşdırmalarının nəticələrini əks etdirən hesabat hazırlayaraq yaydılar. Bu
hesabatın 19-cu bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi
23 şəxsin siyahısı (vaxt məhdudiyyəti və zəruri informasiyalar olmadığından yalnız
bu qədər iş araşdırılmışdı) verilmişdir ki, cənab Əmiraslanov və cənab Kazımov
burada yer almış və onlar siyasi məhbus hesab edilmişlər
28
. Avropa Şurasının
Parlament Assambleyası 2002-ci il yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar”
adlanan 1272 saylı Qətnamə qəbul edib və həmin Qətnamənin 10-cu bəndində AŞ PA
Azərbaycan hakimiyyətini digər siyasi məhbuslar kimi cənab Əmiraslanov və cənab
Kazımovu azad etməyə çağırmışdır
29
.
28
http://bit.ly/1hEhLL3
29
http://bit.ly/1h3hjoL
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
81
Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə
hazırladıqları rəydə cənab Poladovun da siyasi məhbus olduğu qənaətinə gəlmişlər
30
.
AŞ PA 27 yanvar 2004-cü ildə “Azərbaycanda siyasi məhbuslar” adlanan 1359 saylı
Qətnamə qəbul etmiş və bu sənəddə müstəqil ekspertlər tərəfindən siyasi məhbus kimi
tanınan şəxslərin azadlığa buraxılmasına çağırış yer almışdır
31
. AŞ PA 31 may 2005-
ci ildə 1359 saylı Qətnamənin davamı olaraq hesabat qəbul etmişdir və bu sənədin 26-
cı bəndində müstəqil ekspertlərin müəyyən etdiyi 3 siyasi məhbus – cənab
Əmiraslanov, cənab Kazımov və cənab Poladovun hələ də həbsdə qaldığı
vurğulanmış və bundan narahatlıq ifadə edilmişdir
32
. AŞ PA-nın sonrakı illərdəki
sənədlərində də hər 3 şəxsin siyasi məhbus olduğu vurğulanmışdır.
Müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbus hesab edilməyən şəxslərin böyük
hissəsi müxtəlif illərdə azadlığa buraxılmış, ömürlük azadlıqdan məhrum edilmiş
digər XTPD-çi Dəyanət Kərimovun və keçmiş Baş nazir Sürət Hüseynovun dayısı
oğlu Kəramət Kərimovun bu cəzaları əfv fərmanı ilə 25 il müddətinə azadlıqdan
məhrum edilmə ilə əvəzlənsə də, bu münasibət cənab Əmiraslanova, cənab Kazımova
və cənab Poladova göstərilməyib.
Hər üç məhbus Avropa Məhkəməsinə müraciət ediblər, səhhətlərində ciddi
problemləri var, cənab Əmiraslanov epilepsiya xəstəliyindən əziyyət çəkir, bir dəfə
əməliyyat olunub, cənab Kazımov və Poladov da müvafiq olaraq baş və bel
nahiyələrindən əməliyyat olunublar.
75. Əmiraslanov Elçin Səməd oğlu
Saxlanma tarixi: 10 dekabr 1996-cı il
İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 57-1-ci maddənin 2-ci hissəsi
(Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına
və ya konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə, ağır nəticələrə səbəb
olduqda); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi
(dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi
niyyətlərlə öldürmə); 17 (iştirakçılıq), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini
və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə);
15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya
ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70
(dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə,
təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil
etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə); 70-2-ci
30
http://bit.ly/P93b7e
31
http://bit.ly/1dUqbwR
32
http://bit.ly/1gJUxIg
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
82
maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri
ləvazimatla təchiz etmə); 70-2-ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və
ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı
birləşmələr və ya qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə,
təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların
və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud
gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya
külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə
şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən
qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə
partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş
sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd),
17 (iştirakçılıq), 94-cü maddənin 3-cü bəndi (zərər çəkmiş şəxsi öz qulluq və ya
ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə); 95 (Bu Məcəllənin 94-cü
maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər (tamah, xuliqanlıq, zərər çəkmiş şəxsi
öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə, iki və ya bir
neçə şəxsi öldürmə, müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını
öldürmə, xüsusi amansızlıqla və ya bir çox şəxsin həyatı üçün təhlükəli olan üsulla
adamöldürmə, başqa cinayəti gizlətmə və ya onun edilməsini yüngülləşdirmə
məqsədilə, habelə zorlamaqla əlaqədar adamöldürmə, xüsusi təhlükəli residivist
tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs tərəfindən adamöldürmə)
olmadan qəsdən adamöldürmə); 120-ci maddənin 2-ci hissəsi (zərər çəkən şəxsin
həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan
məhrumetmə); 145-ci maddənin 2-ci hissəsinin 1, 2, 5 və 6-cı bəndləri (qabaqcadan
əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər
predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi
əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs
tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni
vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin
həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi
hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin
və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında
rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların
şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı
hərəkətlər etməsini tələb etmə); 194-cü maddənin 1-ci hissəsi (hüquq verən və ya
vəzifələrdən azad edən rəsmi sənədləri hazırlama, saxtalaşdırma, satma və ya
saxtalaşdırılmış sənədlərdən bilə-bilə istifadə etmə, habelə saxta sənədlər tərtib etmə
məqsədilə dövlət müəssisələrinin, idarələrinin, təşkilatlarının və ya ictimai
müəssisələrin, idarələrin, təşkilatların saxta ştamplarını, möhürlərini və ya
blanklarını hazırlama, satma və ya əldə etmə), 207-ci maddənin 2-ci hissəsi (qərəzli
xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi
azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı
qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq
hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan,
habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən
hərəkətlər); 207-ci maddənin 3-cü hissəsi (odlu silah, yaxud bıçaq, beşbarmaq və ya
digər soyuq silah, habelə bədənə xəsarət yetirmək üçün xüsusi düzəldilmiş başqa
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
83
şeylər işlətmə və ya işlətməyə cəhd göstərmə ilə törədilən xuliqanlıq); 220-ci
maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov
tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə
etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı
hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq
icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi
(odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı
maddələrin quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən
oğurlanması)
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası
76. Kazımov Arif Nazir oğlu
Saxlanma tarixi: 10 dekabr 1996-cı il
İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 59-cu maddəsinin 1-ci hissəsi (dövlət
xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə
öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi
(dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi
niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya
ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə
məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri
basqınlarda iştirak etmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə
tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların
yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə,
partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-ci
maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb
olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların
tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı
şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin
xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa
sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda
ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq
mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan
Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir
edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın
qaçaqmalçılığı); 145-ci maddənin 2-ci hissəsinin 1,2,5 və 6-cı bəndləri (qabaqcadan
əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər
predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi
əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs
tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni
vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
84
həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi
hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin
və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında
rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların
şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı
hərəkətlər etməsini tələb etmə); 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni
öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən,
yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə
yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa
vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq
üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 220-ci maddəsinin 1-ci
hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş
sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya
satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar
istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan
gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi (odlu silahın
(yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı maddələrin
quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən
oğurlanması)
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası
77. Poladov Səfa Alim oğlu
Saxlanma tarixi: 10 dekabr 1996
İttiham: 1960-cı il CM-nin 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya
ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15
(cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət
xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə
öldürmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı
birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə,
yaxud əsgəri ləvazimatla təchiz etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair
qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana
sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli
miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs
tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz
olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı,
bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi
ləvazimatın qaçaqmalçılığı); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
85
odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr
gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 120-ci maddənin 2-ci hissəsi
Dostları ilə paylaş: |