Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   ...   6   7   8   9   10   11   12   13   14
içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı 
və  geyim  əşyaları  olduğunu  deyib.  Çantanı  açıblar  və  içərisində  qızıl  sikkələr  olan 
torba  aşkar  etdiklərini  bildiriblər.  Cənab  Muradverdiyev  qaçaqmalçılıqda  ittiham 
edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri 
seçilib. Əməliyyatın MTN tərəfindən aparıldığı sonradan məlum olub.    
Keçmiş dövlət məmuru prezident seçkiləri üçün Moskvada yaşayan müxalifətin ilkin 
vahid  namizədi  Rüstəm  İbrahimbəyovun  yanına  getməsi  ehtimalına  görə  həbs 
edildiyini  etiraf  etsə  də,  bunu  cəfəngiyat  adlandırıb,  İbrahimbəyovla  heç  bir  ciddi 
əlaqəsinin olmadığını bəyan edib.    

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
93 
Cənab Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qərarı 
ilə  4  il  müddətinə  azadlıqdan  məhrum  edilmiş,  Bakı  Apellyasiya  Məhkəməsi  12 
fevral 2014-cü il tarixdə bu qərarı qüvvədə saxlamışdır.  
Məhkəmə  araşdırması  zamanı  cənab  Muradverdiyevin  çantasında  qadağan  edilmiş 
qızıl  külçələrinin  mənbəyi,  onun  haradan  əldə  edilməsi  və  çantada  olub-olmaması 
araşdırılmayıb.  Cənab  Muradverdiyev  həmin  çanta  ilə  aeroporta  daxil  olarkən 
yoxlamadan keçib, sonradan gömrük və təhlükəsizlik əməkdaşları tərəfindən diqqətli 
yoxlamaya  məruz  qalıb  və  onun  çantasında  heç  bir  qadağan  edilən  əşya 
aşkarlanmayıb,  lakin  təyyarəyə  mindikdə  saxlanılandan  sonra  bu  külçələr  çantada 
aşkarlanıb.  Məhkəmə  bu  məsələni  də  araşdırmaqdan  faktiki  imtina  edib.  Axtarışı 
aparan  və  külçələrin  tapıldığını  bildirən  MTN  əməkdaşlarının  ifadələri  azadlıqdan 
məhrumetmə cəzası verilməsi üçün kifayət edib.  
Cənab  Muradverdiyev  2005-ci  ilin  oktyabrında  parlament  seçkilərindən  əvvəl 
hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmiş, 
sonradan  bu  ittihamlar  dövlət  vəsaitlərini  mənimsəmək və vəzifə səlahiyyətlərindən 
sui-istifadə ilə əvəzlənmiş, nəticədə  o, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 
yuxarı instansiya məhkəməsi bu müddəti 5 ilə endirmiş,  2008-ci il yanvarın 15-də isə 
səhhətində  olan  ciddi  problemlərlə  əlaqədar  cəzası  şərti  hesab  edilərək  azadlığa 
buraxılmışdı.  Cənab  Muradverdiyev  həmin  dövrdəki  həbsi  ilə  bağlı  Avropa 
Məhkəməsinə  müraciət  etmiş,  Strasburq  Məhkəməsi  onun  azadlıq  və  ədalətli 
məhkəmə hüquqlarının pozuntusunu müəyyən etmişdir
36
.  
Cənab  Muradverdiyevin  səhhətindəki  problemlər  yenidən  kəskinləşdiyindən,  o, 
hazırda  Ədliyyə  Nazirliyinin  Müalicə  Müəssisəsində  saxlanılır,  hətta  səhhəti  imkan 
vermədiyi  üçün    apellyasiya  şikayət  üzrə  keçirilmiş  prosesdə  iştirak  edə  bilməyib.  
Onun onurğasında iki yırtıq əmələ gəlib və mədəaltı vəzində yara mövcuddur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
83. Pənahlı Nemət Əhəd oğlu 
 
Saxlanma tarixi: 8 yanvar 2011-ci il                                          
 
                                                        
36
 
http://bit.ly/1dUqnw3
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
94 
İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən 
əşyaları tətbiq etməklə törədildikdə) maddəsi 
Saxlandığı yer: Qobustan Həbsxanası 
İş  üzrə  qısa  arayış:    Milli  Dövlətçilik  Partiyasının  sədri  olan  cənab  Pənahlı 
həbsindən  bir  müddət  əvvəl  “Nota  P.S”  qəzetində  Azərbaycanın  keçmiş  prezidenti 
Heydər  Əliyevi  və  onun  oğlu,  hazırkı  prezident  İlham  Əliyevi  kəskin  tənqid  edən 
materiallarla  çıxış  edirdi.  O,  2010-cu  ilin  noyabrında  keçirilmiş  parlament 
seçkilərində namizəd olmuş, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan etmişdi.  
Cənab  Pənahlı  maşın  satdığı  şəxs  Eldəniz  Rzayevin  şikayəti  əsasında  həbs  edilib. 
Şikayətçi aldığı maşında nasazlıqla bağlı bildirdiyi irada görə cənab Pənahlı və dostu 
Ceyhun Fərzullayev tərəfindən döyüldüyünü, ona dəmir əşya ilə xəsarət yetirildiyini 
iddia edib. Həbsindən sonra cənab Pənahlının evində soyuq silahın olması ehtimalı ilə 
axtarış  aparılıb,  bununla  belə  evdən  soyuq  silah  əvəzinə,  cənab  Pənahlıya  məxsus 
bütün arxivi, sənədləri, diskləri, kompüterləri və fləş-kartları götürülərək aparılıb.    
Nəsimi rayon Məhkəməsi 17 iyun 2011-ci ildə Nemət Pənahlının 6 il, dostu Ceyhun 
Fərzullayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bu 
qərar  Bakı  Apellyasiya  Məhkəməsi  tərəfindən  14  noyabr  2011-ci  il,  Ali  Məhkəmə 
tərəfindən  isə  20  iyun  2012-ci  il  tarixlərində  dəyişdirilmədən  qüvvədə  saxlanılıb. 
Ceyhun  Fərzullayev  26  dekabr  2012-ci  ildə  verilmiş  əfv  fərmanı  ilə  azadlığa 
buraxılıb.  
Məhkəmə  istintaqı  zamanı  şikayətçinin  istintaqda  və  məhkəmədə  verdiyi  ifadələr 
arasında  ciddi  ziddiyyətlər  və  anlaşılmayan  məqamlar  ortaya  çıxıb.  Hadisənin  baş 
verdiyi iddia edilən ərazidə işləyən şəxslərdən 8 nəfər prosesə şahid kimi cəlb edilmiş, 
onlardan 7-i heç bir dava və ya kiməsə xəsarətin yetirildiyini görməyiblər, yalnız bir 
nəfər ifadəsində bildirib ki, cənab Pənahlı Eldəniz Rzayevin saçından tutaraq onu yerə 
çırpıb və yerdə vurub, halbuki döyüldüyü iddia edilən şəxs keçəldir.  
Cənab  Pənahlı  17  saylı  Cəzaçəkmə  Müəssisəsinə  köçürüldükdən  sonra  digər 
məhbuslara  kömək  etdiyi,  əsasən  də  onların  şikayətlərini  qaldırdığı  üçün  təzyiqlərə 
məruz  qalıb,  dəfələrlə  “kars”a  salınıb,  bir  neçə  dəfə  etiraz  əlaməti  olaraq  aclıq 
aksiyası  keçirib.  Bunun  nəticəsində  17  saylı  Cəzaçəkmə  Müəssisəsinin  rəisi  Arif 
Mirzəyev (hazırda o bu vəzifədən azad edilib) cənab Pənahlının daha ağır saxlanma 
şərtləri  olan  Qobustan  Qapalı  Həbsxanasına  köçürülməsi  ilə  bağlı  təqdimatla 
məhkəməyə  müraciət  edib.  Təqdimatda  cənab  Pənahlının  daxili  nizam-intizamı 
dəfələrlə  pozduğu  iddia  olunsa  da,  bununla  bağlı  ciddi  sübutlar  təqdimata  əlavə 
edilməyib.  Xəzər rayon Məhkəməsi bu təqdimat əsasında 2013-cü il fevralın 25-də 
cənab  Pənahlının  Qobustandakı  həbsxanaya  köçürülməsi  barədə  qərar  çıxarıb.  Bakı 
Apellyasiya  Məhkəməsi  bu qərarı  14  iyun 2013-cü  ildə qüvvədə saxladıqdan sonra 
köçürülmə həyata keçirilib.     
 
 
 
b.  Siyasi girovlar 
 
84.  Seyidov Elnur Rafiq oğlu 
 
Saxlanma tarixi: 27 mart 2012-ci il 
İttiham: CM-nin 178.3.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma 
yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil 
dəstə  tərəfindən  törədildikdə)  178.3.2  (dələduzluq  külli  miqdarda  ziyan  vurmaqla 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
95 
törədildikdə),  179.3.1  (mənimsəmə  və  ya  israf  etmə,  yəni  təqsirkara  etibar  edilmiş 
özgə əmlakını talama mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2 (mənimsəmə 
və  israf  etmə  külli  miqdarda  törədildikə),  308.2-ci  (vəzifə  səlahiyyətlərindən  sui-
istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü 
şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən 
qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb 
etdiyi  halda  istifadə  etməməsi  ağır  nəticələrə  səbəb  olduqda  və  ya  seçkinin 
(referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313.1 (vəzifə saxtakarlığı, 
yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə 
yalan  məlumatların  daxil  edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya  informasiya 
resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər 
tamah  və  ya  sair  şəxsi  niyyətlərlə  törədildikdə)  və  320.2-ci  (hüquq  verən  və  ya 
vəzifədən  azad  edən  vəsiqəni  və  ya  digər  rəsmi  sənədi  istifadə  etmək  məqsədi  ilə 
saxtalaşdırma  və  qanunsuz  hazırlama,  yaxud  ya  bu  cür  sənədi  satma,  habelə  eyni 
məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankdan 
bilərəkdən istifadə etmə) maddələri 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi  
İş  üzrə  qısa  arayış:  Cənab  Seyidov  müxalif  və  Azərbaycan  hakimiyyətinin  sərt 
tənqidçilərindən  olan  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  sədri  Əli  Kərimlinin 
qaynıdır,  “Texnikabank”ın  Yasamal  filialının  sabiq  müdir  müavini  vəzifəsində 
çalışıb. Cənab Seyidov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən  həbs edilib, ona əvvəl 
yalnız dələduzluq ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab 
Seyidovun  həbsindən  9  ay  keçənədək  heç  bir  istintaq  hərəkəti  aparılmamış,  həbs 
müddəti  isə  əsassız  olaraq  uzadılmışdı,  halbuki  bu  cinayətlərə  görə  uzadılma 
müstəsna hallarda baş verə bilər.    
Cinayət  Prosessual  Məcəllənin  tələblərinə  görə,  dələduzluq  ittiham  üzrə  istintaq 
hərəkətləri  aparmaq  DİN-in  səlahiyyətindədir,  amma  cənab  Seyidova  münasibətdə 
qanunun  bu  tələbi  kobud  şəkildə  pozulub,  o,  MTN  tərəfindən  həbs  olunub,  MTN 
təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb.   
Cənab Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin 
cinayət işi üzrə  onlardan 20 gün sonra həbs edilmişdir. Rəsmi ittihama görə, cənab 
Seyidov  bank  rəhbərliyinin  göstərişi  ilə  və  onların  mənafeyi  üçün  qanunları 
pozmaqda  günahlandırılır.  E.Əliyev,  eləcə  də  bankın  bu  iş  üzrə  həbs  edilmiş  digər 
əməkdaşları azadlığa çıxsalar da, cənab Seyidov hələ də həbsdə saxlanılır. 
 
 
 
 
 
Cənab  Seyidov  dağınıq  skleroz  xəstəliyindən  əziyyət  çəkir,  bu  barədə  müstəqil  və 
özəl tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı 
mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı 
haqqında  Azərbaycan  Respublikasının  7  mart  2012-ci  il  tarixli  Qanunu  da  var. 
Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən 
azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur.  Lakin  bu 
xəstəlikdən  əziyyət  çəkən  cənab  Seyidov  həbsdə  saxlanılır.      Cənab  Seyidov  Bakı 
Ağır  Cinayətlər  Məhkəməsinin  29  oktyabr  2013-cü  il  tarixli  qərarı  ilə  7  il  6  ay 
müddətinə  azadlıqdan  məhrum  edilmişdir.  Bakı  Apellyasiya  Məhkəməsi  03  aprel 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
96 
2014-cü il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.    
 
 
 
        
Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab 
Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb.  
Cənab  Seyidovu  ilkin  həbsi  və  ağır  xəstəlikdən  əziyyət  çəkməsi  ilə  bağlı  Avropa 
Məhkəməsinə şikayət göndərilib.  Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin 
Azərbaycanda  2013-cü  ildə  insan  haqları  üzrə  hesabatında  müxalif  qüvvələrin  ailə 
üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib
37
.  
 
 
 
85. Kərimli Sirac Raqif oğlu                                 
                                                                                  
 
Saxlanma tarixi: 17 iyul 2014-cü il 
İttiham: CM-nin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik əldə etmə, saxlama və 
ya satma) 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Sirac  Kərimli  ixtisasca  mühasibdir,    siyasi  fəaliyyətlə  məşğul 
deyil.  Lakin  onun  atası  və  qardaşı  Müsavat  Partiyasının  fəallarıdırlar.  Atası  Raqif 
Kərimli  1980-ci  illərin  sonundan  siyasi  proseslərin  iştirakçısıdır  və  Müsavat 
Partiyasının  Laçın  rayon  şöbəsinin  təsisçilərindən  olub.  Qardaşı  Fərəc  Kərimov 
Müsavat  partiyasının  internet  səhifəsinin  admini,  bağlanana  qədər  350  min  nəfərə 
qədər üzvü olmuş “İstefa!” Facebook qrupunun yaradıcısı  və idarəçisi, həbsinə qədər 
“Basta”  Facebook  qrupunun  admini  olub.  Sirac  Kərimli  iş  yerinin  yaxınlığındakı 
çayxanada qəfil, maskalı şəxslər tərəfindən həbs olunub. Onu Narkotiklərlə Mübarizə 
İdarəsinə  aparıblar.  Həmin  idarəyə  gedən  atasına  evdə  axtarış  aparılmasının  zəruri 
olduğunu bildirib, bu barədə razılıq ərizəsi imzaladıblar. Evdə axtarış aparılan zaman 
kompüteri  götürüblər  və  evdəki  kitabların  –  “Demokratiya  uğrunda  mübarizənin 
taktikası  və  strategiyası”  və  “Halkla  ilişkilər”  kitablarının  şəkillərini  çəkiblər. 
Yenidən idarəyə gedən atası Raqif Kərimova oğlunun cibindən narkotik tapıldığı və 
evdən müsadirə  olunan kompüterdən də narkotik tapıldığı bildirilib. Ertəsi gün Sirac 
Kərimli haqqında üç ay həbs qətimkan tədbiri seçilib. Sirac Kərimlinin həbsinin siyasi 
                                                        
37
 
http://1.usa.gov/18BOn4u
  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
97 
məqsədi onun qardaşına təzyiq göstərmək olub. Belə ki, qardaşı Fərəc Kərimli iyulun 
23-də  Siracın  həbsindən  sarsıntı  keçirən  anasını  xəstəxanaya  apararkən  Daxili  İşlər 
Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəsi tərəfindən həbs 
olunub. Fərəc Kərimlinin vəkilinə söylədiklərinə görə, onu ailə üzvləri, o cümlədən, 
qardaşının  işgəncə  olunacağı  ilə  hədələyərək,  cibindən  narkotik  tapılması  barədə 
protokola  imza  atmağa  sövq  ediblər.  Hüquq  müdafiə  təşkilatlarının  yekdil  rəyinə 
görə, Sirac Kərimov Fərəc Kərimlini zərərsizləşdirmək üçün girov götürülüb.  
2015-ci ilin mart ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sirac Kərimliyə 
hökm oxunub. Məhkəmə onun 6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. 
 
 
 
 
86. Adilov Murad Güləhməd oğlu.                                                  
 
Saxlanma tarixi:  11 avqust 2014.                                      
                                                                                                              
İttiham:  CM-nin  234.4.3-cü  (külli  miqdarda  narkotik  əldə  etmə,  saxlama  və  ya 
satma) maddəsi. 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəhbhəsi Partiyanın (AXCP) fəal üzvi, AXCP-
nin mətbuat katibinin  Natiq Adilovun qardaşıdır. 
 
Sabirabad rayonu  Xəlfəli kənd sakini,  AXCP üzvü Murad Ədilov avqustun 11-də  
Azərbaycan  Daxili  İşlər  Nazirliynin  Baş  Cinayətkarlığa  qarşı  Mübarizə  İdarəsinin 
əməkdaşları tərəfindən saxlanıb. M.Ədilov məhkəmədə çıxışı zamanı Sabirabad rayon 
Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakığa məruz qaldığını 
bildirib, narkotika saxlamqla bağlı ittihamları qəbul etməyib. 
Hüquq mühafizə orqanlarının məlumatına görə, Murad Ədilovdan 114,2 qram həşiş, 
7,4  qram  marixuana  götürüb.  M.Ədilovun  evinə  baxış  zamanı  isə  685  qram 
marixuana götürülüb. İşçi Qrupu apardığı araşdırmalara uyğun olaraq hesab edir ki, 
Ədilova qarşı irəli sürülən ittihamlar əsassızdır.  
2014-cü ilin avqust ayının 13-də Bakı şəhər Nərimanov rayon Məhkəməsi Murad Ədilov 
barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 aylıq həbs qərarı çıxarıb. 
14  may  2015-ci  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsində  narkotik 
vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilova hökm oxunub.  
AXCP-nin mətbuat katibi Natiq Ədilovun qardaşı olan Murad Ədilov 6 il müddətinə 
azadlıqdan məhrum edilib. 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
98 
 
87.  Abdullayev Mübariz Əslan oğlun 
 
Saxlanma tarixi: 21 avqust 2013- cü ildə                                 
                                             
İttiham:  CM-in  182.3.2-  ci  (Hədə-qorxu  ilə  tələb  etmə  külli  miqdarda  əmlak  əldə 
etmək məqsədi ilə törədildikdə) 
Saxlandığı yer:  12 saylı Cəzaçəkmə Müəssiəsi. 
İş  üzrə  qısa  arayış:    Abdullayev Mübariz   Əslan  oğlu  25   oktyabr   1967-
ci   ildə   Kürdəmir  rayonunun   Şahsevən   kəndində   anadan   olub.  Cinayət 
Məcəlləsinin  182.3.2-  ci  maddəsi  ilə  təqsirli  bilinərək  haqqında  10  il  müddətinə 
azadlıqdan məhrumetmə cəzası çıxarılıb.  Məhkəmə hökmü 21 avqust  2013- cü ildə 
Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsində  (hakimlər  Cəlilov  Oruc  Yusif  oğlu-sədr, 
Quliyev Nizami Fərzi oğlu və Hüseynov Rəşid İnqilab oğlu) çıxarılıb. 
Məhkəmə Abdullayev Mübariz Əslan  oğlunu  külli  miqdarda  əmlak  əldə  etmək 
məqsədi  ilə  Azərbaycan  Beynəlxalq  Universitetinin  sabiq  rektoru Abdullayev Elşad 
İslam oğlunun 13 oktyabr 2003- cü ildə naməlum şəkildə oğurlanmış qardaşı, MTN 
mayoru Abdullayev Mahir İslam oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə 
birincinin əmlakını hədə- qorxu ilə tələb etməkdə təqsirli bilib. Mübariz Abdullayev 
ABU-  nun  sabiq  rektoru  Elşad  Abdullayevin  qardaşı  oğludur.  Maraqlıdır  ki,  onun 
həbsi Mahir Abdullayevin oğurlanmasından- cinayət  hadisəsindən 10 il sonra əmisi 
Elşad  Abdullayevin  yaydığı  mandat  alveri  və  digər  qalmaqallı  videolardan  sonra 
həyata keçirilib. 
Mübariz Abdullayevlə bağlı  cinayət  işində  zərərçəkmiş  şəxs  kimi  tanınan 
Elşad  Abdullayev istintaqın bu qərarına etiraz edib. O, Respublika Prokurorluğuna və 
digər  aidiyyatı  qurumlara  yazdığı  müraciətində  bildirib  ki,  qardaşı 
Mahir Abdullayevin oğurlanması və geri qaytralmasında ondan pul, əmlak və s. tələb 
edənlər  arasında  qohumu Mübariz Abdullayev olmayıb  və  ola  da  bilməz.  Əksinə 
qardaşının  oğurlanması  və  geri  qaytarılması  müqabilində  ondan  pul  tələb  edilməsi 
hakimiyyətin yuxarı eşalonunda himayə olunan mütəşəkkil adam oğurluğu şəbəkəsi 
tərəfindən həyata keçirilib. O, qardaşı oğlunun həbsini zərərçəkənləri susdurmaq üçün 
atılmış adekvat iyrənc addım kimi qiymətləndirib. 
Elşad Abdullayevin və Mübariz Abdullayevin ailə  üzvlərinin  verdiyi  məlumata  görə 
ona qarşı elan olunan ittihamı qəbul etməsi üçün sonuncu şəxs öncə aldadılıb, sonra 
ailə  üzvləri  ilə  təhdid  olunub,  daha  sonra  isə  ağır  işgəncələrə  məruz  qalıb.  Polis 
şöbəsində onu ölümcül vəziyyətdə döyərək bütün dişlərini qırıblar. 
Mübariz Abdullayevin işi ilə bağlı Azərbaycanda bütün məhkəmə prosesləri keçirilib 
və Avropa İnsan haqları Məhkəməsinə müraciət olunub.  
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
99 
 
88. 
Həsənli Günel Cəmil qızı
 
 
 
 
                                                                                      
 
Saxlanma  tarixi:  23  fevral  2015-ci  ildə Yasamal  Rayon  Məhkəməsinin  hökmü  ilə 
Günel  Həsənli  1  il  6  ay  müddətinə  məntəqə  tipli  cəzaçəkmə  müəssisəsində  cəza 
çəkməyə məhkum edib. 19 noyabr 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi bu hökm 
qüvvədə saxlanılıb. 
İttiham: Cinayət  məcəlləsinin  263.1  maddəsi  -  Avtomobil,  tramvay  və  ya  digər 
mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat 
vasitələrinin  istismarı  qaydalarının  pozulması,  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulması
 
 
 
İş  üzrə  arayış:
 
Günel  Həsənli  müxalif  mövqeli  Demokratik  qüvvələrin  Milli 
Şurasının  sədri  Cəmil  Həsənlinin  qızıdır.  Cəmil  Həsənli  2013-cü  il  prezident 
seçkilərində  müxalifətin  vahid  namizədi  olub  və  prezident  İlham  Əliyevə,  hakim 
siyasi qüvvəyə qarşı çox sərt tənqidləri ilə yadda qalıb. Hazırda eyni mövqeni davam 
etdirir.
 
Məhkəmə  Günel  Həsənovanı  2014-cü  ilin  sentyabrında  87  yaşlı  Adilə  Səlimovanı 
maşınla  vurmaqda  təqsirli  bilib.  Adilə  Səlimova  məhkəmə  prosesində  bildirib  ki, 
polislər onu şikayət etməyə məcbur edib. Onun heç bir  xəsarəti yoxdur. Maşın çox 
aşağı sürət hərəkət edərkən, o özü yandan maşına toxunub və sürücü Günel Həsənova 
onu xəstəxanaya aparıb, müayinə elətdirib. Onda heç bir xəsarət aşkarlanmayıb. Adilə 
İsmayılova dəfələrlə video-müsahibə verərək, Günel Həsənovanın günahsız olduğunu, 
ona heç bir ziyan və xəsarət dəymədiyini söyləyib. Məhkəmədə Günel Həsənovanın 
təqsirli olmadığını söyləyib.
 
Onun  vəkil  Adil  İsmayılov  bildirib  ki,  ibtidai  istintaq  ədalətsiz  və  qərəzli  aparılıb, 
məhkəmə  isə  qanunların  pozulması  ilə  keçib:  “Tibbi  ekspertizalar  aparılarkən 
qanunvericilik  ciddi  pozulub.  Eyni  şəxs  iki  dəfə  tibbi  ekspertiza  təyin  edib. 
Ekspertizanın  məcburi  və  ya  könüllü  keçirilməsi  ilə  bağlı  iş  materiallarında  sənəd 
yoxdur. Ekspert rəyini təsdiq edən tibbi sənədlər rəyə əlavə edilməyib. Ekspert rəyi 
reallığı əks etdirmir, sənədlərə söykənmir və qərəzlidir”. 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
100 
23 fevral 2015-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Günel Həsənli 1 il 6 
ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. 19 
noyabr 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi bu hökm qüvvədə saxlanılıb. 
Cəmil Həsənli qızının onun siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
 
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən İşçi Qrupu 2 uşaq anası 
Günel Həsənovaya qarşı çıxarılmış məhkəmə hökmünü siyasi motivli hesab edir.
 
 
 
89. Zahidov Rüfət Fərasət oğlu 
 
Saxlanma tarixi: 20 iyul 2015-ci il 
 
İttiham:  Cinayət  Məcəlləsinin  234.4.1-ci  (qanunsuz  olaraq  narkotik  vasitələri, 
psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin