tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan
Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya
onların nümayəndələrinə kömək etmə) və 278-ci (Azərbaycan Respublikasının
Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin
zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi
34. Əliyev Ceyhun Saleh oğlu
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə
yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə);
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
49
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə
xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının
vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət
sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti
aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi
35. Əliyev Rəşad İsmayıl oğlu
Saxlanma tarixi: 13 yanvar 2007-ci il
İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə
yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə);
204.3.1 (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta,
yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və
ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 204.3.2 (satış məqsədi ilə saxta
pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan
qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda
törədildikdə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi
36. İdrisov Mikayıl Qərib oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
50
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə),
228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr
və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi
37. Kərimov Cahangir Ramiz oğlu
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
İttiham: CM-nin 28.2 (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə
yönəlmiş hazırlıq), 180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə);
218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 228.1 (qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274 (dövlətə
xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət
təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının
vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət
sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti
aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 1 saylı Cəzaçəkmə Müəssisəsi
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
51
38. Kərimov Rasim Rafiq oğlu
Saxlanma tarixi: 20 yanvar 2007-ci il
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi
39. Qocayev Samir Edik oğlu
Saxlanma tarixi: 17 yanvar 2007-ci il
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi
40. Quliyev Bəybala Yəhya oğlu
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
52
Saxlanma tarixi: 13 mart 2007-ci il
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə),
228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr
və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə),
228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr
və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə,
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq
qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya
gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə
bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 278-ci (Azərbaycan
Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə,
yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun
zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 11 saylı Cəzaçəkmə Müəssisəsi
41. Möhbalıyev Emil Nurəddin oğlu
Saxlanma tarixi: 15 yanvar 2007-ci il
İttiham: CM-nin 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və
278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla
ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri
Saxlandığı yer: 15 saylı Cəzaçəkmə Müəssisəsi
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
53
b. Azərbaycan İslam Partiyasının sədri və onunla birlikdə tutulan şəxslərin işi
1991-ci ildə Bakıda təsis edilən Azərbaycan İslam Partiyası 1992-ci ildə dövlət
qeydiyyatına alınıb. 1995-ci ildə qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilən
partiyanın fəaliyyəti faktiki olaraq qadağan edilməyib və qeydiyyat olmadan hazırda
da fəaliyyət göstərir. Partiyanın 2007-ci ildə keçirilən qurultayında Hacı Mövsüm
Səmədov partiyanın sədri seçilib və qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət
edilib (partiya qeydiyyata alınmayıb).
Partiya və cənab Səmədov Azərbaycanda islam dininin tələblərinə riayət edilməli
olduğunu, Azərbaycan hakimiyyətinin islama qarşı yönələn siyasət apardığını, ABŞ
və İsraili işğalçı ölkə kimi tanıdığını bəyan edib. Cənab Səmədov 2009-cu ilin
dekabrında İran radiosuna verdiyi müsahibəsində Azərbaycanda bir neçə məscidin
sökülməsi ilə bağlı qərara etirazını bildirmiş və dini sahəni tənzim edən bəzi
qanunlara edilən dəyişiklikləri pisləmişdir. 2010-cu ilin aprelində cənab Səmədov
Prezident İlham Əliyevə müraciət göndərmiş və ona prezident seçildikdən sonra
Konstitusiya ilə yanaşı “Qurani-Kərim”ə də and içdiyini, lakin bəzi əməllərinin həm
Konstitusiyaya, həm də “Quran”a zidd olduğunu bildirmişdir. Cənab Səmədov həmin
il Beynəlxalq Qüds Günündə İsrail səfirliyinin qarşısında keçirilən dinc aksiyada
iştirak edib və saxlanılıb, sonradan sərbəst buraxılıb. Partiya 2010-cu ilin noyabrında
“Alma” qəzetində Məhəmməd Peyğəmbərlə bağlı yazılara etiraz olaraq Qafqaz
Müsəlmanları İdarəsi ilə birgə Mətbuat Şurasına müraciət edir, partiya sonradan Milli
Televiziya və Radio Şurasına da telekanallarda açıq-saçıq verilişlərin
yığışdırılmasının zəruriliyi ilə bağlı müraciət edir. Partiya və cənab Səmədov 2010-cu
ilin noyabrında keçirilmiş parlament seçkilərində iştirak etsə də, mandat qazana
bilmir. 2010-cu ilin dekabrında Təhsil Nazirliyi tərəfindən məktəblərdə hicabın
qadağan edilməsi ilə bağlı qərarın əleyhinə təşkil edilmiş ilk dinc etiraz aksiyasında
partiya fəalları iştirak ediblər.
2011-ci il yanvarın 2-də Partiyanın Baş Məclisində cənab Səmədov çıxış edərək
hicaba qadağa ilə bağlı təhsil naziri Misir Mərdanovu, ölkədəki ictimai və sosial
vəziyyətə görə isə prezident İlham Əliyevi sərt tənqid edib
25
. Çıxışı zamanı cənab
Səmədov Dubayda prezident İlham Əliyevə və oğluna məxsus olan villalar barədə bir
müddət əvvəl Washington Post və New York Times qəzetlərində dərc edilən
məqalələrə istinad edərək, Azərbaycan xalqının və dövlətinin sərvətlərinin
oğurlandığını, bu qədər sərvətlərin olmasına baxmayaraq Azərbaycan gənci üçün iş
yerinin olmadığını, ölkədə ədalətsizlik və rüşvətin tüğyan etdiyini, keçmiş prezident
Heydər Əliyevin doğum günü keçirilən Gül bayramına xərclənən pulların xalqdan
oğurlandığını və Heydər Əliyevə sitayiş etməklə ölkədə bütpərəstliliyin təbliğ
edildiyini bildirib. Cənab Səmədov çıxışında bildirib ki, Azərbaycan xalqı bu
məsələdə ayıq olmalı və ayağa qalxmalı, hakimiyyəti dəyişməli və bu zülmün
qarşısında durmalıdır. Cənab Səmədovun bu çıxışı sosial şəbəkələrdə, xüsusən
Youtube portalında geniş şəkildə yayılıb və geniş müzakirələr yaradıb.
Cənab Səmədov bu çıxışından cəmi 5 gün sonra, yanvarın 7-də öz müavini Vaqif
Abdullayev, partiya üzvü Elçin Həsənov və sürücüsü Mirhüseyn Kazımovla birgə
həbs edilir. Adları çəkilən şəxslərin olduğu maşın Dövlət Yol Polisi əməkdaşları
25
http://bit.ly/1mb5txL
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
54
tərəfindən saxlanılır, polis sürücüdən sürücülük vəsiqəsini aldıqdan sonra yol polisi
maşınının qarşısındakı qara rəngli maşından düşən bir neçə mülkigeyimli şəxs cənab
Səmədovu və onunla birgə olanları polisə müqavimət göstərməkdə ittiham edərək
saxlayıblar. Nərimanov rayonu 19-cu polis bölməsinə gətirilən cənab Səmədov və
onunla birgə olan şəxslər orada izahat verdikdən sonra Binəqədi rayon Məhkəməsinə
aparılıblar və məhkəmə polisə müqavimət ittihamı ilə onların barəsində 10-15 gün
inzibati həbs qərarı verib (cənab Səmədov 14 gün inzibati həbs alıb). Cənab
Səmədovdan başqa saxlanılanlar Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına
aparılıblar, cənab Səmədovun harada saxlanması ilə bağlı bir neçə gün ərzində heç bir
məlumat verilməyib (sonradan onun Milli Təhlükəsizlik Nazirliyində saxlandığı
məlum olub).
Cənab Səmədov inzibati qaydada həbs edildiyi gün Daxili İşlər Nazirliyi cənab
Səmədovun Qubada yaşayan əmisi oğlu Dəyanət Səmədovla birgə iğtişaşlar törətmək,
ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi
ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini və
Dəyanət Səmədovun işlədiyi elektrik malları dükanından 3 ədəd əl qumbarası və
yaşadığı evdən 7 avtomat patronun tapıldığını və faktla bağlı cinayət işinin açıldığını
bəyan etmişdir. Partiyanın daha bir fəalı cənab Axundzadə, o cümlədən cənab
Səmədovun əmisi oğlu Dəyanət Səmədov və qaynı Firdovsi Məmmədrzayev,
yanvarın 2-də keçirilmiş Baş Məclisdə iştirak etmiş ruhanilər Fəramiz Abbasov və
Zülfüqar Mikayılzadə saxlanılmış, onların evindən silah-sursatın tapıldığı
bildirilmişdir. Cənab Səmədova və onunla birgə həbs edilmiş şəxslərə qarşı cənab
Səmədovun məhz yanvarın 2-də etdiyi çıxışı zamanı hakimiyyətin zorla ələ
keçirilməsinə çağırış edilməsi ilə bağlı ittiham və digər ittihamlar irəli sürülmüşdür.
İnzibati həbs müddəti bitdikdən sonra cənab Səmədovun barəsində, o cümlədən digər
həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli qərarı ilə cənab
Səmədov Mövsüm 12 il, cənab Axundzadə 11 il 6 ay, cənab Abdullayev 11 il, cənab
Abbasov 11 il, cənab Məmmədrzayev 10 il, cənab Səmədov Dəyanət 10 il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Cənab Mikayılzadə isə 5 il
sınaq müddəti tətbiq olunmaqla 11 il şərti azadlıqdan məhrumetmə cəzasına
məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi 17 may 2012-ci il tarixdə, Ali
Məhkəmə isə 21 fevral 2013-cü il tarixdə bu qərarı olduğu kimi qüvvədə saxlayıb.
Məhkəmə proseslərinin müşahidəsi və yekun hökmün tədqiqi zamanı məlum olur ki,
cənab Səmədov onunla birgə həbs edilən şəxslərlə əvvəlcədən heç bir cinayət
əlaqəsinə girməmişdir, yanvarın 2-də etdiyi çıxışı özü hazırlamış və keçirilən tədbirdə
iştirak edən partiyanın sədr müavini cənab Abdullayev, partiyanın Astara rayon
şöbəsinin sədri cənab Axundzadə, tədbirə tanınmış ruhanilər olaraq qonaq kimi dəvət
edilmiş cənab Abbasov və cənab Mikayılzadə bu çıxışı orada eşitmişlər. Cənab
Səmədov çıxışı zamanı istintaqın iddia etdiyi kimi “cihad” sözünü ümumiyyətlə
işlətmədiyini, xalqı digər müxalif siyasətçilər etdiyi kimi inandığı dəyərlər uğrunda
mübarizəyə çağırdığını və hakimiyyəti sərt tənqid etdiyini bildirmişdir. Məhkəmənin
istinad etdiyi bütün sübutlar hüquq-mühafizə orqanları tərəfindən təqdim edilən
sənədlərə və ya ifadələrə əsaslanıb. İstintaq zamanı təqsirləndirilən şəxslərin əleyhinə
ifadə vermiş şahidlərin əksəriyyəti məhkəmədə bu ifadələrindən imtina etmiş,
istintaqda basqı altında olduqları üçün bu cür ifadələr verdiklərini bildirmişlər.
Məhkəmə isə bu şəxslərin ifadələrini dəyişmələrini hökm çıxarılarkən şahidlərə kənar
şəxslərin təsir göstərmələrinin nəticəsi kimi qiymətləndirib. Silahların tapıldığı iddia
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
55
edilən cənab Dəyanət Səmədovun çalışdığı mağazada axtarış barədə tərtib edilmiş
protokolda hal şahidi kimi Güloğlanov Rasim Muxtar oğlu göstərilsə də, məhkəmədə
bu şəxsin adının əslində Piroğlanov Taleh Rasim oğlu olduğu məlum olmuşdur. Digər
hal şahidi Həzrət Əliyev isə axtarış protokolunu axtarış aparılan yerdə deyil, polis
bölməsində imzaladığını bildirmiş, polis şöbəsinə ümumiyyətlə niyə getdiyini izah
edə bilməmişdir. Cənab Məmmədrzayevlə cənab Dəyanət Səmədovun Qubadakı
məsciddə söhbətlərini eşitdiyi iddia edilən şahid İlham Şərafəddinov isə məhkəmə
zalında cənab Məmmədrzayevi tanımamışdır, bu söhbətləri eşitdiyini iddia edən digər
şahid Natiq Məmmədov istintaqa ifadə verərkən hərbi biletini təqdim etmiş, şəxsiyyət
vəsiqəsinin isə olmadığını bildirmişdir ki, bu, şahidin şəxsiyyəti ilə bağlı sual yaratsa
da, məhkəmə buna əhəmiyyət verməmişdir. Özünü dindar kimi qələmə verən və
mütəmadi şəkildə Qubada məscidə getdiyini deyən şahid dinlə bağlı adi suallara,
məsələn, namazın neçə rükətdən ibarət olduğunu, Ramazan ayının nə olduğunu
bilməyib. Cənab Səmədovun və həbs edilən digər şəxslərin Azərbaycan dövləti, milli
maraqları, mənafeyi əleyhinə fəaliyyətini göstərən və İran xüsusi xidmət orqanları və
ya digər qurumlarla cinayətkar əlaqədə olmasını göstərən heç bir sübut cinayət işinin
materiallarında mövcud deyil.
Həbs edilən zaman səhhətində ciddi problemləri olan cənab Abdullayev saxlanma
şəraiti ağır olan 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdü. Özünün və
vəkillərinin burada qala bilməməsi və səhhətinin daha da ağırlaşması ilə bağlı
dəfələrlə müraciət etməsinə baxmayaraq cənab Abdullayev azadlığa buraxılmadı.
Nəticədə cənab Abdullayev 2012-ci ilin iyulunda Penitensiar Xidmətin Müalicə
Müəssisəsində dünyasını dəyişdi.
Səhhətində ciddi problemləri olan cənab Axundzadə 2013-cü ilin mayında kəskin
miokard infarktı keçirib, onun azadlığa buraxılmasının zəruriliyi ilə bağlı dəfələrlə
müraciət edilsə də buna əhəmiyyət verilməyib. Cənab Axundzadə dəfələrlə
səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə
köçürülüb, sonuncu dəfə bu hal 25 fevral 2014-cü ildə baş verib.
Avropa İnsan Haqları Məhkəməsi bu iş üzrə verilmiş şikayəti artıq icraata götürüb.
42. Abbasov Fəramiz Zeynal oğlu
Saxlanma tarixi: 24 yanvar 2011-ci il
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3
(odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma
və ya gəzdirmə) və 278-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir
56
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə
dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər)
maddələri
Saxlandığı yer: 7 saylı Cəzaçəkmə Müəssisəsi
43. Axundzadə Rufulla Höccətullah oğlu
Saxlanma tarixi: 21 yanvar 2011-ci il
İttiham: CM-nin 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3
(odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma
Dostları ilə paylaş: |