Azərbaycanda siyasi məhbusların

Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   ...   6   7   8   9   10   11   12   13   14
daş atmaqda və cənab Quliyevə qarşı irəli sürülən digər ittihamlarda təqsirli biliblər. 
Bu şəxslərin cənab Quliyevə yardımçı olduqlarını iddia edərək həbs edilmələri ondan 
qisas  almağa  və    ittihamı  daha  da  ağırlaşdırmağa  (cinayətin  mütəşəkkil  dəstə 
tərəfindən törədildiyini iddia etmək üçün) xidmət etdiyi şübhə doğurmur.  
Məhkəmə  prosesi  zamanı  təqsirləndirilən  şəxslərin  xeyrinə  verilmiş  ifadələr  deyil, 
şübhəli  və  suallar  doğuran  ifadələr  daha  mötəbər  sübut  kimi  qiymətləndirilmişdir. 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
64 
Məsələn, cənab Kazımovun hadisə yerində olduğunu cəmi bir şahid Hacəli Cavadov 
iddia  etsə  də,  eyni  anda  həmin  ərazidə  olduğunu  deyən  digər  şahidlər  cənab 
Kazımovu  orda  görmədiklərini  deyiblər.  Bundan  əlavə  cənab  Kazımovun  evindən 
narkotik maddənin tapıldığı iddia edilən axtarış cənab Kazımovun və müdafiəçisinin 
iştirakı olmadan aparılıb.  
Məhkəmənin yekun hökmündən görünür ki, təqsirləndirilən bir sıra şəxslərin konkret 
olaraq  hansı  qanunsuz  hərəkət  etməsi  dəqiqləşdirilməyib  və  baş  vermiş  ümumi 
hadisəyə görə qanunsuz həbs edilmiş şəxslərə uzun müddətli azadlıqdan məhrumetmə 
cəzaları kəsilmişdir. Təqsirləndirilən şəxslərin bəzilərinə cinayətkar dəstə və ya birlik 
yaratma ittihamı verilməsi, bəzilərinə isə bu  ittihamın  verilməməsi, lakin  hamısının 
eyni hadisəyə görə təqsirli bilinməsi ittihamın saxta və tələsik şəkildə hazırlandığını 
göstərir.        
 
56.  Ağalı Rza Qorxmaz oğlu 
 
Saxlanma tarixi: 9 sentyabr 2012-cü il                                   
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə 
qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 
barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum 
edilmişdir.  09  yanvar  2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
57.  Ağayev Surac Valeh oğlu 
 
Saxlanma tarixi: 15 sentyabr 2012-ci il                                   
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə 
qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 
barədə təhqiredici hərəkətlər) maddələri 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
65 
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin  qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum 
edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi, 04 iyul 2014-cü il 
tarixində isə Ali Məhkəmə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
58.  Əliyev Nicat Yasər oğlu 
 
Saxlanma tarixi: 18 sentyabr 2012-ci il 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə 
qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 
barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin  qərarı  ilə  4  il  6  ay  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
59.  Kazımov Xalid Nofəl oğlu 
 
Saxlanma tarixi: 14 sentyabr 2012-ci il                                  
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz 
olaraq  narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama, 
hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq 
narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  satma,  külli  miqdarda  törədildikdə), 
315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 
324-cü  (Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum 
edilmişdir.  09  yanvar  2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
60.  Kişiyev Namiq Əlisa oğlu  
 
“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
66 
Saxlanma tarixi: 18 sentyabr 2012-ci il                                   
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə 
qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 
barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin  qərarı  ilə  4  il  6  ay  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
61.  Tahirov Ziya İbrahim oğlu  
 
Saxlanma tarixi: 9 sentyabr 2012                                          
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə 
qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq  etmə)  və  324-cü  (Azərbaycan 
Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan  Respublikasının  Dövlət  gerbi 
barədə təhqiredici hərəkətlər) maddələri 
Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  05  aprel  2013-cü  il  tarixdə  Lənkəran  Ağır  Cinayətlər 
Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum 
edilmişdir.  09  yanvar  2014-cü  ildə  Şirvan  Apellyasiya  Məhkəməsi  bu  qərarı 
dəyişdirmədən qüvvədə saxlamışdır.   
 
e.  5  oktyabr  2012-ci  il  tarixli  “Hicaba  azadlıq”  aksiyasına  görə  tutulan 
şəxslərin işi 
 
2010-cu  ilin  payızında  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  hicablı 
məktəblilərin dərslərə buraxılmasına qadağa qoydu. Bu addım Azərbaycanda olan 
dindar  kəsimin  etirazına  səbəb  olmuş,  buna  qarşı  müxtəlif  kampaniyaların  və 
etiraz  aksiyalarının  keçirilməsinə  gətirib  çıxarmışdır.  Qadağanın  tətbiqinə  qarşı 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
67 
2010-cu  ilin  dekabrında  keçirilmiş  kiçik  etiraz  aksiyasından  sonra  ilk  kütləvi 
etiraz  aksiyası  6  may  2011-ci  ildə  qadağanı  tətbiq  etmiş  Təhsil  Nazirliyinin 
qarşısında təşkil edilmişdi. Dinc xarakter daşıyan həmin aksiya polislərin və mülki 
geyimli  hüquq-mühafizə  orqanlarının  əməkdaşlarının  müdaxiləsi  ilə  dağıdılmış, 
nəticədə çox  sayda aksiya iştirakçısı saxlanılmış  və onlardan  12 nəfər qanunsuz 
olaraq sübut edilməyən xuliqanlıq və ictimai qaydanın pozulması ittihamları ilə 1 
il 6 aydan 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmişdilər. Bu aksiyaya görə 
saxlanılanların bir qismi azadlıqdan məhrum etmə müddətini başa vurduğundan, 
kiçik  bir  qismi  də  vaxtından  əvvəl  azadlığa  buraxıldığından  siyahıda  adları  yer 
almayıb.  Bununla  belə  həmin  şəxsləri  keçmiş  siyasi  məhbuslar  hesab  edirik  və 
maraqlanan şəxslərə əlavə zəruri məlumatları verməyə hazırdır. 
 
İkinci  kütləvi  etiraz  aksiyası    5  oktyabr  2012-ci  il  tarixində  (Azərbaycanda 
Müəllimlər Günü kimi qeyd edilir və bu tarix mövcud olan problemə diqqəti daha 
da  artırmaq  üçün  simvolik  olaraq  seçilmişdi)  yenə  də  Təhsil  Nazirliyinin 
qarşısında  təşkil  edilmişdir.    Dinc  şəkildə  təşkil  edilmiş  aksiyanın  polisin  güc 
işlədərək dağıtması ciddi qarşıdurmaya səbəb olmuşdur, nəticədə 6 may 2011-ci il 
tarixində  keçirilmiş  aksiyadan  fərqli  olaraq  daha  çox  iştirakçı  saxlanılmış,  həm 
aksiya iştirakçıları, həm də polis əməkdaşları fiziki xəsarətlər almışlar. Aksiyada 
iştiraka görə azadlıqdan məhrum edilmiş bütün şəxslər siyahıya daxil edilib.   
Aksiyanın  müşahidəsi,  həmçinin  sonradan  aksiyadan  olan  foto  və  video 
çəkilişlərin analizi göstərir ki, aksiya dinc qaydada təşkil edilmiş, son ana qədər 
polis  və  ya  digər  hüquq-mühafizə  orqanlarının  əməkdaşları  ilə  qarşıdurmaya 
gedilməmişdir.  Yalnız  polisin  güc  tətbiq  edərək  müdaxiləsi  nəticəsində  mitinq 
iştirakçılarından bir neçəsi özlərini müdafiə etmək məqsədilə polislə qarşıdurmada 
olmuşlar.  Video  və  foto  kadrlardan  aydın  şəkildə  görünür  ki,  aksiya  zamanı 
təxribatçılardan  istifadə  edilib  ki,  məhz  onlar  əllərinə  aksiya  iştirakçılarının 
şüarlarının  qeyd  edildiyi  taxta  parçalarını  almaqla,  polisə  müqaviməti  imitasiya 
etməklə sonradan aksiyanın tam olaraq qeyri-dinc olduğunu “əsaslandırmaq” üçün 
fəaliyyət  göstəriblər.  Kadrlara  düşən  bu  şəxslərin  heç  biri  saxlanılmayıb.  Lakin 
kadrlara  yalnız  üzləri  düşən,  amma  polisə  müqaviməti  göstərdikləri  əks 
edilməyən, hətta aksiyaya gecikən şəxslər həbs ediliblər və məhkəmənin qərarı ilə 
azadlıqdan məhrum ediliblər. Məhkəmə qərarları çıxarılarkən istinad edilən əsas 
sübut  polis  əməkdaşlarının  ifadələri  olub  ki,  aksiya  zamanı  qarşı  tərəfin  polis 
olduğunu  nəzərə  aldıqda  bu  ifadələrin  mötəbərliyi  şübhə  doğurmaya  bilmir. 
Polislərdən  başqa  şahid  kimi  dəvət  edilmiş  Təhsil  Nazirliyi  ətrafında  fəaliyyət 
göstərən  mağaza  sahibləri  və  taksi  sürücüləri  isə  təqsirləndirilən  şəxsləri 
ümumiyyətlə  görmədiklərini  bildirmişlər.  Polislə  qarşıdurmada  olmuş  aksiya 
iştirakçılarına qeyri-adekvat cəza verilib.   
Aksiyada  iştiraka  görə  həbs  edilən  şəxslər  barəsində  uzun  müddət  ictimaiyyətə 
heç  bir  məlumat  verilməmişdir,  onları  mühakiməsi  qruplar  şəklində  həyata 
keçirilmişdir.     
 
62.  Ağadadaşov Tərlan Faiq oğlu  
 
“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
68 
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il                                    
 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini 
yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq 
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri  
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 
il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-
cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.  
 
63.  Allahverdiyev Rövşən Hüseyn oğlu 
 
64.  Həsənov Nəsimi Yusif oğlu 
 
Saxlanma tarixi: 6 oktyabr 2012-ci il                                   
 
İttiham:  CM-nin  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya  gəzdirmə)  və  234.1-ci  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik 
vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə 
etmə və ya saxlama)  
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Cənab Həsənov faktiki olaraq 5 oktyabr 2012-ci il tarixli “Hicaba 
azadlıq” aksiyasında iştirakına görə CM-nin digər maddələri ilə həbs edilən şəxsdir. 
Aksiyada  iştirakdan  sonra  Bərdəyə  qayıdan  Həsənov  barəsində  aksiyadan  bir  neçə 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
69 
gün sonra axtarış verilməsi ilə bağlı məlumatlar yayılıb (halbuki polislər Həsənovun 
evinə  belə  getməyiblər),  bu  məlumatların  yayılmasından  sonra  cənab  Həsənov 
könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə getmiş və Bərdədə olduğunu bildirmişdir. 
Polis  şöbəsində  5  oktyabr  aksiyasında  iştirakı  ilə  bağlı  dindirilərkən  polislər  onun 
atasından  Həsənova  məxsus  maşının  açarlarını  almaq  üçün  onların  evinə  gediblər, 
atası Həsənovun özünə zəng vurduqdan sonra açarı polislərə verib. Axtarışdan sonra 
maşından  silah,  könüllü  şəkildə  polisə  gəlmiş  Həsənovun  cibindən  isə  24  bükülü 
narkotik maddə aşkarlandığı bildirilib. Məhkəmə prosesində şahidlər qismində yalnız 
polislər və hal şahidləri çıxış ediblər ki, onların ifadələrində xeyli sayda ziddiyyətli və 
ilkin ifadələrlə üst-üstə düşməyən məqam olub, məsələn, maşında axtarış zamanı hal 
şahidi olmuş şəxslərdən biri hakim Əhməd Sarıyevin “maşın nə rəngdə idi?” sualına 
şahid “yadımda deyil, ya ağ, ya qara idi” cavabını verib, polislərdən biri “Həsənov nə 
vaxt  həbs  edilib?”  sualına  “5  oktyabrda”  cavabını  verib,  halbuki  cənab  Həsənov 
aksiyadan sonrakı tarixdə həbs edilib. Bununla belə, o, Bərdə rayon Məhkəməsinin 27 
iyul 2013-cü il qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum 
edilib. 
1977-ci  il  iyulun  2-də  anadan  olan  cənab  Həsənov  ailəlidir,  1  qız  övladı  var,  qızı 
anadangəlmə iflicdir.  
 
65.  Hətəmov İlham Bəhmən oğlu 
 
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini 
yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq 
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri  
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 
il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-
cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.  
 
66.  Kərimov David Tərlan oğlu  
 
Saxlanma tarixi: 5 oktyabr 2012-ci il 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini 
yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq 
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri  
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 
il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il 
dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.  
 
67.  Rzayev Elşad Fikrət oğlu  
 
“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
70 
Saxlanma tarixi: 23 fevral 2013-cü il                                     
 
İttiham: 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya 
bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi 
ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan 
zor tətbiq etmə) maddələri 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il 
müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı 2013-cü 
ilin avqustunda qüvvədə saxlayıb.  
 
68.  Şirəliyev Telman Şirəli oğlu 
 
Saxlanma tarixi: 05 oktyabr 2012-ci il 
İttiham:  CM-nin  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini 
yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə  qarşı  həyat  və  sağlamlıq 
üçün təhlükəli olan zor tətbiq etmə) maddələri  
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 
il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il 
dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.  
 
f. İlahiyyatçılar   
 
69.  Süleymanov Abgül Neymət oğlu 
 
Saxlanma tarixi: 12 avqust 2011-ci il                            
 
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş 
sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya  gəzdirmə),  233  (ictimai  qaydanı  kobud  surətdə  pozan  və  ya  hakimiyyət 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
71 
nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, 
müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin 
bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak 
etmə),  234.1  (satış  məqsədi  olmadan  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya 
psixotrop  maddələri  şəxsi  istehlak  miqdarından  artıq  miqdarda  əldə  etmə  və  ya 
saxlama),  234.4.3  (satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya 
psixotrop  maddələri əldə etmə və ya saxlama, hazırlama,  istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1-ci (zor tətbiq etməklə və ya 
zor  tətbiq  etmə  hədəsi  ilə  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 
salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
Saxlandığı yer: 8 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Cənab Süleymanov Azərbaycanda inanclı fəal və nüfuzlu ruhani 
kimi  tanınır. 2001-ci ildən səyyar şəkildə “Qurani-kərim” və İslam din üzrə dərslər 
deyən  ruhani  2005-ci  ildə  “Milli-mənəvi  dəyərlər”  İctimai  Birliyinin  yaranmasında 
yaxından  iştirak  edib,  elə  həmin  il  Danimarkada  Məhəmməd  peyğəmbər  barədə 
çəkilmiş  karikaturalara  etiraz  əlaməti  olaraq  Azərbaycan  Xarici  İşlər  Nazirliyinin 
qarşısında  keçirilən  aksiyanın  fəallarından  olub,  2006-2010-cu  illər  ərzində 
Beynəlxalq Qüds günü ilə bağlı İsrail səfirliyi qarşısında keçirilmiş dinc aksiyalarda 
iştirak  edib,  2009-cu  ildə  Fatimeyi  Zəhra  məscidinin  sökülməsi  ilə  bağlı  İqtisad 
Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı 
dinc aksiya cənab Süleymanovun təşəbbüsü ilə keçirilib, 2009-2010-cu illərdə digər 
məscidlərin də sökülməsi ilə bağlı sərt tənqidi çıxışlar edib, 2010-cu ilin sonlarında 
Təhsil  Nazirliyinin  qərarı  ilə  orta  məktəblərdə  hicaba  qoyulmuş  qadağaya  etiraz 
olaraq keçirilmiş hər iki aksiyada iştirak edib, mətbuatda bu qərarın qanunsuz olması 
ilə bağlı çıxışlar edib. 2011-ci ilin mayında keçirilmiş “Hicaba azadlıq” aksiyasından 
sonra təqiblərlə üzləşən cənab Süleymanov həmin ilin avqustunda həbs olunmuşdur. 
Avqustun  12-də  Milli  Təhlükəsizlik  Nazirliyi  və  Baş  Prokurorluq  birgə  məlumat 
yayaraq  cənab  Süleymanovun  onunla  birgə  həbs  edilən  jurnalist  Bayramov  Ramin 
Cahangir oğlu və Azərbaycan İslam Partiyasının üzvü Qəniyev Arif Gülsuvar oğlu ilə 
birlikdə  Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  fəaliyyəti  aparmaqda,  xarici 
dövlətə  və  onun  nümayəndələrinə  kömək  etməkdə,  eləcə  də  ölkədə  iğtişaşların 
törədilməsində,  ictimai  təhlükəsizliyin  pozulmasında,  insanların  itaətsizliyə  təhrik 
edilməsində  şübhəli  bilindiklərini  bəyan  etmişlər.  Bu  məlumatda  eyni  zamanda 
bildirilmişdi  ki,  cənab  Süleymanov  İran  İslam  Respublikasının  Bakıda  fəaliyyət 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin