Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   ...   6   7   8   9   10   11   12   13   14
göstərən  Mədəniyyət  Mərkəzinin  maliyyə  dəstəyi  əsasında  rəsmi  dövlət  qeydiyyatı 
olmayan  “Cəfəri”  adlı  radikal  dini  qrup  yaradaraq  ona  rəhbərlik  etmişdir.  Qrupun 
üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları, 
eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və 
dindarlar  arasında  paylanılmasını  təşkil  etmişlər.  “Cəfəri”  adlı  radikal  dini  qrup 
tərəfindən  təbliğat  işinin  genişləndirilməsi  məqsədilə  www.İslam-Azeri.az  internet 
saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.  
Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və hər üç şəxs barəsində birgə 
istintaq  aparılsa  da,  onların  məhkəmələri  avqustun  12-də  yayılmış  məlumata  əksi 
olaraq ayrı-ayrılıqda keçirilmiş, rayon məhkəmələrinin qərarları ilə Ramin Bayramov 
və  Arif  Qəniyev    1  il  6  ay  müddətinə  azadlıqdan  məhrum  edilmişlər  (Ramin 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
72 
Bayramov Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınmışdı, o da, 
Arif  Qəniyev  də  azadlıqdadır),  cənab  Süleymanovun  işinə  isə  Ağır  Cinayətlər  üzrə 
Məhkəmədə  baxılmışdır.  Məhkəmə  prosesi  2012-ci  ilin  avqustunda  başlanmışdır, 
cənab Süleymanovun barəsində həbs qətimkan tədbiri barədə sonuncu qərar Səbayel 
rayon Məhkəməsi tərəfindən 06 aprel 2012-ci ildə çıxarılıb və bu qərarda qeyd edilib 
ki, həbs müddəti 11 may 2012-ci ilə qədər artırılıb, bu faktdan aşkar şəkildə görünür 
ki, cənab Süleymanov 3 ay müddətində (2012-ci ilin mayından məhkəmənin başladığı 
2012-ci  ilin  avqust  ayına  qədər)  qanunsuz  şəkildə,  yəni  məhkəmə  qərarı  olmadan 
həbsdə saxlanılıb.     
Cənab Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2012-ci il tarixli 
qərarı  ilə  11  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmişdir. 
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 23 yanvar 2013-cü il 
tarixli qərarı ilə bu hökm qüvvədə saxlanılmışdır.  
Məhkəmə istintaqı zamanı cənab Süleymanovun üzərindən və evindən tapıldığı iddia 
edilən narkotik maddənin ona məxsusluğu, üzərindən tapılan narkotik maddənin satış 
məqsədi  olmadan,  lakin  evindən  tapılan  narkotik  maddənin  satış  məqsədilə 
saxlanması  ilə  bağlı  gəlinən  nəticənin  səbəbləri  aşkar  olunmayıb.  Bundan  əlavə 
ekspert  rəsmi şəkildə cənab  Süleymanovun  narkotik  maddə istifadəçisi olmadığı  və 
bundan  əziyyət  çəkmədiyi  ilə  bağlı  rəy  vermişdir.  Məhkəmə  yalnız  Milli 
Təhlükəsizlik  Nazirliyinin  əməkdaşlarının,  həmçinin  ziddiyyətli  ifadələr  vermiş  və 
məsələnin mahiyyətindən xəbərsiz olan hal şahidlərinə inanmış, əlavə araşdırmalarda 
maraqlı  olmamışdır.  Cənab  Süleymanova  qarşı  irəli  sürülmüş  ittihamlardan  biri 
həbsindən 8 ay əvvəl, yəni 10 dekabr 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında dinc 
şəkildə keçirilmiş orta məktəblərdə hicab qadağasına qarşı aksiya ilə bağlıdır.  Həmin 
aksiya  nəticəsində  polis  onlarla  inanclı  şəxsi  həbs  etsə  də,  onların  çoxu  sonradan 
sərbəst  buraxılmış,  bir  neçə  nəfər  isə  inzibati  qaydada  həbs edilmişdir,  başqa  sözlə 
desək,  heç  kim  cinayət  məsuliyyətinə  cəlb  edilməmişdir.  Bu  aksiyaya  görə  cənab 
Süleymanovun ittiham edilməsi onun həm məhz fəallığına görə təqib edildiyini, həm 
də  ona  qarşı  ittihamın  saxta  olduğunu  sübut  edir.  Cənab  Süleymanovun  qarşı  irəli 
sürülmüş zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə milli, sosial, dini nifrət 
və  düşmənçilik  salma  ittihamı  onun  həbsindən  9  ay  qabaq,  yəni  2010-cu  ilin 
noyabrında  keçirilmiş  dini  məclisdəki  çıxışı  ilə bağlıdır.  Cənab  Süleymanov  həmin 
çıxışında  məscidlərin  sökülməsini  və  orta  məktəblərdə  hicab  qadağasını  sərt  tənqid 
etmiş,  buna  qarşı  etiraz  aksiyalarının  keçirilməsinin  zəruriliyini  vurğulamışdır,  bu 
çıxış  məclisdə  iştirak  edən  şəxslər  tərəfindən  videoya  çəkilmiş  və  sonradan  sosial 
şəbəkələrdə  yayılmışdır.  İstintaq  aksiya  etməyə  çağırışı  zor  tətbiqinə  çağırış  kimi 
qiymətləndirmiş, dövlət qurumu tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi 
qəbul etmişdir.  
MTN  və  Baş  Prokurorluğun  12  avqust  2011-ci  il  tarixli  birgə  məlumatında  qeyd 
edilən  məsələlər,  xüsusən  cinayətkar  qrupun  yaradılması,  bu  qrupun  İrandan 
təlimatlar  alması,  Ramin  Bayramovun  baş  redaktoru  olduğu  saytın  fəaliyyəti  və  s. 
kimi məsələlərə nə istintaq zamanı, nə də məhkəmədə toxunulmamışdır ki, bu fakt da 
cənab  Süleymanovun  siyasi  sifarişlə  tələsik  həbs  edildiyini  göstərir  (bu  məlumat 
hazırda da MTN-nin rəsmi veb-səhifəsində qalıb
26
). 
Cənab  Süleymanov  ilkin  olaraq  13  saylı  Cəzaçəkmə  Müəssisəsinə  köçürülsə  də,  o, 
dərhal  “karser”ə  salınmış  və  Cəzaçəkmə  Müəssisəsinin  rəhbərliyi  cənab 
Süleymanovun burada daxili nizam-intizam qaydalarını pozması ilə bağlı təqdimatlar 
                                                        
26
 
http://bit.ly/1hiq3vA
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
73 
hazırlamışdır.  Məhz  bu  təqdimatlar  əsasında  Qaradağ  rayon  Məhkəməsinin  hakimi 
Fuad  Həsənov  24  aprel  2013-cü  il  tarixdə  (cənab  Süleymanov  cəzaçəkmə 
müəssisəsinə  köçürüləndən  1  ay  sonra)  ruhaninin  6  ay  müddətinə  ağır  saxlanma 
şəraiti olan Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul etmişdir. 
Qərardan verilən apellyasiya və kassasiya şikayətləri nəticəsində cənab Süleymanov 
Qobustana  köçürülməsə  də,  o,  2014-cü  ilin  yanvarında  cəzasının  qalan  hissəsini 
çəkmək üçün ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.     
 
 
 
 
g. “Nurçular”ın işi 
 
 
  
1086  saylı  cinayət  işi  Azərbaycan  Respublikası   Milli  Təhlükəsizlik  Nazirliyi 
tərəfindən aparılıb. İş üzrə  təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov 
İsmayıl İsax oğlu və Hacıyev Eldəniz Balamət oğlu  2014-cü ilin 12 aprel tarixində 
həbs  edilmiş  və  14  aprel  tarixində  onlar  barəsində  2  ay  müddətinə  həbs  qətimkan 
tədbiri  seçilmişdir.  Digər  təqsirləndirilən   şəxs  Səbzəliyev  Rəvan  Həkim  oğlu 
barəsində  isə  23  may  tarixində   2  ay  müddətinə  həbs  qətimkan  tədbiri 
seçilmişdir.  Sonradan hər 3 təqsirləndirilən  şəxsin həbsdə  saxlanılma müddəti 2 ay 
uzadılmışdır.  
İşin  materiallarında  göstərilir  ki,  Bakı  şəhəri  Yasamal  rayonunun  bir  neçə  sakini 
polisə  müraciət  edərək,  qonşuluqdakı  həyət  evində  müxtəlif vaxtlarda  yığışan  dini 
qurumun  üzvlərinin  onların  sakit  yaşayışına,  normal  gediş-gəlişinə  və  rahatlığına 
mane olan hərəkətlər etməsindən şikayət etmişlər. Elə həmin günü, yəni 2 aprel 2014-
cü  ildə  Azərbaycan  Respublikası   Milli  Təhlükəsizlik  Nazirliyi  və  Daxili  İşlər 
Nazirliyi  həmin  ünvanda  birgə  əməliyyat  keçirmiş,  orada  ibadət  etmək  və  kitab 
oxumaqla məşğul olan 40-dan çox şəxsi saxlamışdır. İttihama görə, bununla həmin  3 
şəxs  dini  ayinlərin  icrası  adı  altında  digər  şəxslərin  hüquqlarını  pozmuş  və  bu 
hərəkətlərinə  2  nəfər  yetkinlik  yaşına  çatmayan  şəxsi  də  cəlb  etmişlər.  Qonşuların 
məzmunca eyni olan şiakyətinin eyni gündə yazılması, şikayətə iki nazirliyin operativ 
və  sərt  reaksiya  verməsi  bu  hadisənin  hüquq-mühafizə  orqanları  tərəfindən 
qabaqcadan  hazırlanması  və  nəyin  bahasına  olursa  olsun  dindar  şəxslərin  həbsinə 
yönəlmiş əməliyyat olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir 
siyasi  məqsəd güdmədən  dinc surətdə islam dininin sünni məzhəbindən olan islam 
alimi Səid Nursinin kitablarına əsaslanan, “Nurçu” adlandırılan cərəyanının təbliğatı 
olub.  Təbliğatın  dinc  xarakterli  olmasına,  ittiham  olunan  şəxslərin  hər  hansı  zorakı 
əməl  həyata  keçirməsi  və  Azərbaycan  Respublikası  qanunlarına  zidd  hərəkətlər 
etməsi  ilə  bağlı  nəinki  sübutların,  hətta  ehtimalların  belə  mövcud 
olmadığına  baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk gündən həbs 
qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən  şəxslərə  istinad olunan AR  CM –nin 
168.2-ci maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə 
sanksiyaları nəzərdə tutulduğu halda,  təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi, 
cinayət  işinin  materiallarında  təqsirləndirilənlərin    təqsirləndirilməsi  üçün  kifayət 
qədər  əsasların  olmamasına  məhkəmənin  heç  bir  məhəl  qoymaması  bu  iş  üzrə  adı 
keçən şəxslərin dini inanclarına görə məsuliyyətə cəlb olunduğunu deməyə əsas verir. 
Bu  şəxslərdən  tapılmış  islam  alimi  Səid  Nursinin  külliyyatının  -  ədəbiyyatın  rəsmi 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
74 
dini ekspertizası  bu  iş  üzrə  təqsirləndirilən  şəxslərin  oxuduğu  və  yaydığı  kitabların 
qanuna zidd məzmunda olmadığını müəyyən etmişdir. 
Sonradan 2014-cü ilin sentyabr ayında hər üç təqsirləndirilən şəxs barəsəində seçilmiş 
həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.  
Eyni  vaxtada  2014-cü  ilin  aprel  ayında  Göyçay  rayonunda  da  Səid  Nursi 
tərəfdarlarına  cinayət  təqibi  başlanmış,  onların  Göyçay  şəhəridə  yığışdığı  məznildə 
baxış  və  götürmə  istintaq  hərəkəti  keçirlmiş,  2  nəfər  şəxs  Şahin  Həsənov  və 
Məmmədov  Zəkəriyyə  İsax  oğlu  təqsirləndirlən  şəxs  qismində  cəlb  edilmiş,  ancaq 
onların barəsində həbs qətimkan tədbiri seçilməmiş, polisin nəzarəti altına verilmişlər.  
Bakının Yasamal rayon Məhkəməsində 2014-cü ilin aprelində saxlanılmış ilahiyyatçı 
Səid  Nursinin  ardıcıllarının  (nurçuların)  işi  üzrə  məhkəmə  prosesi  2014-cü  ilin 
oktybar ayının sonlarında başlanmış, bu il oktyabrın 7-də isə başa çatmışdır (Hakim 
Aqşin Əfəndiyev). 
Eldəniz  Hacıyev,  İsmayıl  Məmmədov,  Şahin  Həsənov  və  Zəkəriyyə  Məmmədovə 
qarşı  AR  Cinayət  Məcəlləsinin  167-2.2.1  (Müvafiq  razılıq  olmadan  dini 
təyinatlı ədəbiyyatı  (kağız  və  elektron  daşıyıcılarında),  audio  və  video  materialları, 
mal  və  məmulatları və  dini  məzmunlu  başqa  məlumat  materiallarını  istehsal  etmə, 
satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymaqabaqcadan əlbir olan 
bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 168.1 (Dini məzhəbləri 
yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai 
asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı 
olmayaraq  vətəndaşların  hüquqlarını  pozan,  habelə  vətəndaşların  qanunla  müəyyən 
edilmiş  vəzifələrini  yerinə  yetirməkdən  yayındıran  qrup  təşkil  etmə,  ona  rəhbərlik 
etmə və ya belə qrupda iştirak etmə) və 168.2-ci (yetkinlik yaşına çatmamış şəxslərin 
cəlb edilməsi ilə  Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd 
etmə) maddələri  ilə, Rəvan  Səbzəliyev  isə  yalnız  AR CM-nin  168.2-ci maddəsi  ilə 
təqsirli bilinmişdir. 
Sentyabrın  23-də  prokuror  İ.Məmmədovu  7,  E.Hacıyev,  Ş.Həsənov  və 
Z.Məmmədovu  6,5,  R.Səbzəliyevi 4 il müddətinə azadlıqdan məhrum  etməyi təklif 
edib. 
Vəkil  Yalçın  İmanovun  sözlərinə  görə,  oktyabrın  7-də  Yasamal  rayon  Məhkəməsi 
ittiham olunanları tam günahkar sayıb. Onların hamısı məhkəmə zalında azadlıqdan 
məhrum edilib. Vəkil bildirib ki, həbs edilənlərin hər hansı təqsiri sübuta yetirilməyib. 
“Onlar sadəcə evə yığışıb “Risaleyi Nur” kitabını oxuyub, müzakirələr aparıb. Onlar 
hən hansı dini ayin belə icra etməyiblər, hər hansı şəxsin hüquqlarına qəsd etməyiblər, 
məhkəmə baxışısında onlara irəli sürülmüş ittihamlar öz təsdiqni tapmayıb”. 
Vəkil  hesab  edir  ki,  təqsirləndirilən  şəxslərin  Azərbaycan  Konstitusiyasının  47-ci 
(fikir  və  söz  azadlığı),  48-ci  (vicdan  azadlığı),  49-cu  (toplaşmaq  azadlığı) 
maddələrində  zəmanət  verilmiş  hüquqları  pozulub.“Təqsirləndirilən  şəxslər  siyasi 
konyunkturanın  qurbanlarıdır.  Həbs  edilənlər  kllassik  nurçuluğun  ardıcıllarıdır. 
Amma Türkiyə və Azərbaycanda tərəfdarları təqibə məruz qoyulan Fətullah Gülənlə 
heç bir əlaqələri yoxdur”. 
 
  
70.   Məmmədov İsmayıl İsax oğlu 
  

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
75 
Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014-cü ildə seçilib 
İttiham: CM-nin 167-2.2.1, 168.1 və 168.2-ci maddələri. 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası. 
İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun 
sadəcə  dini  dərslər təşkil  etmək,  gizli  toplantılar  keçirərək,  dini  təbliğat  aparmaqda 
günahlandırıldığı  və  dini  ayinlərin  icrası adı  altında  vətəndaşların  hüquqlarına  qəsd 
etməkdə  günahlandırıldığı  görünür.  Onun  və   bu  iş  üzrə  təqsirləndirilən  digər 
şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video 
materialların  ekspertizası  keçirilib  və ekspertiza Azərbaycan  qanunları ilə  ziddiyyət 
təşkil edən məzmun aşkarlamayıb. 
Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri azadlıqdan məhrum edilib. 
İsmayıl  Məmmədov  vərəmdən  əziyyət  çəkir.  Vəkili  onun  sağlamlığı  üçün  uyğun 
şəraitdə saxlanmadığını deyir.  
İsmayıl  Məmmədov    7  oktyabr  2015-ci  il  tarixdə  Yasamal  rayon  Məhkəməsinin 
hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 
  
71.  Səbzəliyev Rəvan Hakim oğlu 
  
Saxlanma tarixi: həbs qətimkan tədbiri  23  may 2014-cü ildə seçilib 
İttiham: CM-nin  168.2-ci maddəsi. 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Səbzəliyev Rəvan Həkim oğlunun 
yektinlik  yaşına  çatmayanları  cəlb  etməklə  dini  ayinlərin  icrası  adı  altında 
vətəndaşların hüquqlarına qəsd etdiyi deyilir. İş üzrə 4 nəfər zərəçəkmiş şəxs Rəvan 
Səbzəliyevi tanımadığını məhkəmə baxışında verdikləri ifadələrində bildiriblər. 
7  oktyabr  2015-ci  il  tarixdə  Yasamal  rayon  Məhkəməsinin  hökmü  ilə  Rəvan 
Səbzəliyev 1 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. 
  
72. Hacıyev Eldəniz Balamət oğlu 
 
Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014-cü ildə seçilib 
İttiham: CM-nin  167-2.2.1, və 168.2-ci maddələri. 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
İş  üzrə  qısa  arayış: Eldəniz  Hacıyev  Səid  Nursinin  kitablarının  tədris  olunduğu 
dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz 
Balamət  oğlunun  sadəcə  dini  dərslər  təşkil  etmək,  gizli  toplantılar  keçirərək,  dini 
təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların 
hüquqlarına  qəsd  etməkdə  günahlandırıldığı  görünür.  Onun  və   bu  iş  üzrə 
təqsirləndirilən  digər  şəxslərin  dini  ayinlər  keçirdiyi  ünvandan  müsadirə  olunan 
ədəbiyyat,  audio  və  video  materialların  ekspertizası  keçirilib  və  ekspertiza 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
76 
Azərbaycan  qanunları  ilə  ziddiyyət  təşkil  edən  məzmun  aşkarlamayıb.  İş  üzrə 
zərəçəkmiş  şəxslər  Eldəniz  hacıyevin  onların  hər  hansı  hüquqlarını  pozmadığını 
bildiriblər.  
Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir. 
 O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay 
müddətinə azadlıqdan məhrum olunub. 
 
73.  Həsənov Şahin Muxtar oğlu 
 
Saxlanma tarixi: istintaq dövründə həbs olunmayıb, polisin nəzarətinə verilib. 
İttiham: CM-nin  167-2.2.1, 168.1-ci maddələri. 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası. 
İş  üzrə  qısa  arayış: Həsənov  Şahin  Səid  Nursinin  kitablarının  tədris  olunduğu 
dərsxananı  təşkil  edənlərdən  biridir.  Cinayət  işinin  materiallarından  Həsənov  Şahin 
Muxtar  oğlunun  sadəcə  dini  dərslər  təşkil  etmək,  gizli  toplantılar  keçirərək,  dini 
təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların 
hüquqlarına  qəsd  etməkdə  günahlandırıldığı  görünür.  Onun  və   bu  iş  üzrə 
təqsirləndirilən  digər  şəxslərin  dini  ayinlər  keçirdiyi  ünvandan  müsadirə  olunan 
ədəbiyyat,  audio  və  video  materialların  ekspertizası  keçirilib  və  ekspertiza 
Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda 
zərəçəkmiş  2 şəxs  Şahin  Həsənovun  onların  hər  hansı  hüquqlarına  qəsd etmədiyini 
məhkəmədə verdiklərini ifadələrində göstəriblər.    
Bununla belə Həsənov Şahin həbsdə saxlanmaqda davam edir.  
O,  7  oktyabr  2015-ci  il  tarixdə  Yasamal  rayon  Məhkəməsinin  hökmü  ilə  5  il 
müddətinə azadlıqdan məhrum olunub. 
 
74.  Məmmədov Zəkəriyya İsax oğlu 
  
Saxlanma tarixi: istintaq dövrümdə həbs olunmayıb, polisin nəzarətinə verilib.  
İttiham: CM-nin  167-2.2.1, 168.1-ci maddələri. 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
İş üzrə qısa arayış: Məmmədov Zəkəriyya İsax oğlu Səid Nursinin kitablarının tədris 
olunduğu 
dərsxananı 
təşkil 
edənlərdən 
biridir. 
Cinayət 
işinin 
materiallarından.  Məmmədov  Zəkəriyyə  İsax  oğlunun  sadəcə  dini  dərslər  təşkil 
etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda və dini ayinlərin icrası adı 
altında  vətəndaşların  hüquqlarına  qəsd  etməkdə  günahlandırıldığı  görünür.  Onun 
və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə 
olunan  ədəbiyyat,  audio  və  video  materialların  ekspertizası  keçirilib  və  ekspertiza 
Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
77 
məhkəmədə  verdikləri  ifadələrində  2  zərərçəkmiş  şəxs  Z.Məmmədovun  onların  hər 
hansı hüquqlarına qəsd etmədiyini bildiriblər.   
Bununla belə Məmmədov Zəkəriyya həbsdə saxlanmaqda davam edir. 
O,   7  oktyabr  2015-ci  il  tarixdə  Yasamal  Rayon  Məhkəməsinin  hökmü  ilə  5  il 
müddətinə azadlıqdan məhrum olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
78 
F.  Ömürlüklər 
 
a.  Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi 
 
Xüsusi  Təyinatlı  Polis  Dəstəsi  (XTPD)  1987-ci  ildə  Rövşən  Cavadov  və  qardaşı 
Mahir Cavadov tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988-ci 
ildən  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  başlanan  separatçı  hadisələr  və 
nəticədə 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində müstəqillik 
qazanmış  Azərbaycan  və  Ermənistan  arasında  başlayan  müharibəyə  görə  Rövşən 
Cavadov Təkamül Partiyasının hərbi birləşməyə çevrilməsi barədə təlimat vermişdir. 
Münaqişə zamanı ilkin döyüşlərdən sonra cənab Cavadov polkovnik rütbəsi almış və 
onun rəhbərlik etdiyi  hərbi birləşmə XTPD adını almışdır. 1991-ci ildə müharibədə 
göstərdikləri  qəhrəmanlığa  görə  bir  sıra  XTPD-çilər  Milli  Qəhrəman  adı  almışlar. 
Cənab  Cavadov  1993-cü  ildə  hakimiyyətə  gəlməsində  misilsiz  rol  oynamış  keçmiş 
prezident  Heydər  Əliyev  (hazırkı  Prezident  İlham  Əliyevin  atası)  tərəfindən  daxili 
işlər nazirinin müavini təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır. 
Siyahıda  adı  olan  Elçin Əmiraslanov  XTPD-nin Qazax  bölməsinin  komandiri  təyin 
edilib.  Bununla  belə,  bir  müddətdən  sonra  cənab  Cavadovla  cənab  Heydər  Əliyev 
arasında  ciddi  fikir  ayrılıqları  yaranmış  və  bu  getdikcə  dərinləşməyə  başlamışdır. 
1995-ci  ilin  yanvarında  Elçin  Əmiraslanov  və  Qazax  XTPD-çiləri  rayonun  Şıxlı 
kəndindən Ermənistan ərazisinə neft keçirilməsinin qarşısını almış, 22 sisterni Qazax 
rayon  Polis  Şöbəsinə  təhvil  vermiş  və  bununla  bağlı  cənab  Əmiraslanov  dövlət 
televiziyasında  çıxış  edərək  neft  keçirmək  istəyən  şəxslərin  tutulmamasına  görə 
tənqidi  fikirlər  səsləndirmişdir.  Məhz  bundan  sonra  XTPD-çilərlə  Heydər  Əliyev 
arasında ziddiyyətlər açıq mübarizə xəttinə keçmişdir, 1995-ci il matın 13-də XTPD-
nin Qazax bölməsinə hücum olmuş və qanlı döyüş baş vermişdir. Martın 14-də daxili 
işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni daşıyır) XTPD-nin buraxılması və 3 
gün ərzində silahların təhvil verilməsi barədə əmr imzalamışdır. Bununla belə martın 
16-dan 17-ə keçən gecə XTPD-nin Bakıdakı qərargahı ətrafında XTPD-çilərlə daxili 
qoşunlar  arasında  silahlı  toqquşma  baş  vermiş,  nəticədə  XTPD-nin  rəisi  cənab 
Cavadov  aldığı  yaralar  nəticəsində  Daxili  İşlər  Nazirliyinin  hospitalında  dünyasını 
dəyişmişdir.  
Bundan sonra ölkə boyu XTPD üzvlərinin həbsi həyata keçirilmişdir. Həbs edilən və 
sonradan  azadlıqdan  məhrum  edilən  çoxsaylı  XTPD-çilərə  qarşı  qiyam  ittihamı  ilə 
yanaşı  müxtəlif  illərdə  törədilmiş  səs-küylü  qətllərin  törədilməsi  ittihamları  da  irəli 
sürülmüşdür. Azadlıqdan məhrum edilmiş XTPD-çilər ya həbsxanalarda dünyalarını 
dəyişmiş, ya da sonrakı illərdə siyasi və ya ehtimal edilən siyasi məhbuslar qismində 
bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar. Sonuncu dəfə əfv fərmanı ilə 
XTPD üzvü olmuş Şəmsi Abdullayev 2012-ci ilin dekabrında azadlığa buraxılmışdır. 
Bununla belə, bir neçə XTPD-çi hələ də həbsdə saxlanılırlar.    
 
Məhbusların üzərinə qoyulmuş əsas ittihama əsasən,  Elçin Əmiraslanovun tapşırığı 
ilə Səfa Poladov və Arif Kazımov Qazax rayonunda yerləşən “Akasiya” restoranında 
Qazax rayon Polis Şöbəsinin rəisini və Qazax-Ağstafa rayonları üzrə MTN idarəsinin 
rəisini öldürmüşlər. Hər 3 məhbus vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək ölüm 
cəzasına  məhkum  edilsələr  də,  bu  ittihamın  mahiyyəti  nə  istintaq  tərəfindən,  nə  də 
məhkəmə  tərəfindən  sübut  edilməmişdir.  Daha  sonra  cənab  Əmiraslanov  Xüsusi 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin