Azərbaycanda siyasi məhbusların



Yüklə 4,95 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix01.12.2016
ölçüsü4,95 Kb.
#566
1   ...   6   7   8   9   10   11   12   13   14
(zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab 
verməklə azadlıqdan məhrumetmə);   
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
86 
 
 
 
 G. Digər işlər 
 
 
a.  İsmayıllı etirazlarına görə həbs edilənlərin işi 
 
2013-cü  il  yanvarın  23-ü  axşam  saatlarında  İsmayıllıda  yerləşən  keçmiş  Əmək  və 
Əhalinin  Müdafiə  naziri  Füzuli  Ələkbərovun  oğlu  Vüqar  Ələkbərova  məxsus  olan 
“Çıraq”  otelinin  (bunu  həmin  hadisələrə  görə  həbs  edilən  İlqar  Məmmədov  rəsmi 
sənədlər yayaraq sübut etmişdi) inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin 
Məmmədov içkili vəziyyətdə yerli taksi sürücüsünün maşınını vurduqdan sonra taksi 
sürücüsünün özünə də zərbələr endiriblər. Hər iki şəxs hadisə yerinə yığışan çoxsaylı 
İsmayıllı  sakinlərini  təhqir  etmişlər.  Bu,  hadisə  yerində  olan  və  sonradan  gələn 
İsmayıllı sakinlərinin etirazına səbəb olmuş, qəzəblənmiş kütlə “Çıraq” otelinə daşlar 
atmağa  başlamış  və  otel  yandırılmışdır.  Etiraz  edənlər  nazir  Füzuli  Ələkbərovun 
qardaşı olan yerli icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun da istefasını tələb 
etmişlər  və  onun  evinə  tərəf  gedərək  etirazlarını  burada  davam  etdirmiş,  evi  və 
həyətdə  olan  avtomobilləri  yandırmışlar.  Etirazlara  görə  Bakıdan  və  qonşu 
rayonlarından çoxsaylı polis qüvvələri və Daxili Qoşun əsgərləri İsmayıllı rayonuna 
yeridilmiş və həbslər aparılmışdır. Hadisələrə görə cinayət işi açılmış və yanvarın 23-
də Emil Şəmdinov və Elməddin Məmmədovdan başqa  8 İsmayıllı sakini barədə həbs 
qətimkan  tədbiri  seçilmiş,  23  nəfər  inzibati  qaydada  müxtəlif  müddətlərə  həbs 
edilmişlər.  Yanvarın  24-də  həbs  edilənlərin  azadlığa  buraxılması  və  icra  başçısının 
istefaya  göndərilməsi  çağırışları  ilə  aksiyalar  davam  etdirilmiş,  etirazları  yatırmaq 
üçün polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdir.   
Cinayət  işi  çərçivəsində  hadisələrə  görə  ümumilikdə  18  nəfər  həbs  edilmişdir  ki, 
onların 16-ı İsmayıllı sakini, 2 nəfər isə hadisələri yerində öyrənmək üçün İsmayıllıya 
səfər  etmiş  Respublikaçı  Alternativ  Hərəkatının  sədri  İlqar  Məmmədov  və jurnalist 
Tofiq Yaqubludur (hər ikisinin işi ilə müvafiq olaraq “Siyasətçilər”, “Jurnalistlər və 
bloggerlər” bölməsindən tanış ola bilərsiniz).  
Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə ilkin olaraq polisə müqavimət  və 
ictimai  qaydanı  kobud surətdə  pozmaq ittihamları  irəli  sürülsə  də, sonradan  ictimai 
qaydanı  pozma daha ağır ittihamla - kütləvi iğtişaşlar törətmə  və  ya bu iğtişaşlarda 
iştirak etmə ilə əvəz edilmişdir. 
Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  hakimi  Rəşid  Hüseynovun  17  mart  2014-cü  il 
qərarı ilə həbs edilmiş şəxslərdən 10 nəfər 4 ildən 8 ilə qədər müddətlərə azadlıqdan 
məhrumetmə cəzalarına məhkum edilmiş, 8 nəfərə şərti cəza kəsilərək onlar məhkəmə 
zalından azadlığa buraxılmışlar.   
Təqsirləndirilən  şəxslərin  bir  neçəsi  özlərini  qismən  təqsirli  bilsələr  də,  onların 
arasında saxta və sifarişli ittihamlarla həbs edilən şəxslər də var. Başqa sözlə, İlqar 
Məmmədov  və  Tofiq  Yaqublu  ilə  yanaşı,  İsmayıllı  sakinlərindən  də  açıq  siyasi 
motivlərlə  həbslər  edilənlər  olmuşdur.  Bu  şəxslərin  cinayət  əməllərində  iştirakı 
məhkəmədə  sübuta  yetirilməmişdir,  hətta  şahid  kimi  ifadə  verən  çoxsaylı  polislər 
yanğın  törədən  və  daş  atan  şəxslərin  üzlərini  görmədiklərini,  çoxsaylı  ümumi 
etirazların  getdiyini  vurğulayıblar.  Otelin  sahibləri  və  oteldə  qalanlar  zərərçəkmiş 
kimi  tanınsalar  da,  onlar  təqsirləndirilənlərə  qarşı  heç  bir  iddialarının  olmadığını 
məhkəmə proseslərində qeyd ediblər.     

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
87 
 
 
78.      İbrahimov Vasif Ədalət oğlu 
 
Saxlanma tarixi:  25 fevral 2013-cü il                                      
 
İttiham:  CM-nin  220.1 (zorakılıqların, talanların,  yanğınların törədilməsi, əmlakın 
məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, 
yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan 
kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti 
vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, 
zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və 
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə 
hədələmə) maddələri 
Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab  İbrahimov  İsmayıllı  rayonunda  baş  verən  haqsızlıqlara 
qarşı cıxış edən və bu haqsızlıqlara görə tənqidlər səsləndirən sakinlərdən biri olub. 
Heç  bir  müxalifət  partiyasının  üzvü  olmasa  da,  ölkədə,  xüsusən  yaşadığı  İsmayıllı 
rayonunda yerli icra strukturlarına müxalif olub. Cənab İbrahimov sahibkarlara qarşı 
təzyiqlər,  onların  günlərlə  işıqsız  qalması,  sahibkarlara  məxsus  mağazaların 
qapadılması, o cümlədən müxtəlif sosial problemləri ANS telekanalı və çap mətbuatı 
vasitəsilə  ictimailəşdirmiş,  İsmayıllıda  yaşayan  jurnalist  Elçin  İsmayıllıya  rayonun 
müxtəlif  yerlərində  olan  qanunsuzluqlar  və  sosial  problemlər  barədə  məlumatlar 
ötürmüş,  bunların  nəticəsində  cənab  İbrahimov  yerli  icra  strukturlarının  hədəfinə 
çevrilmişdir.  
Cənab İbrahimov İsmayıllı etirazlarının başlandığı  gün, yəni yanvarın 23-də əraziyə 
gəlmiş  jurnalistlərə  müsahibə  vermiş  və  müsahibəsində  “Çıraq”  otelinin  tikintisini 
qanunsuz adlandırmış, otelin olduğu tikilidə 35 aztəminatlı ailənin məskunlaşmasına 
baxmayaraq onların oradan məcburi çıxarıldığını, bu işdə yerli strukturlarının iştirak 
etdiyini  bildirərək  yerli  icra  qurumlarını  tənqid  etmişdir
33
.  Müsahibəsinin  efirə 
verilməyən  hissəsində  o  icra  başçısı  və  sabiq  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 
nazirinin oğlunun bu hadisələrdə günahkar olduğunu bildirmişdir.    
Cənab İbrahimov etirazlar və qarşıdurmalarda birbaşa iştirak etməmiş və o, ilk günlər 
deyil,  hadisədən  1 ay  sonra  yerli  icra  strukturlarının  təkidi  ilə  həbs  edilmiş  və  ona 
qarşı ittihamlar irəli sürülmüşdür. 
Şəki  Ağır  Cinayətlər  Məhkəməsinin  17  mart  2014-cü  il  qərarı  ilə  8  il  müddətinə 
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 
 
 
 
 
 
                                                        
33
 
http://bit.ly/1mb5UIx
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
88 
 
b.  Keçmiş dövlət məmurları 
 
 
79.  İnsanov Əli Binnət oğlu  
 
Saxlanma tarixi: 20 oktyabr 2005                                    
 
İttiham:  CM-nin  179.3.2  (mənimsəmə  və  israf  etmə  külli  miqdarda  törədildikdə), 
306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə vəzifəli şəxs 
tərəfindən  təkrar  törədildikdə),  308.1  (vəzifə  səlahiyyətlərindən  sui-istifadə,  yəni 
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün 
qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən  qulluq 
mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi 
halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni 
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm 
zərər vurduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 
törədildikdə),  311.3.2  (rüşvət  alma  təkrar  törədildikdə),  311.3.3  (rüşvət  alma  külli 
miqdarda  törədildikdə)  və  313-cü  (vəzifə  saxtakarlığı,  yəni  vəzifəli  şəxs  tərəfindən 
rəsmi  sənədlərə  və  ya  informasiya  resurslarına  bilə-bilə  yalan  məlumatların  daxil 
edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya  informasiya  resurslarında  onların 
həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi 
niyyətlərlə törədildikdə) maddələri 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi   
 
 
 
İş  üzrə  qısa  arayış:  Cənab  İnsanov  hakim  Yeni  Azərbaycan  Partiyasının  (YAP) 
qurucularından  biri  hesab  edilir,  o,  1993-cü  ildən  həbs  edilənə  qədər  Azərbaycan 
Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.    
 
 
 
2005-ci  ilin  noyabrında  keçirilmiş  parlament  seçkilərindən  əvvəl  və  seçkilər 
ərəfəsində cənab İnsanov YAP-ın İdarə Heyətinin iclaslarında kəskin tənqidi çıxışlar 
etmiş, hakimiyyətdə cinayətkarların təmsil olunduğunu, aparılan siyasətin yanlışlığını 
və dəyişdirilməli olduğunu, əks halda xalqı aldatmış olacaqlarını bildirmişdir. YAP-ın 
qurultayından  əvvəl  keçirilən  idarə  heyətinin  iclasında  tənqidi  fikirlərini  davam 
etdirərək, partiyaya dəvət etdiyi və ona görə partiyaya qoşulan şəxslərdən buraxılan 
səhvlərə  və  yanlış  siyasətə  görə  üzr  istəmək  dərəcəsinə  çatdırıldığını  vurğulayıb. 
Cənab İnsanov  həbsindən 7 ay əvvəl, yəni  2005-ci  ilin  mart ayında həm YAP-dan, 
həm  də  səhiyyə  naziri  vəzifəsindən  istefa  vermək  üçün  ərizə  ilə  Prezident  İlham 
Əliyevə müraciət etsə də, onun istefası qəbul edilməmişdir. Həbsindən iki ay əvvəl 
cənab  İnsanov  izləndiyini,  hətta  Bakıdan  çıxdıqdan  sonra  da  bu  izləmənin  davam 
etdiyini və bununla da bağlı prezidentə müraciət etdiyini bəyan etmişdir.  Müraciətdə 
elə hakimiyyətdə təmsil olunan qruplar tərəfindən izləndiyini vurğulamışdır.    
Parlament  seçkilərinə  16  gün  qalmış  cənab  İnsanov  həbs  edilərkən  ona  qarşı  ilkin 
olaraq  dövlət  çevrilişi  etməyə  hazırlıq  ittihamı  sürülsə  də  (dövlət  mediası  da  bu 
barədə  məlumatlar  yayırdı),  sonradan  bu  ittiham  sırf  iqtisadi  cinayətlər  üzrə 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
89 
ittihamlara  çevrildi.  Onun  həbsi  Milli  Təhlükəsizlik  Nazirliyi  tərəfindən  həyata 
keçirilib və barəsində dərhal həbs qətimkan tədbiri seçilib.  
 
 
 
 
 
 
 
 
        
Keçmiş  nazir  həbs  edilərkən  işgəncəyə  məruz  qaldığını,  işgəncələrin  Bayıl 
həbsxanasında,  5  saylı  istintaq  təcridxanasında,  13  saylı  cəzaçəkmə  müəssisəsində 
davam etdiyini bildirmişdir. 
2007-ci  ildə  cənab  İnsanovun  cinayət  işi  üzrə  istintaq  yekunlaşıb,  ancaq  onun 
vəkillərinə iş materialları ilə tanış olmaq və surətlər götürməyə imkan verilməyib.  O, 
20 aprel 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə 
azadlıqdan məhrum edilib. 2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi, 
16  yanvar  2008-ci  ildə  isə  Ali  Məhkəmə  bu  qərardan  verilən  şikayətləri  təmin 
etməyib.   
 
 
 
 
             
Cinayət işinin materiallarında mənimsənildiyi iddia edilən məbləğlə həbs zamanı Baş 
Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab 
İnsanov bütün vergiləri ödədiyini və təkcə 2005-ci ildə 85000 manat vergi ödədiyini 
sübut  edən  qəbzləri  məhkəməyə  təqdim  edib.  Qanunsuz  özəlləşdirmə  həyata 
keçirməkdə ittiham edilən cənab İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət 
Komitəsinin  sədri  Kərəm  Həsənov  və  keçmiş  İqtisadi  İnkişaf  naziri  Fərhad  Əliyev 
tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi məhkəməyə gətirilməsi 
ilə  bağlı vəsatət versə də,  bu,  təmin edilməyib. Cənab İnsanovun həbs edildiyi  gün 
verdiyi  ifadənin  böyük  bir  hissəsi  itirilmiş,  nəticə  etibarilə  cinayət  işinin 
materiallarına əlavə edilməmişdir. 
Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3-
cü  (işgəncəyə  məruz  qalmamaq)  və  6-cı  (ədalətli  məhkəmə  hüququ)  maddəsində 
nəzərdə  tutulmuş    hüququnun  pozulması  ilə  bağlı    Avropa  Məhkəməsinə  şikayət 
verilmişdir.  2013-cü  ilin  martın  14-də  Avropa  Məhkəməsi  keçmiş  nazirin  hər  iki 
hüququnun pozuntusunu tanıyıb
34
. Məhkəmə keçmiş nazirin müdafiə hüququ və digər 
prosessual  qaydaların  pozulduğunu,  əlavə  araşdırma  aparılmasına  ehtiyac  olduğunu 
və Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməli olduğunu qət edib. 2013-cü 
il noyabrın 15-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına əsasən işin yenidən 
baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərib. Apellyasiya məhkəməsində 
işə  baxılarkən  cənab  İnsanov  hakimiyyət,  konkret  prezident  İlham  Əliyev  barədə 
kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov  şüşə qəfəsə 
salınıb  və  hakim  onun  danışmasına  icazə  verməyib  (keçmiş  nazir  tənqidi  fikirlər 
səsləndirərkən hakim səsin eşidilməsini  təmin edən mikrofonu söndürüb). 25 fevral 
2014-cü  ildə    Apellyasiya  Məhkəməsi  Əli  İnsanov  barəsində  çıxarılan  11  illik 
azadlıqdan məhrum edilmə barədə hökmü qüvvədə saxlayıb.   AŞ PA-nın 2007-ci ildə 
qəbul  etdiyi  1545  saylı  qətnaməsində  Əli  İnsanov  barəsində  ədalətli  məhkəmə 
keçirilməsi  tövsiyə   olunmuşdur
35
.  AŞ  PA-nın  Azərbaycan  üzrə  keçmiş 
həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin 
nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞ PA-nın 2008-ci il 
24 iyul tarixli qətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.  
 
 
 
 
                                                        
34
 http://bit.ly/1myxEK1 
 
35
 
http://bit.ly/P93hLW
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
90 
 
 
 
 
80.  Quliyev Nicat Əmir oğlu  
 
Saxlanma tarixi: 07 avqust 2013-cü il                                 
                             
İttiham:  CM-nin  228.1-ci  (qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini, 
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və ya gəzdirmə) maddəsi 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
İş üzrə qısa arayış: Cənab Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri 
vəzifəsini  müvəqqəti  icra  edib.  Sonra  Acarıstana  gedib,  2004-cü  ilədək  orada 
prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan  sonra Azərbaycana 
qayıdıb,  Türkiyə  və  Azərbaycanda  bizneslə  məşğul  olub.  N.Quliyev  2005-ci  il 
oktyabrın  19-da    parlament  seçkilərindən  əvvəl  həbs  edilmiş,    ona  qarşı  dövlət 
çevrilişinə  cəhddə  iştirak  ittihamı  irəli  sürülsə  də,  az  sonra  azadlığa  buraxılıb.  O, 
2013-cü il prezident seçkilərinə 2 ay qalmış 2005-ci ildə olduğu kimi yenidən MTN 
əməkdaşları tərəfindən Abşeronda yerləşən bağ evində həbs edilib. Həbsindən əvvəl 
prezident  seçkiləri  üçün  müxalifətin  ilkin  vahid  namizəd  seçilmiş  tanınmış 
kinorejissor  Rüstəm  İbrahimbəyovla  telefonla  danışmış  və  təzyiqlərlə  üzləşən 
İbrahimbəyova dəstəyini ifadə etmişdir. Cənab İbrahimbəyov da öz müsahibələrində 
cənab  Quliyevlə  çoxdan  tanış  olduğunu  və  Quliyevin  ona  zəng  edərək  hal-əhval 
tutduğunu və məhz buna görə də həbs edildiyini bildirmişdir.  
Nicat  Quliyevin  evində  axtarış  aparılıb,  həyat  yoldaşı  bağa  girənlərin  hərəkətlərinə 
nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, 
onlara  evdən  çıxmaq  qadağan  edilib.  Nə  axtardıqlarını  izah  etməyən  MTN 
əməkdaşları  Nicat  Quliyevin  sənədlərini,  evdəki  kompüterləri,  foto  və  video 
materialları, dəmir seyfi müsadirə ediblər. O cümlədən bağın həyətində olan yardımçı 
tikilidən və cənab Quliyevə məxsus avtomobildən silahın tapıldığı iddia edilib.  
Nicat  Quliyev  saxlandıqdan  dərhal  sonra  öz  vəkili  ilə  təmin  edilmək  və  evə  zəng 
etmək hüququndan məhrum edilib. Avtomobilə baxış zamanı cənab Quliyevin iştirakı 
təmin  edilməyib. saxlandıqdan sonra avtomobili onun nəzarətindən kənarda - MTN 
əməkdaşlarının  sərəncamında  olub.  Cənab  Quliyev  ittihamın  saxta  hesab  edərək,  
ifadə verməkdən imtina edib. Abşeron rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli 
qərarı ilə cənab Quliyev 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum 
edilmişdir.   
 
 
 
 
 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
91 
 
 
 
81.  Lətifov Asif Aydın oğlu 
 
Saxlanma tarixi: 29 avqust 2012-ci il                                            
 
İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş 
sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla) 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma 
və ya gəzdirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, 
partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri 
Saxlandığı yer: 9 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab  Lətifov  Dövlət  Xüsusi  Mühafizə  Xidmətinin  (DXMX) 
zabiti, prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət 
edib. Bu müddət ərzində dəfələrlə mükafatlara layiq görülüb.  2011-ci il martın 5-də 
cənab  Lətifovun  həmin  gün  hava  limanında  birgə  xidmət  etdiyi  həmkarı  Emin 
Ələkbərov  tabeçiliyində  olan  patronu  itirib,  cənab  Lətifov  isə  patronu  tapıb. 
Ziddiyyətdə  olduğu  üçün  patronu  “Beta”  dəstəsinin  komandirinə  yox,  DXMX 
Müfəttiş  Təşkilat  İdarəsinə  təhvil  verib,  bu  hadisədən  4  gün  sonra,  o,  Mülki 
Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi əsas gətirilərək işdən azad edilib. 
“Beta”  dəstəsinin  komandiri  Fikrət  Rzayevlə  cənab  Lətifov  arasında  ziddiyyət 
sonuncunun  XDMX-də  baş  verən  qanunsuzluqlara,  xüsusən  “Beta”  dəstəsinin 
komandiri  Fikrət  Rzayevin  qanunsuz  əməllərinə  etiraz  etməsi  nəticəsində  yaranıb. 
Fikrət  Rzayev  hər  ay  “Beta”  dəstəsinin  üzvlərindən  30  manat  tələb  etmiş,    cənab 
Lətifov  buna  etiraz edərək  XDMX-nin  Müfəttiş Təşkilat İdarəsinə  şikayət etmişdir. 
İşdən  çıxarılmağı  ilə  barışmayan  cənab  Lətifov  həm  bu,  həm  də  üzləşdiyi  digər 
qanunsuzluqları  ictimailəşdirməyə  başlamış,  müxalifət  və  müstəqil  qəzetlərdə 
müsahibələr  və  yazılarla  çıxış  etmiş,  bir  neçə  dəfə  ictimaiyyət  üçün  mətbuat 
konfransları keçirmişdir. O, XDMX-nin rəhbərliyini məhkəməyə vermişdir.             
Bir  neçə  dəfə  xəbərdarlıq  alan  cənab  Lətifov  tənqidlərindən  və  ictimailəşdirmə 
fəaliyyətindən  vaz  keçmədiyi  üçün,  üstündən  1  il  3  ay  ötməsinə  baxmayaraq, 
patronun  itməsi  və  sonradan  cənab  Lətifov  tərəfindən  tapılması  hadisəsi  onun 
əleyhinə  yönəldilmiş,  o,  patronun  qəsdən  oğurlanmasında  və  vəzifələrini  aşmaqda 
ittiham  edilərək,  barəsində  Hərbi  Prokurorluq  tərəfindən  cinayət  işi  başlanılmışdır. 
 
 
Cənab Lətifov 2013-cü il yanvarın 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay 
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya 
Məhkəməsinin  hakimi  Camal  Ramazanovun  17  iyul  2013-cü  il  tarixli  qərarı  ilə  bu 
hökm  dəyişdirilmədən  qüvvədə  saxlasa  da,  Ali  Məhkəmənin  hakimi  İnqilab 
Nəsirovun  27  mart  2014-cü  il  qərarı  ilə  cənab  Lətifovun  cəzası  4  il  6  aya 
endirilmişdir.  
Məhkəmə  prosesində  dindirilən  şahidlərin  heç  biri  faktiki  olaraq  patronun  cənab 
Lətifov  tərəfindən  oğurlandığını  sübut  edən  ifadələr  işlətməmişlər,  onlar  patronun 

“Azərbaycanda siyasi məhbusların  siyahısı” barədə hesabat 
Hesabat 23 dekabar2015-ci  ilə qədər olan məlumatları əhatə edir 
 
 
 
92 
itməsinə deyil, onu cənab Lətifov tərəfindən oğurlanmasına inandıqlarını, başqa heç 
bir  halda  patronun  itməsinin  mümkün  olmadığını  bildirmişlər.  Ümumilikdə 
oğurlanma  faktını  sübut  edəcək  heç  bir  dəlil  nə  istintaqda,  nə  də  məhkəmədə 
araşdırılmayıb, hökm  üçün cənab Lətifovun həbsində maraqlı olan  və XDMX-də iş 
yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür.    
 
 
 
 
 
 
 
 
82.  Muradverdiyev  Akif Şəmsəddin oğlu   
 
Saxlanma tarixi: 20 iyun 2013-cü il                                              
 
İttiham: CM-nin 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük 
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya 
gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan 
etməməklə  və  ya  düzgün  bəyan  etməməklə  ...  malların  və  digər  əşyaların  külli 
miqdarda keçirilməsi) maddəsi 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
İş  üzrə  qısa  arayış:  Cənab  Muradverdiyev  Prezident  Aparatının  İşlər  İdarəsinin 
keçmiş  müdiri  olub.    1995-ci  ildə  isə  Azərbaycan  Respublikası  Milli  Məclisinin  
deputatı olub.   
2013-cü  il  iyunun  20-i  səhər  saatlarında  cənab  Muradverdiyev  Moskvaya  yola 
düşməyə  hazırlaşırmış.  O,  aeroportun  təhlükəsizlik  xidmətinin  yoxlamasından, 
gömrük  yoxlamasından  və  sərhəd  yoxlamasından  keçib,  təyyarəyə  miniyə  gəldikdə 
isə mülki  geyimli bir nəfər ona yaxınlaşıb, nəzakətlə “bir işlə bağlı” yubanmağı  və 
onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan 
çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla 
söhbət  etməyə  başlayıblar.  Sonra  Muradverdiyevin  çantasını  otağa  gətiriblər  və 

Yüklə 4,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin