AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə16/26
tarix31.01.2017
ölçüsü2.8 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

ġəki və Zaqatalada üsyan 
 
Şəki  və  Zaqatalada  əhali  üsyan  edərək  kommunistlərlə  məsul  sovet 
məmurlarını  öldürmüşlər.  Dağıstanlılar  və  gürcülər  də  azərbaycanlılarla 
birləşmişlər.  Onların  sayı  üç  minə  yaxındır.  Bunların  əleyhinə  Gəncə  ilə  alman 
koloniyası arasında  işləyən avtobuslarla dördüncü qızıl alayı göndərilmişdir.  Alay   
ruslarla    azərilərdən  ibarət  imiş.  Şiddətli  döyüş  əsnasında  Şəki  və  Zaqatala  türk 
qadınları cocuq və yavruları  ilə bərabər əsgərlərin qarşısına   çıxmışlardır. Alayda 

151 
 
olan  türk  əsgərlər  bu    mənzərə  qarşısında  silahlarını  rus  nəfərlərinə  çevirərək  top  
və  miralyozlarla  bərabər  üsyançılara    birləşib  rusları  tamamilə  qırmışlar.  Üsyan 
etmiş əhalinin başına keçən əsgərlər Şəki şəhərinə sahib olmuşlardır. Şəhər iki gün 
milliyyətpərvərlərin  əlində  qalmışdır.    Şəki    üzərinə  göndərilən  rus  qüvvələri  ilə 
döyüşdə şəhərin bir qismi tamamilə dağıdılmışdır. 
 
EDAMLAR, EDAMLAR 
 
X. Rəfibəyli 
 
Məşhur vətənsevən Əli Əkbər Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın 
işğalı  üzərinə  Gəncədə  vali  ikən  həbs  olunmuş,  Gəncədə  zühur  edən  üsyan 
əsnasında edam edilmişdir. Fədakar bir millət adamı idi. 
 
General  Tlexas 
 
İşğal  əsnasında  Bakı  vali  ümumisi  olan  Murad  Gəray  Tlexas  bolşeviklər 
tərəfindən  mühakimə  edilərək  edama  məhkum  olunmuşdur.  Murad  Gərayın 
bolşevik  məhkəməsi  hüzurunda  göstərdiyi  mətanət  bütün  Azərbaycan  xalqı 
arasında hörmətlə yad edilməkdədir. 
 
Vəsilə xanım 
 
Azərbaycan  müəllimələrindən  Vəsilə  xanım  xocası  Əhməd  bəyə  qarşı 
göstərdiyi  bir  əlaqədarlıq  üzündən  edam  edilmişdir.  Milli  Azərbaycan  ordusu 
zabitliyində  çalışan  Əhməd  bəy  Şəki-Zaqatala  üsyanını  idarə  etmişdir.  Üsyanın 
yatırılmasından  sonra  tutulan  Əhməd  bəyin  mühakiməsi  əsnasında  edam  qərarı 
oxunarkən  məhkəmə  salonunda  hazır  dayanan  Vəsilə  xanımın  xocasına  xitabən 
«qorxma!»  deyə  qışqırması  özünün  də  südəmər  körpəsindən  ayrılaraq  edam 
olunmağına səbəb olmuşdur. 
 
DadaĢ Həsənzadə 
  
İstiladan sonrakı gizli mücadilə hərəkatını idarə edən Dadaş Həsənzadə rus 
çekistləri tərəfindən şəhid edilmişdir. 
 
BolĢevik zehniyəti 
 
Bu hadisə çoxdan xatirimdədir. Heç unuda  bilmirəm… 
Keçən  gün  tanıdıqlarımdan  birinin  uşağı  məktəbdən  evə  dönməmişdi. 
Araşdırıb  arayandan  sonra  məktəb  uşağını  «QPU»  dan  tapmışlar.  Səbəbi  həm 

152 
 
gülməli, həm də faciəlidir. Sən demə, uşaq düşündüyü zaman qeyri-ixtiyari olaraq 
tez-tez  28...28...   28...   deyə   qaralarmış.   Bunu  eşidib  uşağı «müsavatçılıq» adı 
ilə ittiham etmişlər. Təsəvvür edirsinizmi ki, 13-14 yaşında bir uşağı... 
Nədənsə  bolşeviklər  burada  tamamilə  obyektivist    mühit  nəzəriyyəsi 
tərəfdarı kəsilmişlər: 
—Madam ki, - demişlər uşaq daima 28, 28, 28 deyə düşünür, demək ailəsi 
mütləq «müsavatçı»dır və uşaq da onların təsirində «28» demişdir. 
İndi  güləcəksiniz  ki,  nə  münasibətlə?  Fəqət  heyrətlənmək  lazım  deyil. 
Anladıram: «QPU» belə izah etmişdir məsələni: 
—28, 28, 28 May deməkdir. O da ki «müsavat» bayramıdır. Madam ki, bu 
uşaq «28» demişdir, demək anası, atası mütləq «müsavatçı»dır. 
Yazıq atasını da «QPU»ya götürmüşlər. 
Fikirləşmişlər  ki,  o  mütləq  milliyyətçi  olduğunu  etiraf  edəcək  və  28  may 
bayramı qeyd olunan yeri və iştirak edən adamları da söyləyəcəkdir. Ondan sonra 
buraxacaqlarmı—deyə soruşmaq istədim.—Xeyir,—yalnız ondan sonra o zavallını 
öldürəcəklər. 
Bakı, Daşdəmir. 
Məmməd  Əmin  Rəsulzadənin  İstanbulda  nəşr  etdiyi  «Odlu  yurd»  xalqının 
ağrılarını  əks  etdirən  belə  yazılar  verirdi.  «Odlu  yurd»  bolşevik  əsarəti  altında 
işgəncələr  çəkən  vətəninin  qəmli  səsini  eşitdirirdi  dünyaya.  «Odlu  yurd»  bu 
məqsədə  xidmət  edir,  bu  yolda  çalışırdı.  Məmməd  Əmin  Rəsulzadə  vətəni  ilə 
əlaqəsini  kəsməmiş,  müəyyən  vasitələrlə  məktublar,  xəbərlər  alır,  oradakı 
mübarizə hərəkatına istiqamətlər verirdi. 
 
ĠNTĠQAM 
 
Vətəni  nahaq  qanlar  içində  boğulurdu.  Vətəni  bolşeviklərin  qızıl  süngüsü, 
odlu  atəşləri  ilə  dəlik-deşik  edilirdi.  Xalq  istiqlaliyyətinin  əldən  getməyi  ilə 
razılaşmırdı.  Mövcud  rejimə  qarşı  etiraz  səsini  ucaldırdı.  Amma  adamları  haqq-
nahaq  gülləyə  hədəf  tuturdular.  Bu  bolşevik  siyasətini  o  hələ  çoxdan,  köhnə 
mübarizə  dostu  Stalinlə  ilk  tanışlıqdan  hiss  etmişdi.  Stalin  o  zaman  terrorun 
əhəmiyyətindən böyük  «məhəbbətlə» danışmışdı.  Leninlə  Stalinin aralarında  olan 
yaxınlıq da buradan irəli gəlirdi. Hər ikisi qatı terror tərəfdarı idi. Hər ikisi terrorla 
nəfəs  alırdı.  Lenin  ilk  illər  qanlı  terroru  həyata  keçirməyə  həmişə  Stalini 
göndərirdi. Stalin onun tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirdi. Sonra zaman 
dəyişdi.  Stalin  hakimiyyəti  ələ  keçirdi.  Və  indi  vaxtilə  ona  Moskvada  dediyi 
ideyasını—«xalqı kütləvi qırmaq» istəyini həyata keçirir. 
Düşünürdü  Məmməd  Əmin  Rəsulzadə,  acı-acı  düşünürdü.  Düşünürdü  ki, 
Stalinin  bütün  sovetlər  birliyində  davam  etdirdiyi  qanlı  terror  hərəkatından 
Azərbaycan  daha  çox  əziyyət  çəkir.  Ona  görə  ki,  Azərbaycanın  öz  içərisində  də 
Stalinlər çoxdur. Bir yandan Moskvadakı köhnə tanışı Stalin, digər tərəfdən xalqın 

153 
 
içərisində  olan  və  onun  həmişə  nifrət  etdiyi  Stalinlər.  Kim  idi  bu  Stalinlər? 
Bağırovlar...  Xalqının  başını  «Osobı  otdel»lərin,  «Çeka»ların  cəllad  kötüyündə 
kəsən bu qəddar canilər Moskvadakı Stalindən  min qat qorxulu  və dəhşətli idilər. 
Azərilərin  başı  üzərində  kinli  «Stalinlər»  də  qılınc  oynadırdı—bu,  ermənilər  idi. 
Xalqın  günahsız  oğullarını  ermənilər  istintaq  edir,  sorğu-suala  çəkir,  sonra  da 
güllələyirdilər.  Ermənilər  bic  və  hiyləgər  idilər.  Özlərini  rusların  gözünə  soxa 
bilirdilər.  Sovet  hökumətinin  müdafiəçisi  adı  ilə  Bakıya  doldurulan  ermənilər 
əslində Azəri türklərindən qisaslarını alırdılar. 
Şimalın  soyuq  buzlarında  «müsavatçı»ları  işgəncəli  ölümə  məhkum 
edirdilər.  Müsavatçılar  aclıq  edir,  etirazlarını  bildirirdilər.  Amma  bu  günahsızları 
eşidən  kim  idi?  Solovki  dəhşətlərini  görənlərdən  təsadüfən  sağ  qalıb  Türkiyəyə 
gəlib  çıxanlar  da  olmuşdu.  Ona  müsavatçıların  cəsarətindən,  dözümündən 
danışırdılar. Düşərgədəkilər heyrət edirmiş müsavatçıların qeyrətinə. Əlli iki günə 
kimi  aclıq  edənlər  olub  müsavatçılardan.  Müsavatçıları  at  yerinə  işlədib,  arabaya 
qoşurmuşlar,  gecəli-gündüzlü  soyuq  meşələrdə  işgəncələrə  məruz  qoyurmuşlar. 
Amma  dözüb  dayanırmışlar,  etirazlarını  çörəksiz,  susuz  qalmaqla  bildirirmişlər 
müsavatçılar. 
Onun yaratdığı və indinin özündə belə əlaqəsini kəsmədiyi «müsavat»ın adı 
ilə  yüzlərlə  yurddaşını  soyuq  şimal  sürgünündə  dəhşətlərə  məruz  qoyurdular. 
«Müsavatçı»ların hünər və qeyrətindən eşitdiyi söhbətlər onu həm ağrıdır, həm da 
qədbini  coşdururdu.  Yox,  yurddaşlarım  unutmayıb  o  ötən  günü.  O  ötən  günün 
istiqlaliyyət  şəfəqi  hələ  onların  ürəyindədir.  Bu  şəfəqi  ürəklərdə  boğub  məhv 
etmək  olmaz.  Bu  azadlıq  şəfəqidir.  Bu  xalqın  hür  düşüncəsi,  hür  amalıdır. 
Hürriyyət  alovunu  görəni  qaranlıq  zülmətdə  boyun  əyib  yaşamağa  məcbur  etmək 
olarmı?  Bu  mümkündürmü?  O  insan  daima,  hər  zaman  üstünə  çökmüş  qaranlığı, 
ürəyinin  odu  ilə  əridib  hürriyyət  günəşinə  boylanacaq.  Çünki  ona  yaşamaq  gücü 
verən  həmin  o  günəşdir.  İndi  müsavatçılar  uzaq  Sibir  cəhənnəmində  o  günəşə 
boylanır. Günlərlə ac qalıb əzab çəkir, amma boyun əyib yaşamağa razı olmurlar. 
Onlara  sürünə-sürünə  yaşamaq  yox,  hürriyyət  günəşinin  istisi  gərəkdir.  Onların 
vətənini  qızıla,  gümüşə  də  boyasalar,  müsavatçılar  bu  gözqamaşdırıcı  yaşayışı 
qəbul  etməyəcəklər.  Onlara  qızıl,  gümüş  yox,  azad  və  əsarətdən  uzaq  olan  Vətən 
gərəkdir.  O  vətəni  görüb  yaşayıb  müsavatçılar.  O  Vətəni  özləri  qurmuşdu.  Özləri 
xoşbəxtlik işığı ilə nurlandırmışdı. Azad vətəni gəlib işğal edənlər indi hansı əsasla 
onları  «müstəqilliyə»  inandıra  bilər.  Əlli  iki  gündür  acdır  müsavatçılar.  Bakıda 
xalqa çatdırılıb bu məlumat. 
Dözün  müsavatçılar,  dözün.  Bu  şücaət  və  yurda  sədaqətinizi  xalq 
unutmayacaq.  Xalqın  indi  qaranlıq  qəfəsə  salınmış  ürəyində  yaşayırsınız.  Gün 
gələcək  ki,  o  qəfəsin  qapılarını  açıb  dustaq  ürəkləri  azadlığa  buraxacaqlar. 
Məhbəsdən  azadlığa  buraxılan  o  işıqlı  ürəklər  ilkin  olaraq  qanadlanıb  sizin 
yanınıza  uçacaqlar.  Şimalın  buzları  arasında  donub  daşlaşmış  məzarlarınızı 
qucaqlayıb  öpəcək,  acı  göz  yaşları  tökəcəklər.  İnanın  bu  həqiqətə  müsavatçılar, 

154 
 
inanın. İnanın ki, elə də olacaq. Bu azad bayrağımızı bir dəfə xalqın başı üzərində 
dalğalandırdıq.  Onun  nəyə  qadir  olduğunu  bütün  dünyaya  sübut  etdik.  O  bayrağı 
yenə xalqın başı üzərinə qaldıracağıq. «Müsavatçı» adından bolşeviklər qorxur, tir-
tir əsirlər. Niyə? Nədən ötrü? Çünki müsavatçı azad və milli hökumətimizi qurmaq 
istəyir. Çünki müsavatçı rusun və erməninin hökmü ilə idarə olunan  bir  quruluşa  
boyun əymir. Döz, döz  bu  işgəncələrə, müsavatçı! Gün gələcək ki, o əzablardan 
inildəyən ruhun şad olacaq. Sənin halına, işgəncələrinə ağrıyırıq. Əslində hamımız 
eyni gündəyik. Yurdu, vətəni işğal olunan, elindən, obasından uzaq düşən adamın 
halı necə olar? Hamımız, hamımız ağrı içindəyik. Vətənimiz yanır, alovlanır qəzəb 
və  kindən.  Vətənimizdə  indi  dünyaya  yenicə  göz  açan  körpə  də  intiqam  deyir. 
Çünki  dünyaya  gələn  körpəyə  ana  südü  verərlər,  bolşevik  süngüsü  yox.  Dağılır 
evlərimiz,  xaraba  qalır  şəhərlərimiz,  kəndlərimiz.  Amma  xalq  susmur,  sinəsini 
atılan  güllələrə  hədəf  tutub  istiqlaliyyəti  yolunda  vuruşur.  Bolşeviklər  bacarmır 
onlarla.  Çünki  hər  zaman  özlərinə  qarşı  kin,  nifrət  hiss  edirlər.  Belə  vəziyyətdə 
onlar  çox  davam  gətirə  bilməzlər.  Döz  o  ağrılara  müsavatçı,  döz.  Ağrılarına  son 
qoyulan gün mütləq gələcək! 
Məmməd  Əmin  Rəsulzadə  dünyanın  müxtəlif  ölkələrində  yaşayan 
azərbaycanlılarla,  onların  yaratdığı  təşkilatlarla  sıx  əlaqə  saxlayırdı.  Bu 
təşkilatların  da  başlıca  vəzifəsi  Azərbaycana  yenidən  azadlıq  haqqı  vermək  idi. 
Azərbaycan  Demokratik  Respublikasının  səlahiyyətli  nümayəndəsi  olan  Əli 
Mərdan  bəy  Topçubaşov  hələ  1920-ci  ilin  sentyabrında  Millətlər  Cəmiyyətinə 
Azərbaycanın  işğal  olunması  məlumatını  çatdırsa  da  bir  faydası  olmamışdı. 
Sonradan Məmməd Əmin Rəsulzadə ilə birlikdə mühacirətə çıxan, amma ayrı-ayrı 
ölkələrdə  yaşayan  azərbaycanlılar  dəfələrlə  Millətlər  Cəmiyyətinə  müraciət  edib 
kömək  istəmişlər.  Budur,  Məmməd  Əmin  Rəsulzadənin  Baş  redaktoru  olduğu 
«Odlu yurd» jurnalı azərbaycanlıların Millətlər Cəmiyyətinə müraciətini dərc edib: 
«Azərbaycanın Millətlər Cəmiyyətinə müraciəti. 
Parisdə  məhkum  Azərbaycan  Cümhuriyyəti  heyəti  tərəfindən  millətlər 
cəmiyyəsi rəisliyinə sentyabrın 8-də aşağıdakı bəyanatla müraciət edilmişdir. 
Millətlər Cəmiyyəti məclisi rəisinə:  
..Azərbaycan  milləti  böyük  məclisin  məsaisini  məmnuniyyətlə  salamlar  və 
millətlər  cəmiyyətinin  xidmətinin  təhəqqüqü  ilə  bütün  bəşəriyyətə  səadət  gəlməsi 
ümidini izhar edər. 
Fəqət,  eyni  zamanda  Cenevrədə  birləşmiş  olan  millətlər  təmsilçilərinə 
müraciət  edərək  Azərbaycan  xalqının  məruz  qaldığı  ələm  və  nəqabilə  nəzəri 
diqqətinizi cəlb etmək istəyirik. 
Parlamentin səlahiyyətdar rəyi ilə və arayi-ümumiyyə əsası üzərinə 1918-ci 
il 28  mayda elan olunan  Azərbaycan Demokratik Cümhuriyyəti iki il  müddətində 
hakim  və  müstəqil  bir  hökumət  halında  yaşamış  və  1919-cu  ildə  müttəfiqlər 
məclisi  alisincə,  digər  millətlər  tərəfindən  tanınmışdır.  Azərbaycan  milləti  daxili 
hərbin  bütün  Rusiyada  hakim  olduğu  o  dövrdə  müstəqil  və  sərbəst  hökumət 

155 
 
həyatını  tənzimə  müvəffəq  olmuş  və  müstəqil  bir  dövlət  halında  yaşamaq 
istedadını isbata müvəffəq olmuşdur. 
Fəqət  1920-ci  ilin  aprelində  rus  bolşevikləri  Azərbaycanı  istila  etdilər  və 
qeyri-bərabər  hərbdən  sonra  qızıl  ordu  məmləkəti  əsgəri  işğalı  altına  aldı. 
Azərbaycan  bu  qayda  ilə  sosialist  sovet  şuralar  ittihadına  cəbrən  birləşdirilmiş 
oldu.  Bu  işğalı  kütlə-kütlə  edamlar  təqib  etdi  və  o  vaxtdan  bəri  Azərbaycan  rus 
bolşeviklərinin  təsiri  altındadır...  O  vaxtdan  bəri  Azərbaycanda  üsyanlar  davam 
edir; çünki Azərbaycan milləti hürriyyətini təkrar istibdada və əcnəbi müstəbidlərin 
boyunduruğundan  qurtulmağa  qətiyyən  əzm  etmişdir.  Bu  üsyanlar  hər  dəfə 
Moskva  idarə  məmurları  tərəfindən  əllərindəki  qızıl  ordu  qüvvətləri  sayəsində 
görülməmiş  bir  qəddarlıqla  dəf  edilmiş  və  bu  surətlə  bolşeviklər  ilahi  və  bəşəri 
bütün haqlar xilafına olaraq Azərbaycan millətini əsarət altında saxlamaqdadırlar. 
Millətlərin  həyatını  sülhü  ədalət  əsasları  üzərinə  sırf  yaşamaq  və  sərbəstcə 
inkişaf  etmək  üçün  müğadilə  aparan  kiçik  Azərbaycan  millətinin  çəkdiyi  ələmə 
qarşı laqeyd qalacağınızı zənn etmirik. 
Millətlər 
Cəmiyyətinin 
nəzəri 
diqqətinin 
dünyanın  bu  guşəsinə 
yönələcəyinə və ali məclisin Azərbaycan millətinə və onun haqlı tələbatına mənəvi 
himayəsini göstərəcəyinə ümid edirik... 
Azərbaycan heyət rəisi vəkili: 
Mir Yaqub. 
Ümumi katib: 
Abbas Atam Əlibəyli 
 
DUSTAQ VƏTƏN 
 
Vətən  bolşeviklərin  zülmü  altında  inildəyib  əzab  çəkirdi.  Vətənin  qara 
rəngli  torpağı  övladlarının  axıdılan  qanından  boyanıb  qırmızıya  dönmüşdü. 
Vətəndə  onun  adını  çəkmək,  «müsavatçı»  sözünü  işlətmək  bolşevik  gülləsini 
dinməzcə  köksə  qəbul  etmək  demək  idi.  Vətəndə  bolşeviklər  onu  və  ilhamçısı 
«müsavat»ı qorxunc əjdaha kimi təbliğ edirdilər. Xalq həqiqəti bilirdi, amma qanlı 
terror, edamlar çoxlarını susmağa  məcbur  etmişdi. 
1926-cı  ildə  dustaq  vətəndə  qoca  atası  axund  Hacı  Əli  Əkbər  rəhmətə 
gedəndə  şəhərə  çoxlu  adam  toplaşmışdı.  Camaatın  iğtişaş  qoparacağından  qorxub 
adamları  dağıtmışdılar.  Bakı  camaatı  arasında  böyük  hörmət  sahibi  olan  atasını 
Novxanı  qəbiristanlığında  dəfn  etmişdilər.  Acı  xəbərə  ağrımış,  içərisi  ağlamışdı. 
Kim  bilir,  son  hadisələr  baş  verməsəydi,  oğlu  elindən,  obasından  didərgin 
düşməsəydi,  yazıq  axund  hələ  neçə  il  ömür  sürərdi?  Düz  altı  il  idi  ki,  oğlunun 
adına  min  bir  böhtan,  təhqir  deyilən  həyatda  axund  uzun  ömür  sürə  bilərdimi? 
Oğlu kimə neyləmişdi? Kimə pisliyi keçmişdi? Günahı nə idi? O ki, xalqı azadlığa 
çıxarmışdı,  adamlara  ki,  yaxşılıq  etmişdi!  Budurmu  insanlığa  edilən  yaxşılığın 
savabı. Yox, axund hadisələri gözəl başa düşürdü. Xalqın, camaatın sevimli oğlunu 

156 
 
necə  istədiyini  bilirdi.  Bəlkə  də  oğulsuz  yaşadığı  ömrünün  son  altı  ilində  yeganə 
təsəllisi  bu  idi.  Amma  yazıq  axund  ömrünün  sonlarında  əzab  çəkdi.  Çarpayıda 
uzanıb sakitcə gözlərini divara zillədi. Ürəyindən çox keçdi ki, kaş indi bu zülmət 
qapısı  açıla  və  sevimli  oğlu  içəri  girib  yanında  əyləşə,  sonra  da  əlini  atasının 
gözünə qoya və axund həyatdan rahat köçə. Amma bunların heç birisi olmurdu və 
hər  dəfə  qapı  açılanda  axund  intizarla  qapıya  boylanır,  orda  sevimli  nəvələrini—
Rəsulu, Azəri, Xalidəni görürdü. Axund oğul həsrəti ilə həyata göz yumdu. Axund 
dünyadan narazı və nigaran getdi. Axund bolşeviklərə nifrət edib getdi dünyadan. 
Bolşeviklər  onun  xalqını  qırmış,  azadlığını  əlindən  almış,  sevimli  oğlunu 
yurdundan didərgin salmışdılar. 
...Bolşeviklər  «müstəqil  şura  Azərbaycanı»  pərdəsinə  bürünüb  qətlləri, 
edamları günü-gündən artırırdılar. Azərbaycan qan içində boğulurdu. 
Bolşeviklər qəzetlərdə «müsavatçı»lara böhtanlar yaxırdılar: 
«Müsavat»  partiyasının  fəaliyyəti  nəticəsində  Azərbaycanda  proletar 
inqilabı Rusiyaya nisbətlə 2,5 il gecikmişdir». 
Azərbaycanlı bolşeviklər Azərbaycan hökumətinin keçmiş başçısını, varlığı 
ilə  onları  həmişə  qorxuda  saxlayan  Məmməd  Əmin  Rəsulzadəni  də 
«unutmurdular»: 
«Bu  suallar  çox  lazımlıdır,  çünki  hazırda  müsavatçılar  başda  liderləri 
Məmməd  Əmin  Rəsulzadə  olmaqla  İstanbulun  bütün  küçələrində  qışqırırlar  ki, 
guya  Azərbaycanın  həqiqi  müstəqilliyinin  müdafiəçisi  olublar  və  hələ  çar 
dövründən bu ideyanı irəli sürüblər». 
 
28 MAY – ĠSTĠQLAL GÜNÜDÜR. 
 
Bu  gün  bayram  günüdür.  Azərbaycanın  istiqlaliyyət  elan  etməyinin  on  bir 
illiyi  tamam  olur.  Düz  on  bir  il  əvvəl  o,  indi  həyatdan  köçmüş  çoxlu  dostları  ilə 
fikir  birliyinə  gəlib  Azərbaycanın  müstəqilliyini  elan  etdi.  O  zaman  1918-ci  il 
mayın  28-i  idi.  İndi  isə  1929-cu  il  mayın  28-dir.  Rəqəmləri  tutuşdurub  qəribə 
hisslər  keçirdi.  Elə  bir  hər  şey  dünən  olmuşdu.  Bu  on  bir  ilin  zaman  məsafəsini 
düşündü. Bu on bir ildə ölən, itən, işgəncələr çəkən bir idimi, iki idimi? Düşündü 
ki,  bəlkə  də  28  may  olmasa  idi,  heç  bu  qədər  qan  tökülməzdi.  28  mayın  elan 
edilməyi ilə xalq azad yaşaya biləcəyinə inandı. Milli ordusunu yaratdı, sərvətinin 
sahibi oldu. Bu inamı görəndən sonra xalq torpağının özgələr tərəfindən işğalı ilə 
razılaşmadı.  Amma,  yox, 28 may  günahkar deyil.  O sadəcə  olaraq Azəri  türkünə 
azad  yaşamaq  haqqını  başa  salmışdı.  Nahaqdan,  çox  nahaqdan  o  istiqlal  gününə 
indi şər atırlar. 
İstanbulun  daş  küçələri  ilə  gedirdi.  Gedirdi  ki,  yurddaşları  ilə  birlikdə 
Azərbaycanın  milli  bayramı  olan  28  mayı  bayram  etsin.  Azad  hökuməti 
quranlardan  kim  qalmışdı  ki?  Nəsib  bəy  faciəli  surətdə  öldürülmüş,  Fətəli  xan, 
Həsən bəy Tiflisdə xain ermənilərin gülləsi ilə qətlə yetirilmişdi. Amma onların və 

157 
 
minlərlə  bu  yolda  şəhid  olmuş  Azərilərin  ruhunu  şad  etmək  lazım  idi.  28  mayın 
odunu  külə  döndərmək  olmaz.  Qoy  bu  od  İstanbulda  alovlanıb  bütün  cahana  işıq 
saçsın. Elə bir işıq ki, onun şəfəqini Azərbaycanı qan dənizində boğan bolşeviklər 
də  görsün.  Bilsinlər  ki,  o  istiqlal  gününü  qanlı  terrorla  boğa  bilməzlər.  O  gün  
ürəklərdə,  Azərilərin  içəri dünyasında  yaşayır. 
Bu  da  şəfəq  küçəsi  60.  «Odlu  yurd»un  yerləşdiyi  bina.  Məhz  burada 
mühacirətdə  yaşayan  azərbaycanlılar  «28  may»  bayramını  qeyd  edəcəkdilər. 
Azərbaycanlılardan  başqa  türküstanlı,  qafqasiyalı  və  ukraynalı  qonaqlar  da 
bayrama dəvət olunmuşdular. 
Əvvəlcə  Azərbaycan  istiqlal  marşını  oxudular.  Gözlərdə  yaş,  ürəklərdə 
qürbət elin həsrəti bu azadlıq nəğməsinə büründülər. Sonra ona -  Azərbaycan milli 
şurasının rəisi Məmməd Əmin Rəsulzadəyə söz verdilər. 
Əvvəlcə  bütün  toplaşanları  milli  bayram  münasibətilə  təbrik  etdi.  Sonra 
dəvət olunmuş qonaqlara təşəkkürünü bildirdi. Sonra 28 mayın yalnız mühacirətdə 
olan  Azərilərin  deyilən,  eyni    zamanda  qızıl  rus  rejiminə  qarşı  hazırda  mübarizə 
aparan yurddaşların da qəlbində əziz bir gün kimi yaşadığını dedi. 
Çıxışında beynəlxalq siyasi vəziyyəti təhlil edib Rusiya daxilindəki iqtisadi 
və siyasi böhranlardan danışdı. Şərq ölkələrinin böyük rəhbəri olan qardaş Türkiyə 
cümhuriyyətini salamlayıb dedi: 
«Qəhrəman Türkiyənin nail olduğu istiqlal şərəfi eyni yoldan gedən bizlərə 
da müqəddərdir, 28 may bu vəd olunmuş günü bizə bütün parlaqlığı ilə xatırladan 
böyük  bir  gündür!  Bu  günün  mislində  hür  və  məsud  vətəndə  yaşadığımız  parlaq 
istiqlal  anlarını  nəzərimizdə  canladaraq  ondan  aldığımız  ilham  ilə  hər  türlü 
fədakarlığa  hazır  olaraq  istiqlala  böyük  bir  əzm  və  ümidlə  yürüyəlim...  Yaşasın 
istiqlal!» (Alqışlar). 
Nitqinin  sonunda  neçə  illər  idi  ki,  həmişə  sadiq  qaldığı  bir  ənənəni  də 
unutmadı.  Xahiş  etdi  ki,  hamı  ayağa  qalxıb  istiqlal  şəhidlərinin  xatirəsini  bir 
dəqiqəlik sükutla yad etsin. Hamı ayağa qalxıb azadlıq münəvvərlərinin xatirəsinə 
böyük ehtiramlarını bildirdilər. 
Bayramın  açılışından  sonra  gənclər  tərəfindən  hazırlanan  üç  rəngli  milli 
Azərbaycan  bayrağının  Məmməd  Əmin  Rəsulzadəyə  təqdim  mərasimi  oldu.  Bu 
mərasim  olduqca  həyəcanlı  keçdi.  Dilşad  xanım  köksü  üzərində  sərili  tutduğu 
üçrəngli  bayrağı  Rəyasət  kürsüsünə  tərəf  aparırdı.  Sürəyya  xanım  da  onun 
arxasınca gedirdi. Bayrağın Məmməd Əmin Rəsulzadəyə verilməsi anında Sürəyya 
xanım çox həyəcanlı, hamının gözünü yaşardan sözlər söylədi: 
— Möhtərəm Emin bəy! 
Bu gün Azərbaycan tarixinin qaranlıq könüllərə istiqlal nurunu səpən, təmiz 
vicdanlara qurtulmaq inamını təlqin edən ən xoş səhifələrindən biridir. 
Azəri  gənci bu  müqəddəs  günün  yüksəldiyini bütün qəlbi  ilə  yaşayır. Xain 
düşmən  tam  sinəmizdən  vurdusa  da,  istiqlal  üçün  çırpan  ürəklərimizi 
susdurammadı  və  susdura  bilməz.  Bu  gün  bütün  gənclik  bir  müztərib  qəlb  kimi 

158 
 
çırpınaraq  intiqam  gözləyir.  Onun  yeganə  qayəsi  vətənimizi  o  qızıl  pəncədən 
qurtarmaq, onu yenidən müstəqil yaşatmaqdır... 
O zaman biz də bütün cahana qışqıracağıq ki: 
— Azərbaycan yalnız və yalnız Azərilərindir! 
Yaşasın müstəqil Azərbaycanımız!» 
Bu  həyəcanlı  sözlərə  dözə  bilmirdi.  Yox,  göz  yaşı  tökmürdü.  Eləcə 
ağlayırdı. İçəridə, qəlbinin dərinliyində, xəlvəti bir yerində ağlayırdı. İstəmirdi göz 
yaşını  görsünlər.  Bu  adamları  yaşadan  onun  inamı,  möhkəmliyi  idi.  Göz  yaşı 
ümidsizliyə salardı onları. İçərisi ağlaya-ağlaya, gözlərində qəribə həyəcan dolaşa-
dolaşa Dilşad xanımdan üç  rəngli ipək bayrağı aldı,  şiddətli alqış sədaları altında 
dedi: 
«İstiqlalımızla bərabər olaraq yaşadığımız məsud gündə «bir dəfə yüksələn 
istiqlal  bayrağı  bir  daha  enməz»  demişdim.  İstiqlalımızın  uğradığı  müvəqqəti 
infisalı əbədi inkişaf şəklində görən düşmən bu şüarı istihfafla qarşılayır. Sürəyya 
xanımın  istiqlalçı  Azərbaycan  gəncliyi  adından  bu  ruhları  tutuşduran  müqəddəs 
həyəcanla  gətirdiyi  bu  bayraq  onlara  verilmiş  ən  müşküt  bir  cavabdır.  Əvət 
vətəndaşlar, əvət ey vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o inamlı Azəri 
gəncliyinin əlindədir. Çox çəkməz o əl onu təkrar Azərbaycan üfüqlərində ehtizaz 
etdirər. Yaşa şanlı  bayrağınla, ey Azərbaycan gəncliyi!» 
Sonra  söz  qonaqlara  verildi.  Onlar  da  alovlu  sözlər  deyib  Azəriləri  istiqlal 
bayramı münasibəti ilə təbrik etdilər. 
İndi  də  söz  qətiyyətli  «müsavat»çı  Mirzə  Balaya  verilir.  Mirzə  Bala 
Məmməd  Əmin  Rəsulzadənin  və  «Odlu  yurdu»un  ünvanına  göndərilən 
teleqramları  oxuyur.  Parisdən,  Varşavadan,    Trabzondan,    Rəştdən,      Berlindən, 
Tehrandan azərbaycanlı mühacirlər çoxlu təbrik teleqramları göndəriblər. 
 
1   ...   12   13   14   15   16   17   18   19   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə