AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

TƏBRĠK TELEQRAMLARI 
 
Paris — İstiqlal gününüzü təbrik edir və ürəkdən salamlayıram. 
Mir Yaqub Əkbər Ağa 
VarĢava  —  Tarixi günümüzü təbrik edir  və  istiqlal  mücahidlərinə  candan 
salamlar yollayıram. 
Mustafa 
Ankara  —  28  may  bayramı  münasibəti  ilə  Sibiriyalarda  çürüyən  və 
Azərbaycan  dağlarında  qan  axıdan  qəhrəman  mücahidlərimizə  atəşin  təbrik  və 
müvəffəqiyyətlər. 
Bayqara. 
Berlin  —  Almaniyada  yaşayan  azərbaycanlılar    28  may    gününü  bütün 
vətəndaşlara arzulayır. 
Almaniyada Azərbaycan İstiqlal 
Komitəsi. 

159 
 
Təntənəli  bayramın  sonunda  Məmməd  Əmin  Rəsulzadə  toplaşanlara 
təşəkkürünü  bildirəndən  sonra  onları  mayın  30-da  keçiriləcək  milli  Azərbaycan 
gecəsinə dəvət edir. 
İstanbul. 1929-cu il, 30 may. Milli Azərbaycan gecəsi. 
«Birləşmiş  fransız»  salonunda  «Odlu  yurd»  məcmuəsinin  təşəbbüsü 
Məmməd Əmin Rəsulzadənin müdirliyi ilə təntənəli bir surətdə «Milli Azərbaycan 
gecəsi» keçirilirdi. 
Yurdundan,  vətənindən  ayrı  düşmüş  Azərilər  gecəyə  gəlirdilər.  Gələn  tək 
onlar  deyildi.  Türkiyə  türklərindən,  İstanbulda 
yaşayan  ukraynalı  və 
dağıstanlılardan,  türküstanlı  və  kazanlılardan  ibarət  mühacirlər  də  buraya  dəvət 
olunmuşdular. 
Gələn  qonaqları  Azəri  gəncləri  qarşılayır,  qapı  ağzında  duran  Azəri 
qızlarından  ibarət  olan  bir  heyət  gələnlərin  köksünə  göy,  qırmızı  və  yaşıl  rəngli 
milli  Azərbaycan  bayrağını  göstərən  bir  nişan  taxır,  Azərbaycanın  gerbini  və 
gecənin proqramını təqdim edirlər.  
Gecədə 600-ə yaxın qonaq iştirak edir. Çoxları yer olmadığından ayaq üstə 
dayanıb. 
Saat  doqquz  tamamda  pərdə  açılır  və  Türkiyə  ilə  Azərbaycan  Demokratik 
Respublikasının  qoşa  bayraqları  görünəndə  hamı  əl  çalıb  alqışlamağa    başlayır. 
Şiddətlə  alqışlanan  türk  «istiqlal    marş»ından  sonra    otuz      nəfərdən  ibarət  qızlı-
kişili  «Azərbaycan  istiqlal  marşı»nı  oxudular.  Salondakılar  səmimiyyət  və 
həyəcanla qarşıladılar bu marşı. 
Marşlardan  sonra  səhnəyə  göy,  qırmızı  və  yaşıl  rəngli  paltar  geymiş 
qızlar—Süheyla, Gültəkin və Məlahət çıxdılar, gələn qonaqlara xoş gəldin etdilər. 
Sürəyya  xanım  Azərbaycan  istiqlalı  və  mücadiləsini  təsvir  edən  alleqorik 
bir  məsəl  söylədi  və  hamı  tərəfindən  bəyənildi.  Xalid  bəy  Gültəkinin  «Anama» 
şerini ifa etdi. 
 
Bu  qərib  mühacirlərin  fəryadı,  nalə  səsi  gedib  çatırdımı  anaya?  Ananı 
dustaq  vətəndə  terrorçu  bolşeviklər  rahat  buraxırdılarmı!  Qoyurdularmı  ki,  yazıq 
ana  heç  olmasa  balasının  dərdini  dinləsin!  Ana  dustaq  vətəndə  inildəyib 
şikayətlənirdi,  bala  isə  qürbət  ellərdə.  Bolşeviklərin,  qanlı  şura  hökumətinin 
insanlara  verdiyi  pay  bu  idi.  Bu  qanlı  rejim  özünün  sərt,  insaniyyətdən  uzaq 
siyasətinə hələ sadiq idi. Nə idi bu siyasət? Ananı baladan ayırmaq, qardaşı bacının 
gözü  qarşısında  güllələmək,  ixtiyar  qocanı  cavan  yanında  söyüb  təhqir  etmək, 
gecələr dinc  əhalinin evinə  girib oğurluq etmək, varını, dövlətini tutub almaq. Bu 
idi bolşeviklərin Azərbaycana gətirdikləri yaşayış tərzi. 
...Salondakılar bu qəmli şerin sədası altında hıçqırır, ötənləri xatırlayır, ana 
nəfəsindən uzaqlığın acısına göynəyirdilər. 
Şerdən sonra Gültəkin, Süheyla və Məlahət xanımlar «bayrağa dua» rəqsini 
ifa  etdilər.  Rəxşəndə  xanım  «Bayrağım  və  istiqlalım»  şerini  ifa  etdi.  Dilşad 
xanımla  Fəxriyyə  xanım  bayraqla  rəqs  edərək  Əli  ustanın  «Vətən  həsrəti»  adlı 

160 
 
şerini  söylədilər  və  bu  hamının  xoşuna  gəldiyindən  bir  də  təkrar  etdilər.  Sonra 
Məmməd Fərzəli bəy segah oxudu. Balaca Əli ilə balaca Gültəkin «Mustafa Kamal 
rəqsi»ni      oynadılar.      Rəqs    zamanı,  Dilşad  xanımın      «Buzlu  cəhənnəm»dən  bir 
parça  oxuması  da  çox  həyəcanlı  qarşılandı.  Bu  həm  də  şimalın  soyuqlarında 
işgəncələrlə  həyata  göz  yuman  «müsavatçılar»ın  əziz  ruhuna  bir  hörmət  əlaməti 
idi.  
Dilşad  xanımdan  sonra  Həmzə  bəy  tütəkdə  son  dərəcə  gözəl  bir  Azəri 
Havası  çaldı.  Dilşad  xanım  pianoda  «Azərbaycan»  rəqsini  çaldı  və  Həsən  bəy 
oynadı. Sonra Həsən bəy və Rəhim bəy «Şamilin duası» rəqsini ifa etdilər. 
Təntənəli gecə saat üçə kimi davam etdi. Gecə bitəndən sonra hamı bir-bir 
Məmməd Əmin Rəsulzadəyə yanaşır, Azərbaycanı yaşadan bir bayram keçirdiyinə 
görə minnətdarlıqlarını bildirirdilər. 
Gecədən qəribə hisslərlə ayrıldı. İçərisində bu günə kimi çətinliklə qoruyub 
saxladığı  vətən  həsrəti  indi  göynəyir,  getdikcə  onu  haldan  salırdı.  Vətən  yadlar 
əlində idi. Qoymadılar, qoymadılar xalqı yaşadaq, bir ağ günə çıxaraq. Axı hər şeyi 
xalq  üçün  edirdik.  Heç  cürə  anlamadılar,  başa  düşmədilər  bizi.  Gəlib  yurdumuzu 
viran qoydular. Evlərimizdən çıxan tüstünü kəsdilər, ocağımızı söndürdülər. Nədir 
bu  adamların  günahı?  Salona  diqqət  edirdim.  Azərbaycan  sözü  eşidilən  kimi 
hamısı acı göz yaşı tökürdü. Belə adamlar niyə vətənlərindən qovulmalı, didərgin 
düşməlidir?  Amma  bu  adamları  yaşatmaq  lazımdır.  Onların  sabaha  inam  hissini 
öldürmək  olmaz.  Hərdən  belə  təntənəli  axşamlar  keçirib  onlardakı  həyat  eşqini 
söndürməməliyik. Bu xalq yaşamalı, iztirablara dözüb dayanmalı, vətən qapılarının 
tezliklə  açılacağına  inanmalıdır.  Bilməlidir  ki,  Vətənimiz  Azərbaycanın  başı 
üzərindən əsarət və müstəmləkəçilik buludu tezliklə çəkilib gedəcək, xalqımız yenə 
istiqlaliyyət bayrağını ucalara qaldıracaq! 
...Ən  çətin  anlarda  belə  inamını  itirmirdi.  Heyrət  ediləcək  dərəcədə  inamı, 
çətinliyə  dözmək  bacarığı  vardı.  İçərisində  nə  qədər  ağrılar  gəzib  dolaşsa  da, 
adamlarla danışanda hər şeyi unudur, böyük inam və qüvvət mənbəyinə çevrilirdi. 
Adamlar onun yanına Azərbaycandan bir xəbər öyrənməklə yanaşı güc, qüvvət də 
almağa  gəlirdilər.  Bir  kəlmə  sözü  ilə  tanışlarının,  yurddaşlarının  sınan  ümidini 
birləşdirir,  uzun  ömür  verib  yaşadırdı.  Mehriban,  həlim  xasiyyəti  vardı.  Onunla 
söhbətdən adamlar məmnun qalırdılar. Heç zaman kənar söhbətlər etməz, kiminsə 
haqqında  danışmazdı.  Belə  şeyləri  sevmir,  nifrət  edirdi.  Onun  yalnız  bir  söhbəti 
vardı: Azərbaycan. Həmişə bu söhbəti  etməyi  xoşlayardı.  Həyatdan,  adamlardan  
heç  nə  istəmirdi. Onun istədiyi Azərbaycan idi. O öz Azərbaycanını istəyirdi. Və 
o işıqlı günə —sevimli vətənini yadlar əlindən alacağına inanırdı. Elə onu yaşadan, 
ürəyinə  təpər  olan  bu  inam  idi.  Zaman  keçdikcə  gözlərinə  dərin  kədər  pərdəsi 
çökürdü. Bu onun içəri ağrısı idi, Vətəninin həsrəti idi. Sevimli  uşaqlarından ötrü 
ürəyinin  başı  göynəyirdi.  Sevimli  oğlanları  Rəsulu,  Azəri,  istəkli  qızları  Lətifəni, 
Xalidəni  necə də görmək istəyirdi!  Amma bu istəyini,  həsrətini  kimsənin  yanında 
danışmazdı. O istəmirdi ki, yurddaşları onu ağlayan, acıyan, ah-uf edən görsünlər. 

161 
 
Bu onlara da təsir edər, düşkünlük yaradardı. Bu qürbət eldə yaşayanlar ümidlərini 
ona  bağlamışdılar.  O  isə  dözüb  dayanırdı.  Heç  zaman  ağır  şəraitin  quluna 
çevrilmirdi. Mütləq bir çıxış yolu axtarıb tapırdı. 
Vətənindən isə ölüm nəfəsli xəbərlər göndərilirdi ona. Adamları güllələyir,  
günahsızcasına  qətlə yetirirdilər. 
...Onun  özünü  isə  çətin  bir  sınaq  gözləyirdi.  Xain  əllər  indi  ona  sarı 
uzanırdı.  Çoxdan  idi  ki,  dünyaya  car  çəkdiyi  istiqlal  səsini  boğmağa  çalışırdılar. 
İndi deyəsən o məqam gəlib çatmışdı, istəklərinə yetişirdilər. 
 
ATATÜRK NARAZIDIR 
 
Yox,  o  heç  zaman  türk  xalqının  böyük  oğlu  Mustafa  Kamal  Atatürkdən 
narazılıq  etməyəcəkdi.  Heç  zaman  onun  haqqında  xeyirxahlıq  və  səmimiyyətdən 
başqa  bir  söz  deməyəcəkdi.  Ölkədən  çıxıb  getməyini  tələb  etdiyinə  görə  də 
Atatürkə  olan  hörmət  və  səmimiyyətini  itirməyəcəkdi.  Dövrün,  şəraitin  belə 
olduğunu  biləcəkdi.  O,  xırda  hisslərlə  yaşayan  adam  deyildi,  onu  böyük  işlər,  ən 
başlıcası isə Azərbaycanın taleyi maraqlandırırdı. 
Türkiyədə  vətənini  müdafiə  etməsi,  məcmuələr  çıxarıb  bütün  dünyaya  səs 
salması  köhnə  mübarizə  dostunu,  indi  vətənini  əsarətdə  saxlayan  Stalini, 
bolşeviklər hökumətini narahat edirdi. Getdikcə cəsarətli oğullarını qırıb, xalqı öz 
rejimlərinə tabe etdirdikləri Azərbaycanda Məmməd Əmin Rəsulzadənin səsi yenə 
eşidilirdi.  Bu səs onları qıcıqlandırır,  yerindən edirdi.  Bu səsdən qorxur,  həyəcan 
keçirirdilər.  Bu  səsin  ən  yumşaq  eşidilməsi  xalqı  üsyana,  azadlıq  mübarizəsinə 
çağırış idi. Bu səsi boğmaq, kəsmək lazım idi. Bu səs boğulsa, Azərbaycandan ötrü 
narahatlıq keçirməyə dəyməzdi. 
Budur,  belə  imkan  yaranıb.  1931-ci  ildə  Türkiyə  ilə  Sovetlər    Birliyi  
arasında    imzalanan  dostluq  müqaviləsinin  gizli  bir  bəndi  də  bundan  ibarət  idi: 
Türkiyədəki  mühacirlər  ölkədən  çıxarılsın,  sovet  hökuməti  əleyhinə  təbliğat  işi 
aparmasınlar. 
Atatürkün  xəbərini  çatdırmışdılar  ona.  Başqa  yol  yox  idi.  Türkiyədən 
çıxmalı idi. Türkiyəni belə bir addım atmağa məcbur edən səbəbləri başa düşürdü. 
Dövrün,  şəraitin  mürəkkəbliyi  Türkiyəni  Sovetlər  Birliyi  ilə  yaxınlığa  məcbur 
edirdi.  Bu  yaxınlıq  heç  də  Atatürkün  Rusiyaya,  yaxud  kommunist  rejiminə 
məhəbbətindən  irəli  gəlmirdi.  Yox,  Atatürk  kommunist  rejiminə  nifrət  edirdi.  O 
həmişə  türk  və  milliyyətçi  olmağın  tərəfində  dayanırdı.  O,  türk  şərəfi  və 
heysiyyətini  hər  şeydən  yüksək  tuturdu.  Bir  dəfə  Ankaradakı  rus  elçiliyindəki 
görüşdə  Rusiyanın  baş  elçisi  Qaraxan  Türkiyə  əleyhinə  bəzi  sözlər  danışmışdı. 
Atatürk sovet diktatoru Stalini hədəfə alaraq Qaraxana ağır ittihamlar demişdi. 
Bəli, Atatürk milliyyətçi idi və kommunizmə nifrət edirdi. O deyirdi: 
«Burası  unudulmamalıdır  ki,  türk  aləminin  ən  böyük  düşməni 
kommunistlikdir. Hər görüldüyü yerdə əzilməli!» 

162 
 
Atatürk onun və yurddaşlarının Türkiyədən çıxıb getməyini tələb edirdi. Və 
getməkdən başqa bir çıxış yolu yox idi. 
...Amma  o  incimirdi  Atatürkdən.  Atatürk  haqqında  həmişə  məhəbbətlə 
danışırdı.  Sonradan  yazacağı  bir  məqalədə  isə  Atatürk  haqqında  bu  sözləri 
deyəcək, onu «qurtulan şərqin simvolu» adlandıracaqdı: 
«XX  əsrin  şərqi,  XIX  əsr  qərb  tarixinin  qeyd  etdiyi  Amerika  ihtilalı  ilə 
fransız inqilabını bir həmlədə yapmaq zərurətindədir. Mustafa Kamalın böyüklüyü, 
işdə  tarixin  bu  zərurətini  qavrayışındadır.  Bu  şömüllü  dahisi  ilə  türk 
milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan şərqin simvoludur!». 
Türkiyədən  ayrılırdılar.  Türkün  ikinci  bir  qapısı  üzlərinə  bağlanırdı. 
Birincisini  bolşeviklər  zorla,  süngü  gücü  ilə  bağlamışdılar.  İkincisini  isə  bicliklə, 
siyasətlə, başqasının əli ilə qapayırdılar. 
Türkiyənin  həmişə  doğmalıq  gördükləri  torpağından  ayrıldılar.  Başı 
müsibətlər  çəkmiş  müsavatçılarla  birlikdə  o  və  əmisi  oğlu  Məmməd  Əli  tozlu-
torpaqlı  yolla  üz  tutub  qərib  ölkələrə  gedirdilər.  Hamısı  düşkün,  fikirli,  xəyallı. 
Hamısı  taleyin  bu  acı  hökmünə  içəridə  ağrıyırdılar.  Vətəndən  qovulmuş 
müsavatçılar sonu, bucağı görünməyən qara bir yolla baş alıb gedirdilər. 
İstiqlal  yolçuları!  Yurdundan,  obasından  qovulmuş  zavallılar,  bu  nə  haldır 
düşmüsünüz?  Nakam  Azərilər,  hara  belə  gedirsiniz?  Sizi  hər  yerdən  qovurlar, 
yaşamaq haqqınızı əlinizdən alırlar! Hara, hara gedirsiniz? Vətəninizi al qan içində, 
oğullarınızı  başı  kəsilən  vəziyyətdə  qoyub  hara  gedirsiniz?  Siz  ki,  haqqınız, 
azadlığınız yolunda çalışırsınız. Demək, haqqını tələb etmək azəri türkünə qadağan 
olunub. Qəribə məntiqdir! 
Türkiyədən  çıxanda  xoşagəlməz  hadisə  baş  verdi.  Onların  hamısına 
Trakiyadan  çıxıb  getməyə  icazə  verdikləri  halda,  əmisi  oğlu  Məmməd  Əlini 
Suriyadan çıxarmaq istədilər. Nəhayət, onu da dostlarından ayırmadılar. 
Hər ikisi bir-birinə bağlanmışdı. Hər iki əmioğlunun bir yaşayış amalı vardı 
– Azərbaycanı azad etmək! Elə bu istək onları bir-birinə daha da qırılmaz tellərlə 
bağlayırdı.  
 
*** 
 
Berlində  kəsilməyən  səs:  «İstiqlal».  O  öz  mübarizəsini  davam  etdirirdi. 
Azəri türklərinin yanıq ürəklərinə yenə ümid toxumu səpirdi. Almaniyada yeni bir 
qəzeti  çapa  hazırlayırdı.  Bu  qəzet  əsarət  altına  alınmış  azərbaycanlıların  ağrısını, 
tapdanan hüquqlarını geniş kütlələrə çatdırmalıydı. 
«İstiqlal»  qəzeti,  1932-ci  il,  10  yanvar.  Bu  gün  Almaniyada  yaşayan 
azərbaycanlılar  doğma  vətənlərinin  qürbət  eldə  ucalan  səsini  eşidirlər.  Bu  səsi 
ucaldan adamı da tanıyırlar. Həmin adam düz on dörd il əvvəl onların başı üzərində 
üç  rəngli  istiqlaliyyət  bayrağını  dalğalandırıb  «bir  dəfə  yüksələn  bayraq  bir  daha 
enməz»  demişdi.  Bu  çoxdan,  lap  çoxdan  olmuşdu.  O  zaman  vətənləri  azad  idi, 

163 
 
xoşbəxt də yaşayırdılar. Sonra tufanlar qopdu, xain düşmən onların yurdunu işğal 
edib  özlərini  çöllərə  saldı.  Yox,  onlar  məhv  olmadı,  min  bir  çətinliyə  dözüb 
dayandılar.  Ona  görə  dözüb  dayandılar  ki,  xalqı  yaşatsınlar,  uzaq  ellərdə 
qarşılarına çıxan hər kəsə işğal olunmuş vətənlərindən danışsınlar. Və həmişə belə 
də etdilər. 
Onun  səsini  isə  həmişə  eşidirdilər.  Türkiyədə  nəşr  etdiyi  jurnallara  abunə 
yazılır, çap olunan kitablarını alıb acgözlüklə oxuyurdular. Çünki onun yazılarında 
əzab  çəkən  Vətənin—Azərbaycanın  ürəyi  çırpınırdı.  Onunla  əlaqələrini 
kəsməmişdilər.  İstanbulda  yaratdığı  milli  mərkəzdən  daima  xəbər  tuturdular. 
İstanbuldakı  Azərbaycan  milli  mərkəzi  mühacir  Azəri  türklərinin  qurtuluş  ocağı 
idi. 
İndi  budur,  o  qədər  işi  görən  adam  Türkiyədən  çıxmağa  məcbur  olub. 
Hadisənin  necə  olduğunu,  daşın  kim  tərəfindən  atıldığını  yaxşı  bilirlər.  Amma 
Azərilər  Polşada,  Almaniyada,  Fransada  yaşayır  və  onu  sevirlər.  Polşa  hökuməti 
Türkiyədən  çıxan  Azəri  mühacirlərinə  sığınacaq  verib.  Almanlar  isə  böyük 
səmimiyyət və xeyirxahlıqla onların qəzet, məcmuə çıxarmalarına imkan yaradır. 
Həmin  günü  Almaniyadakı  mühacir  Azəri  türkləri  «İstiqlal»  qəzetinin  ilk 
nömrəsini  böyük  həyəcanla  oxuyurdular.  Elə  qəzetin  ilk  səhifəsində  onun—azad 
hökumətlərinin  keçmiş  başçısı  Məmməd  Əmin  Rəsulzadənin  səsini  eşidirdilər. 
Məmməd Əmin Rəsulzadə «Kəsilməyən səs» məqaləsində yazırdı: 
«Mütaliənizə  təqdim  olunan  bu  qəzet  müqəddəs  bir  mübarizənin 
müdafiəçisi  üçün  yüksələn  bir  səsi  mədəniyyət  dünyasına  çatdırmaq  üçün  nəşr 
olunur. 
Milli Azərbaycan istiqlal mübarizəsinin səsi! — budur bizi həyəcanlandıran 
səs! 
Bu gün Berlindən eşitdiyimiz bu səs on ilə yaxın idi ki, İstanbuldan gəlirdi 
və nə qədər təbii idi.  Gənc bir türk  vətəninin, istilaya  uğramış bir türk  millətinin 
qəsb  edilmiş  haqqını  və  haqlı  istiqlalını  müdafiə  etmək  üçün  türkcə  çap  olunan 
mətbuat orqanına qardaş Türkiyədən daha  münasib sığınacaq  yeri təsəvvür etmək 
olarmı?! 
Yabançı  rus  istilasının  qırmızı  terroru  altında  boğucu  bir  qəmginliklə 
oxunacaq  bu  məqalənin  azərbaycanlı  münəvvərlərdə  yaradacağı  təsir  bu  sətirləri 
yazarkən  bizi  xüsusən  düşündürür.  Heyrət  dolu  gözləri  görürük—soruşur:  — 
Görən nə olub?! 
—Türkiyə  cümhuriyyət  hökumətinin qərarilə  İstanbulda  nəşr edilən  «Odlu 
yurd», «Azəri türk», «Yeni Türküstan» jurnalları və «Bildiriş» qəzeti bağlanmışdır. 
...Bizi  heyrət  içində  qoyan  bu  həqiqətə  indi  düşmən  sevinir.  Bolşeviklər, 
ruslar  məmnundurlar.  Niyə  də  məmnun  olmasınlar?  Boğduqları  gənc  türk 
milliyyətçiliyi,  cümhuriyyətçiliyi  və  xalqçılığının  etiraz  edən  səsi  artıq  eşidilməz  
olmuşdur. O səs ki, sovet rejiminin, onun yürütdüyü məlun siyasətin iç üzünü faş 
edir  və  bolşevik  saxtakarlarının  üzünə  çırpırdı.  Bəli,  onlar  məmnun  ola  bilərlər: 

164 
 
milli,  müasir  xalqçı  türk  cümhuriyyətində  milli,  müasir,  xalqçı  Azərbaycan 
istiqlalçılıq məfkurəsinin səsi boğulmuşdur! 
Budur, yaşadığımız dövrün acı həqiqəti, tarixin  istehzası. 
Heyf bu dövrə! 
Lakin 
bütün 
bunlara 
baxmayaraq 
onlar 
yollarından 
dönmür, 
mübarizələrindən  əl  çəkmirlər.  Mübarizələri  haqdır,  buna  inanırlar  və  bu  inama 
güvənirlər. 
...Azərbaycan istiqlal mübarizəsi olduğu kimi davam edir. Çeka zirzəmiləri 
mücahidlərlə  dolur,  məhbus  dəstələri  Solovki  istiqamətdə  hərəkət  edir.  
Kəndlilərdən təşkil olunmuş partizan dəstələri mübarizəni davam etdirir, yeni nəsil 
isə istila rejiminin güclənməsinə baxmayaraq, milli idealın arxasıycan gedir.  
Bununla  bərabər  Azərbaycanın  mübarizəsini    bir  an  da  dayanmadan  bütün 
dünyaya çatdırmaq ehtiyacındayıq, Türkiyənin öz taktikasını dəyişəcəyini gözləyən 
müddətdə Azərbaycan hərəkatı təbii ki, səsi kəsilmiş qala bilməz! 
Bu gündən  etibarən burda nəşrinə başladığımız  qəzet məhz bu kəsilməyən 
səsin ifadəsidir! Məqsədi budur: «Kəsilməyən səs!» 
Məmməd Əmin Rəsulzadə qəzetin proqram məqaləsindəki fikrini axıra kimi 
də davam etdirirdi. 1934-cü ilə kimi Berlində çap olunub yayılan bu qəzetdə yalnız 
Azəri  türkləri  deyil,  eləcə  də  bütün  dünya  ictimaiyyəti  Azərbaycanın  iztirablarını 
eşitdilər.  Məmməd  Əmin  Rəsulzadə  sovetlər  birliyinin  Azərbaycana  tətbiq  etdiyi 
siyasətin,  qayda  və  qanunların  iç  üzünü  açıb  göstərir,  sərt  tənqid  atəşinə  tuturdu. 
Onun  «İstiqlal»dakı  yazıları  Azərbaycanı  işğalda  saxlayan  sovet  rejiminə  qarşı 
daima alışmağa hazır olan bir od idi. Ona görə də Sovet çekistləri, bu qanlı rejimin 
qoruyucuları hər vasitə ilə  Azərbaycanı Berlindəki istiqlal odundan qoruyurdular. 
Odu  üfürüb  alovlandırmaq  bacarığında  olan  vətənpərvər  Azəri  türklərini  isə 
həbsxanalarda  işgəncələrə  məruz  qoyur,  Solovki  buzlaqlarında  ölümə  məhkum 
edirdilər. Bolşeviklər Məmməd Əmin Rəsulzadənin Türkiyədən çıxarılmağına çox 
sevinmişdilər. Axı onları narahat edən, vəzifə stollarını silkələyən səs boğulmuşdu! 
O səs daha İstanbuldan eşidilməyəcəkdi! 
Amma şadlıqları uzun sürmədi və yedikləri haram tikə boğazlarında qaldı. 
Yenidən, yenidən o səs eşidilməyə başlamışdı. Özü də bu dəfə daha sərt və güclü 
dəlillərlə onların saxtakarlığı, fırıldaq və ikiüzlülüyü dünyaya çatdırılırdı. Narahat 
idi bolşeviklər, narahat idi bu istiqlal səsindən. 
Lakin  onların  əli  Almaniyaya  çatmayacaqdı.  Polşada  da  bu  rejimə  dərin 
nifrət  vardı.  Məmməd  Əmin  Rəsulzadənin  bu  ölkələrdə  ucaltdığı  istiqlal  səsini 
onlar  necə  çalışsalar  da  batıra  bilməyəcəkdilər.  O  səs  eşidilib  yuxularına  haram 
qatacaq, rahat yaşayışlarını pozacaqdı. 
Budur, «İstiqlal» qəzeti Məmməd Əmin Rəsulzadənin  «Açıq diplomatiya» 
yazısını  çap  edib.  Müəllif  bolşeviklərin  növbəti  siyasətini  —  açıq  diplomatiya 
fikrini  irəli  sürməyinin  daxili  saxtakarlığını  izah  edir.  Göstərir  ki,  onlar  həmişə 
zahirən  demokratik,  azadlıq  pərdəsinə  bürünmüş  şüarlar  irəli  sürüb  əslində 

165 
 
özlərinin  istibdad  qanunlarını  yeridirlər.  Onlara  inanmaq  olmaz.  Sovet  rejiminin 
müdafiəçilərinə bel bağlamaq düzgün deyil. Bolşeviklər bütün Sovetlər Birliyində 
hürriyyət şüarını irəli sürür, fəhlə-kəndli hökumətinin mövcudluğundan danışırlar. 
Amma  həqiqətdə  isə  ölkədə  yalançı  fəhlə-kəndli  hakimiyyətinin  pərdəsinə 
bürünmüş Stalin diktatorluğu vardır. Məmməd Əmin Rəsulzadə yazırdı: 
«...Qırmızı imperializm özünün əsl qayəsini təşkil edən dünya inqilabından 
əl  çəkməyib.  Planlaşdırdığı  beşillik  planı  yerinə  yetirmək  üçün  onun  hər  cür 
müvəqqəti  sakitliyə  ehtiyacı  vardır  ki,  sırf  təcavüz  məqsədi  güdən  bu  sənaye 
planını müvəffəqiyyətlə başa çatdırsın. Bu məqsədlə də o indiki şəraitdə sülhsevər 
maskası taxır və buna da müvəffəq olur». 
..Azərbaycan  od  içindədir.  Vətənindən  həyəcanlı  xəbərlər  çatdırılır  ona. 
Qanlı istila rejiminə qarşı güclü iğtişaş və  üsyanlar davam edir. Ona bir məlumat 
da çatdırıblar: bu ilin baharında (1932-ci il) Azərbaycanda bolşevik rejiminə  qarşı   
güclü üsyan olacaq. Azərbaycanlı  vətənsevərlər üsyana ciddi hazırlaşırlar. Əlbəttə, 
o  qanlı  terror  siyasətindən  yaxa  qurtarmaq  üçün  üsyanı  qəbul  edir.  Və  deyir  ki, 
indiki  şəraitdə  üsyan  mübarizənin  ən  münasib  yoludur.  Amma  Məmməd  Əmin 
Rəsulzadə  bu  işdə  tələsməməyi  məsləhət  görür  və  Azərbaycanda  üsyana 
hazırlaşanların  diqqətini  bir  məsələyə  yönəldir:  silahlı  mübarizənin  bəzi  zəruri 
şərtlərinə. Hansılardır bu zəruri şərtlər? Silahlı üsyana başlamağın hansı cəhətlərini 
nəzərə almalı? 
Məmməd Əmin Rəsulzadəyə görə  Azərbaycanda silahlı mübarizə aşağıdakı 
şərtlərə uyğunlaşdırılmalıdır. O yazırdı: 
 
«...Bunlardan  birincisi,  bütün  Qafqaz  xalqlarının  müştərək  hərəkatıdır... 
Lakin  müvəffəqiyyətin  ikinci  şərti  də  var.  Bu  da  silahlı  müqavimət  və  mübarizə 
həmlələrinin 
strateji  anlara  uyğunlaşdırılmasının  zəruriliyidir.  Bolşevik 
hökumətinin başı xarici və daxili, mühüm bir hərb və ya ixtilal ilə məşğul olmasa, 
partizanlarımızın  hər  hansı  bir  çıxışının  müvəffəqiyyətsizliklə  nəticələnəcəyini 
görməmək mümkün deyil». 
Məmməd  Əmin  Rəsulzadə  Azərbaycan  üsyançılarına  bir  fikri  də  çatdırır: 
vaxtından  əvvəl  çıxış  etməklə  düşmənin  qurduğu  provakasiyaya  getməməli!  Ona 
görə ki, vaxtından əvvəl çıxış olarsa onda düşmən arxa cəbhədə ona mane olub, hər 
qüvvəni məhvə çalışacaq. 
Məmməd  Əmin  Rəsulzadə  mövcud  vəziyyətin  belə  dərin  təhlilini  verməyi 
bacarırdı.  «İstiqlal»  isə  onun  ağıllı  və  məntiqli  fikirlərini  düşməndən  qisasa 
hazırlaşan yurddaşlarına çatdırırdı. 
Yurddaşları  isə  Vətəndə  əzab  çəkir,  terrorçu  qüvvə  qarşısında  gücsüz 
qalırdı.  Haqsızlıq,  təhqir  və  mənəvi  sıxıntılardan  bezib  cana  doyan  Azəri 
türklərinin çoxu bolşevik işğalında inildəyən Azərbaycanda tab gətirə bilmir, azad 
yaşayış istəyi ilə qürbət ölkələrə üz tuturdu. Otuzuncu illərdə bu mühacirlərin sayı 
həddindən artıq çox idi. Türkiyədə, Almaniyada, Polşada, Fransada sığınacaq tapan 
bu qərib azərbaycanlıların hamısı vətən həsrəti ilə alovlanırdılar. 

166 
 
Məmməd  Əmin  Rəsulzadə  Vətənini  tərk  etmək  məcburiyyətində  qalmış 
yurddaşlarına  bir  istəyini  çatdırırdı.  Elm,  bilik  qazanan  bu  mühacirlərə  Vətən 
borcunu unutmamağı təlqin edirdi. Deyirdi ki, hər bir azərbaycanlı mühacir harda 
və  nə  işlə  məşğul  olursa-olsun  o  vətənini  unutmamalı,  vətənpərvərlik  dərsini 
öyrənməlidir. 
Məmməd Əmin Rəsulzadə ziyalı mühacirlərə üz tutub deyirdi: 
«Sadə  texniki  mütəxəssisi  həmişə  tapmaq  olar.  Bu  ehtiyacını  bir  millət 
müvəqqəti  olaraq  əcnəbilərə  müraciət  etməklə  təmin  edə  bilər.  Lakin  heç  vaxt 
xaricə  müraciət  edərək  bir  vətənpərvər,  bir  milliyyətçi  və  bir  istiqlalçı  olmaq 
olmaz!». 
Məmməd  Əmin  Rəsulzadə  hələ  Azərbaycan  Demokratik  Respublikasının 
yarandığı  gündən  milliyyətçi  və  imperializmi  yaşatmaq,  Rusiyanın  çar  dövründə 
işğal  olunmuş  ərazilərini  saxlamağa  çalışan  ruslara  qarşı  nifrət  ruhunda  idi.  Hələ 
1919-cu ildə azad  Azərbaycan dövlətinin  mövcud olduğu  vaxtda  millətçi Denikin 
bir şüar irəli sürürdü:  «Bölünməz  Rusiya!» Denikinin  «bölünməz  Rusiya» qılıncı 
ilkin olaraq Dağıstanın sinəsinə sancılmışdı. Növbəti hücumunu isə Bakıya etməyə 
çalışırdı  Denikin.  Rusiyanın  çar  dövründəki  ərazilərində  yenidən  hökmranlıq 
fikrinə düşmüşdü. 
İndi  həmin  o  Denikin  «ac  rus»ları  başına  yığıb  xaricdə—mühacirətdə 
fəaliyyət göstərirdi. 
Məmməd  Əmin  Rəsulzadə  Denikin  siyasətinin  riyakar  olduğunu  sübuta 
yetirir, «Bölünməz Rusiya» ideyası altında hansı xəyanətlərin yatdığını göstərirdi. 
Çünki  Denikin  həmin  vaxtlar  özünü  Polşanın  halına  yanan  kimi  göstərib  deyirdi: 
«Polşa  üçün  ən  yaxşı  yol  təkrar  gələcək  yeni  Rusiya  ilə  konfederasiyaya 
girməkdir!»  Məmməd  Əmin  Rəsulzadə  isə  Denikinin  bu  fikrinə  etiraz  edib  bu 
«konfederasiyanı» təkrar Rusiyanın əlinə düşmək adlandırırdı. 
Məmməd  Əmin  Rəsulzadə  Denikinin  «Bölünməz  Rusiya»  ideyasına  qarşı 
çıxıb yazırdı: 
«...Lakin  biz  əminik:  bolşevizm  yıxılınca  —  siz  bunu  istəsəniz  də, 
istəməsəniz  də  fərqi  yoxdur  —  Rusiya  parçalanacaq  və  dünyanın  bu  geniş 
qitəsindəki  əsir  millətlər  bu  dəfə  artıq  əbədi  qurtulacaq,  öz  müqəddəratlarının 
sahibi azad və müstəqil olacaqlar!» 
Məmməd  Əmin  Rəsulzadə  Azərbaycanın  istiqlalı  uğrunda  apardığı 
mübarizədə həmişə Qafqaz  xalqlarının birliyi ideyasını irəli sürüb. Onun  fikrincə, 
Rusiya əsarətində əzab çəkən türk xalqları birgə mübarizəyə qalxmasa, qələbə əldə 
olunmaz.  O  böyük  iftixar  hissi  ilə  yazırdı  ki,  Azərbaycan  istiqlalçılığı  Rusiya 
əsarətindəki  türk  xalqlarının  önündə  gedib.  Amma  bu  xalqlar  niyə  məğlub  olur, 
azadlıq qazana bilmir? Məğlubiyyətin səbəbi nədir? 
Məmməd Əmin Rəsulzadə «İstiqlal» qəzetində çap etdirdiyi «ortaq bir gün» 
adlı yazısında məğlubiyyətin səbəbini belə izah edirdi: 

167 
 
«...Türk  xalqları  arasında  birlik  hazırlığı,  təşkilat  və  rabitənin  zəifliyi 
üzündən yarımçıq qalmışdı. Bu dəfə bolşevizm şəklində zühur edən rusluq yenidən 
bu qardaş xalqları istila etmişdir. 
Bu istilaya qarşı illərdən bəridir ölüm-dirim mübarizəsi aparan türk xalqları 
artıq büllurlaşmış bir proqrama malikdirlər. Əllərində milli istiqlal bayrağı vardır. 
Onlar bu bayraq altında çarpışır, onun zəfəri üçün  iztirab çəkirlər...» 
O bütün ömrü boyu bu təşkilata nifrət etdi. Bu təşkilat onun  neçə dostuna, 
məslək  yoldaşına,  minlərlə  günahsız  yurddaşına  ölüm  gətirdi.  Adamların 
düşüncəsini də dəmir məngənəyə aldı bu təşkilat. Bu təşkilatın ilk ilhamçısı Lenin 
olmuşdu. Adamları xaincəsinə, gizli şəkildə öldürmək! Onun ideyasına qarşı etiraz 
edənləri aradan götürmək! Cəmiyyətdə diktatorluğu təmin etmək! İnsanları həmişə 
qorxuda  saxlamaq!  Lenin  o  qorxulu  təşkilatı  yaratmaqda  bu  məqsədi  güdürdü. 
1918-ci  ildən  fəaliyyətə  başlayan  bu  qanlı  terror  maşını  qısa  bir  zamanda 
milyonlarla  günahsız  insan  qanı  axıdıb,  cəmiyyətdə  «təmizləmə»  işi  apardı  və 
Leninin  hakimiyyətini  möhkəmlətdi.  O  qanlı  terror  maşını  1920-ci  ilin  Aprel 
işğalından  sonra  Azərbaycana  da  gəlib  çıxdı.  Elə  ilk  gəlişindən  qanlı  tikanlarını 
xalqının canına  daraşdırdı.  Bu terror  maşınının qəribə  iş rejimi vardı.  Gündüzlər, 
işıqlı  havada  gözə  görünməzdi.  Deyib-gülən,  günəşli  hava  udan adamların ağlına 
belə gəlməzdi ki, kinli gözlərin nəzarəti altındadırlar. Bəzən evdə pıçıltı ilə gedən 
söhbəti də bu terror maşını eşidə bilirdi. Çox güclü «eşitmə» qabiliyyəti vardı! Bu 
terror  maşını  ən  çox  qaranlığı  sevirdi.  Qaranlıqda  necə  böyük  həvəslə  işə 
başlayırdı. O enerjisini zülmət gecələrdən alırdı. Onun insan qanı ilə hərəkət edən 
motoru  yalnız  qaranlıqda,  insanların  küçələrdə  gəzib  dolaşmayan  vaxtında  işə 
düşürdü. 
Bəli,  bu  terror  maşını  insanların  ömrünə  həmişə  ağrı-acı  gətirmişdi. 
Adamları izləmək, psixləşdirmək, «yavaş ölümlə» məhvə  aparmaq da bu qorxulu 
təşkilatın üsullarından biri idi. 
O zaman bu təşkilat «QPU» (Dövlət siyasi İdarəsi) adlanırdı. 
Məmməd Əmin Rəsulzadə 1933-cü ildə «İstiqlal» qəzetində yazırdı: 
«...Qırmızı  imperializmin  qanlı  istilası  altında  qanlı  vətənimizdə  milli  hiss 
və  müqavimət  qüvvələrini  qan  və  atəş  içində  boğmaq  işindən  bir  an  belə  əl 
çəkməyən  bu  təşkilat  həm  də  milli  istiqlal  fikrinin  sovet  sərhədləri  xaricindəki 
mübarizələrini  də  vurmaq  niyyətindədir. 
...Bu  agentlərin  məqsədi  mühacirlər  arasında  nüfuz  və  hörmət  sahibi  olan 
şəxsləri  hər  cür  yollarla  mənən  öldürmək,  onların  ətrafındakı  adamları  siyasət 
yoluyla ləkələmək, müxtəlif qrup və zümrələr arasına nifaq salmaqdan ibarətdir. 
...Yaşadığımız  mühacirət  həyatının  ağır  şərtləri  içində  çox  vaxt  obyektiv 
vəziyyətə  göz  yumaraq  subyektiv  amillərin  təsiriylə  hərəkət  edən  vətəndaş  çox 
kərə zahirdə haqlı görünən sözlər arxasında gizli qəsdlər olduğunun fərqinə varmır. 
O  özü  də  istəmədən,  bir  də  baxırsan  ki,  QPU-nun  kim  bilir  neçənci  əldən  atdığı 
tələyə düşür. 

168 
 
İnam və intizam—QPU-nun işini nəticəsiz qoyacaq şüar budur!». 
..Amma  bir  gün  gələcəkdi  ki,  QPU-nun  (indiki  «DTK»-nin)  dişləri  ona  da 
qıcanacaqdı.  Həqiqət  və  istiqlaliyyət  sözünü  ucadan  deyib  Sovetlər  Birliyindəki 
məhkum  xalqları duyuq salan bu adamı da aradan götürmək istəyəcəkdilər. Lakin 
bu dəfə dişləri sərt qayaya toxunub ovulacaqdı. 
...Böyük  Vətən  müharibəsindən  sonra  Məmməd  Əmin  Rəsulzadəni 
izləməyə  başladılar.  Stalini  artıq  köhnə  mübarizə  dostunun  taleyi  narahat  etmirdi. 
O  öz  təkhakimiyyətliyini  qurmuş,  müharibədə  qələbə  çalmışdı.  Köhnə  mübarizə 
dostu isə ona çox mane olur, qurduğu rejimi dağıtmağa çalışırdı. Məmməd  Əmin  
Rəsulzadə ciddi  axtarışda idi. 
Bir  gün  yanına  gəlib-gedən  dostu  Heydər  Atak  bir  nəfər  azərbaycanlının 
onunla  görüşmək  istədiyini  bildirdi.  (1946-cı  ildə  Məmməd  Əmin  Rəsulzadə 
Almaniyada yaşayırdı və onun qaldığı yer bir neçə dostuna məlum idi). Məmməd 
Əmin  Rəsulzadə  Heydər  Atakdan  bir  söz  də  eşitdi:  həmin  adam  onu  görməkdən 
ötrü çox canfəşanlıq göstərir. Nəhayət, tamam başqa bir yerdə görüşdülər. O adam 
ürəyiyananlıq  göstərib  deyirdi  ki,  bəs  sizin  adınızı  çoxdan  eşitmişəm  və  şəxsən 
görüb  tanımaq  istəyirdim.  Ayrılandan  sonra  Məmməd  Əmin  Rəsulzadə  Heydər 
Ataka demişdi: «Bu adamdan gözüm su içmədi». Hadisədən bir ay keçməmiş onu 
Amerika  Kəşfiyyat  idarəsi  həbs  edir.  İstintaqda  məlum  olur  ki,  Almaniyaya  onu 
Məmməd Əmin Rəsulzadəni öldürməyə göndəriblər. Bu dövlətin tapşırığıdır.... 
Yox, onu aradan götürə bilmədilər, öz əcəli ilə öldü. Daha doğrusu, aradan 
götürməyi  bacarmadılar.  İşini  ehtiyatla  tuturdu.  Qaldığı  yeri,  mənzili  tez-tez 
dəyişir, ehtiyatsızlığa yol vermirdi. Təsadüfi deyil ki, Stalin kimi bir adam həmişə 
ona hörmətlə  yanaşmış, bacarığına  heyrət etmişdi. Stalin kimi bir adamı ölümdən 
qurtarmış, həbsdən qaçırmışdı. Ona görə də Stalin onu toruna sala bilmirdi. Çünki 
köhnə  mübarizə  dostu  hər  sahədə  ondan  qabiliyyətli  və  yüksək  idi.  Dəfələrlə 
ölümdən  qurtaran,  həyatın  min  bir  tələlərindən  yan  keçməyi  bacaran  Məmməd 
Əmin  Rəsulzadəni  yox  etmək  asan  iş  deyildi.  O  tarixin  yetişdirdiyi  yeganə 
şəxsiyyətlərdən  idi.  Stalin  bunu  yaxşı  bilirdi.  Ona  görə  də  1946-cı  ildəki  baş 
tutmayan bu «həmlə»sindən sonra çəkilib yerində oturdu. 
...«İstiqlal»  Azəri  türklərinin  tapdanan  haqqını  müdafiə  edir,  ağrı  və 
işgəncələrini dünya xalqlarına çatdırırdı. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin