AZƏrbaycanin göRKƏMLĠ adamlari


M.  Ə.  Rəsulzadənin  pasportu



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   18   19   20   21   22   23   24   25   26

M.  Ə.  Rəsulzadənin  pasportu.  Sabahı  günü  Məhəmməd  bəylə  yenə 
görüşürük. Məhəmməd bəy çox qiymətli sənədlər verir mənə. Bu sənədlərin hamısı 
Məmməd  Əmin  Rəsulzadənin  bütün  ömrü  boyu  apardığı  «Azərbaycan  davası»nı 
təsdiqləyən  sübutdur.  Amma  bir  sənəd  xüsusilə  maraqlandırır  məni:  Məmməd 
Əmin Rəsulzadənin pasportu. 
Bu  xaricə  getməyi  üçün  verilən  pasportdur.  1954-cü  il  avqustun  24-də 
verilib.  Pasportun  nömrəsi:  383991.  Pasportda  atasının  adı,  harda  və  hansı  ildə 
doğulmağı yazılmaqla yanaşı bəzi maraqlı qeydlər də var. Həmin qeydlər: 
Vəzifəsi—məmur. 
Boyu—1.70. 
Gözünün rəngi—siyah. 
Saçının rəngi—qumral. 
Pasportu aldığı səkkiz ay müddətində Məmməd Əmin Rəsulzadə aşağıdakı 
ölkələrdə  olub:  Almaniya,  İsveçrə.  Gedəcəyi  iki  ölkənin  də  adı  var:  İtaliya, 
İngiltərə.  Bu  ölkələrin  hamısına  o  bir  məqsədlə  gedirdi:  Azərbaycanın  işğal 
olunduğunu  dünya  dövlətlərinə  çatdırmaq,  onları  bir  zaman  müstəqilliyini 
imzalayıb tanıdıqları Azərbaycana köməyə çağırmaq! 
Əhməd  Qaraca.  Azərbaycan  Milli  Mərkəzinin  Baş  katibi.  Əhməd  bəylə 
bizi  tanış  edən  Məhəmməd  Kəngərlidir.  Elə  Məhəmməd  bəyin  iş  kabinetində  də 
Əhməd bəylə oturub söhbət edirik. 
Əhməd bəy deyir: 
—Emin  bəyin  əvvəl  adını  eşitmişdim.  1937-ci  il  idi.  Qardaşım  hüquq 
fakültəsini  bitirmişdi.  Atam  bir  azərbaycanlı  həkimi  qonaq  çağırmışdı  evimizə. 
Söhbət zamanı atam ona dedi ki, doktor, Emin bəyi unutmamaq lazımdır. Atamdan 
soruşdum  ki,  Emin  bəy  kimdir?  Atam  cavab  verdi  ki,  o  Azərbaycanın  görkəmli 
şəxsiyyətidir.  

237 
 
Emin bəyi ilk dəfə 1949-cu il fevralın 2-də Azərbaycan Kültur Dərnəyinin I 
qurultayında gördüm. O vaxt Emin bəy Dərnəyin fəxri başqanı seçildi. Yadımdadır 
ki, fəxri başqan  seçiləndə ayağa qalxdı, hörmətlə baş əyib təşəkkürünü bildirdi. 
Bir gün Dərnəyin toplantısında oturmuşduq. Emin bəy üzünü doktor Həmid 
Atamana (Həmid Ataman o zaman Dərnəyin başqanı idi) tutub dedi:—Həmid bəy, 
bu gənclərə də söz haqqı verin, qoyun onlar da danışsın, fikirlərini öyrənin. 
Emin bəyin bu təklifindən sonra toplantılarda biz gənclərə  də söz verməyə 
başladılar.  Rəhmətlik  məndən  tez-tez  soruşardı:  hə,  yeni  bir  şer  yazmamısan  ki? 
Ölümündən  qabaq  Almaniyada  çıxan  bir  dərgidə  yazısı  çap  olunmuşdu.  Həmin 
yazıda mənim də adımı çəkmişdi. 
Emin  bəy  yanvarın  12-də  Azərbaycanın  dünya  dövlətləri  tərəfindən 
tanınması günündə Dərnəyə gələr, bu mühüm hadisədən danışardı. Çox yapışıqlı, 
mehriban rəftarlı insan idi. Ölümündən qırx ildən çox vaxt keçib, amma onun hər 
bir  hərəkəti,  sözü,  xatirəsi  yaddaşımda  qalıb.  Yolu  gedəndə  tələsməzdi,  asta 
addımlarla gedərdi. Makinada da yaza bilirdi. 
Özündən  yox,  başqalarından  eşitmişdim  ki,  bir  dəfə  Yusif  Vəzir 
Çəmənzəminli Fransadan ona məktub yazır, dolanışığının  ağır  olduğunu çatdırır. 
O zaman Emin bəy cibindəki iki qızıl puldan birini Çəmənzəminliyə göndərir. Son 
görüş  isə  martın 5-də xəstəxanada oldu. Əyninə  mavi cizgili paltar geyinmişdi. 
Bizimlə xoş danışdı. Əhvalı yaxşı idi. Sabahı günü gecə ölüm xəbərini eşitdik... 
Emin bəyin ölümü hamımızı ağrıdırdı. 
Feyzi Aküzüm. Türkiyə torpaq məhsulları müəssisəsi BaĢ müdirliyinin 
Yönətim üyərsi: 
- Emin bəylə ilk dəfə 1948-ci ildə tanış oldum. O  vaxta  kimi isə  haqqında 
eşitmişdim. Həmin vaxtlar Emin bəy Türkiyəyə gələn azərbaycanlıları yerləşdirir, 
onlara  şərait  yaradırdı.  Hələ  o  vaxtlar  tez-tez  deyərdi  ki,  belə  dağınıq  halında 
olmaz, bir cəmiyyət qurmaq lazımdır. 
Sonradan  «Azərbaycan»  dərgisini  çıxarmağa  hazırlıq  görəndə  Emin  bəylə 
tez-tez  görüşərdik.  Min  bir  çətinliklə  o  dərgini  çıxardıq.  Dərginin  adını 
«Azərbaycan» olmağını da mən təklif etdim. 1953-cü ilin mart ayı idi. Emin bəyin 
evində söhbət edirdik. Ona dedim: 
—Siz  çox  uzun  illərdir  çalışırsınız,  çoxlu  əsərlər  yazırsınız.  Dəyərli 
fikirlərinizlə  bizi  öyrətmisiniz.  Hər  lider  öz  xalqının  gənclərinə  tövsiyyələr  edir. 
İndiyə  qədər  yazdığınız  əsərlərdə  mən  belə  bir  şeyə  rast  gəlməmişəm.  Biz  və 
bizdən sonrakı gəncliyə deyiləcək bir sözünüz olmayacaqmı? 
Emin  bəy  güldü  və  «yazdıqlarım,  söylədiklərim  istəyinə  cavab  vermirmi? 
Bunların ki, içərisində axtardıqlarını tapa bilərsən»—deyə cavab verdi. 
Mən  dedim:  «Doğru  buyurursunuz,  araşdırdığımız  təqdirdə  tapa  bilərik, 
amma mən gəncliyə istiqamət verən bir sözünüzün olmadığını nəzərdə tuturam». 
Emin bəy daha heç nə demədi, fikrə dalıb uzun müddət düşündü. Sonra biz 
söhbətin istiqamətini dəyişdik. 

238 
 
Vəfatının  ildönümündə,  1956-cı  ilin  martında  çap  olunan  Azərbaycan 
dərgisində  Emin  bəyin  gəncliyə  müraciətini  gördüyüm  zaman  çox  pərişan  oldum. 
Gözlərim  yaşardı.  Dəfələrlə  oxudum  yazını.  O  zamankı  söhbətimizi  Emin  bəyə 
gəncliklə bağlı «niyə bir şey yazmadığını» deməyimi xatırladım. Demək Emin bəy 
sonradan öz tövsiyyəsini ayrıca bir şəkildə yazıb çatdırıb gəncliyə. 
Heydər Atak. Təqaüdçü. Heydər bəylə görüşümüz Milli Kültur Dərnəyində 
oldu. Səmimi bir insandır. Məmməd Əmin Rəsulzadə ilə bir neçə il birgə çalışıblar. 
Heydər bəyin dedikləri: 
—İlk  tanışlığımız  1946-cı  ildə  oldu.  Doktor  İbrahim  Bədəl  dedi  ki,  milli 
hökumətimizin başçısı burda Almaniyadadır, gedək görüşək. Birlikdə gəldik Emin 
bəyin qaldığı evə. Qapını bir qadın açdı. Rusca soruşdu ki, kimi istəyirsiniz? Dedik 
ki, Emin bəyi görməyə gəlmişik. Elə bu zaman içəridən Emin bəyin səsini eşitdik. 
Sonra  içəri  girib  görüşdük.  İlk  tanışlığımız  belə  oldu.  Sonradan  «Azərbaycan 
Demokrat 
Birliyi»nin 
yaradılmasında, 
əsirlərin 
Türkiyəyə 
göndərilib 
yerləşdirilməsində birgə çalışır, tez-tez görüşürdük. 
Almaniyada  olduğumuz  zaman  Emin  bəyin  «Azərbaycan  tarixindən» 
kitabını çap edib yaydıq. O kitabın çap olunmasında çox əziyyətlər çəkildi. 
Müharibədən sonra Emin bəyin əsas fikri düşündüyü azərbaycanlı əsirlərin 
taleyi  idi.  Çünki  Stalinin  Ruzvelt  və  Çörçillə  hələ  Yaltada  ikən  qarşılıqlı 
razılaşmasına əsasən 1936-cı ilə qədərki bütün sovet vətəndaşları sovet hökumətinə 
qaytarılmalıydı. Geri qaytarılanları isə Stalin güllələyirdi. 
Emin  bəy  hər  vasitə  ilə  bu  işə  mane  olmağa,  azərbaycanlı  əsirləri  xilas 
etməyə çalışırdı. 1949-cu ildə gəldik Ankaraya. Gələn kimi bizə yardım göstərdi. 
Emin bəyin xoş hazırcavablığı da vardı. Ömrünün sonlarında şəkər xəstəliyi 
gücləndiyindən    hərdən  tüpürməyə  məcbur  olurdu.  Bir  dəfə  də  yolda  gedəndə 
tüpürür: Bir qadın yaxınlaşıb deyir: heç  inanmaq olmur ki, sizin  kimi adam  yola   
tüpürür:    Emin  bəy  deyir:    «Xanım,  bu  dünyaya  tüpürə-tüpürə  gəlmişik,  tüpürə-
tüpürə də gedirik». 
Dünyadan  köçən  günü  yanında  idim!  Ölümü  hamımızı  yandırırdı.  Acı-acı 
ağlayırdıq. 
ġəfiqə  Ataman.  Təqaüdçü.  Həmid  Atamanın  həyat  yoldaşı  Şəfiqə 
Atamanla  görüşmək  bir  az  çətin  olur,  ünvanını,  harada  yaşadığını  Milli  Kültur 
Dərnəyində  öyrənə  bilmirəm.  Nəhayət,  dostum  Yunus  Lənkəranlı  bu  işi  həll  edir. 
Hardansa  Şəfiqə  xanımın  telefonunu  öyrənir.  Şəfiqə  xanımgilə  İrfan  Nəsrəddin 
oğlu ilə gedirəm. Evləri Ankaranın təzə məhəlləsində olduğundan çətinliklə tapırıq. 
Əvvəlcədən zəng edib danışmışıq Şəfiqə xanımla. 
Bizi  gülərüzlə  qarşılayır.  Əvvəlcə  həyat  yoldaşı  Həmid  Ataman  haqqında 
soruşuram.  Çünki  Həmid  Atamanı  məhz  Məmməd  Əmin  Rəsulzadənin  başçılıq 
etdiyi Cümhuriyyət hökuməti xaricə oxumağa göndərib. Həmid Ataman o zamankı    
azad Azərbaycanın xaricə təhsil almağa göndərdiyi 100 tələbədən biri olub. Şəfiqə 
xanım  danışır  ki,  Həmid  Ataman  Almaniyada  tibb  fakültəsini  bitirdikdən  sonra 

239 
 
Türkiyəyə  gəlib,  burda  özünün  müalicəxanasını  açıb.  Pis  də  dolanmayıb.  Elə  bu 
zaman Həmid bəyin qızı Narınc xanım girir içəri. Bizimlə səmimi görüşür. Şəfiqə 
xanım  deyir  ki,  qızım  Azərbaycanla  çox  maraqlanır.  Sonra  Şəfiqə  xanım  bizə  ev 
albomunu  göstərdi.  Məmməd  Əmin  Rəsulzadə  ilə  Həmid  bəyin  ailəsinin  birgə 
şəklini  göstərir.  Həmid  Ataman,  Şəfiqə  xanım,  Məmməd  Əmin  Rəsulzadə  və 
balaca  Narıncın  birgə  şəklində  qəfildən  bir  şey  aşkarlayıram:  Leyla  xanım 
gülümsünən  halda  balaca  Narıncı  qucağına  götürüb.  Məmməd  Əmin  Rəsulzadə 
kədərli bir halda sanki həsrət və ağrı içində Narınca baxır. Düşünürəm ki, bu övlad 
ağrısıdır, övlad acısıdır ki, onu belə hala salıb. Yəqin Məmməd Əmin Rəsulzadə bu 
xoşbəxt körpəyə baxanda dustaqlıqda qalan, əzab çəkən istəkli balalarını düşünüb. 
Axı  onun  da  qəlbi  doğma  övladını  belə  mehribanlıqla  bağrına  basmaq,  oxşamaq 
istəyirdi. Amma iblisanə qatillər onu bu yaşamaq haqqından məhrum etmişdilər. 
Şəfiqə xanım deyir: 
 - Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid 
Atamanla  tez-tez  görüşürdülər. O zaman hələ Dərnək qurulmamışdı. Ona görə də 
toplantılarının söhbətlərini tez-tez bizim evdə edərdilər. Həmid bəylə çox mehriban 
və  səmimi  idilər.  Hərdən  Leyla  xanımla  bizə  qonaq  gələrdilər.  Emin  bəy  çox 
səmimi insan idi. Onun ölümü Həmid bəyə çox pis təsir etmişdi. Həmid bəy ölənə 
kimi hər il onun məzarı üstə gedib xatirəsini yad edərdi... 
Bu gün Ankaradan İstanbula gedirəm:    Avtobusun vaxtına var hələ. Onun 
bir  zamanlar  yaşadığı  evə  bir  də  baxmaq  istəyirəm.  Həmin  yeri  Heydər  Atak 
göstərib.  Kənardan  dayanıb  baxmışıq.  Amma  indi  tək-tənha  o  yerə  üz  tuturam. 
Otuz beş il əvvəl o burada—Sakariyyə caddəsində yaşayıb. Evini çoxdan söküblər. 
İndi o  evin  yerində  hündür bina  ucaldıblar. Binanın dörd  yanını gəzib dolaşıram. 
Yoldan ötüb keçən adamlardan təəccüblə mənə baxanlar da olur. Yəqin düşünürlər 
ki, görən nəyinisə itirib orda. Amma mən itik axtarmıram. İstəyirəm ki, onun hələ 
də  nəfəsini  yaşadan  torpağa  ayaq  basım.  Ömrünün  neçə  ilini  yaşadığı  bu  yeri 
ziyarət  edim.  Fikirli  halda  Sakariyyə  caddəsini  gəzib  dolaşıram.  Sakariyyə 
caddəsində  ömrünün  son  illərini  yaşayıb.  Xalqımızı  istiqlaliyyətə  çağıran  qəlbi 
burda  alovlanıb  yanar  məşələ  dönüb.  Sakariyyə  caddəsini  dolaşıram.  Sakariyyə 
caddəsi  bu  neçə  gündə  gəzib  dolaşdığım  Ankarada  mənə  ən  doğma  bir  yer  kimi 
görünür. 
Məndən  az  aralıda,  kiçik  asfalt  düzənlikdə  Sakariyyə  caddəsinin  balaca 
uşaqları  top-top  oynayır.  Onlar  da  hərdən  təəccüblə  mənə  baxır,  yəqin  ki, 
yaşadıqları  bu  yerdə  qərib  qonağın  kimi  gözlədiyini  düşünürlər.  Arada  top 
əllərindən çıxıb mənə sarı diyirlənir. Topu götürüb xoşbəxt türk övladına verirəm. 
Gülümsünüb təşəkkürümü bildirir. Sonra yenə dostları ilə oynamağa qaçır. 
Sakariyyə caddəsini dolaşıram. Sakariyyə caddəsi indi doğma ana torpağım 
kimi məni özünə bağlayıb. 
Amma bir azdan ayrılıb getməliyəm... 

240 
 
Vağzala gəlirəm, gecə saat on birdir. Yarım saatdan sonra avtobus İstanbula 
gedəcək.  «Artvin»  şirkətinə  məxsus  avtobus  on  ikinin  yarısında  Ankaradan  yola 
düşür. Nədənsə qəribə hal keçirirəm, Ankaradan heç getmək istəmirəm. Mənə elə 
gəlir ki, böyük xəyanət edirəm, o məzarı tək-tənha qoyub gedirəm. İçərimdə qəribə 
hisslər  dolaşır.  Son  dəfə  avtobusun  şüşəsindən  şəhərə  baxıram.  Sayrışan  işıqlar 
getdikcə  azalır.  Şəhərin  işıqları  yavaş-yavaş  qaranlıqda  əriyib  görünməz  olur. 
Sonuncu işıq da gözdən itəndə bərk darıxmağa başlayıram və qəmli halda o soyuq 
məzarıstanlıqda qalan qərib məzarı düşünürəm. 
Avtobus dərdlərimdən xəbərsiz halda, heç nə olmamış kimi, irəli şütüyür. 
Yenə  İstanbuldayam.  Yusif  Gədikli  ilə  İstanbulun  məşhur  «Qapalı  çarşı» 
bazarına  gedirik.  Orda  bizi  Həsən  İsmayıllı  gözləyir.  Həsən  bəylə  çoxdan 
görüşmək  istəyirdik.  Amma  Polşaya  getdiyindən  görüşə  bilməmişdik.  Oğlu 
Muradla  artıq  görüşüb  tanış  olmuşuq.  Murad  «Qapalı  çarşı»nın  hörmətli 
zərgərlərindəndir. Satış dükanında da ilk diqqətimi cəlb edən üç rəngli bayrağımız, 
bir  də  onun  altında  yazılan:  «Bir  dəfə  yüksələn  bayraq  bir  daha  enməz»  sözləri 
olmuşdu.  Əsilləri  Azərbaycandan,  Cəbrayıl  rayonundandır,  İstanbulda  doğulub 
boya başa çatan bu cavan oğlan Azərbaycanla, Məmməd Əmin Rəsulzadə ilə çox 
maraqlanır. Bu da təsadüfi deyil. Axı atası bir çox illər Məmməd Əmin Rəsulzadə 
ilə yaxınlıq edib. 
..Elə ilk görüşümüzdən Həsən bəyin səmimi, mehriban insan olduğunu hiss 
edirəm. Qonşu dükanda bizə yer boşaldılıb. Oraya keçib söhbətə başlayırıq. 
Həsən İsmayıllı: 
—Məmməd  Əmin  Rəsulzadə  ilə  ilk  tanışlığım  1948-ci  ilin  yanvar  ayında 
oldu.  Türkiyəyə  yenicə  gəlmişdik.  15  günə  kimi  qarantində  qaldıq.  Soruşub 
öyrənirdilər  ki,  kim  nə  sənəti  bacarır.  Belə  bir  vaxtda  eşitdim  ki,  İstanbuldakı 
«Park»  otelində  azərbaycanlılar  bir  gecə  keçirir.  Bir  neçə  həmyerlimizlə  oraya 
getdik.  Qapıda  dayanan  bir  azərbaycanlı  üzünü  bizə  tutub  dedi:—Keçin,  keçin 
içəri,  indi  sizi  Azərbaycan  allahı,  peyğəmbəri  olan  bir  adamla—Məmməd  Əmin 
Rəsulzadə ilə tanış edəcəyik. 
Elə  bu  vaxt  həmyerlimizin  arxasında  dayanan  ucaboylu,  səliqəli  geyinmiş 
bir  adam  etirazla  bildirdi:  yox,  yox,  mən  Azərbaycanın  nə  allahıyam,  nə  də 
peyğəmbəri. Sizin qardaşlarınızdan biri olan Məmməd Əmin Rəsulzadəyəm. 
Emin  bəylə  ilk  tanışlığımız  belə  oldu.  Öyrəndik  ki,  gecəni  də  onun  özü 
təşkil  edib.  Məqsədi  də  Türkiyəyə  yeni  gələn  azərbaycanlıları  bir  yerə  toplamaq, 
onları  birləşdirmək,  şərait  yaratmaqdır.  O  gecədə  dediyi  sözlər  indiki  kimi 
yadımdadır.  Deyirdi  ki,  Azərbaycanın  sizə  çox  ehtiyacı  var.  Azərbaycan  bayrağı 
yenə yüksələcək. Bundan ötrü sizin birliyiniz gərəkdir. Zəfər qüvvətli birlikdə əldə 
edilir. Sizin birliyinizdən qüvvət qopar. 
Məmməd Əmin Rəsulzadə ilə sonradan əlaqəmiz daha da möhkəmləndi. O 
vaxt İstanbula gələndə Məmməd Sadığın evində qalardı. Həmişə də görüşərdik. Bir 
dəfə  yenə  İstanbula  gəlmişdi.  Görüşüb  söhbət  etdik.  Azərbaycanlılarla  bağlı 

241 
 
gördüyümüz  işlə  maraqlandı.  Azərilərin  ayrı-ayrılıqda  «Azərbaycan  varlığı», 
«Azərbaycan  külturu»  adlı  təşkilatlar  yaratdığını  ona  deyəndə  bərk  narahat  oldu. 
Dilxorçuluqla  dedi:—Belə  olmaz  Həsən  bəy!  Belə  bölünmək,  parçalanmaq 
zəiflədər bizi. Bir təşkilatda birləşmək lazımdır. 
Emin  bəy  böyük  insan  idi.  Elə  buna  görə  ölümündən  sonra  bir  müddət 
işimizdə boşluq yarandı... 
Təyyarə qaçıran adam. İstanbulun yağışlı bir günüdür. Yusif bəylə Həsən 
Zeynallının evinə  gedirik. Həsən bəyin evi qaldığımız  yerdən çox uzaqdır. Həsən 
bəy «Məzhərbəy» küçəsində, hüzur apartmanında yaşayır. 
Yağış  yağır. Hər ikimiz  islanmışıq. Yusif bəydən ötrü çox narahatam. Saf 
ürəkli,  xeyirxah  adamdır.  Neçə  gündür  ki,  işini,  gücünü  atıb,  mənimlə  gəzib 
dolaşır. O  olmasa  idi bu qədər adamla  görüşə  bilərdimmi?  Səkkiz  milyona  yaxın  
əhalisi olan, tanımadığım İstanbulda kimisə arayıb axtarmaq asanmı işdir? 
Yağış  yağır.  İstanbulun  ağ  evləri,  geniş  küçələri  yağış  suyu  ilə  yuyunub 
şəffaflaşırlar. Biz isə bu yağışın altında islana-islana Sovet İttifaqından qırx səkkiz 
il əvvəl Türkiyəyə təyyarə qaçıran adamla görüşə gedirik. 
..Görüşə bir saat geciksək də Həsən bəy səmimiyyətlə qarşılayır bizi. Böyük 
həvəslə Məmməd Əmin Rəsulzadə haqqında söhbətə başlayır. 
Həsən Zeynallı. Təqaüdçü: 
Emin  bəyin  adını  çoxdan  eşitmişdim.  Amma  ilk  görüşümüz  1948-ci  ildə 
Ankarada oldu. Elə ilk görüşümüzdən hiss etdim ki, o «Azərbaycan davası»nı necə 
davam etdirmək əzmindədir. Sonradan Ankarada Kültur Dərnəyi yaradıldı. Mən o 
Dərnəyin  genel  sekretarı  seçildim.  Emin  bəy  də  fəxri  başqanımız  idi.  Tez-tez 
görüşürdük.  Xoş  söhbətləri  olurdu  hərdən.  Bir  dəfə  dedim  ki,  Emin  bəy,  necə 
məsləhət  bilirsən,    səndən  sonra  yerində    kimi    görmək    istərdin?      Gülüb  dedi: 
«Məni belə tezmi   öldürmək  istəyirsən?»  Rəhmətliyin xəfif-xəfif gülməyi vardı. 
Bir  dəfə  Emin  bəyə  dedim    ki,  özümlə  bir  neçə  yüz  təyyarəçi  götürüb, 
hücum edib  Azərbaycanı xilas edək (o zaman Türkiyə ordusunda təyyarəçi idim).  
Emin bəy acıqlandı bu sözdən. Dedi imperiyanı bir neçə yüz təyyarə ilə dağıtmaq 
olmaz.  Ümumiyyətlə,  Emin  bəy  Azərbaycanın  xilası  yolunu  yalnız  güclü  təbliğat 
aparmaqda,  xalqı  bu  yolla  ayağa  qaldırmaqda  görürdü.  Hətta  o  zaman  bir  neçə 
dəliqanlı  cavanlardan  imperiyanı  saxlayanlara  qarşı  terrora  başlamağı  da  təklif 
edənlər olurdu. Lakin Emin bəy bunları qəbul etmirdi. Mənə isə həmişə deyərdi: 
-  Sən  çox  odlu-alovlusan.  Lap  köhlən  at  kimisən.  Gərək  cilovunu  tez-tez 
çəkəsən. 
Bir dəfə yenə maraqlı hadisə oldu. Emin «Qurtuluş» radiosu ilə Azərbaycan 
xalqına müraciət etməyə hazırlaşırdı. Bizi başına toplayıb dedi: «Mən radioda çıxış 
etməliyəm. Özü də Azərbaycan şivəsində danışmalıyam. Ona görə də gəlin bir  az 
Azərbaycan şivəsində danışaq». Elə təzəcə oturmuşduq ki, üzümü Emin bəyə tutub 
dedim:  «Emin bəy, biz  şimdi söhbəti  nədən  başlayaq?»  Emin  bəy gülüb dedi: 

242 
 
«Durun  dağılışaq.  Biz  heç  söhbətə  başlamamışıq,  indidən  «şimdi,  şimdi 
deyirsiniz». 
Xoşxasiyyət  adam  şəkər  xəstəliyindən  əziyyət  çəkirdi.  Ciddi  dieta 
saxlayırdı. İspanax, limon, apelsin yeyirdi tez-tez. 
Rəhmətə getməyini  sonradan  eşitdim. İkimiz də eyni xəstəxanada  yatırdıq. 
Bir-birimizdən  xəbərsiz. Mən huşsuz  və ağır vəziyyətdə olduğumdan  ölümündən 
xəbər tutmamışam. Xəstəxanadan çıxandan sonra məzarı üstünə gedib acı göz yaşı 
tökdüm.  (Sonra  Həsən  bəy  əlini  ürəyinin  üstünə  qoyub  «Emin  bəyin  qəbri  bax 
burdadır, burda» deyərək ağlayır). 
Bu  gün  böyük  sevinc  içərisindəyəm.  Türkiyəyə  gəldiyim  ilk  gündən 
arzuladığım bir istəyə çatmışam. Məmməd Əmin Rəsulzadənin səsi yazılmış lenti 
əldə  etmişəm.  Bu  lent  hansı  əziyyətlər  bahasına  tapılıb!  Bu  lenti  almaq  üçün 
günlərlə intizar içində yaşamışam. Yusif Gədikli ilə bərabər saatlarla küçələri gəzib 
dolaşmışıq,  onlarla  ünvana  üz  tutub  qapılar  döymüşük.  Amma  həmişə  bir  inam 
hissi  tərk  etməyib  məni:  onun  səsinə  qulaq  asacağam!  Budur  o  səs!  Budur  o 
azadlıq  fədaisinin  səsi!  Bu  sözləri  deyən  odur!  O  kəsdir  ki,  xalqımı  bir  dəfə 
əsarətdən qurtarıb başı üzərində üç rəngli istiqlaliyyət bayrağını qaldırıb! Bu səsdə 
«o  Azərbaycan»ın  nəfəsini,  qüdrət  və  əzəmətini  duyuram.  Dönə-dönə,  təkrarən  o 
səsə qulaq asıram. 
Bu  onun  yeganə,  yadigar  qalan  səsidir.  1953-cü  ildə  lentə  alınıb  bu  səs. 
Azərbaycan  Demokratik  Respublikası  yaradılmasının  35  illiyi  münasibəti  ilə 
Məmməd Əmin Rəsulzadə xalqa müraciət edir: 
 
MƏMMƏD ƏMĠN RƏSULZADƏNĠN «AMERĠKANIN SƏSĠ» RADĠOSU 
ĠLƏ AZƏRBAYCANA XĠTABI 
 
ƏZİZ VƏTƏNDAŞLARIM! 
«Amerikanın səsi» radiosunun verdiyi imkanlardan istifadə  edərək  bu gün 
Azərbaycan tarixinin  ən böyük günü olan 28 Mayısda sizlərə xitab edirəm. 100 il 
sürən  çar  əsarətindən  sonra  bundan  35  il  əvvəl  Azərbaycan  Şurayi-Millisi 
Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl 
bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət 
olaraq  bir  dövlət  qurmuş  və  bu  dövlətin  istiqlalı  uğrunda  bütün  mövcudiyyəti  ilə 
meydana  atılmışdır.  Mədəni  bütün  bir  tərəkəyə  (mirasa)  malik  olan  Vətənimiz 
siyasət  sahəsində  çox  böyük  və  dəyərli  həmlələr  göstərmişdir.  İstiqlal  uğrunda 
yapılan  tarixi  savaşların  ən  qanlısı  XIX  əsrin  başlarında  Rusiya  çarlığına  qarşı 
yapılmışdır.  30  ilə  qədər  sürən  bu  savaş  qəhrəmanlıqlarla doludur.  Cavad  xanın 
1804-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. «Ölmək var, dönmək yoxdur». 
Bu, həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. 
28  Mayıs  1918-də  istiqlalını  elan  etməklə  Azərbaycan  tarixinin  təbii  bir 
nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan  əsrin böyük 

243 
 
şüarından  istifadə  ediyordu.  «Hər  millət  öz  müqəddəratını  özü  həll  etməyə 
səlahiyyətdardır»  düsturunu  xalqın      ümumi  rəyinə  uyaraq  istiqlalını  elan  edirdi. 
İstiqlal elanı üzərinə   qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə 
çox  böyük  işlər  gördü.  100  ildən  bəri  əsgərlikdən  mən  edilən  Azərbaycanda  bir 
ordu  yaratdıq.  Çarlıq  zamanında  dövlət  idarəsinə  yaxın  buraxılmayan 
azərbaycanlılardan  zabıta  və  əmniyyət  qüvvətləri  vücuda  gətirilib.  Sosial  sahədə 
əsaslı  islahata  girişdik.    Kəndlilərə  torpaq  vermək  üçün  qanunlar  hazırladıq. 
Fəhlələrin  haqlarını qorumaq  üçün  tədbirlər aldıq. Xalqı az zamanda oxutmağa 
başladıq.    Türkcəni  dövlətin  rəsmi  dili  elan  etdik.  Orta  və  ali  məktəblər  açdıq. 
Qərbi Avropa demokrasiyaları tipində xalq    nümayəndələri cavabdeh bir hökumət 
üsuli-idarəsi  yaratdıq.  Hakimiyyət  Milli  Məclisinin  əlində  idi.  Parlamentodan 
etimad  aldıqca  heç  bir  hökumət  iş  başında  qala  bilməzdi.  Məmləkətdə  tam  bir 
azadlıq  vardı.  O  zaman  indi  Sovet  zamanında  olduğu  kimi  terror  denilən  şeydən 
heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmir və amanda idi. Vətənin qapıları 
şimdi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman 
hara  istərsə  gedərdi.  Qonşu  və  Avropa  dövlətləri  ilə  dostluq  münasibətləri  təsis 
edilmişdi.  Bütün  millətlərlə  alış-veriş  vardı.  Bütün  bunların  nəticəsində  idi  ki, 
cümhuriyyətimizin  istiqlalı  Avropa  dövlətlərə  ilə  Birləşik  Amerika  tərəfindən   
tanındı. Onları təqibən böyük bir çox dövlətlər daha istiqlalımızı tanıdılar. 
HEYHAT!  Qədər  imtahanları  tamam  deyildi.  Qanlı  çar  istibdadının  yerini 
bu  dəfə  ondan  daha  qanlı  bolşevik  istibdadı  tutdu.  Belə  azadlıq  istiqlalımız  qızıl 
istilaçıların  ayaqları  altında  əzildi.  Müqavimət  edən  məmləkətdə  qan  gövdəyə 
çıxdı.  Bundan  bir  ay  əvvəl  28  Apreldə  Sovet  propaqandaçıları  bir  qanlı  istila 
hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə sizə dünyanın ən 
azad  və  demokrat  rejimi  kimi  qələmə  verilən  Sovet  quruluşu  işdə  qəddar  və  ən 
yalançı  bir  istibdad  rejimidir.  Müqayisə  etmək  imkanında  olsaydınız  bunun  nə 
qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığımızı əlimizdən alan millətdən 
qorxmuyorlarsa  dəmir  pərdəni  qaldırsınlar,  azadlıq  elan  etsinlər.  Edə  bilməzlər. 
Çünki ağla qara meydana çıxır. Onlar şəbhərə kimidirlər, günəşdən qaçırlar. 
VƏTƏNDAŞLAR! Üç rəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı 
Vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqi 
ilə  çırpınan  azadlıq  ayrısı  sizlərə  çoxdan  salamlar  göndərir,  28  Mayıs  istiqlal 
qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilirəm. 
İndi  qəlbimdən  bir  istək  keçir.  Bu  lenti  tezliklə  Bakıya  aparmaq.  Xalqa 
onun  səsini  eşitdirmək!  Qoy  bu  ağır  günümüzdə  onun  inamlı,  istiqlaliyyət  nəfəsli 
səsi xalqımıza dayaq olsun! 
...İstanbulda  sonuncu  günümdür.  Sabah  Bakıya  gedəcəyəm.  Axşam  Yusif 
bəyin evində oturub söhbət edirik. Bu vaxt Yusif bəyin xanımı balaca qızı Bötülü 
otağa  gətirir.  Beş  aylıq  uşaq  qollarını  açıb  mənə  sarı  can  atır.  Balaca  Bötülü 
qucağıma götürürəm. Sonra Yusif bəyə deyirəm: 

244 
 
—Yusif bəy, xoşbəxtdir bu qızın. Xoşbəxtdir ki,  azad bir ölkədə  böyüyür. 
Əsarətin, mənəvi işgəncənin nə olduğunu bilməyən bir torpaqda dünyaya göz açıb. 
Xoşbəxt olsun, salamat olsun. 
Yusif bəy gülümsünür.. 
Bu  da  İstanbulun  «Topqapı»sı.  Burdan  avtobusa  minib  Hopaya,  ordan  isə 
sərhədi keçib Bakıya gedəcəyəm. Ayrılıq məqamı yaxınlaşır. Yusif bəylə görüşüb 
ayrılırıq.  Ona  necə  təşəkkür  edəcəyimi  bilmirəm.  Onun  xeyirxahlığını, 
səmimiyyətini  heç  zaman  unutmayacağam.  Ayrılırıq.  Özünü,  xanımını  və  balaca 
qızı Bötülü Bakıya dəvət edirəm. 
«Süzer» şirkətinə məxsus avtobus yola düşür. Azad türk elinin gözəl şəhəri 
İstanbul arxada qalır. Mən isə əsarət və işgəncələr içində inləyən dustaq Vətənimə 
— Azərbaycana gedirəm.... 
 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin