Azərbaycanın geologİyası I mühazİrə


Böyük Qafqazın maqmatizmi



Yüklə 412,58 Kb.
səhifə22/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   18   19   20   21   22   23   24   25   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

3.3. Böyük Qafqazın maqmatizmi
Böyük Qafqazın geoloji inkişaf tarixində iki başlıca mərhələ- Paleozoy və Me­zo­kaynozoy ayrılır. Paleozoy maqmatik törəmələri arasında erkən Paleozoy (Her­si­nəqədər), orta Paleozoy (erkən Hersin), son Paleozoy (son Hersin) təza­hür mər­hə­lə­sini ayırmaq olar.

Böyük Qafqazda Paleozoy dövründə maqmatizm fəaliyyəti Xasaut dəs­təsinin sü­xurları içərisində diabaz, porfirit, Albitofir və tufoların olması ilə dəsdiq olunur.

Hersin maqmatizminin nisbətən erkən təzahuru Böyük Qafqazda (Laba-Malka və Tırnauz zonasında) müşahidə olunur. Alt, orta Devonda baş verən əsas və turs la­va­­nın və onların piroklastlərinin split-keratofir tipli vulkanogen qatın toplanmasına sə­­­bəb olur. Böyük Qafqazın bu inkişaf mərhələsinə Uruşten intruziv kopleksi və onun­la əla­­­qə­­dar olan metamorfizmə məruz qalan süxurlar müvafiq gəlir. Laba höv­zə­­sin­də Uruşten maqmatik kompleksi aşağıdakı təzahür ardıcıllığından ibarətdir: ser­pen­ti­nit­­lər; qabbro-amfibolitlər; diorit-qneyslər; plaqinoqranit-qneyslər və qranodio­rit-qneyslər (tonalitlər); amfibolitli qranit-qneyslər və natriumlu qneys-qranitlər, nat­ri­um­lu alyaskitlər; aplit-peqmatik tərkibli damarlar. Uruşten kompleksi süxurlarının bir hissəsi orta Devon, nisbətən cavanları isə üst Devon və alt karbon yaşlıdır.

Son Hersin maqmatizminin (effüziv və xüsusən də intruziv formada) Böyük Qaf­­­­­qaz və Zaqafqaziya aralıq massivi ərazisində özünü daha geniş formada göstər­miş­­dir. Laba-Malka zonasında üst Paleozoy qatında liparit lavası və onun tuflarının (orta karbon) örtükləri, eləcədə andezit-dasit lavası və piroklastitlər (alt perm) ge­niş yayılmışdır. Qafqaz silsiləsinin geoantiklinal zona­sın­da son Paleozoy intruziv maq­ma­tizmi daha güclü olmuşdur və qranitoidlərin iki kompleksi ilə ifadə olunur. Birinci komp­leks Karbonun ikinci yarısına və Permin əvvəlinə uyğun gələn «boz qranit­lə­rin» əsas hissəsi aiddir və diorit, kvarslı-diorit, qranodiorit və mikroklin qranit­lərdən təş­kil olun­muşdur. Nisbətən cavan olan ikinci kompleks Baş Qafqaz silsiləsi zonasının cə­nub ət­ra­fına sıxılır və şimal qanadın Paleozoy çöküntülərini metamorfizmə uğradır, qismən­də yarır. Yaşına görə bu qranitoid kompleksi Permin sonu-Triasın əvvəlinə aid edilir (mütləq yaşı 220-190 mln. il- dir).




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin