Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə19/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   15   16   17   18   19   20   21   22   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənli­yinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.

Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti respublikanın digər geomorfoloji vilayətlə­rindən nival-buzlaq və ekzarasion buzlaq relyefinin daha çox inkişaf etməsi ilə fərqlənir. Bu­rada üst Pliosen-Antropogen buzlaşmalarının izləri toq dərələri, kar­lar, moren tirələri və təpə­cikləri şəklində qalmışdır. Müasir buzlaqlar Antropogen buz­­laşmasının qalığıdır. Relye­fin­də pal­çıq vulkanları, sürüşmələr, bedlend və gilli karst formaları da çox yayılmışdır. Düzəlmə səthlərinin geniş inkişaf etməsi səciyyə­vi­dir. Bu düzəlmə səthləri yamacları pilləli şəklə sal­mış­dır. Müasir ekzogen proses­lərdən eroziya və qravitasiya daha geniş inkişaf etmişdir. Vilayət Baş Qafqaz sil­silə­sinin cənub yamacı və cənub-şərqi Qafqaz geomorfoloji yarımvilayətlərinə bölünür:

1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti Mazım çayı ilə Girdiman çayı arasındadır, çay dərələri ilə intensiv parçalanmışdır (dərininə parçalanma 300 m-dən 150 m-dək). Suayrıcılar, əsasən, dar və dişli, zirvələr itiucludur. Uçqunlar, tullan­tı və səpinti material­ları geniş yayılmışdır. Yarımvilayətin daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır;

2. Cəqub-Şərqi Qafqaz yarımvilayətinə intensiv parçalanmış dağ silsilələri da­xildir. Bu yarımvilayət daxilində Baş Qafqaz silsiləsi yüksək dağlıqda dar yan his­sə­dən, sıldırım (50-70 o) və əsasən, çılpaq yamaclardan ibarətdir. Yan silsilənin suayrı­cısı qərbdə bir-birindən kanyon­va­rı çay dərələri ilə ayrılan hamarlanmış iri sinklinal platolara (ən böyüyü Şahdağ platosudur) bölünmüşdür. Cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi yerləşir. Silsilələr arasında çö­kək­liklər var. Ya­mac­lar terraslaş­mış­dır. Sürüşmələr və uçqunlar səciyyəvidir. Şərqdə yarım­vi­layət Şamaxı təbii sahə­si­ni, Qobustanı, Abşeron yarımadasını və s. əhatə edir. Yarım­vila­yətdə Bazardüzü, Şahnabad-Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobus­tan və Abşeron geomorfoloji rayonları var.

3.2. Böyük Qafqazın litostratiqrafiyası


Qafqaz qırışıqlıq sisteminin bünövrəsi mürəkkəb quruluşa malik olub, tərkibinə görə müxtəlif olan Paleozoy intruziyaları ilə yarılmışdır. Böyük Qafqazın şimal qa­na­d­ında (Laba-Malka zonasında), mərkəzi hissəsində bünöv­rənin yer səthinə çıxış­la­rı məlumdur.

Üst Proterozoy-Rifey. Proterozoy törəmələri Ceqem-Malka çayları arasında tə­bii çıxışlar əmələ gətirir və tərkibcə metamorfikləşmiş terrigen süxurlardan və vul­kanogen süxur araqatlarından (diabazlar, porfi­rit­­lə və on­ların tufları) ibarət olub, görünən qalınlığı 700 m-dir. Bö­yük Qafqazın cənub yamacında (Qaynarçay, Şinçay, Filifli massivləri) Baykal yaşlı bünövrə süxur­la­rı yer üzə­ri­nə çıxır.

Kembriyəqədər-alt Paleozoyun nisbətən tam kəsilişi qal­x­ma­ya məruz qalmış La­ba-Malka zonasının şərq hissəsində (Kuban, Mal­ka, Baksan, Çe­qem çaylarının höv­zə­sində) öyrənilmişdir və metomorfik qatdan ibarətdir. Bu qat iki dəstəyə ayrılır. Kə­si­lişin alt hissəsini təşkil edən Çeqem dəstəsi kvars-xlorit-muskovitli şistlərdən; kvars-xlorit-serisitli və digər şistlərdən; tufogenqumdaşla­rın­dan, kvarsitdən, para­qneys­­dən ibarətdir, qalınlığı 2 km- dir. Kəsilişin üst hissəsi xa­­­saut dəstəsi adlanır. Bu dəstənin alt hissəsi qalınlığı 2 km- dən çox olan yaşıl şist­lər­dən, tufların, qismən də çökmə süxurların növbələşmə­sin­dən iba­rətdir. Ümu­miy­yət­lə, metamorfik şistlər­dən ibarət olan xasaut dəstəsinin qalınlığı 3,6 km- ə ya­xındır.

Qafqazda Kembriyəqədər süxurlara nisbətən Paleozoy və Trias törəmələri da­ha geniş yayılmışdır.

Kembri sistemi. Paleontoloji qalıqlarla səciyyələnən Kembri çöküntüləri Bö­yük Qafqazda məlum deyildir.

Ordovik sistemi. Paleontoloji qalıqlarla səciyyələnən Ordovik çöküntüləri Bö­yük Qafqazda məlum deyildir.

Silur sistemi. Böyük Qafqazın Mərkəzi seqmentinin şimal yamacında Paleozoy Beqasın, ön silsilə və Laba-Malka zo­nalarında iştirak edir. Alt Paleozoyun (Xasaut dəstəsinin) üzərinə qeyri-uyğun yatan zəif metamorfizmə məruz qalmış Silurun kəsi­li­­şində iki dəstə ayrılır:


  1. açıq rəngli kvarsaoxşar qumdaşları dəstəsi. Bu dəstə aşağı hissədə kvars, ça­qıllı və kvars-mikalı şistlərdən, üst hissədə isə fillitdən təşkil olunmuşdur, ümumi qalınlığı 1-1,2 km- dir.

  2. Silisli şist, əhəngdaşlı, mərmər linzalı araqatlı fillit qatı, görünən qalınlığı 400 m- dir.

Devon sistemi. Devon çöküntüləri Böyük Qafqazın şimal yamacında geniş ya­yıl­mışdır. Böyük Qafqazın cənub yamacında, Svane­ti­ya­da Devonun məhtud çıxışları vardır. Qafqazda Devon çöküntüləri 3 əsas tiplə təmsil olunur:

1) Vulkanogen qatı- əsas, orta və turş tərkibli lava və onun piroklastitlərdən iba­rət olub, böyük qalınlığa malikdir;

2) Terrigen-karbonat qatı- böyük qalınlığa malik tufogen materiallalarla qa­rışıl­mış­dır (kanqlomerat, qumdaşı, gilli şistlər, fillitlər, əhəngdaşı qatı);

3) Əhəng­da­şı qatı- qumlu-gilli süxurlardan ibarətdir.

Laba-Malka və Tırnauz zonasında Qafqazın hər yerində olduğu kimi Devonun aşağı hissəsi açılmamışdır. Burada Devon səciyyəvi evgeosinklinal mənşəli vulka­no­gen və terrigen-karbonat çöküntülərindən ibarətdir, görünən qalınlığı 4,5 km- ə ça­tır. Cənuba (Tırnauz zonasında) kəsilişin qalınlığı azalır və tam deyil. Bunula belə vul­kanogen süxurların, qırışıqlığın və metamorfizmin artması müşahidə olunur. Kə­­­si­liş­də üç başlıca dəstə ayrılır:


  1. Vulkanogen dəstə (D1-2)- şistləşmiş diabazlardan, kvars porfiritlərdən, kvars albitofirlərdən, qismən də tufladan, tufogen brekçiyalardan, fillit qatlarından iba­rət­dir, görünən qalınlığı 1,3 km-ə çatır.

  2. Qırıntı-tufogen qat (D1-3). Vulkanogen dəstənin üzərində uyğun yatır. Kəsi­li­şin aşağı hissəsi qalınlığı 1 km-ə çatan kvars porfiritlərdən, tufanlardan, tufogen qum­­­­daş­larından, konqlomeratlardan, tuffitli şistlərdən və fillitlərdən iba­rət­dir. Onun üzərində 0,2-0,5 km-ə qədər qalınlığa malik konqlomerat qatı yatır. Konq­lomerat isə qalınlığı isə 0,5-1 km-ə çatan tufogen qumdaşı, tuflar və silisli sü­xur­larla örtülür.

  3. Terrigen-karbonit dəstəsi (D3fm). İkinci dəstənin üzərində uyğun yatır və bir-birindən qumdaşı, tufogen qumdaşı, gilli şist, qismən də çınqıl və mergel təbəqəlri ilə ayrılan, qalınlığı 50-300 m-ə çatan bir sıra ağ və boz rəngli massiv və laylı əhəng­­­dalarından ibarətdir. Dəstənin ümumi qalınlığı 600-900 m-ə çatır.

Karbon sistemi. Böyük Qafqazın şimal yamacında Kuban çayının yuxarıların­da və onun qollarında (Laba, Urup, Böyük Zelençuk) Karbon çöküntüləri Devon üzə­­­ri­nə uyğun yatır. Baksan rayonunda alt Karbon çöküntülərinin qalınlığı 4,0 km-ə ça­tır və silisli şistlərdən, fillitlərdən, qayma konqlomeratlardan, porfiritlər və onla­rın tuf­la­rın­­dan təşkil olunmuşdur. Erkən Karbonun sonunda Böyük Qafqazın ərazi­sində çox güc­­­lü tektonik hərəkətlər təzahür etmiş və bunun nəticəsində dəniz reji­mi kontinen­tal rejimlə əvəz olunmuşdur. Ona görə də orta və üst Karbon burada Do­­nets höv­zə­sinə ana­loji olaraq kömürlü qatdan ibarətdir. Kömürlü qat Şimali-Qər­bi Qafqazda ge­niş ya­­yılmışdır və litoloji tərkibcə tünd rəngli gilli şistlərdən və qum­daşlarından təş­kil olunmuşdur, qalınlığı 1,7 km-ə çatır.

Mərkəzi Qafqazın şimal yamacında, Tırnauz və Laba-Malka zonasının ətraf his­­­­sələrində alt karbonun qalınlığı 5-6 km-ə çatır. Çökmə və vulka­no­gen süxur qat­la­rın­dan ibarətdir. Aşağıdakı dəstələrə ayrılır:



  • Terrigen süxurlar dəstəsi- gilli şistlərin, alevrolitlərin, qumdaşlarının, əhəng­­da­şının növbələşməsindən ibarətdir.

  • Vulkanogen dəstə. Kəsilişin aşağı hissəsi qalınlığı 1,5 km-ə çatan müxtəlif tər­­­kibli lavadan (diabazlar, spilitlər, porfiliritlər) eləcə də onların tuflarının, tufogen qum­daşının, tufogen konqlomeratlarının növbələşməsindən ibarətdir. Kəsilişin üst his­­­səsi qalınlığı 1 km-ə çatan tuffutli şistlərdən, tufogen qumdaşlarından, tufogen­alevrolitlərdən ibarətdir.

  • Qumlu-konqlomerat dəstəsi. Qalınlığı 2,5 km-ə çatan, əsasən qumdaşı, alev­rolit qismən tufogen qumdaşı, konqlomeratın növbələşməsindən ibarətdir.

Tırnauz zonasında və Laba-Malka zonasında xüsusən də onun orta və şimal sa­hələrində orta və üst Karbonun çöküntüləri alt Karbondan başlayaraq alt Paleozoya kimi müxtəlif horizontlar üzərində qeyri-uyğun yatır. Orta və üst Karbon molass tipli boz rəngli kontinental çöküntü kompleksindən ibarətdir, Festfal (orta Karbon) və Ste­fan (üst Karbon əsas hissəsi) mərtəbələrinə ayrılır. Vestval mərtəbəsi (alt dəs­tə) nis­bətən incədənəli litoloji tərkibə malik çöküntülərdən ibarətdir, yük­­sək dərə­cə­də kö­mür­ləşmişdir, vul­ka­nogen süxurlar iştirak edir, qalınlığı 1 km- ə çatır. Ste­fan mərtə­bəsi (üst dəstə) alt dəstənin üzərində qeyri-uyğun yatır, əsasən poli­mikt konq­lomerat və qumda­şın­dan ibarət olan gobud tərkibə malik çöküntülərdən ibarət­dir, qalınlığı 600-800 m-ə çatır.

Perm sistemi. Böyük Qafqazın şimal yamacında Perm çöküntüləri Kuban çayı hövzəsində məlumdur və Karbon sisteminin müxtəlif hoizontları üzə­rinə qeyri-uy­ğun yatır. Alt Permin kəsilişi qırmızı-qonur qumdaşılarından, şistlərdən, konqlo­me­­rat­lar­dan ibarətdir. Üst Perm süxurları Belaya və Böyük Laba çayları ara­sında öy­rə­nilmiş­dur, gilli şistlər və rifogen əhəngdaşlarından ibarətdir, qalın­lığı 200 m- dir.

Mərkəzi Qafqazın şimal yamacında və Laba-Malka, Tırnauz-Pşe­­kiş zonaların­da litoloji-faial cəhətdən bir-birindən kəskin fərqlənən iki komp­leksə ayrılır:



  • Kontinental qırmızı qat kompleksi (P1)- geniş yayılmışdır, böyük qalınlığa ma­likdir, qalınlığı 800 m-ə qədərdir. Molass xarakterli qırıntı törəmələrdən ibarət olan iki dəstəyə (alt və üst) ayrılır.

  • Az qalınlıqlı dəniz mənşəli karbonat kompleksi (P2).

Laba-malka zonasında çökmə-vulkanogen qatı qalınlığı kəskin dəyişir. Kuban, Aksaut, teberd çaylarının hövzələrində andezit, andezit-dasit, dosit və traxit porfi­rit­lərin qalınlığı 800 m-ə çatır. Tırnauz-Pşe­kiş zonasında vulkanogen törəmələr qır­mı­zı rəngli konqlomerat, brekçiya qışqıl və polemikt qumdaşları ilə əvəz olunur, qa­lınlığı 300-2500 m ara­sında dəyişir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin