Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə21/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   17   18   19   20   21   22   23   24   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Yura sistemi. Yura dövrü ilə Qafqazın inkişafında yeni mərhələ başlayır. Yal­­nız Mərkəzi Qaf­­qa­zın cənub yamacı zolağı və onun şimal-qərb və cənubi-şərq da­va­mın­da Trias və Yuranın sərhəddində çöküntütoplanma davam etmiş və burada geo­sink­li­nal çökəklik irsi olaraq inkişafının davam etdirir. Mezazoy­da Laba-Malka zo­nası skif plitəsinin maksimal əyilmə sahəsi olmuş­dur.

Yüra çöküntüləri Böyk Qafqaz ərazisində geniş yayılmışdır. Onun şimal yama­cın­da alt və orta Yura qalınlığı bir neçə kilometrə çatan gilli şistlərdən, qumdaş­la­rın­dan və gipsdən təşkil olunmuşdur. Terek-Xəzər çö­kəkliyində Titon mər­təbəsinin kə­si­lişində duzlu qat geniş yer tutur. Maqmatik süxurlar yalnız alt Yurada iştirak edir. Alt Yura çöküntüləri daha tipik fasiyada Şi­ma­li Qafqazın mər­kəz hissə­sin­də Ku­ban və Malka çayları arasında yayılmışdır.

Alt Yura çöküntüləri terrigen və qisməndə vulkanogen törəmələrdən ibarət olub, Şərqi Qafqazın qalxmış sahələrini (Baş və Yan silsilələrin antiklinoriumları) örtür və Qərbi Qafqazın Paleozoy nüvəsini əhatə edir.

Şimali Qafqazda alt Yura fasilə və uyğunsuzluqla Kembridən Triasa qədər yaş­lı törəmələr üzərində yatır. Alt Yuranın daha səciyyəvi kəsilişi Şimali Qafqazın mər­kəzi hissəsində Malka və Kuban çayları arasında yayılmışdır, kö­mürlü dəstə ad­lanır. Kö­mürlü dəstə Rlinsbax mərtəbəsinə aid olunur, tərkibi qumdaşı, konq­lome­rat, alevrolit, argillit və kömür aralaylarından ibarətdir, qalınlığı 400-600 m- dir. Kö­mürlü dəstə qalın­lığı 160-300 m-ə çatan və Plinsbaxın üst hissəsinə aid olan vulka­no­gen (lavar, lava-brekçiyalar, tuflar, tufrobrekçiyalar və s.) dəstə ilə qeyri-uy­ğun ör­tülür. Vulka­no­gen dəstənin üzərində Toar mərtəbəsinin qalınlığı 120-200 m- ə çatan qumlu-gilli qatı (bazal konqlomeratları ilə) qeyri uyğun yatmışdır. Alt Yuranın kəsilişi Toar mər­tə­bə­lərinin qalınlığı 80-150 m-ə çatan dəmirli qravelit, qumdaşı, ar­gillit və alev­rolit­lər­lə qurtarır. Ümumiyyətlə, alt Yuranın kəşilişi aşağıdakı kimidir.



Hettanq mərtəbəsi (J1h) Böyük Qafqazda dəqiq müəyyən olunmamışdır.

Sinemyur mərtəbəsi (J1s) konqlomerat, kvarslı-arkoz qumdaşlarından, qara gilli şistlərdən təşkil olunmuşdur.

Plinsbax mərtəbəsi (J1p) Belıy və Kirvan çaylarının arasında qumdaşı və alev­rolit­lər­dən; Böyük Qafqazın şimal yamacının mərkəzi seqmentində qumlu-alevritli, kö­mür­lü qatdan ibarətdir, qalınlığı 800 m- ə çatır. Tırnauz tikiş zonasının şərq batı­mın­da Plinsbax mərtəbəsi az qalınlığa malik konqlomerat, qumdaşından ibarətdir.

Toar mərtəbəsi (J1t) alt, orta və üst hissələrə ayrılır. Alt Toar əsasən gilli, orta Toar gil, alevrolit və qumdaşı araqatlarından; üst Toar isə alevrolit və qumdaş­ların­dan təşkil olunmuşdur. Maksimal qalınlığı şərqdə qeyd olunur və 3200 m- ə çatır.

Orta Yura kömürlü, qumlu-alevritli qatdan, ibarət olub, an­dezit və andezit-ba­zalt axını ilə örtülür. Onların üzərində qa­lınlığı 300-500 m-ə ça­tan Toar və Aalen yaşlı qum­lu-gilli çöküntülər yatır. Kə­silişin üst hissəsində üzvü, qırıntı, dəmir oolitli əhəng­daşı iştirak edir, onun üzərində isə qa­lın­lığı 500 km-ə çatan bayos-alt bat yaşlı ar­gillit qatı yatır. Mineral su qalxımı və Stav­ro­pol tağı isti­qa­mətində alt və orta Yu­ra çöküntüləri pazlaşır. Xızı zonasında üst Yura terrigen-karbonat filişindən (2-2,5 km) ibarətdir.



Aalen mərtəbəsi (J2a). Toar mərtəbəsindən Aalen mərtəbəsinə keçid tədrici xa­rak­ter daşıyır. Böyük Qafqazın şimal yamacının mərkəzi sahəsində gilli və dəmirli qum­daşı, alevrolitdən, qara argillitdən ibarətdir, qalınlığı 200 m- ə çatır. Dağıstan əra­zisində qumdaşı, alevrolit, qara argillit, siderit konqresiyası horizontundan ibarət olan alt Alenin qalınlığı 4-5 km- ə çatır.

Bayos mərtəbəsi (J2b). Şimali Qafqazın çox hissəsində, Tırnauz və Laba-Malka zonasında Bayos və Alenin sərhəddində qalxma qeyd olunur. Mərkəzi və Cənubi Dağıstanda, Azərbaycanla qonşu sahələrdə Bayosun qalınlığı 2000 m- dən çoxdur, litoloji tərkibcə qara argillit, gilli-karbonatlı-dəmirli konqresiyadan ibarətdir.

Bat mərtəbəsi (J2bt). Bəzi sahələr (Dağıstan, Çeçenistan) nəzərə alınmazsa Bat mər­təbəsi reqressiv xarakter daşıyır, litoloji tərkibinə görə Bayos mərtəbəsindən fərq­lənir və argillit, alevrolit, qumdaşından ibarətdir, qalınlığı 1200 m- ə çatır.

Orta və üst Yuranın səphəddində Qafqaz sisteminin struktur-formasion zolallığı kifayət qədər dəyişir. Bu isə Böyük və Kiçik Qafqazın geosinklinallarının daxili zo­na­larında qalxımların (geoantiklinalların) və bir sıra xüsusi geosinklinalların yaran­ma­sı ilə əlaqədardır. Üst Yura-Eosen üçün yetkin geosinklinal mərhələnin baş zona­sı, Şimali Qafqaz miogeosinklinal çökəkliyi hesab olunur. Bu miogeosinklinal çö­kək­lik tədricən şimala doğru genişlənir və Təbaşirin ortalarında bütün Qafqaz­qar­şısını əhatə edir. Bu sahədə Təbaşir-eosen kompleksi plitə örtüyü xarakteri alır. La­ba-Malka zonasında üst Yura transqressiv yatır, Kelloveyin qumlu-gilli çöküntü­ləri ilə başlayır. Kimmeric-Titon isə gips, anhidrit, daş duzdan ibarətdir. Üst Yuranın qa­lınlığı 0,1-1,0 km arasında dəyişir.



Təbaşir sistemi. Təbaşir çöküntüləri də Yura çöküntüləri kimi Böyük Qafqaz­da geniş yayılmışdır, şimal-şərq yamacında tam kəsilişə malikdir. Alt Tə­ba­şir, əsa­sən ter­rigen süxurlardan ibarətdir. Valanjin mərtəbəsi mergel, əhəng­daş­la­rından; Hote­riv karbonatlı qumdaşlarından, Barrem əsasən mer­­gelli qumdaşlarından, qumlu əhəng­daş­larından və qumlu əhəngdaşı aralayların­dan; Apt mergelli və gilli qumdaş­larından; Alb qara gillərdən, mer­gel­­li qumdaşlarından və kürəvi mergel konkresiya­larından iba­rətdir. Şimali Qafqaz çökəkliyində Alt Təbaşi­rin qalınlığı mərkəzi his­­­­sədə 300-700 m, şərq hissədə isə 1,0-1,2 km-ə çatır. Xızı zonasında alt Təbaşir qa­lınlığı 4-5 km-ə çatan çe­şid­lən­miş müxtəlif ölçülü qırıntılarından (olistostromdan), üst Təbaşir isə karbonat çöküntülə­rin­dən ibarət­dir.

Üst Təbaşir əsasən karbonat süxurlarından təşkil olunmuşdur. Senoman mər­tə­bə­si qumlu mergellərdən; Turon mərtəbəsi ağ, çəhrayı və kərpici qırmızı əhəng­da­şın­dan; Konyak mərtəbəsi çəşrayı əhəngdaşından; Santon və Kampan mərtəbəsi əsasən təbaşirəbənzər əhəngdaşından; Maastrixt mərtəbəsi qumlu əhəngdaşından və mergel­lər­dən təşkil olunmuşdur və ümumi qalınlığı 250-1500 m arasında dəyişir.

Böyük Qafqazın cənub yamacında Təbaşir çöküntüləri əsasən karbonat filişin­dən ibarətdir, kəsilişdə mergellər, mergelli şistlər və gillər, əhəngdaşlar, əhəngli şist­lər və əhəngli qumdaşılar növbələşir.

Paleocen sistemi. Böyük Qafqazın şimal və cənub yamacında bu çöküntülərin təbii çxışları məlumdur. Paleocen sistemi Kuban-Qaradəniz, Terek-Dağıstan və Azər­­­bay­canda daha mü­kəmməl öyrənilmişdir, Danimarka, Paleosen, Eosen və Oli­qo­sen mərtəbələrinə ayrılır.

Paleosen- Şamaxı-Qobustan, Quba-Xəzəryanı, Abşeron yarımadasında Sumqa­yıt lay dəs­­tə­si kimi ayrılır, litoloji tərkibcə əlvan rəngli gillərdən, şist­varı, mergelli gillər­dən, mer­gel­lərdən, qumdaşlarından, qismən də qum və konqlo­me­­rat aralaycıq­la­rından iba­rət­dir, maksimal qalınlığı 200 m- dir.

Eosen (Koun lay dəs­təsi) çöküntüləri əsasən gilli süzurlar kompleksindən təş­kil olunmuşdur.

Qafqazın şimal yamacında paleosen və eosen gilli-mer­gel­li çöküntülərdən iba­rət­dir, qalınlığı mərkəzi və qərbi Qaf­qaz­­qarşısından 500-800 m olub, şarq hissədə 100-200 m-dən çox deyildir. Xızı zonasın­da paleosen və alt eosen isə terrigen-kar­bo­nat flişindən (1,5 km- ə qədər) ibarətdir.



Oliqosen-alt Miosen (Maykop seriyası). Qafqazın inkişafında oliqosen və erkən Miosen geosinklinaldan orogen mər­hə­ləyə keçid dövrünə uyğun gəlir. Bu çökün­tülər bütün Qafqazqarşısı çökəkliklər zo­na­sını və Skif plitəsinə şimaldan qovuşan sa­hə­ləri örtür və əsasən terrigen çökün­tü­lərdən ibarətdir. Maykon seriyası adlanan bu çökün­tülərin (əsasən gil və alevrolit, qumdaşı araqatlarından ibarət) qalınlığı 500-1000 m- dən 2-4 km- ə qədər dəyişir.

Böyük Qafqazın şimal-şərq yamacında Maykop seriyasının alt hissəsində qə­dim sualtı sürüşmələrin izləri müşahidə olunur. Maykop seriyasının üst hissəsində gil qatı içərisində hər yerdə kömbəvari siderit konqressiyaları iştirak edir. Böyük Qaf­­qazın dağətəyi zonasında Maykop seriyasının ümumi qalınlığı 1,0-1,5 km-ə çatır. Bö­yük Qafqazın cənub yamacı boyunca, Abşeron yarımadasında, Şamaxı-Qobustan, Qu­ba-Xəzəryanı və başqa vilayətlərdə də Maykop seriyası analoji kəsilişə malik­dir.

Böyük Qafqazda Paleosen-Eosen kompleksi aşağıdakı başlıca formasiya ilə xa­rak­terizə olunur:


  • Qalınlığı bir neçə yüz metrlərlə ölçülən mergel və gilli-mergel qatı (Foramini­fer qatı).

  • Kvarslı qum və qumdaşı qatı (qalınlığı 100 m-dən çoxdur), Şimali Qafqaz­qar­şısında geniş yayılmışdır.

  • Üzvi əhəngdaşı qatı (qalınlığı 100 m-ə qədərdir), Qərbi Gürcüstanda geniş ya­yıl­mış­dır.

  • Miogeosinklinal çökəklikləri dolduran qumdaşı və mergel araqatlarına malik gil qatı (qalınlığı 0,5-2,0 km arasında dəyişir). Şərqi Azərbaycanda və Acar-Trialet çökəkliyinin şərq qurtaracağında yayılmışdır.

  • Ensiz geosinklinal çökəklikləri dolduran terrigen-karbonat filiş qatı (qalınlığı 1,5-2,5 km-dir). Çiaur, Novorasiysk, Acar-Trialet çökəkliklərində yayılmış­dır.

  • Evgeosinklinal çökəklikləri dolduran lava, əsasən turş və əsas tərkibli pirok­las­titlərdən, əhəngdaşından ibarət olan qat (qalınlığı 2-4 km), Göyçə, Ordubad, Ta­lış və Acar-Trialet çökəkliklərinin qərb hissəsində daha geniş yayılmışdır.

Neogen sistemi. Orta-üst Miosen, Pliosen və antropogen çökünğüləri Qafqaz­qar­şısı çöküntülərdə geniş yayılmışdır. Qafqazqarşısı zonada toplanan orta və üst Mio­sen çöküntüləri va­hid qitədaxili pont hövzəsində toplanmışdır. Orta Mio­sen (Tar­­xan, çokrak, karaqan, konq horizontları), üst Miosen (sarmat, meotis, pont mər­tə­bə­­lri) incə­də­­nəli qırıntı materialların­dan (gil, alevrit, qum və qumdaşı) və kar­bo­nat­lar­­dan iba­rət­dir. Qalınlığı Kuban çö­kək­­li­yində 2-3 km, Terek-Xəzər çökək­li­yin­də isə 3-4 km arasında dəyişir.

Böyük Qafqazın şimal və cənub yamaclarında əsasən çökmə sü­xurlardan təşkil olunmuşdur. Böyük Qafqaz meqantiklinoriumunun şimal yama­cında Maykop se­riyası üzərində tərkibi karöonatlı gil aralaycığı ilə ayrılan iki mergel təbəqəsindən ibarət olan Tarxan horizontu yatır. Böyük Qafqazın cənub-şərq ba­tı­mın­da (Abşeron yarı­ma­dasında, Qusar-Dəvəci, Şamaxı-Qobustan zonalarında) Tar­xan horizontu qa­lınlığı 5-25 m arasında dəyişən mergelli, gilli, qismən də qumlu çö­küntülərdən iba­rətdir.



Çokrak horizontu Böyük Qafqazın şimal yamacında Terek-Dağıstan neftli-qaz­lı vilayətində qalın qumlu-gilli qatdan (600-1500 m), Kuban-Qara dəniz vilayətində isə qalınlığı 60-100 m arasında dəyişən gillərdən, nazik qumdaşı və dolomit aralay­cıq­la­rından təşkil olunmuşdur. Çokrak horizontu Qusar-Dəvəçi sinklinlriumunda, Ab­şe­ron pereklinal çökəkliyində, Şamaxı-Qobustan zonsında gilli, qumlu-gill litofa­si­yalar­da ya­yılmışdır. Çokrak horizontu həm dərin, həm də dayaz dəniz mənşəli çö­küntü­lər­dən təşkil olunmuşdur ki, bunlar da ya növbələşir, ya da bir-birini təmamilə əvəz edir.

Karaqan horizontu Terek-Dağıstan neftli-qazlı vilayətində litolji tərkibinə görə Çok­raka oxşardır və ümumi qalınlığı 300-400 m arasında dəyişir, mergel arala­ycıq­la­rına malik gil qatının kifayət qədər qalınlığa malik təbəqəli qumdaşılarla növbə­ləş­­mə­sindən ibarətdir. Kuban-Qara dəniz vilayətində az qalınlıqlı qumdaşı araqatla­rı­na ma­lik gilli fasiyadan təş­kil olunan Karaqan horizontunun qalınlığı 100-150 m- dək aza­lır. Böyük Qafqazın cə­nu­b-şərq ba­tı­mın­da Karaqan horizontundan başlaya­raq, Meotis də daxil olmaqla üst Miosen çöküntüləri Diatom dəstəsi kimi ayrılır və li­to­loji tərkib­cə gillərdən, gilli-qumlu çöküntülərdən, bitumlu şistlərdən, qumdaşlar­dan, qumlar­dan, əhəng­daşlar­dan, dolomitlər­dən, mergellərdən təşkil olunmuşdur. Cə­­nu­bi-Qərbi Qo­bus­tan­da Kar­qan hoizontu­nun qalınlığı 200-225 m- dir.

Konq horizontu Böyük Qafqazın şimal yamacında qalınlığı 15-50 m arasında də­­yişən gillərdən və mergellərdən, cənub yamacında isə qalınlığı 200 m- ə çatan gil, qumdaşı, mergelli əhəngdaşı və konqlomeratdan ibarətdir.

Orta Miosenin ümumi qalınlığı Qərbi Qafqazqarşısında 200-450 m olub, Mər­kəzi Qafqazqarşısın qərb hissəsində 100 m- ə qədər azalır və yenidən Mərkəzi Qaf­qa­zın şərq hissəsində artaraq 500-1000 m- ə çatır. Şərqi Qafqazqarşısında (Şimali Da­ğıs­tanda) isə 800-1400 m arasında dəyişir.



Saramat mərtəbəsi Böyük Qafqazın şimal yamacının qərbində dayaz dəniz, şər­qində isə dərin dəniz çöküntülərindən təşkil olunmuşdur. Şimal-qərb yamacda Sar­mat ümumi qalınlığı 500-900 m-ə çatan qumlardan, qumdaşlarından, qabıqlı əhəng­­daşın­dan, gillərdən, mergellərdən ibarətdir. Şimal-şərq yamacda Sar­mat ümu­mi qa­lın­lığı 1,0-2,0 km-ə çatan nisbətən dərin dəniz fasiyasından (göyüm­tül-boz gil­lər və mergel­lər) təşkil olunmuşdur. Sarmat mərtəbəsinin çöküntüləri qapalı su hövzəsində toplan­mış­dır. Ümumiy­yət­lə, onun ətraf hissələri nəzərə alınmazsa, Miosen çöküntüləri Bö­yük Qafqazın geo­loji quruluşunda iştirak etmir. Mərkəzi Qafqazın cənub yamacında Raça-Leçxum çö­kək­liyində və onun şərq davamında (Raça-Osetin), eləcədə Cənub-Şərqi Qafqaz­da (Şahdağ massivi rayonunda) Sarmat mərtəbəsinin qalıqları hazırda 3-3,5 km yük­səkliyə qaldırılmışdır.

Meotis mərtəbəsi. Dəniz və laqun şəraitində toplanmış, ümümi qalınlığı 150-200 m- ə çatan və qabıqlı əhəng­daşından, əhəngli qumdaşlarından, gil və konqlome­ratdan ibarət olan Meotis mərtəbəsi Böyük Qafqazın şimal-qərb yamacda altda yatan müx­təlif horizontların üzərinə transqressiv yatmışdır. Meotis mərtəbəsinin çö­kün­tüləri Şi­mali, Mərkəzi və Cənubi Qobustanda boz, açıq qonur gillərdən, gilli şistlər­dən və gil­li mergellərdən ibarət olub qalınlığı 50-500 m arasıda dəyişir.

Pont mərtəbəsi Böyük Qafqazın şimal yamacının hər yerində dayaz dəniz fa­si­yalı çöküntülərdən ibarətdir. Pont mərtəbəsi Abşeron yarımadasında, Şa­ma­­xı-Qo­bus­tan sinklinoriumunda geniş yayılmışdır və litoloji tərkibcə gilli-qumlu sü­­xurlar­dan, qabıqlı əhəng­daşlarından, dolomit və kontiental törəmələrdən təşkil olun­­muş­dur. Pont çöküntülərinin qalınlığı Abşeron yarımadasında 130-200 m, Şama­xı-Qo­bus­tan sinkli­noriumunda isə 480 m- ə çatır.

Alt Pliosen Böyük Qafqazın şimal-qərb yamacında geniş yaylmışdır. Taman ya­rımadasında alt Pliosen Kimmeri mərtəbəsi adi ilə məşhurdur, xarakterik kəsilişə ma­lik olub, qalınlığı 80-100 m- ə çatan gillərdən, qonur dəmir filizindən, qumdaşı və konq­lomeratlardan ibarətdir. Kim­meri mərtəbəsinin Azərbaycanda analoqu Məh­­sül­dar qat hesab olunur. Məh­sül­dar qat çöküntüləri əsas neftli-qazlı obyektlə­rin­dən biri olub, litoloji tərkibcə gillər, qumlar, qumdaşılardan və konqlomeratlar­dan təşkil olun­muşdur, qalınlığı 5,0 km- ə çatır.

Üst Pliosen (Ağcagil mərtəbəsi) Böyük Qafqazın şimal-qərb və cənub-şərq ya­ma­clarında geniş yayılmışdır. Şimal-qərb yamacda Ağcagil mərtəbəsi konqlomerat, gil, mergel, qumlardan, cənub-şərq ya­ma­cında isə qara rəngli şistvari gillərdən, qa­bıq­­lı əhəngdaşılarından, vulkan külü aralaycıqlarından ibarət olub, qalınlığı 125 m-dir. Böyük Qafqazın şimal-qərb yamacında Ağcagil mərtəbəsinə qalınlığı 40-50 m olan konqlomerat, qum və gillərdən ibarət Kuyalinits mərtəbəsi və qalınlığı 25 m-ə ça­tan qumlu-gilli Taman layları müvafiq gəlir.

Dördüncü dövr. Abşeron, Türkən, Bakı, Xəzər, Xvalın və Yeni Xəzər mərtə­bə­­lə­­rinə ayrılır. Abşeron mətəbəsi Böyük Qafqazın cənub-şərq ya­ma­cında qabıqlı əhəngdaşı, konqlomerat, gil və qumlardan ibarətdir. Şimal-qərb ya­ma­cında Abşeron mərtəbəsinə konqlomeratlardan, çaqıllardan, qumlardan və gillərdən ibarət Krasno­dar horizontu və Quriya layları müvafiq gəlir. Abşeron mətəbəsinin tipik kəsilişi Ab­şeron yarımadasında qeyd olunur və əsasən qabıqlı əhəngdaşlarından ibarətdir.

Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin