Qərb hissə- nisbətən ensiz və qısa olub Dzirül massivindən Qabırrı çayına kimi uzanır. Kartalin depressiyasına (düzənliyinə) uyğun gələn bu hissə Böyük Qafqaz zəncirvari ön qalxımları və Acar-Trialet qırışıqlıq zonası arasında yerləşir. Assimetrik quruluşa malik olan bu sinklinoriumunun mərkəzi hissəsində böyük qalınlığa malik üst Miosen çöküntüləri toplanmışdır. Bu çöküntülərin altında az qalınlığa orta Miosendən sonra az qalınlığa malik üst Təbaşir, intensiv dislokasiyaya məruz qalmış vulkanogen bayos çöküntüləri yatır. Bundan fərqli olaraq, Kartalin dipressiyasının ətraf hissələrindən oliqosen, alt və orta Miosen çöküntüləri böyük qalınlığa malikdir. Bu mərhələdə burada kənar çökəkliklər inkişaf etmişlər. Kartamin depressiyasının ox hissəsində üst Miosen yastı sinklinal çökəklik əmələ gətirir.
Mərkəzi hissə- Orta Kür (Kaxet-Ajınohur) çökəkliyi. Tbilisdən şərqə Kür çökəkliyi Böyük Qafqazla və Trialetin hesabına genişlənilir və daha mürəkkəb xarakter alır. Şimalda onun tərkibinə təmamilə Antropogendə (xəzərdən sonra) formalaşmış Alazan-Əyriçay depressiyası daxildir. Böyük Qafqazın cənub yamacının filiş zonası üzərində yerləşən Alazan-Əyriçay depresiyası Böyük Qafqazı cənudan sərhədləyir. Alazan-Əyriçay depresiyası kifayət qədər böyük qalınlığa malik Dördüncü dövr çaqıl daşı ilə dolmuşdur.
Alazan-Əyriçay çökəkliyin cənub ətrafı boyunca şirin platosu, Daşayuz və Amirvan silsiləsi boyunca Kaxet-Vandam antiklinoriumuna paralel Mezozoy qalxımının gömrülmüş zonası qeyd olunur. Bu qalxımlarda üst Pliosen çaydaşlarının altından Mezozoy yer üzərinə çıxır. Sonra cənuba tərəf Alazan və Qabırrı çayları arasında Mirzaan zonası yerləşir. Bu zona böyük qalınlığa malik oliqosen, Miosen və alt Pliosen çöküntüləri dolmuşdur. Sarmat yaşlı dəniz mənşəli çöküntülər kontinental mənşəli Şrak dəstəsi ilə əvəz olunur və Ağcagil onun üzərində qeyri-uyğun yatır.
Tbilisdə enməyə məruz qalan Trialet qalxımının cənub-şərq davamında, Qabırrı çayının sağ sahili boyunca ensiz zolaq şəkilində Çatma qalxımlar zonası yerləşir. Bu zonada orta Miosen və maykon dəstləri yer üzərinə çıxır.
Çatma zonasından cənuba Kür və Qabırrı çayları arası sahənin əksər hissəsini əhatə edən Ceyrançöl qalxımlar zonası yerləşir. Antiklinal zolaqların yayıldığı bu zonada qırışıqların tac hissəsində sarmat, bəzən Miosen və makop çöküntüləri, qanadlarında isə ağcagil və kontinsital mənşəli abşeron çöküntüləri yer üzərinə çıxır.
Çatma antiklinoriumu və kiçik Qafqaz meqaantiklinoriumunun şimal qanadı arasında yerləşən Cerançöl zonası sinklinorium kimi baxılmalıdır. Assimetrik quruluşa malik olan Ceyraçöl sinklinoriumunun şimal qanadında paleogen və Miosen çöküntüləri kifayət qədər qalınlığa malikdir, cənub qanadda isə az qalınlığa malik olan bu çöküntülər Kür çayının şərq sahilində pazlaşır və kontinental mənşəli üst Pliosen çöküntüləri bilavasitə Təbaşir üzərində yatır.
Ceyrançöl zonasının qırışıqlıqları, Mirzaan zonasının qırışıqlıqlarına nisbətən üstəgəlmələrlə zəif parçalanmaya məruz qalmışdır. Qırılmaların amplitudası cənuba və şərqə tərəf tədricən azalır.
Dostları ilə paylaş: |