Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə12/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   8   9   10   11   12   13   14   15   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Lök-Qafan zonası

Lök-Qafan zonası (LQZ)- ATQZ-nın cənubi-şərqində yerləşir və Kiçik Qaf­­qa­zın baş Alp çökəkliyinə uyğun gələn bütün şimali-şərq hissəsini əhatə edir, şimali-qərbdən (dağlıq Axankalaindən) cənubi-şərqə (Arazın aşağısına kimi) 350 km- dən çox məsafədə uzanır. LQZ- nın müasir quruluşu alt Paleozoyun metamorfik qat­ın­dan, üst palezoyun (S2+3) Hersin qranitodlərindən, nisbətən az qalınlıqlı vulka­no­gen-çökmə sü­xurlarından təşkil olunmuş, qədim geoantiklinal bünövrə üzərində ya­ranan böyük geo­sink­linal çökəkliyin inkişafının sonuna müvafiq gəlir.

LQZ- da Alp mərhələsi Leyasın az qalınlıqlı terrigen, olduqca böyük qalınlıqlı vul­ka­nogen bayos və turogen batla başlayır. Yuxarıda üst Yuranın vulkanogen-çök­mə qatı yer­ləşir (bat kimi o da zonanın şimali-qərbində iştirak etmir). Onun ən cənu­bi-şərq his­sə­ində kifayət qədər qalınlığa malik karbonatlardan təşkil olunmuş alt Təbaşir geniş yayılmışdır. Bütün bu törəmələr (Bayos-alt Təbaşir) qalınlığı 5-6 km-ə ça­tan, üst Yura və alt Təbaşir qranitoidləri ilə yarılmış, vahid alt Alp struktur mərtə­bə­­si­ni təşkil edir. Bir qayda olaraq, xüsusi çökəkliklərdə bucaq uyğunsuzluğu ilə ya­tan alt-üst Tə­başir yaşlı terrigen, vulianogen, karbonat qatı 2-ci Alp struktur mərtəbə­sini təşkil edir.

LQZ- nın şimali-qərb hissəsinə nisbətən cənubi-qərb hissəsi Mezazoyun daha tam kəsilişinə malikdir. Belə ki, Araz yaxınlığında alt Təbaşir tam kəsilişə malikdir.

Əsası orta Yurada qoyulan və əsasən Təbaşirin sonu paleogendə formalaşan LQZ-nın müasir struktur planında bir sıra sərbəst tentonik vahidlər ayrılır. LQZ-nin böyük şimali-şərq hissəsini mürəkkəb quruluşa malik Lök-Qarabağ antiklinoriu­mu (LQA) təşkil edir ki, o da öz növbəsində leyasda, orta Yurada yaranan və üst Yura və alt Təbaşir çöküntüləri ilə dolmuş çökəkliklərlə mürəkkəbləşmişdir.

LQZ-nun şimal-qərb və cənub-şərq hissələri öz quruluşuna görə bir-birindən ki­fayət qədər fərq­lə­nir. Nisbətən qalxmaya məruz qalmış ŞQ hissədə en istiqamətli braxiformalı qalxımlar (Şəmkir, Alaverdi, Lök, Xram) yerləşir. Nisbətən çox əyil­mə­­yə məruz qal­mış cənubi-şərq hissə üçün isə ensiz xətti qalxımlar (Murovdaq, Qa­rabağ, Ağdam-2-ci də­rəcəli antiklinorium) səciyyəvidir. LQA- nun cənubi-şərq his­sə­sində qalxımlar morfologi­ya­sına və yaranmasına görə şov (qırılma) antiklinallara müvafiq gəlir.



Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin