Həkərə sinklinoriumu
LQA-nun cənubi-şərq hissəsinə cənubi-qərbdən Həkərə sinklinoriumu qovuşur. Bu sinklinorium orta, üst Yura, və alt, üst Təbaşir çöküntüləri ilə dolmuşdur. Həkərə sinklinoriumunun şimali-qərb davamında Göyçə sinklinoriumu yerləşir. Göyçə sinklinoriumunda üst Təbaşir qırışmaya məruz qalmış böyük qalınlığa malik paleogen çöküntüləri ilə örtülmüşdür. Həkərə və Göyçə sinklinoriumları birlikdə Həkərə-Göyçə zonasını təşkil edir.
Həkərə sinklinoriumu öz növbəsində qırılmalar şəbəkəsi ilə mürəkkəbləşmiş və eosen qranitoidləri ilə yarılmış 2-ci dərəcəli Laçın antiklinoriumu ilə iki hissəyə (xüsusi çökəkliyə) şimali-qərbdə yerləşən 2-ci dərəcəli Sarıbaba sinklinoriumuna və cənubi-qərbdə yerləşən Qoça çökəkliyinə ayırır.
Cənubi-qərbdə Həkərə çökəkliyi Qafan antiklinoriumu ilə əvəz olunur. Əsasən Orta və üst Yuradan ibarət olan antiklinoriumun qanadlarında alt və üst Təbaşir çöküntüləri yayılmışdır. Qafan antiklinoriumunun şimal hissəsi Dağlıq Qarabağın yeni effuzivləri ilə örtülmüşdür.
Qafan antiklinoriumunun cənubi-qərb qanadı boyunca, onun Zəngəzur antiklinoriumu ilə sərhəddində əks-fay tipli nəhəng Xüstup-Hirartax qırılması keçir. Bu əks-fay tipli qırılma Lök-Qafan və Ermənistan tektonik zonalarını ayıran Kiçik Qafqaz baş tentonik tikişinin əksi (törəməsi) hesab olunur. Gorus şəhərinin en dairəsində qırılma Dağlıq Qarabağın lavası altında gizlənir, lakin onun davamı İşıxlı, Qızılboğaz və digər nəhəng vulkanların yerləşmə xüsusiyyətinə görə aydın seçilir.
Kiçik Qafqaz strukturunda mərkəzi vəziyyət tutan Göyçə sinklinoriumunun yerləşməsi ilə əlaqədar olaraq Kiçik Qafqaz baş tentonik tiişinin şimali-qərb istiqamətdə axıra kimi izlənilməsi bilavasitə mümkün deyildir. Göyçə sinklinoriumu Kiçik Qafqazın üst Təbaşir və Paleogendə inkişaf edn 2-ci geosinklinal çökəkliyinə müvafiq gəlir.
Göyçə sinklinoriumunun cənubi-şərq hissəsində Böyük Göyçə rayonunda Həkərə üst Təbaşir çökəkliyin irsi davamı olan və cənubi-qərb istiqamətdə uzanan Kəlbəcər və submeridional istiqamətdə uzanan Qərbi Basarkeçər (Vardenis) paleogen çökəkliyi yerləşir.
Ümumiyyətlə, Göyçə sinklinoriumu tikiş strukturuna müvafiq gəlir Göyçə-Zəngəzur tikişini vahid bir dərinlik qırılması kimi təsvir etmək olar ki, onunda əsasında 2-ci Göyçə geosinklinalı yaranmışdır.
Dostları ilə paylaş: |