Kiçik qafqaz
Kiçik Qafqaz qırışıqlıq-qayma sistemi geniş (15-200 km), qabarığı şimala olan qövs əmələ gətirir. Böyük Qafqaz meqantiklinoriumundan (BQM) Kiçik Qafqaz meqaantiklinoriumu ox qalxanının olmaması, nisbətən sadə qırışıqlıq quruluşu, ayrı-ayrı geosinklinal çökəkliklərin qısamüddətli inkişafı ilə ayrılır.
Kiçik Qafqaz meqantiklinoriumu üçün (KQM) Mezazoy və kaynazoy maqmatizminin intruziv və effuziv formalarının geniş yayılması səciyyəvi xarakter daşıyır. Burada Neogen və Dördüncü dövrdə baş verən effuziv vulkanizmin geniş yayılması qədim strukturların KQM-un 4/1 hissəsindən çoxunu örtür. Bu isə KQM-un bir sıra rayonlarının tentonik quruluşunun dəqiqləşdirilməsində müəyyən çətinliklər törədir.
BQM-na nisbətən KQM-da baş tentonik zonaya nəzərən ayrı-ayrı strukturların külisvari yerləşməsi daha səciyyəvi xarakter daşıyır. Bu isə KQM- nun bünövrəsində yerləşən dərinlik qırılmalarının fəaliyyəti ilə əlaqədardır. Bunlardan biri KQM-nun cənubi-şərq hissəsində yerləşir və en istiqamətdə uzanır, digəri isə şial-qərb hissədə yerləşir. Talış rayonu müstəsna olmaqla, KQM-unun en istiqamətdə seqmentlərə ayrılması BQM- na nisbətən zəif ifadə olunur. Əgər BQM Leyas əsrində yaranan vahid nəhəng Alp geosinklinalının inkişafının son nəticəsi kimi özü göstərirsə, Kiçik Qafqazın yalnız şimal-şərq hissəsi (Lök-Qafqaz zonası) Yura-Təbaşir dövrünün geosinklinalına cavab verir və onun geniş ərazisi, cənub-qərbdən qovuşan (Ermənistan zonası), şimal-qərbdən (Acar-Trialet zonası) cənub-şərqdən (Talış) baş geosinklinal əyilməyə gec Təbaşir-paleogen zamanı məruz qalmışdır. Kiçik Qafqazın uzaq cənub-şərq hissəsi (arazyanı zona) Alp mərhələsinin əvvəllərində (orta Yurada) Paleozoydan əsx olunmuş miogeosinklinal çökəklik olmuş, sonra isə paleogenin sonuna kimi nisbətən qalxmaya məruz qalmışdır. Yalnız son Kaynozoyda bir sıra törəmə çökəkliklərin yaranması ilə pozulmuşdur.
Dostları ilə paylaş: |