Paleogenin hər üç şöbəsi kəsilişdə rast gəlinir (Paleosen, Eosen, Oliqosen). Paleogen sistemi K.Qafqazda mergelli gillərdən ibarətdir. Qalınlığı 120 m.
Eosen çöküntüləri isə mergelli gillərdən, qumdaşı, əhəngdaşı və vulkanogen kütlədən ibarətdir. Vulkanogen kütlə orta Kür çökəkliyinin mərkəzində qeydə alınmışdır. Naxçıvanda kəsiliş vulkanogen-çökmə xarakterlidir, qalınlığı 3500 m- ə çatır. Saatlı quyusunda Paleogenə rast gəlinmir.
Maykop (Oliqosen-alt Miosen) kompleksi qumlu-gillərdən ibarətdir. Qalınlığı 3500 m. Naxçıvanda tuflu brekçiyadan, tuflu qumdaşından, tuflardan ibarətdir. Qalınlığı 1550 m.
Paleogen sistemi çöküntüləri Naxçıvanda əsasən çökmə xarakterlidir. Qalınlıq 3560 m.
Neogen sisteminin çöküntüləri K.Qafqazda əhəngdaşı, alevrit, gil və qumdaşlarının növbələşməsindən ibarətdir.
Saatlı quyusunda yalnız sarmat çöküntülərinə rast gəlinir. Qalınlıq 50 m.
Naxçıvanda Neogen gil və qravelit, qumdaşı, alevrit, gil, mergel, əhəngdaşı və tuflardan ibarətdir. Qalınlıq 2250 m. Burada sarmatın qalınlığı 2000 m-ə qədərdir. Kür çökəkliyində Neogenin qalınlığı 1500 m- ə çatır.
Pont mərtəbəsinin çöküntüləri çökmə xarakterli kəsilişdən ibarət olub, qalınlığı bəzi sahələrdə 700 m-ə çatır. Naxçıvanda isə Pont əsasən bazaltdan ibarətdir. Qalınlıq 800 m. Cənubi-şərqi B.Qafqazda Pont gilli litofasiyadan ibarətdir. Cənubi Xəzərdə Pontun qalınlığı çox kiçikdir (70-100 m). Əksər qalxımlarda müşahidə olunur.
Alt Pliosen çöküntüləri qeyd olunduğu kimi K.Qafqazda, orta Kür çökəkliyinin mərkəz hissəsində qeydə alınmayıb. Bu çöküntülər B.Qafqazın cənubi-şərqində, cənubunda geniş yayılmışdır. Cənubi Xəzər çökəkliyində onun qalınlığı 4,5-5,0 km-ə qədərdir. Üst Pliosen-Ağcagil çöküntüləri K.Qafqazda və Kür çökəkliyində qumdaşından, konqlomeratlardan, vulkan külündən ibarətdir, qalınlığı 1200 m-ə qədərdir. Alt Pliosen çöküntüləri neft-qaz yataqları ilə zəngindir. Kəsiliş ritmik növbələşmədən ibarət olub, yaxşı qumdaşı, qum, gil, alevrit kimi süxurlardan ibarətdir. Kəsilişin qalınlığı müxtəlif sahələrdə müxtəlifdir. Qərb hissədə 2000 m-ə qədər, Abşeron yarımadasında, Abşeron arxipelaqında 500-2200 m-ə çatır. Dənizdə Zirə sahəsində 4500-5000 m-ə qədər artır. Alt Pliosen (MQ) iki şöbəyə ayrılır: üst, alt.
Dostları ilə paylaş: |