III – Mühazİrə
26.02.2018
Azərbaycan ərazİsİnİn dərİnlİk quruluşu
və tektonik rayonlaşdirilması
Azərbaycanın ərazisinin dərinlik quruluşu Yer qabığı ilə mantiyanın öyrənilməsinə əsaslanır və əsasən geofiziki üsullara öyrənilir. Bu cəhətdən ən cox diqqəti qravimetrik və seysmik tədqiqatlar cəlb edir. Geofiziki tədqiqatlarla dərinlik tektonikasının aşağıdakı xüsusiyyətləri müəyyən olunmuşdur. Ən böyük çökəklik Böyük Qafqazla əlaqədardır. Böyük Qafqazın Azərbaycana aid edilən cənubi-şərq hissəsində Moxoroviçiç qatı 47-50 km dərinlikdə təyin olunmuşdur. Bazalt qatı (Konrad sərhəddi) 25 km dərinlikdə rast gəlinir. Ən mürəkkəb vəziyyət bünövrənin (qranit qatının) təyin olunmasıdır.
Şimali Azərbaycanda aparılan qravmetrik kəşfiyyatın nəticələri əsasında aşağıdakı bünövrə qalxımları müəyyən edilmişdir: Şimalda Samur çayının dənizə tökülən hissəsində, mərkəzində və cənubda Şamaxı şəhəri ətrafaında.
Geofiziki üsullarla öyrənilən ərazinin bünövrə səthinə görə struktur sxemi tərtib olunmuş və müəyyən edilmişdir ki, bünövrə səthinin yatma dərinliyi böyük intervalda dəyişir. Şimali Azərbaycanda çökmə qatın qalınlığı 12-15 km təyin edilmişdir. Kür-Araz dağarası dərin çökəklik olub, böyük qalınlıqda (16-18 km- ə çatır) Mezazoy və Kaynozoy çöküntüləri ilə dolmuşdur. Kiçik Qafqaz qarşısı çökəklikdə çökmə qatın qalınlığı 10-14 km- dir. Çökmə qatı Mezazoy-Paleogen və Neogen-Antropogen stratiqrafik kompleksinə müvafiq gələn iki hissəyə ayrılır.
Kiçik Qafqazda aparılan geofiziki tədqiqatlara görə onun relyefcə hipsometrik hündür olmasına baxmayaraq, geosinklinalı əks etdirdiyi müəyyən olunmuşdur. Burada Moxoroviçiç sərhəddi 48-50 km dərinlikdə yerləşir. Bazalt qatı 25-30 km, konsolidasiya olunmuş bünövrə səthi isə 0-5 km dərinlik intervalında yerləşir. Geofiziki məlumatlara görə Talış qırışıqlıq sistemini Kiçik Qafqazın cənubi-şərq davamı kimi göstərmək olar.
Azərbaycanın ərazisində konsolidasiya olunmuş qabığın qitə və ya okean tipli olması məsələsi bir çox tədqiqatçılar tərəfindən araşdırılmış və müxtəlif çür izah olunmuşdur. Dərinlik seysmik zondlama (DSZ) üsuluna əsasən əldə olunmuş materialların təhlili göstərir ki, konsolidasiya olunmuş qabıq Azərbaycan ərazisində çox kiçik qalınlığa malik olub (8-15 km), yatma dərinliyi 16-25 km arasında dəyisir. Ona görədə ilkin tədqiqatçılar konsolidasiya olunmuş qabığın okean tipli olduğunu göstərmişlər.
XX əsrin 70-80 km illərdə toplanmış geofiziki materiallara yenidən baxılmış və müxtəlif variantlarda ayrı-ayrı səthlər üzrə- konsolidasiya (bünövrə), konrad (bazalt), Moxoroviçiç səthi üzrə modellər yaradılmışdır. Aparılan tədqiqat işləri nəticəsində məlun olmuşdur ki, konsolidasiya olunmuş qabığa müxtəlif dərinliklərdə rast gəlinir. Bütövlükdə ərazidə səthinə görə en istiqamətdə uzanan, okean tipli qabığa malik oval çökəklik qeydə alınır. Bu hövzənin qərbində (Orta Kür) şimal və cənub istiqamətində (Böyük və Kiçik Qafqaz) qitə tipli qabiq qeydə alınır.
Yeni DSZ üsulunun materiallarının modelləşdirilməsi nəticəsində müəyyən olundu ki, Lənkəran akvatoriyasında bünövrənin yatma dərinliyi 4-7 km olub, dəniz istiqamətində 28-30 km- ə qədər artır. Çilov adasında bünövrənin yatma dərinliyi 20-22 km olub, şimal istiqamətdə azalir və Skif-Turan Epihersin plitəsində 3-5 km təşkil edir. Ərazidə Moxoroviçiç səthi 30-34 km dərinlikdədir.
Dostları ilə paylaş: |