Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə3/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

II - Mühazİrə

2. Azərbaycan ərazİsİndə ayrIlan əsas

geomorfolojİ elementlər

Azərbaycanda relyefinin xüsusiyyətlərinə bir-birindən görə kəskin fərqlənən bir sıra geo­morfoloji elementlər ayrılır. Bu geomorfoloji elementlərə, Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağlıq sistemləri, Kür-Araz düzənliyi və Xəzər dənizinin qərb akvatoriyası aiddir.


Azərbaycanın ərazİsİ aşağıdakı geomorfolojİ

elementlərə ayrılır:
Geomor­fo­lojİ Ölkə- Krım-Qafqaz, Ön Asİya
Geomor­fo­lojİ Əyalət- Ön Qafqaz, Böyük Qafqaz, Güney Qafqaz depressİyası, Kİçİk Qafqaz
Geomor­fo­lojİ vİlayət- Samur-Dəvəçİ, şərqİ Böyük Qaf­qaz, Kür çökəklİyİ, Kənar Kİçİk Qafqaz, Daxİlİ Kİçİk Qafqaz və Talış
Geomor­fo­lojİ Yarımvİlayət və rayonlar
Bəzən Orta Araz çökəkliyi, Zəngəzur və Dərələyəz silsilələri, həmçinin Talış dağları və Lən­kə­ran ovalığı geomorfoloji rayon kimi Kiçik Qafqaz vılayətinə, Qusar maili düzənliyi və Alazan-Əyriçay çökəkliyi (dərəsi) geomorfoloji rayonları Böyük Qafqaz vilayəti­nə aid edilir.


  1. Samur-Dəvəçİ geomorfolojİ vİlayətİ

Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.
2. Şərqİ Böyük Qafqaz geomorfolojİ vİlayətİ

Baş Qafqaz silsiləsinin cənub yamacı və Cəqub-Şərqi Qafqaz yarımvilayəti geomorfoloji yarımvilayətlərinə ayrılır.

1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır;

2. Cəqub-Şərqi Qafqaz yarımvilayəti daxilində Baş Qafqaz silsiləsi, Yan sil­si­lənin suayrı­cı. Cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi, Şərqdə Şamaxı təbii sahəsini, Qobus­tanı, Abşeron yarımadasını və s. əhatə edir. Yarım­vila­yətdə Bazardüzü, Şahnabad-Xızı, Şahdağ, Tən­gi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobustan və Abşeron geomorfoloji rayonları var.
3. Kür çökəklİyİ geomorfolojİ vilayətİndə

Alazan-Əyriçay çökəkliyi, Ceyrançöl-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri geomor­foloji yarımvilayətləri ayrılır.

1. Alazan-Əyriçay çökəkliyi yarımvilayəti daxilində Alazan, İsmayıllı geomor­foloji ra­yon­ları ayrılır.

2. Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hə­rə­mi geomorfoloji rayonlarına ayrılır.

3. Kür-Araz ovalığı yarımvilayəti Şirvan, cənub-şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları ayrılır.

4. Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayəti daxilində Gəncə-Qazax, Qara­bağ və Mil geomorfoloji rayonları ayrılır.
4. Kənar Kİçİk Qafqaz geomorfolojİ vİlayətİndə

Şimal-Şərq yamacı, Şərq yamacı, Cənub-Qərb yamacı yarımvilayətləri ayrılır.
1. Şimal-Şərq yamacı yarımvilayətinə Şahdağ və Murovdağ silsilələri, Şəmkir gün­­bəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. daxildir. Yarımvilayət Ağ­sta­­fa, Şəm­kir, Daşkə­sən-Ağcakənd, Şahdağ və Murovdağ geomorfoloji rayonlarına ayrılır;

2. Şərq yamacı yarımvitlayəti, əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuşdur. Bu yarımvi­layətdə Aşağı Araz geomorfoloji rayonu ayrılır;

3. Cənub-Qərb yamac yarımvilayəti Həkəri çayı və qismən Tərtər çayı hövzə­lə­ri­­ni əhatə edir. Yarımvilayətdə Kəlbə­cər, Mıxtökən və Həkəri geomorfoloji rayonları var.
5. Daxilİ Kİçİk Qafqaz geomorfolojİ vİlayətİndə

Qarabağ vulkanik yaylası, Arazyanı dağlar, Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətləri ayrılır.
1. Qarabağ vulkanik yaylası yarımvilayəti daxilində Qızılboğaz-İşıq­lı, Alagöl­lər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları yerləşir;

2. Arazyanı dağlar yarımvilayəti Dərələyəz, Zəngəzur və Bərgüşad silsilələrini əhatə edir. Yarımvilayət daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları var;

3. Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Yarımvilayətdə Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.
Azərbaycanın ərazİsİdə ayrılan geomorfolojİ elementlər


Geomor­fo­lojİ Elementlər

1

Ölkə

Krım-Qafqaz, Ön Asİya

2

Əyalət

Ön Qafqaz, Böyük Qafqaz, Güney Qafqaz depressİyası, Kİçİk Qafqaz

3

vİlayət

Samur-Dəvəçİ, şərqİ Böyük Qaf­qaz, Kür çökək­lİyİ, Kənar Kİçİk Qafqaz, Daxİlİ Kİçİk Qafqaz və Talış




vİlayətlərdə ayrılan Yarımvİlayət və rayonlar

1

Samur-Dəvəçİ

Samur-Dəvəçi və Qusar geomorfoloji rayonları ayrılır.

2

şərqİ Böyük

Q­AFqaz

1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti da­xi­lində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır.

2. Cəqub-Şərqi Qafqaz yarımvilayəti daxilində Baş Qafqaz silsiləsi, Yan sil­si­lənin su­ay­rıcısı. Cənubda kəskin parça­lan­mış Niyaldağ yan silsiləsi, Şərqdə Şamaxı təbii sahəsini, Qobustanı, Abşeron ya­rı­madasını və s. əhatə edir. Yarım­vi­la­yətdə Bazardüzü, Şahnabad-Xı­zı, Şahdağ, Təngi-Beşbar­maq, Dübrar, Şamaxı, Qobustan və Ab­şeron geomorfoloji ra­yonları ayrılır.

3

Kür çökəkliyİ

Alazan-Əyriçay çökəkliyi yarımvilayəti daxilində Alazan, İsmayıllı geomor­foloji ra­yon­ları ayrılır.

Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hə­rə­mi geomorfoloji rayonlarına ayrılır.

Kür-Araz ovalığı yarımvilayəti Şirvan, cənub-şərqi Şirvan, Kür­ya­nı, Muğan və Salyan geomorfoloji rayonları ayrılır.

Kiçik Qafqazın dağətəyi mailii düzənlikləri yarımvilayəti daxilində Gəncə-Qazax, Qara­bağ və Mil geomorfoloji rayonları ayrılır.

4

Kənar Kİçİk Qafqaz

Şimal-Şərq yamacı yarımvilayəti daxilində Ağ­sta­fa, Şəm­kir, Daş­kə­­sən-Ağcakənd, Şah­dağ və Murovdağ geomorfoloji rayonları ayrılır.

Şərq yamacı yarımvitlayəti Qarabağ silsiləsi ilə təmsil olunur, da­xilində Aşağı Araz geo­morfoloji rayonu ayrılır.

Cənub-Qərb yamacı yarımvilayəti Həkəri çayı və qismən Tərtər ça­yı hövzə­lə­ri­ni əhatə edir, daxilində Kəlbə­cər, Mıxtökən və Həkəri geomorfoloji rayonları ayrılır.

5

Daxilİ Kİçİk Qafqaz

Qarabağ vulkanik yaylası yarımvilayəti daxilində Qızılboğaz-İşıq­lı, Alagöllər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları ayrılır.

Arazyanı dağlar yarımvilayəti Dərələyəz, Zəngəzur və Bərgüşad silsilələrini əhatə edir, daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları ayrılır.

Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti, Arazboyur düzən­liyini əhatə edir, daxi­lin­də Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.

6

Talış

Vilayət Talış dağları (Talış, Peştəsər və Burovar silsilələri) və Lənkəran ovalığından iba­rətdir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və xüsusi Talış (silsilə) geomorfoloji rayonları ayrılır.


Böyük Qafqaz vilayətində ayrılan geomorfoloji rayonlar:
1. Azərbaycan ərazisində yerləşən Böyük Qafqazın cənub-şərq seqmentinin əsas geomor­foloji element­ləri hansılar­dır?- (Samur-Dəvəçi və Şərqi Böyük Qafqaz geomorfoloji vilayətləri ayrılır)

2. Böyük Qafqazın cənub-şərq seqmenti daxilində ayrılan geomor­foloji vilayətləri göstə­rin- (Samur-Dəvəçi və Şərqi Böyük Qafqaz geomorfoloji vilayət ayrılır).

3. Böyük Qafqazın Samur-Dəvəçi vilayəti daxilində ayrılan geomor­foloji rayon­ları göstə­rin- (Samur-Dəvəçi və Qusar geomorfoloji rayon­ları ayrılır).

4. Böyük Qafqazın Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti daxilində ayrılan geomor­foloji rayon­ları göstərin- (Zaqatala, Şəki və Lahıc geomorfoloji rayon­ları ayrılır).

5. Böyük Qafqazın Cəqub-Şərqi Qafqaz yarımvilayəti daxilində ayrılan geomor­foloji ra­yon­­ları göstərin- (Ba­zar­düzü, Şahnabad-Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qo­bustan və Ab­şeron geomorfoloji rayonları ayrılır).
Kənar Kiçik Qafqaz vilayətində ayrılan geomorfoloji rayonlar:

Şimal-Şərq yamacı yarımvilayəti (Şahdağ və Murovdağ silsilələri, Şəmkir gün­­bəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. da­xildir. Yarımvilayət Ağ­sta­­fa, Şəm­kir, Daşkə­sən-Ağcakənd, Şahdağ və Murovdağ geomorfoloji rayon­larına ayrılır); Şərq yamacı yarımvitla­yəti (əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuş­dur. Bu yarımvilayətdə Aşağı Araz geomorfo­loji rayonu ayrılır); Cənub-Qərb yamac yarımvila­yəti (Həkəri çayı və qismən Tərtər çayı hö­vzə­lə­ri­­ni əhatə edir. Yarımvilayət daxilində Kəlbə­cər, Mıxtökən və həkəri geomor­foloji rayonları ayrılır) ayrılır.

Daxili Kiçik Qafqaz geomorfoloji vilayətində Qarabağ vulkanik yaylası yarım­vi­la­yəti (daxi­lində Qızılboğaz-İşıq­lı, Alagöl­lər-Çalbayır, Şərqi Göyçə və Yazı geo­mor­foloji rayonları yerləşir); Arazyanı dağlar yarımvilayəti (daxilində daxilində Dərələyəz, Zən­gəzur və Bərgüşad geomorfoloji rayonları yerləşir); Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti, əsasən, Arazbo­yu düzənlikləri əhatə edir (daxilində Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır).
Kür çökəkliyi vilayətində ayrılan geomorfoloji rayonlar:
Alazan-Əyriçay çökəkliyi yarımvilayəti (daxi­lin­də Alazan, İsmayıllı geomor­foloji ra­yonları ayrılır); Ceyrançöl-Acınohur ön dağlığı yarımvi­la­yəti (Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hərəmi geomorfoloji ra­yon­larına ayrılır); Kür-Araz ovalığı yarımvilayəti (Şirvan, cənub-şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji ra­yon­ları ayrılır); Kiçik Qafqazın dağətəyi mailii düzənlikləri yarımvilayəti daxilində Gəncə-Qazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır) ayrılır.

Talış vilayətində ayrılan geomorfoloji rayonlar:

Talış geomorfoloji vilayəti- Talış dağları (Talış, Peştəsər və Burovar silsilələri) və Lənkə­ran ova­lı­ğın­dan iba­rət­dir. Geomorfoloji vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştə­sər, Zuvand və xüsusi Talış (silsilə) geomorfoloji rayonları ayrılır.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin