Tektonika
Cənubi-Şərqi Qafqaz
Samur çayının aşağı axımlarından Böyük Qafqazın quruluşu yenidən kifayət qədər dəyişməyə məruz qalır və bu da qırışıqlıq sisteminin cənub-şərq hissəsinə xüsusi tektonik əyalət kimi baxmağa əsas verir. Samur qırılmasına görə meqantiklinoriumun şimal qanadı kifayət qədər aydın hiss olunacaq dərəcədə enməyə məruz qalır və əsas hissədə yerini törəmə Qusar-Dəvəçi çökəkliyinə dəyişir. Bu Qusar kömülmüş qalxım formasında davan edən Ulluçay antiklinoriumuna aid edilir.
Böyük Qafqazın Yan silsilə antiklinoriumu bir qədər fasilədən sonra yenidən Çoqadjukçay çayında Təngi-Beşbarmaq antiklinoriumu formasında meydana çıxır. Eni bir neçə km olan bu antiklinoriumun uzunluğu 120 km-ə çatır və şərqdə Giləzi burnuna kimi izlənilir. Təngi-Beşbarmaq antiklinoriumu şimalda Siəzən dərinlik qırılması ilə Qusar-Dəvəçi çökəkliyindən ayrılır. Kaxet-Vandam antiklinoriumu kimi Təngi-Beşbarmaq antiklinoriumuda şov qırışıqlıq olub, Mezozoyda paleocoğrafi cəhətdən kordilyer formasında ifadə olunur.
Böyük Qafqazın Baş silsilə antiklinoriumu Cənubi-Şərqi Qafqazın daxilində Vəlvələçay çayına kimi davam edir, ondan sonra onu təşkil edən orta Yura çöküntüləri ilə transqressiv örtülür.
Yan (Təngi-Başbarmaq) və Baş (Tfan) silsilə antiklinoriumları arasında yerləşən struktur Cənubi-Şərqi Qafqazda Şahdağ-Xızı sinklinoriumu adlanır. Bu sinklinoriumun şimal-qərb hissəsi Şahdağ massivini və onun şərq davamını əhatə edir, üst Yura-Neakom (Berrias-Barrem) əhəngdaşlarından və üst Senon mergellərindən təşkil olunmuşdur.
Şahdağ əhəngdaşı massivi cənubdan en istiqamətli konsedimentasion Budaq qırılması ilə kəsilir və bu qırılmadan cənubda Xızı struktur-fasial zonası ayrılır.
Tfan antiklinoriumu və onun şərq davamı cənubda qırılmalar sistemi- Malxamud üstəgəlməsi (qərbdə), Xaltan-Germian (şərqdə) ilə hüdudlanır. Bu qırılma zonasından cənuba Dibrar (Xaltan)-Yaşma sinklinoriumu yerləşir. Dibrar-Yaşma sinklinorium cənubundan ensiz, kəskin ifadə olunan Altıağac-Kürkəçidağ antiklinoriumu ilə hüdudlanır. Altıağac-Kürkəçidağ antiklinoriumundan cənubda isə Təbaşir və Paleosen flişindən ibarət, kifayət qədər enli zolaq ayrılır. Pirsaat çayından şərqə sinklinalda Miosen çöküntüləri yatır.
Kovdağ-Sumqayıt zonası (Göyçay, Girdimançay və Ağsunun hövzəsi) cənubdan yastı Zənkan üstəgəlməsi ilə hüdudlanır. Burada üst Təbaşir filişi Paleosenin üzərinə itələnmişdir. Lahıc çökəkliyi tektonik mənşəli olub, Dibrar filiş zonasını Vandam qalxımından ayrılan qırılma ilə əlaqədardır.
Şamaxı rayonunda Vandam antiklinoriumu tamamilə Maykop seriyası ilə transqressiv örtülür. Qravimetrik və palçıq vulkanının püskürmə materiallarına görə gömrülmüş formada Xəzər dənizinin sahilinə kimi (Sanqaçal və Ələt stansiyaları arasında) izlənilir.
Vandam antiklinoriumu cənubdan qırılmalarla və ya transqressiv kontaktla (Baskal tektonik örtüyü) sərhədlənir.
Şamaxıdan şərqə Paleosen, Miosen, Pont, Ağcagil çöküntülərindən təşkil olunmuş Şamaxı-Qobustan sinklinoriumu yerləşir. Bu sinklinoriumun oxu Şamaxının cənubundan və Mərkəzdən şərqə keçir. Cənubda Paleosenin çıxışlarının genişlənməsi və Təbaşirin yer sçthinə yaxınlaşması ilə Şamaxı-Qobustan sinklinoriumu Ləngəbiz-Ələt antiklinoriumuna keçir.
Şamaxı-Qobustan sinklinoriumunun və Ləngəbiz-Ələt antiklinoriumunun qırışıqlıq quruluşu Kovdağ-Sumqayıt zonasının strukturuna anoloji olaraq, qərbdən şərqə xətti qırılmalardan səciyyəvi braxiformalı qırışıqlara keçir və diapirinin, paçıq vulkanizmi ilə mürəkkəbləşir.
Böyük Qafqazın uzaq cənub-şərqində, Abşeron yarımadasının əksər hissəsində və cənubi-şərqi Qobustanda Paleosen-Potun kifayət qədər sıxılmış Qafqaz istiqamətli qırışıqlıq sistemləri təmamilə başqa quruluşa malik olan, sərbəst struktur mərtəbə təşkil edən Pliosen Antropogenə keçir.
Dostları ilə paylaş: |