Azərbaycanın geologİyası I mühazİrə


Araz qarşısı struktur-fasial zona



Yüklə 412,58 Kb.
səhifə15/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   11   12   13   14   15   16   17   18   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Araz qarşısı struktur-fasial zona

Bu zona Ermənistan struktur-fasial zona­sından cənubi-qərbə (müasir planda İrə­van və Ordubad siklinoriumlarında) yer­ləşir. Bu zona üçün səciyyəvi əlamət­lərdən biri onun şimali-qərbində alt Paleozoy­dan; orta his­sə­sində- orta-üst Paleozoy mio­geo­sinklinal törəmələrindən; cənubi-şərqində isə Paleozoy, Trias və az qalınlıqlı orta Yura yaşlı bünövrənin olmasıdır. Burada bünövrə nə bir o qədər Hersin qırı­şıq­lığının təsirinə, nə də ki, Alp tentonik mər­hə­lə­sinin əvvəlində və sonunda əyilməyə məruz qalmamışdır. Yalnız Alp ten­tonik tsik­linin tamamlayıcı mər­hə­ləsində (oliqo­sen-Miosendə) bu zona parçalan­ma­ya qırışıq­lığa və intensiv əyilməyə məruz qalmış­dır. Bu mərhələdə Arazqarşısı struktur-fasial zona bir sıra dağarası çökəkliklərə və qalıq qalxımlara ayrılmışdır ki, onlardan da yalnız Daralagöz antiklinoriumu Kiçik Qafqaz meqantiklinoriumunun tərkibinə daxil olmuşdur.

Daralagöz antiklinoriumu asimmetrik quruluşa malik olub, şimali-qərb istiqa­mət­­­də uzanır. Onun tağ hissəsi orta Paleozoy (S1-D2) yaşlı olub, onun cənubi-qərb ət­­rafına doğru yerini dəyişmişdir və cənubi-qərbdən, Araz dağarası çökəklik tərəf­dən isə dik qırılma ilə ayrılır. Bu antiklinoriumun şimali-şərq qanadı orta Paleozoy, perm, Trias, eləcədə az qalınlıqlı orta Yura və üst Təbaşir, eosendən təşkil olun­muş­dur.

Kiçik Qafqazda böyük ərazi yeni (Miosen-alt Pliosen, üst Pliosen, antropogen) sübareal vulkanik törəmə örtüyü ilə örtülmüşdür.


Araz dağarası çökəklik

Cənubi-qərbdən KQM-nu öz inkişaf tarixinə və quru­lu­şuna görə Zaqafqaziya dağarası çökəkliyindən kifayət qədər fərqlənən Araz dağ­arası çökəkliyi ilə əhatə olu­nur. Araz dağarası çökəkliyi Araz qarşısı struktur-fasial zonasının (Paleogenin so­nuna kimi qalxım olan) daxilində yaranmışdır, bir neçə ay­dın görünən törəmə çö­kək­liklərdən ibarətdir. Onun şimali-qərb hissəsini Miosen çö­küntüləri ilə dolmuş Ararat dağarası çökəkliyi təşkil edir. Ararat çökəkliyi şimali-şərqdə İrəvan çökək­liyinin daha çox əyilməyə məruz qal­mış hissəsindən ensiz Entidcin qalxımı ilə ayrılır.

Nisbətən böyük olan eninə Canavar qapısı qalxımında orta Paleozoy bünövrəsi Araz çayının akkumulyativ səthindən 400 m yuxarı qalxmışdır. Qurd qapısı qalxımı Sə­də­rək çökəkliyini Naxçıvan çökəkliyindən ayırır. Naxçıvan çökəkliyi qalınlığı 3 km-ə çatan Miosen və qismən oliqosen çöküntüləri ilə dolmuşdur. Naxçıvan çökək­liyinin şi­mali-qərb hissəsi- Noraşen muldası, Ararat və Sədərək çökəklikləri kimi Ant­ropogendə də əyilməyə məruz qalmışdır.

Naxçıvan çökəkliyi cənubi-şərqdə qalanır və Nehrəm (Culfa) tağvari qalxımı ilə əvəz olunur. Nehrəm qalxımı Kiçik Qafqaz meqaantiklinoriumundan oliqosen çö­kün­­tülə­rin­dən təşkil olunmuş yəhrlə ayrılır. Onun cənubi-şərqində Araz dağarası çö­kəkliyi­nin uzaq cənubi-şərq elementi olan Culfa çökəkliyi yerləşir.


Talış antiklinoriumu

Kiçik Qafqaz sistemində uzaq cənubi-şərq hissəni ondan törəmə eninə Aşağı Araz çökəkliyi ilə ayrılan talış silsiləsi braxiantiklinoriumu təş­kil edir.

Öz inkişafına və Kiçik Qafqaz sistemində tutduğu kənar vəziyyətə görə talış Acar-Trialet zonasına uyğun gəlir və əsasən paleogen yaşlı vulkanogen-terrigen qat­dan təşkil olunmuşdur.

Uzaq cənubi-qərbdə paleosen, eosen qatlarından ibarət olan Astara qalxımı yer­ləşir. Astara qalxımı şimali-qərbə açılan Maykon qatının nisbətən yastı qırışıqlardan ibarət Yardımlı düzənliyi (depresiyası) ilə əvəz olunur. Yardımlı düzənliyində təd­ri­cən Burovar qalxımına keçir. Kür çökəkliyi ilə sərhəddə isə asimmetrik quruluşa ma­­lik Cəlilabad (Astraxanbazar) zonası yerləşir.



Kür çökəkliyinin tektonikası

Kür çökəkliyi uzanma istiqamətində bir-birindən kifayət qədər fərqlənən üç hissəyə ayrılır:




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin