Azərbaycanın geologİyası I mühazİrə


Geosinklinal Hersin kompleksi



Yüklə 412,58 Kb.
səhifə27/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   23   24   25   26   27   28   29   30   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Geosinklinal Hersin kompleksi- Xasaut sinklinoriumununda saxlanılmışdır. Xa­­­­­­sa­ut sinklinoriumunun geoloji quruluşunda alt-orta Paleozoy yaşlı süxurlar iştirak edir.

Ön silsilə zonası. Müasir struktur planda Ön silsilə zonası en istiqamətə yaxın uza­nan böyük qraben və ya qraben-sinklinorium formasındadır. Planda şərq is­ti­qa­mət­­­də ensizləşərək, uzunluğu 300 km- ə çatan paz formasındadır, Şimali və Pşekiş- Tırnauz qırılmaları ilə sərhədlənir. Onun eni qərb hissədə 50 km olub, şərqdə Bek­san çayı rayonunda 5 km- ə çatır. Ön silsilə zonasının quruluşunda Kembriyəqədər bü­növ­­rə; erkən Hersin geosinklinal; son Hersin orogen kompleksləri iştirak edir. son Her­sin orogen kompleksi Kembriyəqədər bünövrə və erkən Hersin geosinklinal komp­­­­­leks­ləri­ni qeyri-uyğun örtür. Beləliklə, Ön silsilə zonasının Yurayaqədər bü­növ­­­rəsində aydın seçilən üç struk­­tur mərtəbə ayrılır. Bu struktur mərtələrdən aşağı­dan ikisi Hersin qırışıqlıq mər­hə­ləsinin baş inver­siyaya qədər fazasında şimali-qərb isti­qamətdə uzanan intensiv qırışıqlığa məruz qal­­mışdır. Bu qırışıqlar Şimal və Pşe­kiş-Tırnauz qırılmalarına görə kulisvari yerləş­miş, bir-birindən ümumi Qafqaz və en isti­qamətli qırılmalarla ayrıl­mış­dır.

Bünövrə kompleksi (Kembriyəqədər) Blıb antiklinal qalxımında (Balkan və ar­mov dəstələri), Ön silsilə zonasının uzaq şərq qurtaracağında (Şaukol dəstəsi) yer üzə­rinə çıxır. Blıb antiklinal qalxımının quruluşunda Beçasın zonasında olduğu kimi iki qat altda (Femik), üstdə (Sial) ayrılır. Felik qatı Balkan dəstəsinin Kembriyə­qə­dər amfibolitlərindən və tonalitlərindən ibarətdir. Tonalitlər laya oxşar uyğun küt­lə­­lər əmələ gətirir.

Sial qatı armov dəstəsinin kristallik şistlərindən, qneyslərindən, amfobolit­lə­rin­­dən, eləcədə qranit-qneysdən təşkil olunmuşdur. Femik və Sial qatlarının sərhəd­di (kon­­taktı) hər yerdə tektonik xarakter daşıyır.



Erkən Hersin geosinklinal kompleksi (struktur mərtəbəsi) dəniz şəraitində top­lanmış və orta karbonda təzahür edən, müxtəlif tərkibli (hiperbazitdən plagioqra­nitə kimi) intruziyalarla yarılmış, vulkanogen və çökmə mənşəli Paleozoy, bəzi sahə­lər­də Kembriyəqədər yaşlı kompleksi örtür. Hersin struktur mərtəbəsi bünövrədə şar­yaj tip­li tektonik qırılma ilə ayrılır.

Ön silsilənin əsas hissəsinin (kiçik Laba və Baksan çaylarının arasını əhatə edən) erkən Hersin qırışıqlığı Şimal və Pşekiş qırılmaları arasında yerləşən, şimal-qərb istiqamətdə uzanan sinform strukturun bir hissəsini təşkil edir. Sinforma orta Pa­leozoy qatının lövhəvari paravtoxtondan və onun üzərinə itələnmiş Kembri­yə­­qə­dər və Paleozoy yaşlı süxürlardan ibarət şaryajdan (örtükdən) ibarətdir.

Paravtoxton lövhəsi- Şimal və Pşekiş-Tırnauz qırılmaları ilə kəsilmiş, sinklinal (qu­­ruluşlu) tipli nəhəng orta Paleozoy strukturunun bir hissəsini təşkil edir. Bu isə Mərkəzi zonada orta Paleozoy qatının böyuk (5-6 km), Kənar zonalarda isə az (1,5 km) olması ilə təsdiqlənir. Bu zonalar bir birindən şimal-qərb istiqəmətdə uzanan qı­rıl­malarla ayrılır, Hersin evgeosinklinal çökəkliyinin müxtəlif dərəcədə enməyə mə­ruz qalmış sahələrinə müvafiq gəlir. Orta Paleozoy paravtoxton lövhəsinin üzə­ri­nə itələnmiş örtük, siniformanın nü­vəsində saxlanmışdır.

Paravtoxton-alloxton sistemindən yaranan sinforma Ön silsiləni sərhədləyən qı­rılmaların istiqamətinə nəzərən 10-300 bucaq altında şimal-qərb istiqamətdə uza­nan qırışıqlar seriyasından ibarətdir. Qırışıqlar sistemi üfuqi (tangensial) sıxılma şərait­in­də əmələ gələn, əyilmə qırışıqlardır.

Bu qırışıqlar üç istiqamətdə izlənilən dik qırılmalarla ayrılmışdır.


  1. Pşekiş-Tırnauz və ona paralel olan qırılmalar (uzanması 280-2950).

  2. 300-3200 azimutla uzanan və 1-ci qırılmalar sistmi ilə birləşən qırıl­ma­lar.

  3. Şimal-şərq istiqamətli eninə qırılmalar.

Erkən Hersin struktur mərtəbəsinin qırışıqları və qırılmaları genetik əlaqəli struk­­­­turların qanunauyğun sistemini əmələ gətirir (morfoloji cəhətdən nəhəng üfuqi yerdəyişmələrlə əlaqədar yaranan, qırışıqlar sisteminə uyğun).

Gec Hersin orogen kompleksi (üst Paleozoy struktur mərtəbəsi)- orta kar­bon-Trias yaşlı strukturlardan ibarətdir. Gec orogen kompleksi üçün (en istiqamətə ya­xın uzanan) 4 əsas tektonik struktur (Beçasın zonası, Ön silsilə zonası, Baş silsilə zo­nası, Cənub yamacı zonası) ayrılır.

Baş silsilə və Beçasın zonalarında üst Paleozoy çöküntüləri demək olar ki, sax­la­nılmamışdır. Ona görə də gec Hersin kompleksinin quruluşu yalnız Ön silsilə (Alp tek­­tonik hərəkətləri ilə olduqca zəif mürəkkəbləşən) və cənub yamacı (Alp tek­to­ge­ne­zində fəal iştirak edən) zonalarında öyrənilə bilər.

Üst Paleozoyun struktur planında Ön silsilə zonası, şimaldan Şimal, cənubdan isə Pşe­kiş-Tırnauz qırılmaları ilə hüdudlanan qraben-sinklinoriumudan ibarət olmuş­dur. Bu si­nk­linoriumun qanadları yalnız ayrı-ayrı sahələrdə Ön islsilə zonasından kə­nara çı­xır. Hazırda üst Paleozoy mərtəbəsinin quruluşu qalxımlarla aryılan çökək­lik­lər sis­temindən ibarətdir. Qərbdən şərqə Ön silsilə sinklinoriumunun quruluşunda aşa­­ğı­­da­kı nisbətən iri çökəkliklər ayrılır: Beloreçen, Bambak, Kyafar-Zelençuk, Ak­saut, Ep­çik, Çummurmin, İslamqat. Bu çökəkliklərin və qalxımların sərhəddi adatən qı­rıl­malar hesab olunur. Sinklinoriumun oxuna görə şimal-qərb istiqamətli uzununa, sub­en və şimal-şərq istiqamətli eninə qırılmalardır.

Ön silsilənin üst Paleozoy çökəkliklərinin əksəriyyəti üçün istər en, istərsədə uzununa istiqamətdə assimetrik quruluş səciyyəvidir.



Ön silsilənin üst Paleozoy sinklinoriumunu bloklara ayıran qırılmalar adətən fay tiplidir, lakin onların arasında (şimal-qərb istiqamətdə uzanan və cənuba meyl edən) üstə gəlmələrə də rast gəlinir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin