Lök-Qafan zonası (LQZ)- ATQZ-nın cənubi-şərqində yerləşir və Kiçik Qafqazın bütün şimali-şərq hissəsini (baş Alp çökəkliyinə uyğun gələn) əhatə edir, şimali-qərbdən (dağlıq Axankalaindən) cənubi-şərqə (Arazın aşağısına kimi) 350 km- dən çox məsafədə uzanır. LQZ- nın müasir quruluşu alt Paleozoyun metamorfik qatından, üst palezoyun Hersin qranitodlərindən, nisbətən az qalınlıqlı vulkanogen-çökmə süxurlarından təşkil olunmuş qədim geoantiklinal bünövrə üzərində yaranan böyük geosinklinal çökəkliyin inkişafının sonuna müvafiq gəlir.
LQZ- da Alp struktur mərtəbəsi alt Yuranın (Leyasın) az qalınlıqlı terrigen, olduqca böyük qalınlıqlı vulkanogen bayos və tufogen batla başlayır. Yuxarıda üst Yuranın vulkanogen-çökmə qatı yerləşir (bat çöküntüləri kimi o da zonanın şimali-qərbində iştirak etmir). Onun ən cənubi-şərq hissəində kifayət qədər qalınlığa malik karbonatlardan təşkil olunmuş alt Təbaşir çöküntüləri geniş yayılmışdır. Bütün bu törəmələr (Bayos-alt Təbaşir) qalınlığı 5-6 km-ə çatan, üst Yura və alt Təbaşir qranitoidləri ilə yarılmış, vahid alt Alp struktur mərtəbəsini təşkil edir. Bir qayda olaraq, xüsusi çökəkliklərdə bucaq uyğunsuzluğu ilə yatan alt-üst Təbaşir yaşlı terrigen, vulkanogen, karbonat qatı 2-ci Alp struktur mərtəbəsini təşkil edir.
LQZ-nın şimali-qərb hissəsinə nisbətən cənubi-qərb hissəsi Mezazoyun daha tam kəsilişinə malikdir. Belə ki, Araz yaxınlığında alt Təbaşir tam kəsilişə malikdir.
Əsası orta Yurada qoyulan və əsasən Təbaşirin sonu-paleogendə formalaşan LQZ-nın müasir struktur planında bir sıra sərbəst tentonik vahidlər ayrılır. LQZ-nin böyük şimali-şərq hissəsini mürəkkəb quruluşa malik Lök-Qarabağ antiklinoriumu (LQA) təşkil edir ki, o da öz növbəsində orta-üst Yurada yaranan, üst Yura və alt Təbaşir çöküntüləri ilə dolmuş çökəkliklərlə mürəkkəbləşmişdir.
LQZ-nun şimal-qərb və cənub-şərq hissələri öz quruluşuna görə bir-birindən kifayət qədər fərqlənir. Nisbətən qalxmaya məruz qalmış ŞQ hissədə en istiqamətli braxiformalı qalxımlar (Şəmkir, Alaverdi, Lok, Xram) yerləşir. Nisbətən çox əyilməyə məruz qalmış cənubi-şərq hissə üçün isə ensiz xətti qalxımlar (Murovdaq, Qarabağ, Ağdam-2-ci dərəcəli antiklinorium) səciyyəvidir. LQA-nun cənubi-şərq hissəsində qalxımlar morfoloji quruluşuna və yaranmasına görə şov (qırılma) antiklinallara müvafiq gəlir.
Dostları ilə paylaş: |