4.3. Maqmatizm
Qafqazarxası dağarası çökəklikdə və Kiçik Qafqazın şimal hissəsində (Dzirul, Xram, Lok qalxımlarında) yer üzərində çıxan Kembriyəqədər törəmələr biotit, biotit-qranitli qneys və plagioqneslərdən, amtibolit və hornbledli qneys qatlarından ibarətdir. Misxan qalxımında qalınlığı 3 km-ə çatan metamorfik törəmələr 2 seriyaya ayrılır. Yaşı Rifeyin sonuna (660 mln. il) alt seriya kvars-qrafit şistlərindən, kvarsitlərdən, mərmərdən; yaşı vend alt-Paleozoya müvafiq gələn üst seriya isə fillitlərdən, yaşıl şistlərdən, porfiritlərdən, mərmərdən ibarətdir.
Kiçik Qafqazda erkən Paleozoy maqmatizmi müxtəlif təzahürlərlə müşayət olunur.
Əsas tərkibli lava-amfibolit qatını əmələ gətirir.
Mikalı şist və amfibolit qatını yaran qranitin təzahürü.
Əsas maqmanın təzahürü- diabaz porfiritlərinin və onların piroklastitlərinin (aqveran dəstəsi) əmələ gəlməsinə səbəb olur. Sonra Misxan massivindən turş maqmatizmin təzahürünün 2-ci mərhələsi başlayır və qranodiorit, kvarslı diorit, eləcə də diorit və qabbro-dioritlərin yaranmasına səbəb olur.
Kiçik Qafqazın şimali-şərq zolağında, kiçik Qafqaz geosinklinalının bayosun sonunda formalaşan daxili qalxımlarında (Alaverdi, Şəmkir, Qafan) kvars plaqioporfirlərin və keratofirlərin örtüklərinin yaranmasına səbəb olan nisbətən turş lavanın təzahürü baş verir. Geosinklinalın mərkəzi hissəsində (Murovdaq və Qarabağ silsiləsi zonalarında) turş tipli lavanın daha əsas lavalarla əvəz olunur.
Orta Yuranın Bat əsrində vulkanizmin yayıldığı sahə hiss olunacaq dərəcədə qısalır, Qafan-Lök geosinklinalı ilə məhdudlaşır. Vulkanların fəaliyyəti başlıca onlaraq partlayış xarakteri daşıyır.
Bat-Bayos vulkanik törəmələri alt Yuradan fərqli olaraq porfirit (andezit-dasit) formasiyası ilə təmsil olunur. Lakin, split-keratofir formasiyası ilə bir sıra ümumi əlamətləri saxlayır. Porfirit formasiyası ilə əlaqədar olan kifayət qədər çox subvulkanik (maqmatik) formalar- ştoklar, sillər mövcuddur. Onların tərkibi kvars dioritlərdən və sienit-dioritlərdən qəbbro-dioritlərə kimi dəyişir. Kifayət qədər böyük qranitoid intruziyalarına (Şəmkir qalxımı, Tovuz və digər intruziyalar) rast gəlinir.
Gec Yura epoxasında maqmatik fəaliyyət kəskin zəifləyir. Konsolidasiya olunmuş Qafqazarxası aralıq massivinin Kutaisi rayonunun qələvi bazalt vulkanizminin təzahürü (Kimmeric epoxasında) baş verir. Kiçik Qafqazın şimali-şərq zolağında vulkanizmin məhsulları andezit-bazalt və ya andezit tərkibilidir.
Orta Yuradan fərqli olaraq, gec Yuranın Kimmeric əsrində baş verən vulkanizm təzahürü qeyri-bərabər paylanmışdır və əsasən antiqafqaz geosinklinalı (Qazax, Daşkəsən, Martuni) ilə əlaqədardır.
Alb epoxası müstəsna olmaqla erkən Təbaşir böyük hissəsində Qafqazın əksər rayonları effuziv vulkanizmin tam sönməsi ilə xarakterizə olunur. Kiçik Qafqazın inkişafının bu mərhələsi intensiv qalxma və kifəyət qədər struktur dəyişiliklə xarakterizə olunur. Kiçik Qafqaz geosinklinalının ayrı-ayrı daxili qalxımları vahid Lök-Qarabağ antiklinoriumu ilə birləşir. Kvars-diorit və qranodiorit tərkibli kifayət qədər intruziv massivlərin formalaşması da bunula əlaqədardır. Təbaşirəqədər, erkən Təbaşir yaşlı bu intruziyalar orta Yura çöküntülərini yarır, onlardan çoxu üst Yuranı kəsir və metamorfikləşdirir.
Erkən Təbaşirin sonunda Alpdan, xüsusən də Albın ortalarından Zaqafqaziyada vulkanik fəaliyyətin kifayət qədər canlanması qeyd olunur. Alb-senomanda vulkanizm Böyük Qafqazın cənub yamacına, Acar-Trialet çökəkliyinə keçir.
Acar-Trialet və lök-Qarabağ zonasının qalıq çökəkliklərində Turon, konyak, santon əsrləri vulkanizmin maksimal fəallığı vaxtına təsədüf edir. Kiçik Qafqazın şimal zolağında vulkanların fəaliyyəti tədricən zəifləsədə (sönsədə), demək olar ki, kampanın ortalarına kimi davam etmişdir.
Kiçik Qafqazın mərkəzi zonasında, Həkəri çökəkliyində intensiv vulkanik fəaliyyət konyakda başlayır və erkən Santonda maksimuma çatır. Kiçik Qafqazın cənub zonasında, xüsusən də Vediçayın hövzəsində Turon-santonda əsas tərkibli maqmanın təzahür ocaqları yaranır.
Kiçik Qafqazın şimali-şərq, lök-Qarabağ zonalarının üst Təbaşir effuzivləri porfirit fasiyasına aiddir. Xram və Lok massivləri arasında yerləşən lök-Qarabağ zonasının şimali-qərb hissəsində üst Təbaşir vulkanitləri Acar-Trialet çökəkliyinin andezit-bazalt lavalarından fərqli olaraq turş tərkiblidir.
Yura inkişaf mərhələsində olduğu kimi, Təbaşirdə də vulkanizmin tədricən şimaldan cənuba (platformadan geosinklinalının daxilinə) yerdəyişməsi müşahidə olunur. Lakin, gec Təbaşirdə vulkanogen törəmələrin paylanması erkən və orta Yuradan tam fərqli olub, antiqafqaz geosinklinalının qalıq çökəkliklərində, Acar-Trialet və Göyçə-Həkəri geosinklinallarında cəmləşir. Burada toplanan vulkanogen qatın qalınlığı 1,5 km-ə çatır. Hiberbazit formasiyası- inversiyaya məruz qalmayan çökəklikləri (Göyçə-Əgərə və İrəvan) əhatə edən qırılmalarda öyrənilmişdir. Yura vulkanik mərhələsindən fərqli olaraq, Təbaşir mərhələsi demək olar ki, qranitoid intruziv formasiyası müşahidə olunmur. Bu isə onunla izah olunur ki, Təbaşirin sonunda qalxma, Yuranın sonundakı qədər yüksək olmamışdır.
Qafqazda vulkanizmin növbəti təzahürü Eosendə (xüsusən də orta və gec Eosendə) əlaqədardır. Şimali Qafqazın miogeosinklinal zonasında vulkanik fəaliyətin təsirinə yalnız üst paleosenin İl və Abxaz seriyalarında tufogen məhsulların qarışığı formasında rast gəlinir. Cənub yamacın geosinklinal çökəkliklərində isə ona kounun aşağılarında (alt-orta Eosen) və Dzau-Kaxet zonasının qərb hissəsində orta Eosendə rast gəlinir.
Kiçik Qafqazın geosinklinal çökəkliklərində (İrəvan müstəsna olmaqla) erkən Paleogendə əsasən orta tərkibli maqmanın güclü sualtı püskürməsi müşahidə olunur. Paleosen-erkən eosendə sualtı püskürmənin intensivliyi yüksək olmamışdır (tufogen-filiş qatı). Lakin erkən eosenin 2-ci yarısında (Talış, Ordubad çökəklikləri), orta eosenin əvvəllərində (Göyçə, Acar-Trialet çökəkliklərində) andezit maqmasının güclü təzahürü baş verir. Orta Eosenin maqmatik mərhələsi müxtəlif intruziyaların təzahürü ilə başa çatır. Məsələn, Acar-Trialet zonasında silə oxşar qabbroidlər, Göyçə zonasının qərb hissəsində- ultrabazitlərin təzahürü, Göyçə-Həkəri zonasında isə- qabbro, qabbro-dioritlər, dioritlər, kvars dioritlər, qranidioritlər və plagionranitlər müşahidə olunur.
Kiçik Qafqazın çökəkliklərində eosenin orta və gec epoxaları arasında yerli xarakter daşıyan, qısamüddətli qalxmadan sonra, gec eosendə yenidən püskürmə baş verir. Lakin, bu püskürmə sahəvi xarakter daşıyır. Acar-Trialet zonasının şimali-qərb hissəsində andezit-bazalt və traxitlər; Göyçə çökəkliyində- turş və qələvi lava; Ordubad çökəkliyində- andezit-bazalt maqmasının təzahürü qeyd olunur.
Qafqazda ən böyük olan Meqri-Ordubad platosunun formalaşmasının eosenin sonunda başlaması və oliqosendə davam etməsi ehtimal olunur.
Oliqosen-erkən Miosendə vulkanik püskürmələrin intensivliyi və yayıldığı sahə kifayət qədər azalır. Vulkanik püskürmələr Kiçik Qafqazın şərq hissəsinin bir sıra sahələrində Göyçə və Ordubad çökəkliklərində müşahidə olunur və andezit, andezit-bazalt, qisməndə turş tərkibli lavadan ibarətdir.
Kiçik Qafqaz qalxımının Naxçıvan dağarası çökəkliyi ilə qovuşma zonasında andezit tərkibli maqmadan ibarət olan bir sıra böyük subekstruziv və hipabassal massivlər (İlandağ, Naqadcir və s.) formalaşmışdır. Kiçik Qafqazın hər iki vulkanik vilayətində gec Pliosen püskürməsi dolerit bazalt və andezit bazaltlarla başlayır, andezit və dasitlərin püskürməsi ilə başa çatır. Kiçik Qafqazda Antropogendə vulkanik püskürmə əvvəllər qeyd olunan rayonlarda davam etmişdir.
Dostları ilə paylaş: |