12. Parağaçay molibden yatağı.Bu yataq Ordubad rayonunda, Parağa kəndi ətrafındadır. Dəniz səviyyəsindən 2300-2800 m yüksəklikdədir. Yataqda istismar obyekti kimi 4 kvars molibden damarı məlumdur. Əsas filiz mineralları pirit, xalkopirit və molibdendir. Yataq 1952-ci ildən istismara verilmişdir. Hazırda qismən istismar olunur.
13. Gümüşlü polimetal yatağı. Bu yataq Şərur rayonunda yerləşir. Arpaçayın aşağı axınındadır. VII əsrdən mə'lumdur. Filizlərdə qurğuşun 4,5 %, sink isə 0,5 %-dir. Filizin mineroloji tərkibi qalenit, serusit, sfalerit, smitenonit və kalamindən ibarətdir. Yataq 1954-cü ildən istismara verilmişdir.