14. Darıdağ mərgümüş yatağı. Bu yataq Culfa rayonundadır. Culfa şəhərindən 8-9 km şimal-şərqdə yerləşir. Filiz kütləsi realqar, auripiqment, melnikovit, antimonit və pittisit minerallarından ibarətdir.
Naxçıvan MR-in ərazisində yerləşən əsas qeyri-filiz yataqları aşağıdakılardır:
1. Buzqov travertin yatağı. Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 40 km şimal-qərbdə, Aşağı Buzqov kəndindən 2 km şimalda yerləşir. Yatağın sahəsi 0,6 kv.km olub, faydalı qatın qalınlığı 5,7-59 m-dir. Blok çıxımı 42,8 % təşkil edir. Yataq 1983-cü ildən istismar olunur.
Dostları ilə paylaş: |