6. Nehrəm dolomit yatağı. Bu yataq Babək rayonundadır. Nehrəm kəndindən 10 km cənubda, Dərəşam dəmiryol stansiyasından 2 km şimalda yerləşir. Yatağın sahəsi 5 kv km-dir. Dolomitin qalınlığı 1000 m-dən çoxdur. Bu material odadavamlı xammal, yüksək möhkəmlikli çınqıl, susuzlaşdırılmış soda, şüşə istehsalı üçün yararlıdır.
7. Naxçıvan Daş-duz yatağı. Bu yataq Babək rayonu ərazisindədir. Naxçıvan şəhərindən 12 km şimal-qərbdə yerləşir. Yataqda 5 daş duz layı aşkar edilmişdir ki, bunlardan da yalnız üst hissədə yerləşən 2 lay sənaye əhəmiyyətlidir. Birinci lay yer səthindən 105-178 m aşağıda yerləşir və duzun orta qalıqnlığı 6 m-dir. İkinci lay birinci laydan 6-9 m qalınlığında gil layı ilə ayrılır və duzun orta qalınlığı 8.6 m-dir. NaCl-un miqdarı 92-98,5% təşkil edir. Yataq XIX əsrin əvvəllərindən istifadə edilir.