2. Şahtaxtı travertin yatağı. Bu yataq Şərur rayonu ərazisində, Şahtaxtı kəndindən 3 km cənub-qərbdə yerləşir. Yataq üç sahədən ibarətdir: I sahə Şahtaxtı kəndinin şimal-şərq hissəsində, II sahə I-dən 0,7 km şimal-şərqdə, III sahə isə II-dən 1 km-ə qədər şimal-şərqdə yerləşir. Yatağın sahəsi 0,8 kv.km olub, faydalı qatın qalınlığı 6,5-22,7 m-dir. Blok çıxımı 30-45 % təşkil edir. Yataq 1968-ci ildən istismar olunur.
3. Xələc mərmərləşmiş əhəngdaşı yatağı.Bu yataq Şərur rayonu ərazisindədir. Şərur şəhərindən 10 km cənub-qərbdə yerləşir. Yatağın sahəsi 0,016 kv km-dir. Faydalı qatın qalınlığı 40-70 m, ehtiyata daxil olan maksimal qalınlıq 24 m-dir. Əhəngdaşının həcm kütləsi 2,33-2,70 t\m3, Ca CO3-ün miqdarı 98% -dir. Yataq 1990-cı ilə qədər istismar olunmuşdur.