28
Müstəqillik dövründə bazarın inkişafına təsir edən əsas amillər:
Azərbaycan
sığorta bazarında baş vermiş mühüm hadisələri və mövcud durumu daha yaxşı analiz
etmək üçün son 15-20 ildə bazarının inkişafına təsir edən
mühüm hadisələrə diqqət
yetirmək məqsədəuyğun olardı. İlkin müstəqillik illərinin sığorta bazarı üçün düşərli
olmadığını nəzərə alsaq, deyə bilərik ki, yerli bazarın əsas inkişaf mərhələsi, əsas etibarı
ilə, yerli bank və kredit təşkilatlarının beynəlxalq maliyyə təşkilatlarından
ucuz pul
vəsaitlərini cəlb etməyə başladığı XXI əsrin əvvəllərindən başlayır.
Bu dövrdə cəlb
olunmuş yeni vəsaitlər öz bəhrəsini verdi və müxtəlif kredit məhsullarının satışı
genişlənməyə başladı.
Xüsusilə kütləvi xarakter almağa başlayan avtomobil və biznes kreditləri sığorta
bazarının canlanmasına yol açdı. Belə ki avtomobil krediti şərtlərinə əsasən borcalan
kredit məbləğini tam olaraq banka ödəyənə kimi avtomobil bankda girovda qalırdı.
Banklar isə öz riskini sığortalamaq məqsədi ilə avtomobilin sığortalanmasını həyata
keçirirdi. Eyni zamanda həmçinin müştərilərə təklif edilən
biznes kreditləri üzrə də
girov qoyulan əmlakların da banklar tərəfindən sığortalanması sığorta
sektorunun
dirçəlməsində ciddi rol oynamışdır. Bu tipli sığorta əməliyyatları, başqa sözlə desək,
“girov sığortası” ilk olaraq bankların öz marağındadır. Yəni borc alanın
müqavilə
şərtlərini pozma ehtimalına qarşı onun qoyduğu girovun gələcəkdə satılaraq, əvəzində
borc qalığının bağlanması üçün girovun müqavilə bağlanmamışdan
öncə olduğu
vəziyyətdə qalmasının təminatıdır. Göründüyü kimi bank sektorundakı canlanma
paralel olaraq sığorta sektorunun dirçəlməsinə zəmin yaradan amildir.
Yeni əsrdə sığorta bazarının inkişafına güclü təsir etmiş amillərdən digəri kimi,
2009-cu ildə “Sığorta fəaliyyəti haqqında” Qanununa əsaslı dəyişikliklərin aparılmasını
misal göstərəmək olar. Bu dəyişikliklə sığorta sektoru “həyat və qeyri-həyat” növlərinə
ayrılmışdır və bir sığorta şirkəti yalnız bir profil (həyat və ya qeyri-həyat) üzrə xidmət
göstərə bilər. Bundan sonra isə üç yeni şirkət “həyat sığortası”
üzrə xidmətlər
göstərmək üçün lisenziya aldı və bazarda qeyri-həyat sığortasının payı ildən-ilə artmağa
başladı. Həmçinin “həyat” sığortası üzrə yeganə icbari növ olan“İstehsalatda bədbəxt
29
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta haqqında” Qanun qəbul edildi. Nəticə etibarı ilə bu gün bazarda həyat və
qeyri-həyat sığortası payları üzrə,
demək olar ki, bərabərlik müşahidə edilir.
(http://marja.az/news/3911, 2017)
Dostları ilə paylaş: