38
məlumatların doğruluğundan, şəffaflığından asılıdır;
sığorta şirkətləri beynəlxalq mühasibat uçotu standartlarını
qəbul və tərtib
etməlidirlər;
sığortaçı kodeksə daha düzgün əməl olunması üzrə səhmdarlar qarşısında
mütəmadi hesabat verməlidirlər.
Hesabatlılıq
–
Sığorta
şirkətlərində, menecmentin
həyata keçirdiyi bütün
əməliyyatlar ciddi nəzarət altında olmalıdır.
direktorlar şurası (müşahidə şurası) səhmdarlar qarşısında
mütəmadi olaraq
hesabat verməlidirlər;
direktorlar şurası menecerlərin işlərinə nəzarət etmək, investorlar və təsisçilər
isə direktorlar şurasına nəzarət imkanına malik olmalıdırlar;
menecmentin mükafatlandırılması şirkət fəaliyyətinin uzunmüddətli nəticələri
ilə bağlı olmalıdırlar.
Məsuliyyət –
Sığortaçılıq hüquq sistemi ilə paralel
icra edilməli olan bir
fəaliyyətdir və şirkət rəhbərliyinin şirkət adına gördüyü bütün işlərinin qanunvericiliyə
və şirkət daxili qaydalara uyğun olması tələb olunur. Sığorta prosesi bəzi müqavilələrə
əsasən uzun illər sonra bitirilə və hətta bir ömür boyu davam edə bilər.
Buna görə
sığorta sektorunda məsuliyyət digərləri ilə müqayisədə olduqca uzun müddət davam
edə bilir.
Ədalətlilik –
Fəaliyyət zamanı sığorta tərəfləri arasında müəyyən qarşıdurmalar
ola bilər.
Səhmdarlar, menecerlər və tərəfdaşlar arasında maraqların toqquşması,
hədəflər və gözləntilər arasında əhəmiyyətli fərqlər, sığortaşılarla sığortalılar arasında
müəyyən anlaşılmazlıqlar ortaya çıxa bilər. Ədalətlilik prinspi də mübahisələrin önünə
keçməyi və ya hər iki tərəfin maraqlarına uyğun ədalətli formada həll etməyi nəzərdə
tutur.
(https://www.oecd.org/finance/insurance/48071279.pdf, 2017)
Dostları ilə paylaş: