33
Son iki il isə daxili bazar öz intensiv inkişafını yenidən təmin etmiş, 2017-ci ildə
15%, 2018-ci ildə isə 31% artım əldə edilmişdir. Bu göstəricilər isə
müvafiq illərdə
ÜDM- in 0,8 və 0,91 faizini təşkil etmişdir.
Yuxarıdakı cədvəldə sığorta bazarının hazırkı vəziyyəti haqqında dolğun təsəvvür
yaratmaq üçün geridə buraxdığımız 2018-ci il ərzində ölkəmizdə sığorta kateqoriyaları
üzrə hesablanmış sığorta mükafatları və sığorta
ödənişləri haqda məlumatlar
verilmişdir. Ötən il ərzində Azərbaycan bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti
tərəfindən toplanan sığorta haqları 728
milyon manat, sığorta ödənişləri isə 240.3
milyon manat təşkil etmişdir. Bu göstərici öncəki illə (2017) müqayisədə 30% artım
deməkdir. Könüllü sığorta məhsulları üzrə toplanan sığorta haqları 536.2 milyon manat
(sektor üzrə 73.7%)
təşkil etmişdisə, bu baxımdan sığorta ödənişləri 172.5
milyon
manata (sektor üzrə 71.8%) çatmışdır. İcbari sığortalar üzrə toplanan haqlar isə 192
milyon manatla sektur üzrə sığorta mükafatlarının 26.3%-ni, sığorta ödənişləri isə 68
milyon manatla ümumi ödənişlərin 28.2%-ni təşkil etmişdir.
Müşahidə edilən mühüm tendensiyalardan biri isə getdikcə həyat və qeyri-həyat
sığortası üzrə yerli bazarda tarazlığın yaranmasıdır. Belə ki, 2018-ci ildə könüllü sığorta
bazarında toplanmış 536,2 milyon manatın və 172,6 milyon manat sığorta ödənişlərin
yarıdan çoxu (305,7 milyon manatı sığorta haqqı, 95 milyon manat sığorta ödənişi)
həyat sığortası üzrə xidmətlərin payına düşür. Ümumlikdə götürdükdə isə toplanan 728
milyon AZN məbləğin təxminən 341 milyon manatı, yəni 46.84%-i həyat sığortası üzrə
təklif edilən xidmətlərin payına düşmüşdür. Sığorta ödənişləri
üzrə isə bu göstərici
40.82% təşkil edir.
(https://www.fimsa.az/az/press-reliz/571, 2019)
Dostları ilə paylaş: