2.2. Azərbaycanda müasir sığorta bazarının təhlili və daxili bazarın idarə
olunmasında sığorta şirkətlərinin rolu
Müstəqillik əldə etdikdən sonra bir sıra yeni şirkətlərin yaranması ilə rəqabət
mühitinin və sığorta bazarının formalaşmasının əsası qoyulsa da, Azərbaycanda sığorta
bazarının əsas inkişafı 2000-ci illərdən sonraya təsadüf edir. Rəsmi statistikaya görə,
məhz bu son 15 ildə sığorta bazarı öz fəaliyyətinin intensiv inkişaf dövrünü yaşayıb.
Statistik rəqəmlərə əsasən, 2003-2008-ci illərdə sığorta şirkətlərinin ümumi
kapitalının həcmində 3.4 dəfə artım müşahidə edilib. Əgər 2004-cü ildə Azərbaycanın
sığorta bazarında durğunluq hökm sürmüşdüsə (0,7 faiz artım), 2006-cı ildə 6,7 faiz
artım müşahidə edilmişdir. Digər tərəfdən yeni əsrin başlanğıcında sığorta
qurumlarından dövlət büdcəsinə köçürmələr yarım milyon manata belə çatmadığı
halda, 2005-ci ildə bu göstərici on bir dəfədən çox artaraq 5,5 milyon manat təşkil
etmişdir, hansı ki, o dövr üçün məcmu büdcə gəlirlərinin təxminən 0,3 %-nə bərabər
idi. 2008-ci ildə isə sığorta mükafatlarının məbləği və sığorta ödənişləri ötən illə
müqayisədə 21% artaraq müvafiq olaraq 179,26 milyon isə 49,81 milyon manat
olmuşdur. 2010-cu ilin yekununda bir müqavilə üzrə orta ödəniş məbləği 534 manat,
müqavilələr üzrə sığorta haqlarının orta göstəricisi isə 148 manat təşkil edib. (
Əliyeva
L., 2011).
Cədvəl 2: Azərbaycanda 2011-2018-ci illər üzrə sığorta bazarının inkişaf tempi
İllər
İllik sığorta
haqları (milyon
manatla)
Artım faizi
(Əvvəlki ilə
nisbətən)
Adambaşına
sığorta haqqı
(manat)
ÜDM-dəki
Pay
2011
213
36,90%
23,4
0,40%
2012
342,5
60,80%
37,1
0,60%
2013
405,7
18,50%
43,4
0,70%
2014
429,2
5,80%
45,3
0,70%
2015
442,9
3,20%
46,2
0,80%
2016
486,1
9,80%
50,1
0,80%
2017
556,9
14,60%
56,8
0,80%
2018
727,95
30,72%
73,5
0,90%
Dostları ilə paylaş: |