AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 4,12 Mb.
səhifə23/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Terioninin miqdarı invaziyanın 5-ci günü normada olur, 7-ci gün onun miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 0,085 mkmol/ml azalır, invaziyanın 10-cü günü isə yenidən onun miqdarı normaya qayıdır. Sisteinin miqdarı isə bütün invaziya dövründə normada olur (cədvəl 7.2).

Cücələrin eymeriya ilə yoluxdurulması prolinin və alaninin miqdarının artması ilə müşaət olunur. Xəstə cücələrin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi yoluxdurulan qrupun müvafiq göstəricilərinə nisbətən qeyd edilən amin turşulardan alaninin miqdarının azalmasına səbəb olur. Lakin, bu zaman onların miqdarı kontrol qrupun göstəricilərindən yüksək olur.

Cücələrin yoluxdurulub baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi sisteinin mübadiləsini tənzimləyir.

İnvaziyanın prepatent dövründə müalicə olunan qrupda leysinin və tirozinin miqdarında baş verən statistik dürüst artma, fenilalaninin miqdarında isə baş verən azalma invaziyanın 7-ci və 10-cü günləri normaya qayıdır. Baykoks və acı yovşanın kombinasiyası bu amin turşuların miqdarının normada saxlanılmasına səbəb olur. Sərbəst amin turşulardan müalicə zamanı invaziyanın 5-ci günü asparagin turşusunun (P<0,05) və qlutamin turşusunun (P<0,01) miqdarının azaldığı müşahidə olunmuşdur (cədvəl 7.2).

Kontrol qrupun göstəriciləri ilə müqayisədə asparagin turşusunun miqdarı 0,033

mkmol/ml, qlutamin turşusunun miqdarı 0,011 mkmol azalır. İnvaziyanın 7-ci və 10-cu günləri bu amin turşuların miqdarı normada olur. Bu amin turşuların miqdarının kontrol qrupun göstəricilərindən aşağı olması yəqin ki, onların metabolik proseslərə cəlb edilməsi ilə əlaqədardır. Belə ki, qeyd edilən amin turşular karbohidrat və yağların mübadiləsi ilə əlaqəli amin turşular mübadiləsində mühüm rol oynayır.

Müalicə olunan qrupda qlisinin miqdarında qeyri-stabillik müşahidə olunur. Onun miqdarı yoluxdurulan qrupda olduğu kimi, müalicə olunan qrupda da kontrol qrupun göstəriciləri ilə müqayisədə invaziyanın 3-cü günü azalır, 7-ci günü yenidən artır (cədvəl 7.2).

Cədvəl 7.2-də təqdim edilən məlumatların analizi göstərir ki, kontrol qrupun göstəriciləri ilə müqayisədə amin turşuların mübadiləsində bəzi kənarlanmalar müşahidə edilir. Miqdarında dəyişkənlik baş verən amin turşular ümumi amin turşuların 64,71%-ni təşkil edir.

Müalicə məqsədilə tətbiq edilən baykoks və acı yovşanın kombinasiyasının təsirindən lizinin, asparagin turşusunun, serinin, qlutamin turşusunun, qlisinin, sisteinin, leysinin və fenilalaninin miqdarının azaldığı, prolin, alanin və tirozinin miqdarının isə statistik dürüst artdığı müşahidə edilmişdir. Miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşuların əksəriyyətinin miqdarı invaziyanın 7-ci günündə normaya qayıdır. İnvaziyanın 5-ci günü miqdarında statistik dürüst dəyişkənlik baş verən 9 amin turşusundan 3-ün miqdarı normaya qayıdır. İnvaziyanın 10-cu günü miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşuların sayı 4-ə qədər azalır və ya 64,71%-dən 23,53%-ə enir.

Qan zərdabının sərbəst amin turşuların müqayisəli şəkildə öyrənilməsi göstərir ki, bəzi amin turşuların miqdarı parazitin sahibin orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq dəyişir. Məsələn, argininin miqdarında statistik dürüst dəyişkənlik invaziyanın 10-cü günü, asparagin və qlutamin turşularının, leysin və tirozinin miqdarında statistik dürüst dəyişkənlik invaziyanın 5-ci günü, treoninin miqdarında invaziyanın 7-ci günü, serin və fenilalaninin miqdarında isə invaziyanın 5-ci və 7-ci günləri baş verir. Lizin, prolin və alaninin mübadiləsində bütün invaziya dövründə statistik dürüst dəyişkənliklər müşahidə edilmişdir.

Baykoks ilə acı yovşanın kombinasiyası mübadiləsi öyrənilən amin turşulardan histidinin, metioninin, valinin və izoleysinin mübadiləsinə təsir etmir.

İnvaziyanın digər günləri ilə müqayisədə ən çox sayda mübadiləsində dəyiş-

kənlik baş verən amin turşulara invaziyanın 5-ci günü təsadüf olunur ki, bu vaxt parazitin merontlarının ikinci generasiyası dövrünə təsadüf edir.

Beləliklə, müalicə olunan cücələrin qan zərdabında yoluxdurulub müalicə edilməyən qrupun müvafiq göstəriciləri ilə müqayisədə amin turşuların mübadilə-sində az dəyişkənlik baş verir. Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə asparagin və qlutamin turşularının, leysin və tirozinin mübadiləsini tənzimləyir. Qeyd edilən amin turşuların miqdarında baş verən dəyişkənliklər yoluxdurulan qrupda bütün invaziya dövründə müşahidə edilir, müalicə olunan qrupda isə alaninin miqdarında statistik dürüst dəyişkənlik invaziyanın 5-ci günü baş verir. İnvaziyanın 7-ci günü isə onun miqdarı normaya yaxınlaşır.

Müəyyən edilmişdir ki, baykoks və acı yovşanın kombinasiyası ilə müalicə effekti bütün amin turşularını əhatə etmir. Tədqiqatın nəticələri göstərir ki, cücələrin E.tenella ilə yoluxdurulması və onun baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi bəzi amin turşularının mübadiləsini tənzimləməklə digər amin turşuların mübadiləsinin pozulmasına səbəb ola bilər. Ona görə də bu və ya digər faktorun cücələrin qan zərdabında amin turşu mübadiləsinə təsirini aydınlaşdırmaq üçün 20 günlük yoluxdurulmamış qara cücələrə müalicə məqsədilə tətbiq edilən qaydada baykoks ilə acı yovşanın kombinasiyasının amin turşuların dinamikasında baş verən dəyişkənliklər öyrənilmiş, nəticələr cədvəl 7.3-də verilmişdir.

Cədvəl 7.3.-də verilən məlumatlardan görünür ki, baykoks və acı yovşanın kombinasiyası sağlam cücələrin qan zərdabında sərbəst amin turşuların miqdarında baş verən dəyişkənliklər yoluxdurulub baykoks və acı yovşanın kombinasiyası ilə müalicə edilən cücələrin qan zərdabında olduğu kimi, lizinin miqdarının artdığı, asparagin turşusunun və serinin miqdarının azalması ilə müşaət olunur. Yoluxdurulan qrupda kontrol qrupun göstəriciləri ilə müqayisədə onların mübadiləsində dəyişkən-liklər qeydə alınmamışdır. Lizinin miqdarı kontrol qrupun göstəricilərindən 0,025 mkmol/ml çox, asparagin turşusu və serinin miqdarı isə müvafiq olaraq 0.033 mkmol/ml və 0,012 mkmol/ml az olmuşdur. Belə bir mənzərə qlutamin turşusunun mübadiləsində də müşahidə olunur. Bu amin turşusunun miqdarı yoluxdurulan qrupda 0,041 mkmol/ml artır, baykoks və acı yovşanın kombinasiyası verilən qrup-

da isə onun miqdarı kontrol qrupun göstəricisi ilə müqayisədə azalsa da statistik dürüst deyil (P>0,05).

Cədvəl 7.3

Baykoks ilə A.absinthium –un kombinasiyası verilən yoluxdurulmamış qara

cücələrin qan zərdabında sərbəst amin turşuların dinamikası,

(M±Sd, mkmol 1ml qan zərdabında)



Amin turşular

Kontrol cücələrin göstəriciləri

Baykoks ilə

A.absinthium

verilən cücələrin göstəriciləri



Amin turşular

Kontrol cücələrin göstəriciləri

Baykoks ilə

A.absinthium

verilən cücələrin göstəriciləri



Lizin

0,206±0,08

0,231+0,08

P<0,01


Alanin

0,530±0,11

0,601+0,08

P<0,01


Hisdidin

0,082±0,17

0,081+0,09

P>0,05


Sistein

0,538±0,23

0,530+0,10

P>0,05


Arginin

0,263±0,17

0,271+0,12

P>0,05


Metionin

0,158±0,18

0,160+0,11

P>0,05


Asparagin turşusu

0,433±0,16

0,400+0,13

P<0,01


Valin

0,174±0,07

0,176+0,07

P>0,05


Treonin

0,320±0,35

0,319+0,07

P>0,05


Leysin

0,315±0,09

0,314+0,10

P>0,05


Serin

0,352±0,18

0,340+0,08

P<0,01


İzoleysin

0,015±0,01

0,017+0,06

P>0,05


Qlutamin turşusu

0,410±0,11

0,408+0,09

P>0,05


Tirozin

0,150±0,09

0,156+0,08

P>0,05


Prolin

0,168±0,03

0,169+0,06

P>0,05


Fenilalanin

0,154±0,17

0,150+0,11

P>0,05


Qlisin

0,556±0,14

0,557+0,04

P>0,05


Cəmi

4,824

4,880

Baykoks və acı yovşanın kombinasiyası verilən qrupda sisteinin və fenilalaninin də miqdarı azalır. Bu halda da onların mübadiləsində baş verən dəyişkənlik statistik dürüst olmamışdır (P>0,05).

Qeyd etmək maraqlıdır ki, yoluxdurulan cücələrin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi və sağlam cücələrə baykoks və acı yovşanın birlikdə verilməsi zamanı, hər iki halda alaninin miqdarı kontrol qrupun göstəriciləri ilə müqayisədə artır (cədvəl 7.3).

Cədvəldə verilən məlumatların analizindən məlum olur ki, baykoks və acı yovşanın birlikdə təsirindən sağlam cücələrin qan zərdabında lizin, asparagin turşusunun və serinin miqdarında statistik dürüst dəyişkənlik müşahidə edilmişdir ki, belə bir hal yoluxdurulub müalicə edilməyən qrupdan olan cücələrdə müşahidə edil-

məmişdir.

Beləliklə, baykoks və acı yovşanın kombinasiyasının yoluxdurulmamış cücələrə verilməsi nəticəsində qan zərdabının amin turşu mübadiləsinə əks təsiri müəyyən edilməmişdir. Yəni, baykoks ilə acı yovşanın kombinasiyasının təsirindən normadan kənarlanma patoloji hal daşımır. Buna görə də baykoksun 2ml/l dozası ilə acı yovşanın 1500 mq/kq dozası birlikdə koksidioza qarşı tətbiq edilə bilər.




7.3.Eksperimental eymeriozun (Eimeria tenella) müalicəsi zamanı bəzi toxumalarda sərbəst amin turşularin dinamikası
7.3.1. Sağlam cücələrin bəzi toxumalarında sərbəst amin turşuların dinamikası

Ədəbiyyatlarda müxtəlif heyvanların, broyler cücələrinin toxumalarında amin turşuların mübadiləsi və dinamikası haqqında məlumatlara az da olsa təsadüf edilir, lakin yerli cinsdən olan cücələrin toxumalarında eymerioz zamanı sərbəst amin turşuların dinamikasında baş verən dəyişkənliklər haqqında məlumatlara təsadüf edilməmişdir.

20 günlük yerli cinsdən olan qara cücələrin qaraciyər, beyin və bud əzələlərində sərbəst amin turşuların dinamikası haqqında məlumatlar cədvəl 7.4 də verilir.

Sağlam cücələrin əzələ, qaraciyər toxuması və sinir toxumalarının sərbəst amin turşularının müqayisəli analizi göstərir ki, triptofanın əzələ və sinir toxumasında təsadüf edilən miqdarı o qədər az olmuşdur ki, onun miqdarını müəyyən etmək mümkün olmamışdır. Qaraciyər toxumasında isə onun miqdarı 1,013 mkmol-dir. Əzələ toxumasında lizinin miqdarı qaraciyər toxumasında olan miqdarından 2,5 dəfə çox, sinir toxumasında (beyində) olan miqdarından isə 0,092 mkmol azdır. Hər üç toxumanın əvəzolunmayan sərbəst amin turşularından lizinin miqdarını müqayisə etdikdə məlum olur ki, əzələ toxumasında onun miqdarı qaraciyər və sinir toxuması-

na nisbətən daha çoxdur (cədvəl 7.4).

Əvəzolunmayan amin turşulardan treoninin miqdarını qaraciyər toxumasında təyin etmək mümkün olmamışdır. Əzələ toxumasında (bud əzələləri) onun miqdarının 1,423 mkmol olduğu müəyyən edilmişdir ki, bu beyin toxumasında olan miqdarından 2,9 dəfə çoxdur.

Cədvəl 7.4.

Qara toyuq cücələrinin qaraciyərinin, bud əzələsinin və beyninin sərbəst amin turşuları (M±Sd, mkmol 1q toxumada)






Amin turşular

Qaraciyər

Əzələ

Beyin

Əvəzolunmayan amin turşular

1

Lizin

0,614±0,03

1,557±0,01

0,549±0,01

2

Triptofan

1,013±0,05

-

-

3

Metionin

0,268±0,04

0,088±0,01

0,209±0,01

4

Valin

0,506±0,04

0,345±0,01

0,519±0,01

5

Leysin

0,564±0,04

0,228±0,01

0,269±0,01

6

Izoleysin

0,349±0,04

0,114±0,01

0,221±0,01

7

Fenilalanin

0,322±0,04

0,150±0,01

0,228±0,01

8

Treonin

-

1,423±0,01

0,488±0,01

Cəmi

3,636

3,905

2,483

Əvəzolunan amin turşular

9

Histidin

0,853±0,04

1,560±0,00

0,153±0,01

10

Arginin

1,840±0,05

1,106±0,02

0,510±0,01

11

Asparagin turşusu

1,637±0,04

0,621±0,01

2,161±0,01

12

Serin

2,169±0,38

4,796±0,01

1,086±0,01

13

Qlutamin turşusu

3,448±0,04

1,168±0,00

7,132±0,01

14

Prolin

1,720±0,12

2,215±0,00

1,304±0,01

15

Qlisin

1,802±0,58

1,696±0,01

1,448±0,01

16

Alanin

1,450±0,04

1,949±0,01

1,046±0,01

17

Tirozin

0,373±0,04

2,257±0,01

0,295±0,01

18

Sistein

1,087±0,04

0,222±0,01

0,504±0,01

Cəmi

14,623

17,590

15,639

Bütün amin turşuların cəmi

18,259

21,495

18,122

Valinin miqdarına nəzər saldıqda aydın olur ki, onun miqdarı qaraciyər və sinir toxumasında demək olar ki, eynidir (müvafiq olaraq 0,506 və 0,519 mkmol). Əzələ toxumasında isə onun miqdarı qeyd edilən toxumalarda olan miqdarından təxminən 1,4-1,5 dəfə azdır. Bu toxumada, əvəzolunan amin turşular qrupuna daxil edilən qlutamin turşusunun miqdarı da qaraciyər və sinir toxumasında olan miqdarından müvafiq olaraq 2,95 və 6,11 dəfə azdır (cədvəl 7.4).

Əvəzolunmayan amin turşuların hər üç toxumada ümumi miqdarına nəzər sal-

dıqda (cədvəl 7.4) aydın olur ki, onun ən yüksək miqdarı əzələ toxumasında (3,905 mkmol), sonra qaraciyər toxumasında (3,636 mkmol), ən az miqdarı isə sinir (beyin) toxumasında olub 2,483 mkmol təşkil edir.

Qaraciyər, əzələ və sinir toxumasında öyrənilən əvəzolunan amin turşuların miqdarını müqayisə etdikdə məlum olur ki, əzələ toxumasında serinin miqdarı digər iki toxumaya nisbətən daha çox olub 4,796 mkmol-dur. Serinin miqdarı sinir toxumasına nisbətən qaraciyər toxumasında təxminən 2 dəfə çoxdur.

Əvəzolunan bütün amin turşuların miqdarına ayrı-ayrı nəzər saldıqda aydın olur ki, histidinin, serinin, prolinin, alaninin miqdarı əzələ toxumasında, arginin, qlisinin və sisteinin miqdarı qaraciyər toxumasında, asparagin turşusunun, qlutamin turşusunun və sisteinin miqdarı isə sinir toxumasında daha çoxdur (cədvəl 7.4).

Beləliklə, yerli cinsdən olan qara toyuq cücələrinin qaraciyər, əzələ və sinir toxumasında 8 əvəzolunmayan amin turşu müəyyən edilmişdir ki, onlardan da teroninin miqdarını qaraciyər toxumasında, triptofanın miqdarını isə əzələ və sinir toxumasında müəyyən etmək mümkün olmamışdır. Qaraciyər, əzələ və sinir toxumasında müəyyən edilən 10 əvəzolunan amin turşudan hamısının miqdarını hər üç toxumada təyin etmək mümkün olmuşdur. Əvəzolunan amin turşularının ümumi miqdarına görə birinci yerdə əzələ toxuması (17,590 mkmol), ikinci yerdə sinir toxuması (15,639 mkmol), üçüncü yerdə isə qaraciyər toxuması durur (kontrol qrupda 14,623mkmolol). Əvəzolunan və əvəzolunmayan amin turşuların cəminə görə yenə də birinci yerdə əzələ toxuması (21,495 mkmol) olmuşdur, ikinci yerdə qaraciyər toxuması (18,259 mkmol), üçüncü yerdə isə beyin toxuması durur (18,122 mkmol).

7.3.2.Cücələrin eksperimental eymeriozu zamanı beynində sərbəst amin turşularının dinamikası

Eymeriozun beyin toxumasında sərbəst amin turşularının dinamikasına təsirini öyrənmək üçün parazitin 2 müxtəlif dozasından - 20.000 və 100.000 oosista yoluxdurma üçün istifadə edilmişdir. İnvaziya zamanı bu dozaların təsirindən baş

verən anatomik dəyişkənliklər haqqında məlumatlar dissertasiyanın 3-cü fəslində verilir.

Cədvəl 7.5-də verilən məlumatlardan aydın olur ki, 20.000 oosista ilə yoluxdurma zamanı beyinin amin turşularının dinamikasında dəyişkənliklər baş verir. Təyin edilən 17 amin turşudan 7-də statistik dürüst dəyişkənlik baş verir ki, bu da ümumi amin turşuların 41,2%-ni təşkil edir.

Cücələrin parazitin 100000 oosistası ilə yoluxdurulması 20000 doza ilə yoluxdurmaya nisbətən çox sayda amin turşuların miqdarında dəyişikliklərə səbəb olur (cədvəl 7.6).

Belə yüksək dozada yoluxdurma zamanı öyrənilən 17 amin turşusundan 9-nun mübadiləsi pozulur. Bu da ümumi amin turşuların 52,9%-ni təşkil edir. Mübadiləsi pozulan amin turşularına lizin, arginin, asparagin turşusu, qlutamin turşusu, prolin, alanin, metionin və valin aiddir.

Cücələrin E.tenella-nın 20.000 oosistası ilə yoluxdurulması zamanı 100.000 oosista ilə yoluxdurmadan fərqli olaraq qlisin miqdarında statistik dürüst dəyişkənlik baş vermiş (P<0,01), sisteinin miqdarında isə statistik dürüst dəyişkənlik baş verməmişdir (P>0,05)

E.tenella–nın 20.000 oosistası ilə yoluxdurma zamanı miqdarında statistik dürüst dəyişkənlik baş verən 7 amin turşudan prolinin, qlisinin və valinin miqdarı azalır, arginin, asparagin və qlutamin turşularının miqdarı azalır (cədvəl 7.5).

Miqdarında dəyişkənlik baş verən amin turşularının miqdarını parazitin inkişaf mərhələlərinə, yəni invaziyanın 5, 7 və 10-cu günlərinə görə analiz etdikdə aydın olur ki, invaziyanın 5-ci günü 4 amin turşusunun (lizin, arginin, asparagin və qlutamin turşuları) miqdarı dəyişirsə, 7-ci günü 6 amin turşusunun (lizin, arginin, asparagin turşusu, qlutamin turşusu, prolin, qlisin və valin) miqdarında statistik dürüst dəyiş-

Cədvəl 7.5

Eimeria tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş qara toyuq

cücələrinin beynində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol, 1q toxumada)




Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurmadan sonrakı günlər

5-ci gün

7-ci gün

10-cu gün

1

Lizin

0,549±0,01

1,084±0,01

P<0,01


2,016±0,01

P<0,001


1,843±0,01

P>0,05


2

Histidin

0,153±0,01

0,224±0,01

P>0,05


0,176±0,01

P>0,05


0,208±0,01

P>0,05


3

Arginin

0,510±0,01

0,385±0,01

P<0,05


0,200±0,01

P<0,05


0,229±0,01

P<0,05


4

Asparagin turşusu

2,161±0,01

1,851±0,01

P<0,001


1,271±0,01

P<0,01


1,040±0,01

P<0,001


5

Treonin

0,488±0,01

0,525±0,01

P>0,05


0,342±0,01

P>0,05


0,452±0,01

P>0,05


6

Serin

1,086±0,01

0,911±0,01

P>0,05


0,616±0,01

P>0,05


0,858±0,01

P>0,05


7

Qlutamin turşusu

7,132±0,01

6,121±0,01

P<0,001


6,336±0,01

P<0,001


6,226±0,01

P<0,001


8

Prolin

1,304±0,01

0,965±0,01

P>0,05


0,862±0,01

P<0,01


1,421±0,01

P>0,05


9

Qlisin

1,448±0,01

1,333±0,01

P>0,05


0,998±0,01

P<0,01


1,234±0,01

P>0,05


10

Alanin

1,046±0,01

0,894±0,01

P>0,05


0,716±0,01

P>0,05


0,819±0,01

P>0,05


11

Sistein

0,504±0,01

0,450±0,01

P>0,05


0,466±0,01

P>0,05


0,573±0,01

P>0,05


12

Metionin

0,209±0,01

0,161±0,01

P<0,05


0,171±0,01

P<0,05


0,155±0,01

P>0,05


13

Valin

0,519±0,01

0,342±0,01

P>0,05


0,286±0,01

P<0,001


0,329±0,01

P>0,05


14

Leysin

0,269±0,01

0,301±0,01

P>0,05


0,232±0,01

P>0,05


0,250±0,01

P>0,05


15

Izoleysin

0,221±0,01

0,206±0,01

P>0,05


0,186±0,01

P>0,05


0,182±0,01

P>0,05


16

Tirozin

0,295±0,01

0,193±0,01

P>0,05


0,208±0,01

P>0,05


0,202±0,01

P>0,05


17

Fenilalanin

0,228±0,01

0,194±0,01

P>0,05


0,196±0,01

P>0,05


0,204±0,01

P>0,05


Cəmi

18,122

16,140

15,278

16,225

Cədvəl 7.6



Eimeria tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulmuş qara toyuq

cücələrinin beynində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol, 1q toxumada)




Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurmadan sonrakı günlər

5-ci gün

7-ci gün

10-cu gün

1

Lizin

0,549±0,01

1,008±0,01

P<0,01


1,425±0,01

P<0,01


0,649±0,01

P>0,05


2

Histidin

0,153±0,01

0,226±0,01

P>0,05


0,227±0,01

P>0,05


0,227±0,01

P>0,05


3

Arginin

0,510±0,01

0,515±0,01

P>0,05


0,252±0,01

P<0,05


0,294±0,01

P<0,05


4

Asparagin turşusu

2,161±0,01

1,129±0,01

P<0,01


1,192±0,01

P<0,01


1,390±0,01

P<0,01


5

Treonin

0,488±0,01

0,501±0,01

P>0,05


0,505±0,01

P>0,05


0,504±0,01

P>0,05


6

Serin

1,086±0,01

0,613±0,01

P>0,05


0,689±0,01

P>0,05


1,131±0,01

P>0,05


7

Qlutamin turşusu

7,132±0,01

3,060±0,0 P<0,001

4,680±0,01

P<0,001


6,118±0,01

P<0,001


8

Prolin

1,304±0,01

1,318±0,01

P>0,05


0,517±0,01

P<0,01


1,200±0,01

P<0,05


9

Qlisin

1,448±0,01

1,323±0,01

P>0,05


1,411±0,01

P>0,05


1,278±0,01

P>0,05


10

Alanin

1,046±0,01

1,006±0,01

P>0,05


0,710±0,01

P<0,05


1,087±0,01

P>0,05


11

Sistein

0,504±0,01

0,388±0,01

P<0,05


0,510±0,01

P>0,05


0,570±0,01

P>0,05


12

Metionin

0,209±0,01

0,181±0,01

P<0,05


0,169±0,01

P<0,05


0,203±0,01

P<0,05


13

Valin

0,519±0,01

0,352±0,01

P<0,05


0,350±0,01

P<0,05


0,530±0,01

P>0,05


14

Leysin

0,269±0,01

0,247±0,01

P>0,05


0,256±0,01

P>0,05


0,274±0,01

P>0,05


15

Izoleysin

0,221±0,01

0,224±0,01

P>0,05


0,227±0,01

P>0,05


0,226±0,01

P>0,05


16

Tirozin

0,295±0,01

0,214±0,01

P>0,05


0,282±0,01

P>0,05


0,296±0,01

P>0,05


17

Fenilalanin

0,228±0,01

0,219±0,01

P>0,05


0,253±0,01

P>0,05


0,226±0,01

P>0,05


Cəmi

18,122

12,524

13,655

16,203

kənlik baş verir.

İnvaziyanın 10-cu günü isə miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşularının sayı 3-ə enir (arginin, asparagin və qlutamin turşuları). Parazitin inkişafının prepatent dövrünün sonunda mübadiləsində dəyişkənliklər müşahidə edilməyən amin turşuların miqdarında patent dövründə də dəyişikliklər müşahidə edilmir (cədvəl 7.5).

Prolin, qlisin və valinin miqdarına nəzər saldıqda aydın olur ki, invaziyanın 5-ci və 10-cu günləri bu amin turşularının miqdarında dəyişkənlik müşahidə edilmir. Onların miqdarında dəyişkənlik invaziyanın 7-ci günü baş verir. Bu zaman hər üç amin turşusunun miqdarı kontrol qrupun müvafiq göstəricilərindən 0,442, 0,450 və 0,233 mkmol azalır.

Lizinin ən yüksək miqdarına invaziyanın 7-ci günü təsadüf edilir ki, bu zaman onun miqdarı invaziyanın 5-ci gününə nisbətən 0,932 mkmol, 10-cu gününə nisbətən 0,173 mkmol çox olur. İnvaziyanın bu günü lizinin miqdarı kontrol qrupun göstəricilərindən 1,467 mkmol yüksək olmuşdur.

İnvaziyanın digər günlərinə nisbətən arginin, prolinin, qlisinin və valinin ən az miqdarına 7-ci gün təsadüf edilmişdir (cədvəl 7.5).

Bir qrup amin turşunun (lizin, metionin) miqdarında dəyişkənlik merontların ikinci generasiyası zamanı başlayır və prepatent dövrünün sonuna qədər, digərlərinki (prolin, qlisin, valin) isə patent dövrü başlayır və bu mərhələnin sonuna qədər miqdarı bərpa olunur. Üçüncü qrup amin turşuların (arginin, asparagin və qlutamin turşuları) miqdarında dəyişkənlik xəstəliyin ilk dövrlərindən başlayır, bütün invaziya dövrü davam edir və hətta invaziyanın sonunda belə onun miqdarı kontrol qrupun göstəriciləri səviyyəsinə yaxınlaşmır.

E.tenella parazitinin 20.000 sporlaşmış oosistası ilə qara cücələrin yoluxdurul-ması zamanı beynin amin turşularının dinamikasına nəzər saldıqda qametoqoniya mərhələsində amin turşuların miqdarında daha kəskin dəyişkənliklərin baş verdiyi məlum olur. Bu zaman 7 amin turşunun dinamikasında dəyişkənlik baş verir. Sahibin bağırsaqda parazitin inkişaf mərhələsini sona çatması ilə əlaqədar beyin toxumasında əksər amin turşuların miqdarı normaya qayıdır (cədvəl 7.5). Kontrol qrupun müvafiq göstəriciləri ilə müqayisədə üç amin turşunun – arginin, asparagin və qlutamin turşusunun miqdarı normaya qayıtmır (P>0,05).

Cücələrin E.tenella parazitin 100.000 oosistası ilə yoluxdurulması zamanı dozadan asılı olaraq miqdarında dəyişkənlik baş verən amin turşuların miqdarı artır. Bu vaxt 10 amin turşunun miqdarında statistik dürüst dəyişkənlik baş verir (cədvəl 7.6). Miqdarında statistik dürüst dəyişkənlik baş verən amin turşularda lizinin miqdarı kontrol qrupun müvafiq göstəricilərinə nisbətən 0,876 mkmol artır (P<0,01). Digər 9 amin turşunun miqdarı isə azalır. İnvaziyanın 7-ci günü arginin miqdarı kontrol qrupun müvafiq göstəricisindən 0,258 mkmol (P<0,05), asparagin turşusunun 0,969 mkmol (P<0,01), qlutamin turşusunun 2,452 mkmol (P<0,001), prolinin 0,787 mkmol (P<0,01), alaninin 0,336 mkmol (P<0,05) az olur. Sisteinin miqdarında invaziyanın 5-ci günü statistik dürüst dəyişkənlik (P<0,05) müşahidə edilsədə invaziyanın 7-ci və 10-cu günləri belə hal müşahidə edilmir. 10-cu gün amin turşuların əksəriyyətinin (arginin, asparagin turşusu, qlutamin turşusu və prolin istisna olmaqla) miqdarı normaya qayıdır (cədvəl 7.6).

Beləliklə, cücələrin E.tenella parazitinin müxtəlif dozaları ilə yoluxdurulması zamanı alınan nəticələrin (cədvəl 7.5 və 7.6) müqayisəli analizi göstərir ki, yüksək doza ilə yoluxdurma aşağı doza ilə yoluxdurmaya nisbətən eyni amin turşularının mübadiləsində dərin patoloji dəyişkənliklərə səbəb olmaqla yanaşı, digər amin turşularını da bu prosesə cəlb edir ki, aşağı doza ilə yoluxdurma zamanı belə hal müşahidə olunmur.

Lakin, qeyd etmək lazımdır ki, parazitin hər iki dozası ilə yoluxdurma beyində amin turşuların miqdarında eyni istiqamətdə dəyişkənliklərə səbəb olur, yəni hər iki halda onların miqdarında azalma və ya artma müşahidə edilir. Ümumilikdə eymerioz beyində amin turşuların miqdarının azalması ilə müşayiət olunur ki, bu da özünü amin turşuların ümumi miqdarında göstərir. Məsələn 20.000 oosista ilə yoluxdurma zamanı miqdarında dəyişkənlik baş verən 7 amin turşudan 6-nın, 100.000 oosista ilə yoluxdurma zamanı isə 10 amin turşudan 9-nun miqdarı statistik dürüst azalır, ancaq 1 amin turşunun miqdarı isə artır. Amin turşuların ümumi miqdarına nəzər saldıqda isə aydın olur ki, kontrol qrupda amin turşuların ümumi cəmi 18.122 mkmol təşkil edirsə, yoluxdurulan qrupda parazitin inkişaf mərhələsindən asılı olaraq miqdarı azalan amin turşuların sayının artması ilə əlaqədar olaraq ümumi amin turşularının da miqdarı azalaraq invaziyanın 3-cü günü 16,140 mkmol, 7-ci günü isə 15,278 mkmol təşkil edir. 10-cu gün isə əksər amin turşuların miqdarının normaya qayıtması ilə əlaqədar olaraq ümumi amin turşuların miqdarı da artmağa başlayır (16,225 mkmol, kontrol qrupda 18,122 mkmol).



E.tenella-nın 100000 oosistası ilə yoluxdurulan qrupun ümumi amin turşularının cəminə nəzər saldıqda aydın olur ki, aşağı doza ilə yoluxdurmadan fərqli olaraq yüksək dozada yoluxdurma amin turşuların ümumi miqdarının daha çox azalmasına səbəb olur. Məsələn, invaziyanın 5-ci günü amin turşuların ümumi miqdarı 12,524 mkmol, 7-ci gün isə 13,655 mkmol təşkil edir. İnvaziyanın 10-cu günü amin turşuların əksəriyyətinin mübadiləsinin bərpa olunması ilə əlaqədar olaraq amin turşuların ümumi miqdarı da 16,203 mkmol-a qədər yüksəlir (cədvəl 7.6).

Beləliklə, müəyyən edilmişdir ki, xəstə cücələrin beynində əsasən mübadiləsi birbaşa sidik cövhəri sintezi tsikli ilə əlaqəli olan amin turşuların – arginin və asparagin turşusunun miqdarı azalır. Qeyd edilən hər iki amin turşusunun miqdarı hətta invaziyanın 10-cu günü də kontrol qrupun müvafiq analoji göstəricilərindən aşağı olur. Əvəz olunmayan amin turşu olan və sidik cövhəri sintezi tsiklinə daxil olan arginin miqdarının parazitin inkişaf mərhələsinin sona çatmasından sonra belə normaya qayıtmaması Krebsin Ornitin tsiklində baş verən dəyişkənlikləri sübut edir.

Cücələrin beyində dəyişkənliyə məruz qalan amin turşuları mübadiləsi qlutamin turşusu və metionin mübadiləsi ilə əlaqəli olan amin turşulardır. Qeyd etmək lazımdır ki, aşağı doza ilə yoluxdurma zamanı qeyd edilən amin turşulardan metioninin miqdarında baş verən dəyişkənlik müvəqqəti xarakter daşıyır və parazitin endogen inkişaf mərhələsinin sona çatması ilə əlaqədar olaraq onun miqdarı kontrol qrupun göstəriciləri səviyyəsinə çatır. Yüksək doza ilə yoluxdurma zamanı isə hər iki amin turşusunun miqdarı invaziyanın 10-cu günü də normaya qayıtmır (P<0,001 və P<0,05).


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin