4.3.E.tenella ilə yoluxdurmanın yerli cinsdən olan toyuq cücələrinin qan zərdabında və qaraciyərində immunoqlobulinlərin miqdarına təsiri
İmmunitet-orqanizmin genetik cəhətcə ona yad olan cisimciklərə qarşı müdafiə qabiliyyətidir. Məlum olduğu kimi hər bir bioloji fərddə müəyyən, infeksion xəstəliklərə qarşı anadangəlmə immunitet olur. Təbiətdə hətta pandemiya zamanı belə heç bir növ tamamilə məhv olmur. Onun müəyyən fərdləri yaşayaraq nəsli davam etdirib növün varlığını saxlayır. Orqanizmdə yad cisimciklərin zərərsizləş-dirilməsi və məhv edilməsi limfoid hüceyrələr və onların məhsulu olan anticisimlər tərəfındən yerinə yetirilir.
Heyvanlarda eymeriyalara qarşı yaranan humoral immunitetin əsas göstəricisi qanda immunoqlobulinlərin miqdarının dəyişilmə dinamikasıdır. Çox ehtimal ki, təkamül prosesində hər iki qarşı tərəfin parazit-sahib, birgə yaşayışı formalaşmış və bu birgə yaşayışa dözümlü fərdlər nəsillərini davam etdirmişlər. Bu dözümlülüyün əsasında müəyyən immunoloji proseslər durur və onların mahiyyətini bu göstəricilərə görə aydınlaşdırmaqla, seçmə yolu ilə eymeriyalara dözümlü damazlıq cinslər yaratmaq olar. Seçmə və hibridləşdirmə nəticəsində yaradılmış toyuq cinsləri arasında da eymeriyalara qarşı qismən də olsa dözümlü cinslərin olması mümkündür və immunoloji göstəriciləri təyin etməklə onları müəyyənləşdirmək vacibdir.
Sağlam və yoluxdurulmuş cücələr parazitin sahib heyvanın orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq invaziyanın 3, 5, 7 və 10-cu günləri kəsilmiş qan zərda-bında və qaraciyərdə immunoqlobulinlərin ümumi miqdarı poliakrilamidgel elektrofarez metodu ilə təyin edilmişdir. Elektroforeqrammalar üzərində immuno-qlobulinlər zonasında yerləşən zülalların (8 zülalın) ümumi miqdarı, digər fraksiya-ların ümumi miqdarına görə hesablanmış və alınan nəticə faizlə ifadə edilmişdir.
Yerli cinsindən olan sağlam və E.tenella ilə yoluxdurulmuş qara toyuq cücələrın qaraciyərində və qanında immunoqlobulinlərin dəyişmə dinamikasını göstərən məlumatlar cədvəl 4.4-də verilir.
Cədvəldən göründüyü kimi həm qaraciyərdə, həm də qan zərdabında invaziya zamanı immunoqlobulinlərin miqdarı artır. Bu artım invaziyanın 3-cü günündən yəni parazitin merontlarının birinci generasiyasının inkişafı dövründən başlayır. Bu vaxt ərzində (3-cü günə qədər) qaraciyərdə immunoqlobulinlərin miqdarının artması normaya nisbətən 9,31%, qan zərdabında isə 10,78% təşkil edir. Parazitin sonrakı inkişafı zamanı merontların 2-ci generasiyası zamanı (5-ci gün), hər iki toxumada immunoqlobulinlərin miqdarının artması əvvəlki günlərdə olduğundan bir o qədər də fərqlənmir. Onların qaraciyərdə mıqdarının artması 8,33%, qan zərdabında isə 9,43% təşkil edir.
Cədvəl 4.4
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrin
qaraciyərində və qan zərdabında immunoqlobulinlərin dinamikası
Sağlam cücələrin göstəriciləri, %
|
Yoluxdurulmuş cücələrin göstəriciləri, %
|
İnvaziyanın
3-cü günü
|
İnvaziyanın
5-ci günü
|
İnvaziyanın
7-ci günü
|
İnvaziyanın
10-cü günü
|
qaraciyər
|
17,34±0,39
|
26,65±0,42
|
25,67±0,38
|
27,52±0,40
|
23,15±0,25
|
qan zərdabı
|
33,97±0,34
|
44,75±0,44
|
43,40±0,23
|
43,01±0,19
|
38,53±0,55
|
İnvaziyanın 7-ci günü də immunoqlobulinlərin miqdarında ciddi bir dəyişiklik baş vermir, 10-cü gün isə onların miqdarı invaziyanın əvvəlki günlərinə nisbətən azalsa da normadan yüksək olur (müvafiq olaraq qaraciyərdə 5,81%, qan zərdabında 4,56%). E.tenella ilə yoluxdurulmuş çil-çil toyuq cücələrinin qaraciyərində və qan zərdabında immunoqlobulinlərin miqdarının dəyişməsi haqqında məlumatlar cədvəl 4.5-də verilir.
Cədvəl 4.5
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş çil-çil toyuq cücələrin
qaraciyərində və qan zərdabında immunoqlobulinlərin dinamikası
Sağlam cücələrin göstəriciləri, %
|
Yoluxdurulmuş cücələrin göstəriciləri, %
|
İnvaziyanın
3-cü günü
|
İnvaziyanın
5-ci günü
|
İnvaziyanın
7-ci günü
|
İnvaziyanın
10-cü günü
|
qaraciyər
|
14,68±0,46
|
17,47±0,32
|
14,95±0,41
|
15,85±0,52
|
16,02±0,20
|
qan zərdabı
|
51,36±0,38
|
56,05±0,33
|
53,56±0,55
|
53,85±0,21
|
52,65±0,36
|
Cədvəldən göründüyü kimi bu cinsdən olan cücələrdə həm qaraciyərdə, həm də qan zərdabında immunoqlobulinlərin miqdarı artır. Qaraciyərdə onların miqdarının artması invaziyanın 3, 5, 7 və 10-cu günlərinə müvafıq olaraq 0,02; 0,27; 1,17 və 1,34 % artır. İnvaziya zamanı bu orqanda immunoqlobulinlərin miqdarının artması çox da yüksək deyildir. Qan zərdabında da immunoqlobulinlərin miqdarının artması normaya nisbətən çox yüksək deyil. Parazitin inkişaf mərhələlərinə uyğun olaraq (3, 5, 7 və 10-cu günlər) immunoqlobulinlərin miqdarının artması 4,69; 2,10; 2,49 və 1,29% təşkil edir.
Ümumiyyətlə, yoluxdurulmuş çil-çil cücələrin qaraciyərində və qan zərdabında immunoqlobulinlərin miqdarının artması, qara cinsdən olan cücələrə nisbətən zəifdir.
Yerli toyuqların göstəriciləri ilə müqayisə məqsədilə broyler cinsindən olan plimutrok cücələrin qan zərdabında və qaraciyərində immunoqlobulinlərin miqdarı öyrənilmişdir (cədvəl 4.6).
Cədvəl 4.6
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş plimutrok cücələrin
qan zərdabında immunoqlobulinlərin dinamikası
Sağlam cücələrin göstəriciləri, %
|
Yoluxdurulmuş cücələrin göstəriciləri, %
|
İnvaziyanın
3-cü günü
|
İnvaziyanın
5-ci günü
|
İnvaziyanın
7-ci günü
|
İnvaziyanın
10-cü günü
|
qaraciyər
|
31,71±0,33
|
34,78±0,42
|
38,13±0,37
|
39,31±0,44
|
37,75±0,33
|
qan zərdabı
|
36,64±0,27
|
37,10±0,33
|
43,71±0,27
|
48,07±0,47
|
45,27±0,50
|
Plimutrok cinsindən olan cücələrin qaraciyərində immunoqlobulinlərin miqdarı invaziyanın 3,5,7 və 10-cu günlərinə müvafıq olaraq 3,07; 6,42; 7,60 və 6,04% artır, qan zərdabında isə bu göstəricilər müvafiq olaraq 0,46; 7,07; 11,43 və 8,63 % artır.
Beləliklə, eymeriyalarla yoluxdurulmuş cücələrin qaraciyərində və qan zərdabında immunoqlobulinlərin öyrənilməsi göstərir ki, invaziyanın ilk günlərindən başlayaraq hər iki toxumada immunoqlobulinlərin miqdarı artır və bu artım patent dövrünün sonuna yaxın nisbətən azalır, lakin normadan xeyli yüksək səviyyədə qalır.
Ayrı-ayrı cinsdən olan cücələrin qan zərdabında və qaraciyərındə imumnoqlo-bulinlərin öyrənilməsindən aydın olur ki, qara cinsdən olan cücələrin bu toxumalarında onların miqdarının artması daha intensiv olur. Digər tərəfdən sağlam çil-çil cücələrdə immunoqlobulinlərin miqdarı ümumiyyətlə yüksəkdir və invaziya
dövründə onların miqdarının artma sürəti bir o qədər də nəzərə çarpmır. Fikrimizcə sağlam çil-çil cücələrdə immunoqlobulinlərin miqdarının yüksək olması onların digər öyrənilən cinslərə nisbətən müəyyən infeksion və invazion xəstəliklərə qarşı təbii dözümlülüyü ilə izah edilə bilər.
Beləliklə, immunoloji və parazitoloji tədqiqatların nəticəsində aydın olur ki, yerli toyuq cinsləri eymeriyozlara qarşı daha dözümlüdürlər və bu dözümlülük parazitlə sahibin uzun müddət birgə yaşayışı nəticəsində yaranmış və nəsillərə verilərək möhkəmləndirilmişdir. Yeni yaradılan cinslərdə seçmə və hibridləşmə nəticəsində bir çox əlamətlər o cümlədən xəstəliklərə qarşı dözümlülük tədricən azalmış və ya itirilmişdir. Ona görə də yeni toyuq cinslərinin yaradılmasında yerli cinslərdən istifadə olunması məqsədəuyğundur.
4.4.E.tenella ilə yoluxdurma dozasından asılı olaraq yerli cinsdən olan cücələrin qan zərdabının zülallarının dinamikası
Bu təcrübələr müxtəlif cinsdən olan cücələrin eyni virulent parazitin (E.tenella) müxtəlif dozaları ilə yoluxdurmaya orqanizmin göstərdiyi cavab reaksiyasını öyrənmək məqsədilə aparılmışdır. Çünki ədəbiyyatlarda broyler cücələrinin qan zərdabında ümumi zülal, zülal fraksiyalarının və qlobulin fraksiyalarının öyrənilməsi zamanı bir-birindən fərqlənən məlumatlar verilir [79, 56, 6]
Eksperimentlər iki variantda aparılmışdır. Birinci halda 20 günlük qara və çil-çil toyuq cücələri E.tenella-nın 20000, ikinci halda isə 100000 sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. Xəstəliyin klinik əlamətləri və ölüm halları haqqında disserta-siyanın 3-cü fəslində ətraflı məlumat verilir.
E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulan hər iki cinsdən olan cücələrdə prepatent və patent dövrünün əvvəllərində qan zərdabında ümumi zülalın miqdarında statistik dürüst dəyişikliklər baş verir. Onun miqdarı invaziyanın 3-cü günündən başlayaraq azalmağa başlayır və invaziyanın 10-cu günü əvvəlki günə nisbətən artmağa başlasa da hələ normaya qayıtmır (cədvəl 4.7-4.8).
100000 sporlaşmış oosista ilə yoluxdurulan qara cücələrin qan zərdabında ümumi zülalın miqdarı kontrolla müqayisədə invaziyanın 5-ci günü 0,74 q% azalır (P<0,05). Ümumi zülalın miqdarının azalması həmçinin çil-çil cücələrin qan zərdabında da müşahidə olunur (P<0,05).
Bütün qruplardan olan cücələrdə yoluxdurma dozasından asılı olmayaraq albuminlərin miqdarı azalır. Albuminlərin miqdarının dəyişməsi arasında cücələrin cinsindən asılı olan elə bir əhəmiyyətli dəyişikliyin baş verdiyi aşkar edilməmişdır.
E.tenella-nın 20000 oosistası ilə yoluxdurulan qara cücələrin qan zərdabında albuminlərin miqdarı kontrolla müqayisədə invaziyanın 3-cü günü 0,85q% və ya 27,7%, 5-ci gün 0,74q% və ya 23,1%, çil-çil cücələrdə isə müvafiq olaraq 0,10 q% və 0,09q% azalmışdır (cədvəl 4.8). Invaziyanın 7-ci günü qara cücələrin qan zərdabında albuminlərin miqdarı əhəmiyyətli dərəcədə azalır (0,42q%, P<0,05). Onun miqdarı 100000 oosista ilə yoluxdurulan cücələrdə daha aşağı səviyyədə olur (0,51q%). Albuminlərin ən az miqdarına hər iki halda invaziyanın 7-ci günü təsadüf olunur (müvafiq olaraq P<0,05 və P<0,001).
100000 oosista ilə yoluxdurulan 20 günlük çil-çil cücələrin qan zərdabında albuminlərin miqdarının azalması invaziyanın 3-cü günü 0,03q% təşkil edir. 5-ci və 7-ci günlər isə kontrol qrupun göstəricilərinə nisbətən 0,11 və 0,08 q% azalır. Hər iki cinsdən olan cücələrdə albuminlərin miqdarı invaziyanın 10-cu günü də azalır (P<0,05) (cədvəl 4.9).
Beləliklə, hər iki cinsdən olan cücələrin 20000 oosista ilə yoluxdurulması zamanı alınan nəticələrin 100000 oosista ilə yoluxdurma zamanı alınan nəticələr ilə müqayisə etdikdə aydın olur ki, 20000 oosista ilə yoluxdurma zamanı albuminlərin miqdarının azalması arasında statistik dürüst fərq yoxdur. Lakin, kontrol qrupun göstəriciləri müqayisədə bütün prepatent və patent dövrlərində baş verən dəyişikliklər statistik dürüstdür (cədvəl 4.7-4.10).
20000 oosista ilə yoluxdurulan qara cücələrin qan zərdabında α-qlobulinlərin
Cədvəl 4.7
E.tenella –nın 20000 oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin qan zərdabının
zülal fraksiyaları (M±Sd, ümumi zülala görə q%-lə, n=10)
Günlər
|
Ümumi zülal
|
Albumin
|
Qlobulinlər
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
α
|
β
|
γ
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
3
|
3,07±0,03
|
2,22±0,04
P<0,001
|
1,11±0,96
|
0,83±0,22
P<0,05
|
0,28±0,05
|
0,20±0,07
P<0,05
|
0,46±0,05
|
0,32±0,08
P<0,05
|
1,22±0,03
|
0,87±0,17
P>0,05
|
5
|
3,21±0,04
|
2,47±0,61
P<0,02
|
1,19±0,12
|
0,70±0,46
P<0,05
|
0,29±0,13
|
0,17±0,10
P<0,01
|
0,46±0,08
|
0,30±0,15
P<0,05
|
1,27±0,07
|
1,30±0,09
P>0,05
|
7
|
2,92±0,01
|
2,49±0,27
P<0,05
|
1,12±0,29
|
0,70±0,26
P<0,05
|
0,26±0,11
|
0,20±0,06
P>0,05
|
0,49±0,15
|
0,50±0,13
P>0,05
|
1,05±0,36
|
1,13±0,15
P<0,05
|
10
|
3,91±0,11
|
2,70±0,35
P<0,01
|
1,75±0,01
|
0,81±0,36
P<0,01
|
0,42±0,09
|
0,25±0,05
P>0,05
|
0,64±0,03
|
0,53±0,13
P>0,05
|
1,10±0,01
|
1,11±0,19
P>0,05
|
Cədvəl 4.8
E.tenella –nın 20000 oosistası ilə yoluxdurulmuş çil-çil toyuq cücələrinin qan zərdabının
zülal fraksiyaları (M±Sd, ümumi zülala görə q%-lə, n=10)
Günlər
|
Ümumi zülal
|
Albumin
|
Qlobulinlər
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
α
|
β
|
γ
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
3
|
3,28±0,14
|
3,18±0,37
P<0,05
|
1,07±0,05
|
1,12±0,25
P>0,05
|
0,26±0,03
|
0,24±0,06
P>0,05
|
0,54±0,04
|
0,44±0,14
P<0,01
|
1,41±0,17
|
1,48±0,18
P<0,01
|
5
|
3,28±0,17
|
3,19±0,41
P<0,05
|
1,10±0,08
|
1,20±0,20
P<0,001
|
0,26±0,03
|
0,27±0,07
P>0,05
|
0,56±0,07
|
0,54±0,14
P<0,05
|
1,36±0,03
|
1,38±0,31
P<0,01
|
7
|
3,23±0,10
|
3,20±0,60
P<0,05
|
1,09±0,22
|
1,00±0,26
P<0,05
|
0,22±0,12
|
0,20±0,09
P>0,05
|
0,58±0,20
|
0,48±0,24
P<0,05
|
1,34±0,36
|
1,33±0,35
P>0,01
|
10
|
3,50±0,10
|
3,30±0,60
P<0,05
|
1,13±0,13
|
1,00±0,26
P<0,05
|
0,24±0,01
|
0,20±0,09
P>0,05
|
0,61±0,07
|
0,48±0,23
P<0,05
|
1,52±0,02
|
1,52±0,47
P>0,01
|
miqdarı invaziyanın bütün günləri azalır, lakin onların miqdarında azalma yalnız invaziyanın 3-cü və 5-ci günləri statistik dürüstdür. İnvaziyanın 7-ci və 10-cü günləri α-qlobulinlərin miqdarı kontrol qrupun göstəricilərindən az olsa da statistik dürüst deyil (P<0,05) (cədvəl 4.7).
Cədvəl 4.9-dan görünür ki, invaziyanın bütün günləri E.tenella-nın 100000 oosistası ilə yoluxdurulması da həmçinin α-qlobulinlərin miqdarının statistik dürüst azalmasına səbəb olur. Invaziyanın 5-ci və 7-ci günləri α-qlobulinlərin miqdarı eyni səviyyədə olur. α-qlobulinlərin miqdarı invaziyanın əvvəlki günlərinə nisbətən artsa da, invaziyanın 10-cu günü onun miqdarı normaya qayıtmır (P<0,05).
İnvaziyanın prepatent dövründə 20000 oosista ilə yoluxdurulan qara cücələrin qan zərdabında β-qlobulinlərin miqdarı kontrol qrupun göstəricilərindən invaziyanın 3-cü günü 0,14 q%, 5-ci gün isə 0,16q% az olur. İnvaziyanın 7-ci günü beta qlobulinlərin əvvəlki günə nisbətən 0,20q% artır, kontrol qrupun göstəricisi ilə müqayisədə isə 0,11q% az olur (cədvəl 4.7).
Parazitin 100000 oosista dozası, onun 20000 oosista dozasından fərqli olaraq qan zərdabında β-qlobulinlərin miqdarının daha çox azalmasına səbəb olur. Bu zülal fraksiyalarının miqdarının azalması invaziyanın 3-cü və 5-ci günləri statistik dürüst olur. Bu zaman azalma kontrol qrupun göstəricilərinə nisbətən 0,18 və 0,16q% təşkil edir. İnvaziyanın 7-ci günü onun miqdarı əvvəlki günlərə nisbətən 0,05q% artsa da, kontrol qrupun göstəricilərindən 0,04 q% az olur (P>0,05) (cədvəl 4.9).
Parazitin yüksək dozası ilə müqayisədə az dozada yoluxdurma invaziyanın postpatent dövründə β-qlobulinlərin miqdarının artmasına səbəb olur.
Çil-çil cücələrin parazitin 20000 oosistası ilə yoluxdurulması qara cücələrin qan zərdabında olduğu kimi invaziyanın bütün günləri beta-qlobulinlərin miqdarının statistik dürüst azalmasına səbəb olmur (cədvəl 4.8). Parazitin yüksək dozası (100000 oosista) ilə yoluxdurulma zamanı isə belə bir mənzərə yaranır. İnvaziyanın 3-cü günü beta-qlobulinlərin miqdarı 0,11q% azalır (P<0,01). İnvaziyanın 5 və 7-ci günləri beta-qlobulinlərin miqdarı kontrol qrupun göstəriciləri səviyyəsində olur. 10-cü gün isə onun miqdarı əvvəlki günə nisbətən 0,08q%, kontrol qrupun göstəricisinə nisbətən isə 0,11q% azalır.
Cədvəl 4.9
E.tenella –nın 100000 oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin qan zərdabının
zülal fraksiyaları (M±Sd, ümumi zülala görə q%-lə, n=10)
Günlər
|
Ümumi zülal
|
Albumin
|
Qlobulinlər
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
α
|
β
|
γ
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
Kontrol
|
Təcrübə
|
3
|
3,07±0,03
|
2,29±0,09
P>0,05
|
1,11±0,96
|
0,80±0,81
P<0,05
|
0,28±0,05
|
0,21±0,08
P>0,05
|
0,46±0,05
|
0,28±0,07
P>0,01
|
1,22±0,03
|
1,00±0,07
P>0,01
|
5
|
3,21±0,04
|
2,38±0,07
P>0,01
|
1,19±0,12
|
0,79±0,07
P>0,01
|
0,29±0,13
|
0,19±0,07
P<0,05
|
0,46±0,08
|
0,30±0,02
P<0,05
|
1,27±0,07
|
1,10±0,21
P<0,05
|
7
|
2,92±0,01
|
2,41±0,04
P>0,01
|
1,12±0,29
|
0,70±0,04
P<0,001
|
0,26±0,11
|
0,19±0,21
P<0,05
|
0,49±0,15
|
0,45±0,09
P>0,05
|
1,05±0,36
|
1,07±0,07
P<0,05
|
10
|
3,91±0,11
|
2,68±0,01
P<0,05
|
1,75±0,01
|
0,81±0,06
P<0,001
|
0,42±0,09
|
0,30±0,22
P<0,05
|
0,64±0,03
|
0,50±0,03
P>0,05
|
1,10±0,01
|
1,07±0,21
P>0,05
|
Dostları ilə paylaş: |