V FƏSİL
E.TENELLA (APİCOMPLEXA COCCİDİA) İLƏ YOLUXDURMANIN VƏ MÜALİCƏNİN YERLİ CİNSDƏN OLAN CÜCƏLƏRİN
ZÜLAL MÜBADİLƏSİNƏ TƏSİRİ
Toyuq cücələrinin eymeriyozuna qarşı dözümlülüyünü və müalicə məqsədilə istifadə edilən vasitələrin qaraciyərin və qan zərdabının ayrı-ayrı zülal fraksiyalarının dinamikasına təsirini qiymətləndirmək üçün tədqiqatlar yerli cinsdən olan qara və çil-çil toyuq cücələri üzərində aparılmışdır.
5.1. E.tenella (Apicomplexa, Coccidia) parazitinin yerli cinsdən olan qara toyuq cücələrinin qaraciyər zülallarına təsiri
Təcrübələr Hacıqabul rayonunun fərdi təsərrüfatlarından alınmış yerli qara toyuq cücələri üzərində aparılmışdır. Bir sutkalıq steril toyuq cücələri iyirmi günlük yaşa qədər böyüdüldükdən sonra cücələr iki qrupa ayrılmışdır. 1-ci qrupun cücələri yoluxdurulmamış, nəzarət üçün saxlanılmışdır (kontrol). 2-ci qrupun cücələri isə E.tenella-nın 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuşdur (hər qrupda 20 ədəd cücə olmuşdur). Hər iki qrupun cücələri müvafiq olaraq invaziyanın 3, 5, 7 və 10-cu günləri kəsilərək qaraciyərində ümumi zülalın və zülal fraksiyalarının miqdarının dəyişilmə dinamikası öyrənilmişdir.
Yerli qara toyuq cinsindən olan sağlam və yoluxdurulmuş cücələrin qaraciyərində ümumi zülalın miqdarının dəyişilməsi haqda məlumatlar cədvəl 5.1-də verilir.
Cədvəl 5.1-dən göründüyü kimi eymeriyalarla yoluxdurulmuş cücələrin qara ciyərində bütün invaziya dövrü ümumi zülalın miqdarı azalır. İnvaziyanın 3-cü günü qaraciyərdə ümumi zülalın miqdarının azalması 1.39q% təşkil edir və statistik dürüstdür (P<0,05). İnvaziyanın 5-ci günü parazitin merontlarının yarandığı dövrdə xəstə cücələrin qaraciyərində ümumi zülalın miqdarı sağlam cücələrin müvafiq göstəricilərinə nisbətən l,23q% aşağı düşmüşdür. 7-ci gün zülalın azalması normaya nisbətən l,67q%, 10-cü gün isə 0,78q% olur. Hər iki halda ümumi zülalın miqdarının azalması normaya nisbətən statistik dürüstdür. 3-cü gündən başlayaraq ümumi zülalın miqdarının azalması intensivləşir və hətta invaziyanın 10-cu günü belə normaya qayıtmır.
Cədvəl 5.1
E.tenella parazitinin 20000 oosistası ilə yoluxdurulmuş qara cücələrin
qaraciyərində ümumi zülalın miqdarının dəyişməsi
(M±n, q%; n=5)
İnvaziyanın günləri
|
Sağlam (kontrol)
|
Yoluxdurulmuş
|
3
|
7,66±0,10
|
6,27±0,11
Xf>Xst
|
5
|
7,95±0,10
|
6,72±0,20
Xf>Xst
|
7
|
7,90±0,47
|
6,63±0,01
Xf>Xst
|
10
|
7,98±0,27
|
7,20±0,13
Xf>Xst
|
Sağlam və eymeriyalarla yoluxdurulmuş qara toyuq cücələrinin qaraciyərinin suda həll olan zülalları poliakrilamidgel elektrofarez metodu vasitəsilə 26 fraksiyaya ayrılmışdır. Onlardan bir çoxunun miqdarı az olduğundan elektroforeqrammalar üzərində gözlə çətin görünürlər və çəkilmiş fotolarda aydın gözə çarpmırlar. Bununla belə elektroforeqrammaların densitoqrammaları üzərində onların pikləri aydın görünür.
Densitometriyanın vizual müşahidədən çox-çox həssas olduğunu nəzərə alaraq hesablamalar 26 fraksiyaya görə aparılmışdır (şəkil 5.1, cədvəl 5.2). Həm yoluxdurulmuş, həm də sağlam cücələrin suda həll olan zülalları eyni sayda fraksiyaya ayrılır ki, bu da eymerioz zamanı onların sayının sabit qaldığını göstərir.
Zülalların miqdarının hesablanması göstərir ki, E.tenella ilə yoluxdurulmuş qara toyuq cücələrinin qaraciyərində suda həll olan zülallar meroqoniyanın ilk mərhələsində (invaziyanın 3-cü günü) müəyyən kəmiyyət dəyişikliklərinə uğrayırlar. EHS 0,04; 0,18 və 0,22 olan fraksiyalarda zülalların miqdarı artır, EHS 0,28; 0,59; 0,61; 0,71 və 0,79 olan fraksiyalarda isə azalır. Digər zülalların miqdarında baş verən dəyişkənlik statistik dürüst deyildir (P>0,05).
|
A
B
|
Şəkil 5.1. 20 günlük qara cücələrin qaraciyərinin zülal fraksiyalarının elektroforeqramması: A-kontrol, B yoluxdurulan
|
Beləliklə, invaziyanın ilk dövrü 26 zülaldan 11-nin miqdarı dəyişir. Parazitin sonrakı inkişafında statistik dürüst dəyişikliklərə uğramış zülalların sayında dəyişiklik baş vermir (cədvəl 5.2). Merontların 2-ci generasiyası zamanı (5-ci gün) qaraciyərin albuminlər (EHS 0,55-0,71 olan zülallar) və postalbuminlər (EHS 0.79 olan fraksiya) zonasında yerləşən zülalların miqdarı azalır. Bu zülalların miqdarı parazitin sonrakı inkişaf mərhələlərində nəzarət nümunələrində müşahidə olunduğuna nisbətən azalır və invaziyanın sonuna qədər onların miqdarı normaya qayıtmır.
İnvaziyanın 5-ci günü transferinlər zonasında yerləşən fraksiyaların birində (10-cu fraksiya) zülalın miqdarı azalır, invaziyanın 10-cu günü isə onun miqdarı normaya qayıdır. Lənghərəkətli və yüksək molekul kütləli qlobulinlər zonasında yerləşən zülallardan EHS 0,04; 0.18 və 0,22 olan fraksiyalarda zülalların miqdarı statistik dürüst artır. Albuminlər zonasında yerləşən və EHS 0,58; 0,59; 0,61 və 0,67 olan fraksiyalarda invaziyanın 10-cu günü də zülalların miqdarı normaya qayıtmır, lakin 2 fraksiyada (EHS 0,55 və 0.71) zülalların miqdarı normaya qayıdır və sağlam cücələrin göstəricilərindən yüksək olur. Bunun səbəbi quşların xəstəlikdən sonra immun sisteminin fəaliyyətinin yüksəlməsi ilə izah edilə bilər.
İnvaziyanın 7-ci günü qlobulinlər zonasında üç fraksiyada (1, 6 və 8-ci fraksiya), transferinlər zonasında bir fraksiyada (10-cu fraksiya), albuminlər zonasında altı fraksiyada (15, 16, 17, 18, 19 və 20-ci fraksiyalar) zülalların miqdarı dəyişir, invaziyanın 10-cu gününə qədər dəyişikliyə uğramış 11 zülaldan 7-nin miqdarı normaya qayıdır (cədvəl 5.2).
Alınan nəticələrin müqayisəli təhlili göstərir ki, parazitin sahib heyvanın bağırsağında gedən inkişaf mərhələlərindən asılı olaraq miqdarı dəyişən zülalların sayında kəskin dəyişikliklər baş vermir. İnvaziyanın ilk günlərində zülalların sayında baş verən dəyişiklik invaziyanın 7-ci gününə qədər davam edir.
Cədvəl 5.2
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin
qaraciyərində zülal fraksiyalarının dinamikası
(M±Sd, %; n=5)
№
|
EHS,
Rf
|
Sağlam cücələrin göstəriciləri
|
Yoluxdurulmuş cücələrin göstəriciləri
|
3-cü gün
|
5-ci gün
|
7-ci gün
|
10-cu gün
| -
|
0,04
|
7,50±0,05
|
13,33±0,09*
|
13,30±0,15*
|
13,42±0,17*
|
10,15±0,15*
| -
|
0,05
|
1,79±0,17
|
0,78±0,07
|
0,90±0,06
|
1,50±0,60
|
1,51±0,58
| -
|
0,07
|
1,07±0,20
|
1,57±0,35
|
1,50±0,36
|
1,60±0,20
|
1,58±0,45
| -
|
0,09
|
1,07±0,27
|
1,96±0,06
|
1,00±0,08
|
2,00±0,05
|
1,78±0,09
| -
|
0,15
|
2,14±0,07
|
2,35±0,69
|
2,40±0,09
|
2,38±0,47
|
2,35±0,53
| -
|
0,18
|
1,43±0,50
|
2,35±0,35*
|
2,30±0,22*
|
2,30±0,26*
|
2,00±0,13
| -
|
0,20
|
1,07±0,50
|
1,96±0,52
|
1,90±0,71
|
1,92±0,23
|
1,90±0,09
| -
|
0,22
|
1,07±0,48
|
2,35±0,08*
|
2,37±0,11*
|
2,40±0,06*
|
2,28±0,48
| -
|
0,27
|
1,79±0,22
|
2,75±0,12
|
1,80±0,70
|
1,83±0,35
|
1,80±0,36
| -
|
0,28
|
2,86±0,53
|
1,96±0,41*
|
1,50±0,50*
|
1,49±0,05*
|
2,00±0,12
| -
|
0,32
|
2,50±0,08
|
3,14±0,42
|
3,00±0,51
|
2,90±0,01
|
2,70±0,09
| -
|
0,36
|
2,50±0,27
|
3,53±0,51
|
3,40±0,47
|
2,80±0,40
|
2,80±0,38
| -
|
0,40
|
2,86±0,31
|
3,53±0,40
|
3,50±0,33
|
3,57±0,24
|
3,00±0,22
| -
|
0,45
|
6,43±0,32
|
7,06±0,28
|
7,00±0,21
|
7,20±0,10
|
7,17±0,18
| -
|
0,55
|
3,21±0,39
|
5,88±0,23*
|
6,00±0,19*
|
5,00±0,05*
|
4,20±0,19
| -
|
0,58
|
6,43±0,32
|
2,75±0,20*
|
2,80±0,09*
|
2,77±0,66*
|
4,00±0,64*
| -
|
0,59
|
8,21±0,07
|
3,92±0,04*
|
4,00±0,29*
|
4,03±0,23*
|
5,77±0,20*
| -
|
0,61
|
6,43±0,14
|
4,71±0,14*
|
4,48±0,16*
|
5,00±0,77*
|
5,28±0,09*
| -
|
0,67
|
11,09±0,01
|
7,45±0,19*
|
8,00±0,15*
|
8,00±0,12*
|
10,09±0,37*
| -
|
0,71
|
6,07±0,01
|
10,20±0,09*
|
10,00±0,27*
|
10,18±0,30*
|
7,09±0,30*
| -
|
0,75
|
5,71±0,24
|
4,31±0,29
|
4,70±0,74
|
5,00±0,13
|
5,80±0,04
| -
|
0,79
|
10,01±0,18
|
4,31±0,45*
|
6,42±0,07*
|
6,00±0,08*
|
6,40±0,28*
| -
|
0,88
|
2,14±0,03
|
3,14±0,09
|
3,18±0,58
|
3,00±0,29
|
2,35±0,83
| -
|
0,92
|
1,79±0,46
|
1,57±0,37
|
1,50±0,47
|
1,55±0,40
|
2,00±0,26
| -
|
0,93
|
1,43±0,28
|
1,57±0,20
|
1,40±0,17
|
1,00±0,16
|
1,90±0,15
|
26
|
0,98
|
1,43±0,29
|
1,57±0,09
|
1,48±0,19
|
1,16±0,35
|
2,10±0,52
|
Qeyd. *- Xf>Xst
Beləliklə, alınan nəticələrə əsasən müəyyən edilmişdir ki, yoluxma zamanı yerli
cinsdən olan qara toyuq cücələri arasında ölümün aşağı olmasına baxmayaraq, onların qaraciyərinin suda həll olan zülal fraksiyalarının miqdarında müəyyən dəyişikliklər baş verir. Bu da xəstəlik zamanı cücələrin qaraciyərinin funksiyasının az da olsa pozulduğunu göstərir. İnvaziyanın sonunda isə qaraciyərin funksiyası tədricən bərpa olunmağa başlayır.
Eymerioz zamanı qara toyuq cücələrinin qaraciyərinin zülal fraksiyalarını, plimutrok cinsindən olan cücələrin qaraciyərinin [4 s.98-124] zülal fraksiyalarını bir-biri ilə müqayisəsindən məlum olur ki, qara toyuq cücələrində invaziyanın 3, 5, 7-ci günləri 11 zülal fraksiyasında, 10-cu günü isə 5 fraksiyada dəyişiklik baş verirsə, plimutrok cinsindən olan yerli toyuq cücələrində müvafiq olaraq 8 və 15 zülal fraksiyalarının miqdarında statistik dürüst dəyişiklik baş verir.
5.2. E.tenella (Apicomplexa Coccidia) parazitinin yerli cinsdən olan çil-çil cücələrin qaraciyər zülallarına təsiri
Eymerioz zamanı çil-çil cücələrin orqanizmində baş verən biokimyəvi dəyişiklikləri öyrənmək üçün təcrübə cücələri parazitin inkişaf mərhələlərinə uyğun olaraq invaziyanın 3, 5, 7, və 10-cu günləri kəsilmiş, qaraciyərdə ümumi zülalın miqdarı və zülal fraksiyaları öyrənilmişdir.
Çil-çil cinsdən olan sağlam və yoluxdurulmuş cücələrin qaraciyərində ümumi zülalın dinamikası haqında məlumatlar cədvəl 5.3-də verilir.
Cədvəl 5.3-də verilən məlumatlardan aydın olur ki, cücələr 30 günlük yaşa çatana qədər ümumi zülalın miqdarı sağlam cücələrin qaraciyərində yaşla əlaqədar olaraq artır. 23 günlük sağlam çil-çil cücələrin qan zərdabında ümumi zülalın miqdarı 5,70q% olduğu halda 30 günlük cücələrdə bu göstərici 6,20q%-ə yüksəlir. Beləliklə, 7 gün ərzində ümumi zülalın miqdarı 0,50q% artır.
Yoluxdurulmuş çil-çil toyuq cücələrinin qaraciyərində ümumi zülalın miqdarı normaya nisbətən azalır. Bu azalma bütün invaziya dövrü davam edir. İnvaziyanın 3-cü günü yoluxdurulmuş cücələrin qaraciyərində ümumi zülalın miqdarı (5,0q%), kontrol qrupun göstəriciləri ilə müqayisədə (5,70q%) 0,70q% azdır və bu zaman baş verən dəyişiklik statistik dürüstdür (P<0,05). İnvaziyanın 5-ci günündən başlayaraq zülalların miqdarı normaya qayıtmağa başlayır. Lakin, invaziyanın 5, 7 və 10-cü günləri ümumi zülalın miqdarının kontrola nisbətən az olmasına baxmayaraq statistik dürüst deyildir (P>0,05). Yoluxdurulmuş cücələrin qaraciyərində ümumi zülalın miqdarının kontrol qrupun göstəricilərindən az olmasına baxmayaraq onun miqdarı quşların yaşı artdıqca artır. Məsələn, invaziyanın 3-cü günü ümumi zülalın miqdarı 5,00q%, 5-ci günü 5.78q%, 7-ci günü 5,80q%, 10-cu günü isə 5,90q% təşkil edir (cədvəl 5.3).
Cədvəl 5.3
E.tenella parazitinin 20000 oosistası ilə yoluxdurulmuş çil-çil cücələrin
qaraciyərində ümumi zülalın dinamikası
(M±n, q%; n=5)
İnvaziyanın günləri
|
Sağlam
|
Yoluxdurulmuş
|
3
|
5,70±0,10
|
5,00±0,05
Xf>Xst
|
5
|
5,80±0,08
|
5,78±0,17
Xfst
|
7
|
6,00±0,20
|
5,80±0,21
Xfst
|
10
|
6,20±0,12
|
5,90±0,18
Xfst
|
Sağlam və eymeriyalarla yoluxdurulmuş yerli cinsdən olan çil-çil toyuq cücələrinin qaraciyərinin suda həll olan zülalları da poliakrilamidgel elektrofarez metodu vasitəsilə 26 fraksiyaya ayrılmışdır (şəkil 5.2). Onlardan bir çoxunun miqdarı az olduğundan elektroforeqrammalar üzərində gözlə çətin görünürlər və çəkilmiş fotolarda tam gözə çarpmırlar. Densitometriyanın vizual müşahidədən çox-çox həssas olduğunu nəzərə alaraq hesablamalar priborun qeyd etdiyi 26 fraksiyaya görə aparılmışdır. Həm sağlam, (şəkil 5.2A, 5.3) həm də yoluxdurulmuş (şəkil 5.2B, 5.4) cücələrin qaraciyər toxumasının suda həll olan zülalları eyni sayda fraksiyaya ayrılır ki, bu da eymerioz zamanı onların sayının sabit qaldığını göstərir.
Yoluxdurulmuş çil-çil cücələrin qaraciyərində zülalların densitoqrammaların analizindən aydın olur ki, yoluxdurulmuş cücələrdə qlobulinlər zonasında yerləşən zülalların (1-10-cu fraksiyalar) miqdarında statistik dürüst dəyişiklik baş vermir. EHS 0,33 və 0,43 olan fraksiyalarda zülalların miqdarı müvafiq olaraq 18,59%-ə (normada 10,23%) və 7,14%-ə (normada 2,08%) qədər artır. Digər öyrənilmiş zülalların miqdarında baş verən dəyişikliklər orqanizmin normal fizioloji göstəriciləri hüdudunda olmuşdur.
|
A
B
|
Şəkil 5.2. Çil-çil cücələrin qaraciyərinin zülal fraksiyalarının elektroforeqramması: A-kontrol, B- yoluxdurulan
|
Beləliklə, parazitin merontlarının 1-ci generasiyasının inkişafı qaraciyərdə zülalların miqdarının dəyişməsinə səbəb olur. İnvaziyanın 3-cü və 5-ci günləri eyni sayda (7 fraksiya) zülalın miqdarında statistik dürüst dəyişikliklər baş verir (şəkil 5.4).
Xəstə quşların qaraciyərin bu və ya digər fraksiyalarda zülalın miqdarının dəyişməsində müəyyən fərqlər vardır. EHS 0,33 olan fraksiyada invaziyanın 3-cü günü zülalın miqdarı kəskin artır. İnvaziyanın 5 və 7-ci günləri isə onun miqdarı müvafiq olaraq 17,60% və 15,00%)-ə qədər artır (normada 10,23%). EHS 0,60 olan fraksiyada (albuminlər zonası) zülalın miqdarı (normada (13,35%) invaziyanın 3, 5, 7-ci günləri müvafiq olaraq 5,87%, 6,17% və 8,48%-ə qədər azalır. İnvaziyanın 10-cu günü onun miqdarının artmasına (10,12%) baxmayaraq hələ normaya qayıtmır. Bu parazitin metabolizm məhsullarının təsirindən qaraciyərin zülal sintez etmə qabiliyyətinin kəskin aşağı düşməsi ilə bağlıdır.
Beləliklə, invaziyanın 5-ci günü zülalların miqdarının azalması invaziyanın 7-ci günü də davam edir. Lakin, invaziyanın 10-cu günü onların miqdarı normaya qayıdır. Əgər invaziyanın 3, 5 və 7-ci günləri 7 zülal fraksiyasının miqdarında statistik dürüst dəyişiklik baş verirsə 10-cu gün bu fraksiyaların sayı azalaraq 4-ə enir. Görünür ki, qaraciyər öz funksiyasını tədricən bərpa etməyə başlayır.
Beləliklə, qara və çil-çil toyuq cücələrinin qaraciyərinin zülal fraksiyalarının bir-biri ilə müqayisəli analizindən məlum olur ki, qara toyuq cücələrində invaziyanın
Şəkil. 5.3.Yerli cinsdən olan sağlam çil-çil toyuq cücələrinin qaraciyərinin densitoqramması
Şəkil 5.4. Yoluxdurulan çil-çil toyuq cücələrinin qaraciyərinin densitoqramması
3, 5, 7-ci günləri 11 zülal fraksiyasında, 10-cu günü isə 5 fraksiyada dəyişiklik baş verirsə, çil-çil toyuq cücələrində müvafiq olaraq 3, 5 və 7-ci günlər 7 zülal fraksiyasında, 10-cu gün isə 5 zülal fraksiyasında statistik dürüst dəyişiklik baş verir.
Dostları ilə paylaş: |