5.4. Artemisia absinthium -un Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qan zərdabının zülallarına təsiri
Artemisia absinthium-un Eimeria tenella ilə yoluxdurulmuş toyuq cücələrinin qan zərdabında ümumi zülalın miqdarına və zülal fraksiyalarına təsirini öyrənmək üçün yerli cinsdən olan 100 baş qara toyuq cücələrindən istifadə edilmişdir. 20 günlük toyuq cücələri üç qrupa ayrılmış, 1-ci qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmış, ikinci və üçüncü qrupun cücələri Eimeria tenella (Apicomplexa, Coccidia) parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş-dur. İkinci qrupun cücələri yoluxdurmadan sonra müalicə olunmamışdır. Üçüncü qrupun cücələri isə öz növbəsində üç qrupa ayrılmış və hər qrupun cücələrinə yoluxdurmadan bir gün sonra müvafiq olaraq acı yovşanın (Artemisia absinthium) 1500, 2000 və 3000 mq ununu 1 kq yemlə qarışdırmaqla yoluxdurmadan 24 saat sonra 10 gün müddətində verilmişdir. Kontrol, yoluxdurulmuş və müalicə olunmuş qrupun cücələri invaziyanın 3, 5, 7 və 10-cu günləri kəsilmiş, qan zərdabında ümumi zülalın və qan zərdabının zülalları fraksiyalara ayrılmışdır (cədvəl 5.7).
Cədvəldən göründüyü kimi, sağlam 20 günlük qara toyuq cücələrinin qan zərdabında ümumi zülalın miqdarı 3,07±0,03q% təşkil edir. Cücələr 30 günlük yaşa çatdıqda onun miqdarı 3,91±0,11 q%-ə qədər yüksəlir (cədvəl 5.7 ).
İnvaziyanın ilk dövrlərində qan zərdabında ümumi zülalın miqdarı normaya nisbətən ciddi dəyişikliklərə uğrayır. Onun miqdarının statistik dürüst dəyişilməsinə invaziyanın 3, 5 və 7-ci günlərində təsadüf olunur. İnvaziyanın 3-cü günü ümumi zülalın miqdarı 2,22±0,04q%-ə qədər azalır (normada 3,07±0,03 q%) ki, bu fərq də 0,85q% təşkil edir. İnvaziyanın 10-cu günü cücələrin qan zərdabında ümumi zülalın miqdarı kontrola nisbətən 1,21q% az olmasına baxmayaraq statistik dürüst deyil.
Cədvəl 5.7
Eimeria tenella ilə yoluxdurulub acı yovşan ilə müalicə olunan qara toyuq cücələrinin
qan zərdabında ümumi zülalın miqdarında baş verən dəyişikliklər
(M±Sd, q%; n=5)
Günlər
|
Sağlam
cücələrin
göstəriciləri
|
Yoluxdurulan cücələrin
göstəriciləri
|
Müalicə olunan cücələrin göstəriciləri
|
1500 mq/kq
|
2000 mq/kq
|
3000 mq/kq
|
3
|
3,07±0,03
|
2,22±0,04
P<0,001
|
2,44±0,07
P<0,05
|
2,43±0,07
P<0,05
|
2,43±0,27
P<0,05
|
5
|
3,21±0,03
|
2,47±0,61
P<0,05
|
2,70±0,03
P<0,05
|
2,68±0,16
P<0,05
|
2,67±0,16
P<0,05
|
7
|
2,92±0,01
|
2,49±0,27
P<0,01
|
2,72±0,12
P<0,05
|
2,71±0,31
P<0,05
|
2,72±0,11
P<0,05
|
10
|
3,91±0,11
|
2,70±0,35
P>0,05
|
3,07±0,17
P>0,05
|
3,00±0,25
P>0,05
|
3,03±0,32
P>0,05
|
E.tenella ilə yoluxdurulmuş cücələrin acı yovşanın 1500 mq/kq dozası ilə müalicəsi zamanı qan zərdabında ümumi zülalın miqdarının azalmağa doğru meyl göstərməsinə baxmayaraq müalicə olunmayan qrupa nisbətən ciddi dəyişikliklərə uğramır belə ki, onun miqdarının kontrol qrupun göstəricilərindən aşağı olmasda yoluxdurulmuş qrupun göstəricilərindən yüksək olur. Müalicə olunan qrupda da invaziyanın 3, 5 və 7-ci günləri ümumi zülalın miqdarının azalması yoluxdurulmuş müalicə olunmayan qrupda olduğu kimi statistik dürüstdür (P<0,05) (cədvəl 5.7).
Cücələrin eymeriyozunu acı yovşanın 2000 mq/kq və 3000 mq/kq dozaları ilə müalicəsi zamanı qan zərdabında ümumi zülalın miqdarında yoluxdurulmuş müalicə olunmayan cücələrin göstəriciləri ilə müqayisədə statistik dürüst dəyişkənlik baş verməsə də, kontrolla müqayisədə acı yovşanın 1500 mq/kq dozası ilə müalicədə olduğu kimi invaziyanın 3, 5 və 7-ci günləri baş verən dəyişkənliklərin statistik dürüst olduğu müəyyən edilmişdir (P<0,05).
Beləliklə, acı yovşanın hər üç dozası ilə müalicə olunmuş cücələrin qan zərdabında ümumi zülalın miqdarında statistik dürüst dəyişiklik baş verir. Alınan nəticələrdən məlum olur ki, müalicə məqsədilə tətbiq edilmiş acı yovşanın hər üç dozası eymerioz zamanı qanda ümumi zülalın miqdarının dəyişilməsinin qarşısını qismən alır.
Yoluxdurulmuş cücələrin qanında ümumi zülalın miqdarının azalmasını invaziya zamanı qaraciyərin funksiyasının pozulması və qanaxma ilə əlaqədar olaraq baş verən zülal itkisi ilə izah etmək olar. Yuxarıda qeyd edilənlər eymeriozun Artemisia absinthium ilə müalicəsi zamanı qanda ümumi zülalın miqdarının yoluxdurulmuş müalicə olunmayan qrupun cücələrinin göstəricilərinə nisbətən yüksək olmasını müsbət hal kimi qəbul etmək olar. Ev toyuqlarının eymeriozunun müalicəsində tətbiq edilmiş acı yovşanın hər üç dozası qan zərdabında ümumi zülalın miqdarının azalmasının qarşısını aldığından onları effektli hesab etmək olar. Acı yovşanın 1500 mq/kq dozasından fərqli olaraq 2000 və 3000 mq/kq dozaları ilə müalicə, cücələr arasında koksidioz zamanı müşahidə olunmayan əlavə narahatçılıq, stress kimi halların meydana çıxmasına səbəb olur.
Poliakrilamidgel elektrofarez metodu ilə sağlam, E.tenella ilə yoluxdurulmuş və acı yovşanın 1500, 2000 və 3000 mq/kq dozaları ilə müalicə edilmiş qara toyuq cücələrinin qan zərdabının zülalları 18 fraksiyaya ayrılmışdır. Ayrılmış 18 fraksiyada hər bir zülalı ətraflı xarakterizə etməyə imkan olmadığından bəzi qrup zülallar üzərində dayanacağıq. Qan zərdabı zülallarının elektroforeqramma və densitoqrammalarının müqayisəsi göstərir ki, nə invaziya, nə də müalicə zamanı qan zərdabı zülalları keyfiyyət dəyişikliklərinə uğramır (şəkil 5.5, 5.6, 5.7).
Bununla belə, eymeriyalarla yoluxdurulmuş cücələrin qan zərdabında ayrı-ayrı
zülalların miqdarı dəyişir, onların miqdarının artması və azalması parazitin sahib heyvanın bağırsağında gedən inkişaf mərhələlərinə uyğun baş verir. İnvaziyanın bütün günləri qan zərdabından ayrılmış 18 fraksiyadan 8-də (2, 3, 7, 7, 11, 12, 14 və 15-ci fraksiyalar) zülalın miqdarı dəyişir.
Qan zərdabında zülalların miqdarının dəyişilməsi müxtəlif istiqamətlərdə gedir. Onlardan bir qisminin miqdarı artır, digərlərinki isə azalır. Miqdarı azalan zülallar əsasən elektroforeqrammalar üzərində albuminlər zonasında yerləşən yüksək elektroforetik hərəkət sürətli (EHS) və kiçik molekul kütləli zülallardır. İnvaziya zamanı miqdarı çoxalan zülallar isə az EHS zülallar olub, elektroforeqrammalar üzərində immunoqlobulinlər zonasında yerləşir.
İnvaziyanın 10-cu günü zülalların əksər hissəsinin miqdarı normaya qayıdır. Miqdarı normaya qayıtmayan zülallar əsasən albuminlər zonasında yerləşir. Qlobulinlər zonasında isə zülalların miqdarının artması əvvəlki günlərdən yüksək olur. Alınan nəticələrdən aydın olur ki, qlobulinlər zonasında yerləşən zülalların miqdarının artması invaziyanın 3-cü günündən sonra başlayır və parazitin sahib heyvanın orqanizmində gedən inkişaf mərhələlərinə uyğun olaraq baş verir. Parazitin inkişafının hər bir mərhələsi, özündən əvvəlkinə nisbətən, qlobulinlərin daha çox artmasına səbəb olur.
Acı yovşanın 1500 mq/kq dozası ilə müalicə olunmuş cücələrin qan zərdabında zülalların miqdarının dəyişilməsi yoluxdurulmuş, lakin müalicə olunmamış cücələrdə olduğu kimi gedir. Bununla belə, xəstə və müalicə olunmuş cücələrin qan zərdabında zülalların miqdarının dəyişilməsində fərq vardır. Müalicə dövrü bəzi fraksiyalarda zülalın miqdarının artması yoluxdurulmuş quşlardakına nisbətən çox olur. Zülalların miqdarının azalma sürəti isə zəifləyir (şəkil 5.7A).
Bu acı yovşanın 1500mq/kq dozasının müalicəvi əhəmiyyəti ilə yanaşı cücələrin orqanizmində eymeriyalara qarşı yaranan immunitetə də müsbət təsir etdiyini göstərir.
İnvaziya zamanı immunoqlobulinlər zonasında yerləşən bir neçə zülalların miqdarının artması, müalicə dövründə də davam edir. Onlar EHS 0.11, 0.20, 0.42, 0.44, 0.47 və 0.56 olan zülallardır (4, 6, 11, 12, 13 və 14-cü fraksiyalar). Bu zülallar
-
|
|
Şəkil 5.5.. Kontrol qara toyuq cücələrinin qan zərdabının densitoqramması
|
Şəkil 5.6. Eimeria tenella ilə yoluxdurulmuş qara toyuq cücələrinin qan zərdabının densitoqramması
|
|
|
|
A
|
B
|
Ç
|
Şəkil 5.7. Acı yovşanın 1500 mq/kq (A), 2000 mq/kq (B) və 3000 mq/kq (Ç) dozaları ilə müalicə olunmuş qara toyuq cücələrin qan zərdabın densitoqramması.
|
qanın daimi komponentləri olub elektroforeqrammalar üzərində aydın ayrılmış, nisbətən enli spektrlər verir (şəkil 5.5, 5.6).
Acı yovşanın 2000 mq/kq və 3000 mq/kq dozaları ilə eymeriozun müalicəsi zamanı qan zərdabında zülalların miqdarının dəyişməsi invaziya zamanı olduğundan nisbətən azdır (şəkil 5.7 B, Ç). Müalicə zamanı bir neçə zülalın miqdarının dəyişməsi dayanır. İnvaziya zamanı və acı yovşanın 1500 mq/kq dozası ilə müalicə dövründə olduğu kimi, 2000 mq/kq və 3000 mq/kq dozaları ilə müalicəsi zamanı da albumin-lərin miqdarı azalır, qlobulinlər isə artırlar. İnvaziyanın 3-cü günündən 10-cu gününə qədər müalicə olunmuş cücələrin qan zərdabında EHS 0,47 olan fraksiyada zülalın miqdarı artır, EHS 0,56 olan fraksiyada isə zülalın miqdarı azalır, Ümumiyyətlə, acı yovşanın 1500 mq/kq dozası ilə müqayisədə acı yovşanın 2000 mq/kq və 3000mq/kq dozasının zərdabında ayrı-ayrı zülalların miqdarının tənzimlənməsinə təsiri nisbətən zəifdir. Çünki qeyd edilən dozalar sağlam cücələrin orqanizminə əlavə təsir effektinə malikdir.
Beləliklə, qan zərdabından ayrılmış zülalların öyrənilməsi göstərir ki, müalicə məqsədilə tətbiq edilmiş acı yovşan qan zərdabında bir çox zülalların miqdarının dəyişməsinin qarşısını alır. Bu baxımdan acı yovşanın 1500 mq/kq dozası daha effektlidir. Tətbiq edilmiş acı yovşanın bütün dozaları invaziya zamanı immuno-qlobulinlərin miqdarının artmasına maneçilik törətmir və hətta onlardan bəzilərinin miqdarının artmasını sürətləndirir.
5.5. Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qan zərdabının zülallarına baykoksun təsiri
Koksidioza qarşı istifadə edilən kimyəvi preparatlara qarşı dözümlü ştamların yaranmasına baxmayaraq hal hazırda kimyəvi dərman preparatlarından hələ də geniş istifadə olunur .
Broyler cücələrinin eymeriyozlarının müalicəsi istiqamətdə geniş tədqiqatlar aparılmasına baxmayaraq quşların və heyvanların eymeriyozlarına qarşı istifadə olu-nan kimyəvi dərman preparatlarından baykoksun sahibin orqanizminin biokimyəvi göstəricilərinə təsirinin öyrənilməsi istiqamətində aparılan tədqiqat işlərinə təsadüf etmədik.
Quşçuluqda koksidioza qarşı geniş istifadə olunan 2,5%-li baykoksun 2 ml/1L dozasının yerli cinsdən olan toyuq cücələrinin qan zərdabında ümumi zülalın miqdarına və zülal fraksiyaların dinamikasına təsirini öyrənmək üçün tədqiqatlar yerli cinsindən olan, qara və çil-çil toyuq cücələri üzərində aparılmışdır. Təcrübələr iki seriyada aparılmış, birinci seriyada yerli cinsdən olan 20 günlük qara, ikinci seriyada isə çil-çil toyuq cücələrindən istifadə edilmişdir. Analoji olaraq hər iki cinsdən olan cücələr 3 qrupa ayrılmışdır. Birinci qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmışdır. Bütün təcrübə cücələri E.tenella parazitinin 20 min sporlaşmış oosistalarını quşların çinədanına daxil etməklə yoluxdurulmuşdur. Yoluxdurulmuş qrupun cücələri də öz növbəsində iki qrupa ayrılmışdır. Onlardan birinci qrup yoluxdurulmuş kontrol kimi saxlanılmış, digər qrupdan olan cücələrə isə müalicə məqsədilə yoluxdurmadan bir gün sonra 2,5%-li baykoks 2 ml/l suda həll edilərək 2 gün müddətində quşların su qablarına tökülərək verilmişdir. Kontrol, yoluxdurulmuş və müalicə olunmuş qrupun cücələri parazitin sahibin bağırsağında inkişaf mərhələlə-rinə uyğun olaraq invaziyanın 3, 5, 7 və 10-cu günləri dekapitasiya olunaraq qan zərdabının zülalları analiz olunmuşdur.
E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuş və baykoksla müalicə olunmuş yerli cinsdən olan cücələrin qan zərdabında ümumi zülalın miqdarında baş verən dəyişikliklər haqqında məlumatlar cədvəl 5.8-də verilir.
Yoluxdurulmuş və baykoksla müalicə edilən qara və çil-çil cücələrdə eymeriozun zəif klinik əlamətləri yoluxdurmanın 5-ci günü sahibin bağırsağında parazitin merontlarının 2-ci generasiyası zamanı meydana çıxmışdır. Baykoksla müalicə olunan hər iki qrupun cücələrinin qan zərdabında ümumi zülalın miqdarında baş verən dəyişikliklər kontrol qrupun göstəricilərinə nisbətən statistik dürüst olmamışdır. Çil-çil cücələr arasında ölüm halları olmamışdır. Xəstəliyin klinik əlamətləri, cücələrin çəki artımı, ölüm faizi haqında ətraflı məlumatlar dissertasiyanın 3-cü fəslində ətraflı şərh olunduğundan həmən məlumatların təkrar verilməsini məqsədəuyğun hesab etmədik.
Cədvəl 5.8
Baykoks ilə müalicə edilmiş cücələrin qan zərdabında ümumi zülalın dinamikası
(M±Sd)
Yoluxdurmadan sonrakı günlər
|
Cücələrin göstəriciləri
|
Qara toyuq cücələri
|
Çil-çil toyuq cücələri
|
Kontrol
|
Yoluxdurul-
muş
|
Müalicə edilmiş
|
Kontrol
|
Yoluxdurul-
muş
|
Müalicə edilmiş
|
3
|
3,07±0,03
|
2,22±0,04*
|
2,73±0,01
|
3,28±0,14
|
3,18±0,37
|
3,19±0,01
|
5
|
3,21±0,03
|
2,47±0,61
|
2,87±0,02
|
3,28±0,24
|
3,19±0,41
|
3,23±0,02
|
7
|
2,92±0,01
|
2,49±0,27
|
2,80±0,02
|
3,23±0,10
|
3,20±0,60
|
3,28±0,01
|
10
|
3,91±0,11
|
2,70±0,35*
|
3,90±0,01
|
3,50±0,10
|
3,30±0,26
|
3,47±0,02
|
* P<0,05
Cədvəl 5.8-dən göründüyü kimi müalicə olunan qara toyuq cücələrinin qan zərdabında invaziyanın bütün günləri ümumi zülalın miqdarının azalmasına baxmayaraq onun miqdarı yoluxdurulmuş müalicə olunmayan qrupunda olan cücələrin göstəricilərindən yüksək olur.
Çil-çil toyuq cücələrinin qan zərdabında da invaziyanın bütün günləri ümumi zülalın miqdarı dəyişmir. Hətta invaziyanın 7-ci günü onun miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 0,05%, yoluxdurulmuş müalicə olunmayan qrupun göstərici-lərinə nisbətən 0,08 q% çox olur. Həm qara və həm də çil-çil cücələrin qan zərdabında ümumi zülalın miqdarının nisbətən yüksək olması tətbiq edilən preparatın yerli cinsdən olan cücələrin invaziya zamanı qaraciyərin zülal sintezetmə funksiyasına mənfi təsir etmədiyini göstərir (cədvəl 5.8).
Beləliklə, bizim tədqiqatların nəticələri və ədəbiyyat məlumatlarından aydın olur ki, E.tenella patogen növ olduğundan onun 20 min sporlaşmış oosistası (LD50) sahibin orqanizmində patoloji proseslər yaratmasına baxmayaraq yerli cinsdən olan cücələr broyler cücələrinə nisbətən xəstəliklərə qarşı dözümlü olduqlarından və müalicə məqsədilə baykoksun 2ml/l dozası eymeriyaların endogen inkişaf mərhələlərinin qarşısını aldığı üçün qanda ümumi zülalın miqdarının azalması statistik dürüst deyil. Müalicə olunan yerli cinsdən olan cücələrin qan zərdabında ümumi zülalın miqdarının azalma dinamikası yoluxdurulmuş cücələrə nisbətən azdır. Yerli qara toyuq cücələri, xüsusən də çil-çil toyuq cücələrinin koksidioza qarşı daha dözümlü olmalarına baxmayaraq eymeriozun təsirindən ümumi zülalın miqdarı azalır. Müalicə olunan hər iki cinsin qan zərdabında ümumi zülalın miqdarının kontrola nisbətən qismən azalması baykoksun yüksək müalicə effektinə malik olduğunu sübut edir.
Poliakrilamidgel elektrofarez metodu ilə yerli cinsdən olan yoluxdurulmuş, baykoksla müalicə olunan və kontrol qara və çil-çil toyuq cücələrin qan zərdabının zülalları 18 fraksiyaya ayrılmışdır (cədvəl 5,2, 5.9-5.11).
Eymeriyalarla yoluxdurulmuş və baykoksla müalicə olunan qara cücələrin qan zərdabında sahibin kor bağırsağında merontlarının 1-ci generasiyasının inkişafı zamanı zülalların miqdarı dəyişir. Bunlar elektroforetik hərəkət sürəti (EHS) 0,05; 0,09; 0,13; 0,22; 0,42; 0,44; 0,47; 0,56 və 0,66 olan (densitoqramma üzərində 2, 3, 5, 7, 11, 13, 14 və 15-ci fraksiyalar) fraksiyalarda olan zülallardır. EHS 0,05; 0,09; 0,13; və 0,47 olan fraksiyalarda zülalların miqdarı artır, EHS 0,22; 0,42; 0,44; 0,56 və 0,66 olan fraksiyalarda isə azalır. Miqdarı azalan zülallar elektroforetik hərəkət sürəti yüksək, artanlar isə elektroforetik hərəkət sürəti az olan zülallardır. Bu zülallar orqanizmin immun sistemində mühüm rol oynayır (cədvəl 5.9).
İnvaziyanın 5-ci günü də qan zərdabının yuxarıda qeyd edilən elektroforetik hərəkət sürətinə malik zülallarının miqdarı azalmaqda davam edir. 7-ci və 10-cu günlər qan zərdabında EHS 0,05; 0,09 və 0,66 olan zülalların miqdarı kontrola nisbətən artır. Xüsusilə EHS 0,13; 0,22 və 0,56 olan fraksiyalarda zülalın miqdarında kəskin dəyişikliklər baş verir. İnvaziyanın 10-cu günü miqdarında dəyişikliklər baş verən fraksiyalarda zülalların miqdarı normaya qayıtmır. Müalicə olunan qrupda qeyd edilən fraksiyalarda zülalların miqdarının kontrola nisbətən azalmasına baxmayaraq, yoluxdurulub müalicə olunmuş qrupun göstəricilərindən yüksək olur (cədvəl 5.9).
Beləliklə, E.tenella ilə yoluxdurulmuş və müalicə edilən qara toyuq cücələrinin qan zərdabında zülalların miqdarının azalması müəyyənləşdirilmişdir.
Alınan nəticələrin təhlili göstərir ki, qan zərdabında zülalların miqdarının dəyişməsi yoluxdurulmuş qrupda olduğu kimi gedir. Miqdarı artan və azalan zülallara həm immunoqlobulinlər (EHS 0,22 olan zülal) həm də albuminlər (EHS 0,42; 0,44; 0,56; 0,66) zonasında təsadüf olunur.
Miqdarı çoxalan zülallar həm yoluxdurulmuş və həm də baykoksla müalicə olunan qrupda yüksək molekul kütləli immunoqlobulinlər zonasında yerləşən zülal-lardır. Bu zülalların miqdarının artması hər iki qrupda invaziyanın 3-cü günündən sonra başlayır və parazitin sahibin bağırsağında inkişafına uyğun paralel olaraq artır (cədvəl 5.9). Parazitin inkişafının hər bir mərhələsi özündən əvvəlkinə nisbətən immunoqlobulinlərin daha çox artmasına səbəb olur ki, bu da parazitin ayrı-ayrı inkişaf mərhələlərinin spesifik zülallara malik olduğunu və onlara qarşı müvafiq spesifik immunoqlobulinlərin əmələ gəldiyini göstərir. İmmunoqlobulinlərin miqdarı-nın artması invaziyanın 3-cü və 5-ci günləri kəskin nəzərə çarpsa da 7-ci və 10-cu gün onun miqdarı normaya yaxınlaşır. Bu zaman onların miqdarında baş verən dəyişikliklər kontrolla müqayisədə statistik dürüst olsa da, yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisəsi zamanı statistik dürüst deyil. Qan zərdabının immuno-qlobulinlər zonasında zülalların miqdarında baş verən dəyişikliklərin yoluxdurulmuş müalicə olunmayan qrupdakılarına nisbətən zəif olması, müalicə məqsədilə tətbiq edilən preparatın parazitin inkişaf mərhələlərinə təsir etdiyini preparatın isə sahibin orqanizminə, xüsusilə qaraciyərinə ciddi təsir etmədiyini göstərir.
Beləliklə, qan zərdabının immunoqlobulinlər zonasında zülalların miqdarının artması bir daha göstərir ki, yoluxdurulub müalicə olunan quşlarda baykoks parazitə qarşı tədricən yaranan immunitetə mənfi təsir göstərmir.
Sağlam, yoluxdurulmuş və baykoksla müalicə olunmuş çil-çil cücələrin qan zərdabı zülalları da qara cücələrin qan zərdabında olduğu kimi 18 fraksiyaya ayrılmışdır (cədvəl 5.10).
Göründüyü kimi yoluxdurulub müalicə olunan cücələrin qan zərdabında EHS 0,29, 0,38 və 0,43 olan (densitoqramma üzərində 6, 7 və 8-ci fraksiyalar) fraksiyalarda zülalın miqdarı kontrol qrupun göstəriciləri ilə müqayisədə kəskin artır (cədvəl 5.10). İnvaziyanın 3-cü günü onlardan birincidə zülalın miqdarı normaya nisbətən 6,41% (normada 14,96%), ikincidə 9,85% (normada 12,63%), üçüncüdə isə 9,25% (normada 0,58%) artır. Bu göstəricilər müalicə olunan qrupda müvafiq olaraq 2,42%; 3,84% və 5,19% artır.
Cədvəl 5.9
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulan və baykoksla müalicə edilən qara toyuq cücələrinin qan zərdabında
zülal fraksiyalarının dinamikası (M±Sd, %)
F.
|
EHS
|
Kontrol cücələrin
göstəriciləri
|
Yoluxdurulan cücələrin göstəriciləri
|
Müalicə olunan cücələrin göstəriciləri
|
3-cü gün
|
5-ci gün
|
7-ci gün
|
10-cu gün
|
3-cü gün
|
5-ci gün
|
7-ci gün
|
10-cu gün
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
1
|
0,03
|
5,61±0,04
|
4,86±0,03
P>0,05
|
4,70±0,06
P>0,05
|
4,80±0,03
P>0,05
|
5,78±0,04
P>0,05
|
4,87±0,07
P>0,05
|
4,70±0,23
P>0,05
|
4,81±0,07
P>0,05
|
5,81±0,02
P>0,05
|
2
|
0,05
|
3,53±0,03
|
6,85±0,02
P<0,001
|
6,70±0,06
P<0,001
|
6,71±0,02
P<0,001
|
4,70±0,07
P<0,01
|
6,83±0,10
P<0,001
|
6,80±0,27
P<0,001
|
6,70±0,16
P<0,001
|
4,50±0,19
P<0,001
|
3
|
0,09
|
4,96±0,03
|
6,94±0,04
P<0,05
|
7,00±0,04
P<0,001
|
5,00±0,01
P<0,01
|
6,07±0,02
P<0,001
|
7,00±0,19
P<0,001
|
6,96±0,13
P<0,001
|
5,13±0,25
P<0,001
|
5,21±0,27
P<0,001
|
4
|
0,11
|
2,01±0,06
|
0,43±0,02
P>0,05
|
0,90±0,12
P>0,05
|
1,00±0,19
P>0,05
|
1,12±0,05
P>0,05
|
0,63±0,30
P>0,05
|
2,00±0,09
P>0,05
|
2,11±0,16
P>0,05
|
1,97±0,06
P>0,05
|
5
|
0,13
|
8,33±0,05
|
21,68±0,06
P<0,001
|
21,0±0,16
P<0,001
|
21,19±0,07
P<0,001
|
15,5±0,05
P<0,001
|
21,17±0,17
P<0,001
|
21,00±0,06
P<0,001
|
16,10±0,17
P<0,001
|
10,51±0,17
P<0,001
|
6
|
0,20
|
2,88±0,05
|
2,08±0,13
P>0,05
|
2,16±0,10
P>0,05
|
2,15±0,10
P>0,05
|
2,13±0,04
P>0,05
|
2,13±0,60
P>0,05
|
2,14±0,06
P>0,05
|
2,90±0,23
P>0,05
|
2,91±0,21
P>0,05
|
7
|
0,22
|
10,58±0,03
|
1,91±0,06
P<0,001
|
2,00±0,23
P<0,001
|
2,16±0,25
P<0,001
|
5,01±0,16
P<0,001
|
3,70±0,43
P<0,001
|
2,03±0,40
P<0,001
|
4,20±0,57
P<0,001
|
7,21±0,06
P<0,001
|
8
|
0,25
|
5.13±0,07
|
5,23±0,23
P>0,05
|
5,17±0,78
P>0,05
|
5,03±0,30
P>0,05
|
5,00±0,20
P>0,05
|
5,17±0,03
P>0,05
|
5,00±0,12
P>0,05
|
5,00±0,60
P>0,05
|
5,00±0,06
P>0,05
|
9
|
0,29
|
3,04±0,08
|
2,69±0,20
P>0,05
|
2,50±0,50
P>0,05
|
2,67±0,60
P>0,05
|
2,60±0,50
P>0,05
|
3,00±0,71
P>0,05
|
2,48±0,22
P>0,05
|
2,81±0,51
P>0,05
|
2,51±0,06
P>0,05
|
10
|
0,33
|
0,96±0,04
|
1,56±0,23
P>0,05
|
1,60±0,07
P>0,05
|
1,57±0,56
P>0,05
|
1,45±0,73
P>0,05
|
2,00±0,16
P>0,05
|
1,51±0,36
P>0,05
|
1,00±0,30
P>0,05
|
1,37±0,11
P>0,05
|
11
|
0,42
|
14,1±0,25
|
12,06±0,25
P<0,001
|
12,00±0,25
P<0,001
|
12,77±0.10
P<0,001
|
13.70±0,60
P<0,01
|
12,00±0,13
P<0,001
|
11,01±0,61
P<0,001
|
13,00±0,27
P<0,001
|
13,83±0,57
P<0,001
|
12
|
0,44
|
3,53±0,31
|
1,99±0,29
P<0,001
|
2,00±0,20
P<0,01
|
2,12±0,40
P<0,01
|
2,83±0,24
P<0,01
|
2,16±0,50
P>0,05
|
3,00±0,37
P>0,05
|
3,27±0,16
P>0,05
|
4,00±0,37
P>0,05
|
13
|
0,47
|
7,53±0,20
|
10,76±0,55
P>0,05
|
11,67±0,50
P>0,05
|
10,60±0,30
P>0,05
|
10,18±0,40
P>0,05
|
9,14±0,33
P<0,001
|
11,13±0,12
P<0,001
|
8,51±0,09
P<0,001
|
8,71±0,41
P>0,05
|
Cədvəl 5.9-un ardı
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
14
|
0,56
|
8,90±0,28
|
1,65±0,05
P<0,001
|
2,00±0,48
P<0,001
|
2,90±0,29
P<0,001
|
2,70±0,20
P<0,001
|
2,63±0,23
P<0,001
|
3,00±0,21
P<0,001
|
2,23±0,30
P<0,001
|
4,18±0,27
P<0,001
|
15
|
0,66
|
6,57±0,42
|
3,90±0,05
P<0,001
|
4,00±0,53
P<0,001
|
4,18±0,38
P<0,001
|
6,00±0,22
P<0,05
|
4,10±0,12
P<0,001
|
3,90±0,31
P<0,001
|
7,11±0,30
P>0,05
|
7,10±0,22
P>0,05
|
16
|
0,77
|
8,01±0,55
|
8,50±0,11
P>0,05
|
8,00±0,50
P>0,05
|
8,39±0,75
P>0,05
|
8,59±0,12
P>0,05
|
8,31±0,37
P>0,05
|
8,00±0,11
P>0,05
|
8,40±0,43
P>0,05
|
8,27±0,63
P>0,05
|
17
|
0,83
|
2,72±0,45
|
3,90±0,27
P>0,05
|
3,70±0,45
P>0,05
|
3,81±0,46
P>0,05
|
3,74±0,19
P>0,05
|
2,18±0,07
P>0,05
|
2,71±0,26
P>0,05
|
3,82±0,07
P>0,05
|
4,00±0,40
P>0,05
|
18
|
0,93
|
2,24±0,27
|
3,03±0,50
P>0,05
|
2,90±0,33
P>0,05
|
2,96±0,90
P>0,05
|
2,90±0,40
P>0,05
|
3,00±0,31
P<0,05
|
2,63±0,51
P>0,05
|
2,90±0,13
P>0,05
|
2,91±0,27
P>0,05
|
Qeyd: F – zülal fraksiyaları
Müalicə olunan qrupda zülalların miqdarında baş verən artım yoluxdurulmuş müalicə olunmayanlara nisbətən azdır. Bu da 2,5%-li baykoksun 2ml/l dozada 2 gün müddətində tətbiqi parazitin 2-ci və 3-cü sizoqoniya mərhələlərinə təsir etdiyini, sahibin orqanizminə kəskin təsir etmədiyini göstərir. EHS 0,19 olan fraksiyada (densitoqramma üzərində 5-ci fraksiya) zülalın miqdarı 7,24% (normada 18,15%), EHS 0,75 olan zülalın (densitoqramma üzərində 11-ci fraksiya) miqdarı isə 16,37% (normada 20,00±0,01%) azalır. Müalicə olunan qrupda da qeyd edilən fraksiyada azalma müşahidə olunur (cədvəl 5.10). İnvaziyanın 3-cü günü zülalın miqdarı 16,17%-ə qədər azalır. 5-ci və 7-ci günlər bu azalma daha kəskin xarakter alır (müvafiq olaraq 5,27±0,12% və 7,90±0,21%), 10-cu gün isə normaya qayıtma hiss olunur. Bu gündə də kontrolla müqayisədə baş verən dəyişkənlik statistik dürüst (P<0,05) olaraq qalır. Yoluxdurulmuş qrupda isə bu göstərici 9,00±0,09% (P<0,05) təşkil edir (cədvəl 5.6).
Buradan belə nəticəyə gəlmək olar ki, müalicə məqsədilə tətbiq edilən preparat invaziyanın 3-cü və 5-ci günləri (müvafiq olaraq müalicədən 1 və 3 gün sonra) qeyd edilən zülalın miqdarının normaya qayıtmasına səbəb ola bilmir. Yoluxdurulmuş qrupla müqayisədə bu günlərdə statistik dürüst dəyişkənlik baş vermir.
Müalicə olunan qrupda bu göstəricinin (11-ci fraksiya) (15,66±0,09%) kontrol qrupun göstəricisinə yaxın olması (yoluxdurulmuş qrupda 9,00±0,09%) preparatın zülal mübadiləsini tənzimlədiyini göstərir (cədvəl 5.6 və 5.10).
İnvaziyanın 5-ci günü yoluxdurulmuş və müalicə olunan cücələrin qan zərdabında zülalların miqdarının dəyişməsi demək olar ki, invaziyanın 7-ci günündəki kimidir. Yalnız bir zülalın - EHS 0,10 olan zülalın (densitoqramma üzərində 4-cü fraksiya) miqdarı normaya qayıdır. İnvaziyanın 5-ci günü yoluxdurulmuş qrupda 8 zülalın miqdarında statistik dürüst dəyişkənlik baş verirsə, 7-ci gün onların sayı 9-a çatır. Müalicə olunan qrupda isə 5-ci gün 7 zülalın miqdarında, 7-ci gün 6 zülalın miqdarında statistik dürüst dəyişkənlik baş verir (cədvəl 4.10). Miqdarında statistik dürüst dəyişkənlik baş verən zülalın sayı 10-cu gün də 7-ci gündə olduğu kimi olur. Yoluxdurulan qrupdan olan cücələrin göstəriciləri ilə müqayisədə 5 fraksiyada zülalın miqdarı azalır, 1 fraksiyada isə artır.
Cədvəl 5.10
E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulan və baykoksla müalicə edilən çil-çil toyuq cücələrinin qan zərdabında
zülal fraksiyalarının dinamikası (M±Sd, %)
|
EHS
|
Kontrol cücələrin
göstəriciləri
|
Yoluxdurulmuş cücələrin göstəriciləri
|
Müalicə olunan cücələrin göstəriciləri
|
3-cü gün
|
5-ci gün
|
7-ci gün
|
10-cu gün
|
3-cü gün
|
5-ci gün
|
7-ci gün
|
10-cu gün
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
1
|
0,03
|
0,52±0,23
|
0,13±0,18
P<0,05
|
0,14±0,12
P>0,05
|
0,40±0,16
P>0,05
|
0,37±0,25
P>0,05
|
0,15±0,17
P>0,05
|
0,14±0,25
P>0,05
|
0,38±0,27
P>0,05
|
0,37±0,16
P>0,05
|
2
|
0,05
|
0,91±0,01
|
0,09±0,15
P>0,05
|
0,08±0,08
P>0,05
|
0,07±0,15
P>0,05
|
0,08±0,25
P>0,05
|
0,08±0,09
P<0,001
|
0,08±0,13
P<0,001
|
0,11±0,25
P<0,001
|
0,08±0,03
P<0,001
|
3
|
0,08
|
0,19±0,10
|
0,04±0,17
P>0,05
|
0,04±0,05
P>0,05
|
0,03±0,15
P>0,05
|
0,05±0,03
P>0,05
|
0,09±0,15
P>0,05
|
0,06±0,05
P>0,05
|
0,12±0,19
P>0,05
|
0,04±0,49
P>0,05
|
4
|
0,10
|
4,00±0,46
|
5,00±0,09
P<0,05
|
4,50±0,22
P<0,05
|
4,20±0,32
P<0,05
|
4,48±0,49
P<0,05
|
5,07±0,08
P>0,05
|
5,52±0,30
P<0,01
|
4,21±0,22
P>0,05
|
4,43±0,20
P>0,05
|
5
|
0,19
|
18,15±0,17
|
8,94±0,18
P<0,001
|
8,00±0,20
P<0,001
|
8,10±0,03
P<0,001
|
8,22±0,08
P<0,001
|
10,91±0,32
P<0,001
|
8,21±0,17
P<0,001
|
8,22±0,07
P<0,001
|
12,20±0,16
P<0,001
|
6
|
0,29
|
14,96±0,20
|
21,37±0,20
P<0,001
|
21,70±0,19
P<0,001
|
20,30±0,07
P<0,001
|
18,95±0,08
P<0,001
|
17,38±0,17
P<0,001
|
21,0±0,13
P<0,001
|
18,90±0,12
P<0,001
|
16,21±0,12
P<0,001
|
7
|
0,38
|
12,63±0,22
|
22,48±0,22
P<0,001
|
22,0±0,19
P<0,001
|
23,75±0,07
P<0,001
|
20,50±0,09
P<0,001
|
16,47±0.27
P<0,001
|
22,13±0,43
P<0,001
|
24,00±0,12
P<0,001
|
17,43±0,17
P<0,001
|
8
|
0,43
|
0,58±0,19
|
9,83±0,28
P<0,001
|
10,01±0,17
P<0,001
|
10,08±0,01
P<0,001
|
8,72±0,09
P<0,001
|
5,77±0,16
P<0,001
|
9,16±0,27
P<0,001
|
11,12±0,06
P<0,001
|
3,77±0,20
P<0,01
|
9
|
0,63
|
5,76±0,19
|
5,90±0,03
P>0,05
|
5,62±0,02
P>0,05
|
5,80±0,06
P>0,05
|
5,92±0,09
P>0,05
|
5,81±0,13
P>0,05
|
5,61±0,03
P>0,05
|
5,77±0,51
P>0,05
|
5,91±0,27
P>0,05
|
10
|
0,69
|
4,92±0,01
|
5,46±0,03 P<0,05
|
5,30±0,01
P<0,05
|
5,47±0,13
P<0,05
|
5,37±0,09
P>0,05
|
5,40±0,07
P>0,05
|
5,27±0,17
P>0,05
|
5,46±0,51
P>0,05
|
5,40±0,13
P>0,05
|
11
|
0,75
|
20,00±0,01
|
3,63±0,01
P<0,001
|
5,16±0,01
P<0,001
|
6,28±0,14
P<0,001
|
9,00±0,09
P<0,001
|
16,17±0,17
P<0,001
|
5,27±0,12
P<0,001
|
7,90±0,21
P<0,001
|
15,66±0,09
P<0,001
|
12
|
0,80
|
4,28±0,29
|
4,48±0,22
P>0,05
|
5,00±0,33
P>0,05
|
3,00±0,48
P<0,01
|
3,07±0,55
P>0,05
|
4,46±0,26
P>0,05
|
5,01±0,18
P>0,05
|
4,00±0,21
P>0,05
|
3,97±0,09
P>0,05
|
Cədvəl 5.10-un ardı
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
13
|
0,83
|
3,31±0,08
|
4,59±0,07
P>0,05
|
4,63±0,03
P>0,05
|
4,38±0,20
P>0,05
|
4,30±0,03
P>0,05
|
3,57±0,31
P>0,05
|
4,62±0,17
P>0,05
|
4,38±0,21
P>0,05
|
4,00±0,11
P>0,05
|
14
|
0,85
|
3,30±0,21
|
2,45±0,12
P>0,05
|
2,12±0,01
P>0,05
|
2,18±0,20
P>0,05
|
3,00±0,07
P>0,05
|
3,30±0,21
P>0,05
|
3,00±0,15
P>0,05
|
2,21±0,41
P>0,05
|
3,10±0,16
P>0,05
|
15
|
0,89
|
2,46±0,01
|
2,37±0,11
P>0,05
|
2,42±0,03
P>0,05
|
2,47±0,29
P>0,05
|
4,00±0,03
P<0,01
|
2,30±0,20
P>0,05
|
2,31±0,23
P>0,05
|
2,47±0,31
P>0,05
|
2,51±0,16
P>0,05
|
16
|
0,92
|
0,16±0,05
|
0,01±0,12
P>0,05
|
0,09±0,46
P>0,05
|
0,18±0,33
P>0,05
|
0,60±0,27
P>0,05
|
0,27±0,15
P>0,05
|
0,09±0,20
P>0,05
|
0,16±0,21
P>0,05
|
0,57±0,22
P>0,05
|
17
|
0,95
|
2,16±0,02
|
2,01±0,27
P>0,05
|
2,02±0,04
P>0,05
|
2,18±0,30
P>0,05
|
2,17±0,05
P>0,05
|
2,00±0,16
P>0,05
|
2,03±0,21
P>0,05
|
2,17±0,31
P>0,05
|
2,17±0,27
P>0,05
|
18
|
0,98
|
1,81±0,01
|
1,22±0,30
P>0,05
|
1,17±0,17
P>0,05
|
1,16±0,33
P>0,05
|
1,20±0,01
P>0,05
|
0,80±0,16
P>0,05
|
0,49±0,30
P>0,05
|
1,68±0,18
P>0,05
|
2,18±0,39
P>0,05
|
EHS 0,19 olan fraksiyada zülalın miqdarı invaziyanın 3-cü günü 8,94% təşkil edir. Müalicə məqsədilə baykoksun tətbiqindən sonra invaziyanın 3-cü günü onun miqdarı 10,91%-ə yüksəlir. Növbəti günlərdə invaziyanın 5 və 7-ci günləri onun miqdarı müvafiq olaraq 8,21 və 8,22% təşkil edir. 10-cu gün isə onun miqdarı yenidən yüksələrək (12,20%) kontrol qrupun göstəricilərinə yaxınlaşır (kontrol qrupda 18,15%) (cədvəl 4.10).
Yoluxdurulan qrupda EHS 0,38 və 0,43 olan fraksiyalarda zülalın artması kəskin baş verir (22,48 və 9,83, kontrol qrupda isə müvafiq olaraq 12,63 və 0,58). EHS 0,38 olan fraksiyada zülalın miqdarının kəskin artması invaziyanın 10-cu gününə qədər davam edir (müvafiq olaraq 3-cü gün 22,48%; 5-ci gün 22,00%, 7-ci gün 23,75%) 10-cu gün isə zülalın miqdarı azalaraq 20,50% təşkil edir. Müalicə olunan qrupda isə qeyd edilən fraksiyalarda zülalın miqdarı artsa da, yoluxdurulmuş qrupun müvafiq göstəricilərindən aşağı olur ki, bu da preparatın zülal mübadiləsinə müsbət təsir effekti ilə izah edilir.
EHS 0,43 olan fraksiyada zülalların miqdarının kəskin artmasına baxmayaraq invaziyanın 10-cu günü onun miqdarında azalma hiss olunur. Bu zaman onun miqdarı müalicə olunan qrupda invaziyanın 3, 5 və 7-ci günləri müvafiq olaraq 5,77%, 9,16% və 11,12% təşkil edirsə, invaziyanın 10-cu günü onun miqdarı 3,77%-ə (normada 0,58%) enir (cədvəl 5. 10).
Prepatent dövrünün son mərhələsində yoluxdurulmuş cücələrin qan zərdabında zülalların miqdarının dəyişməsi EHS 0,19 olan fraksiya istisna olmaqla (bu fraksiyada zülalın miqdarı kontrolla müqayisədə azalır, yoluxdurulmuş qrupun müvafiq göstəriciləri ilə müqayisədə artır), qlobulinlər zonasında yerləşən zülalların miqdarının artması, albuminlərin miqdarının isə azalması ilə xarakterizə olunur. Bu halda 7 zülal fraksiyasında statistik dürüst dəyişiklik baş verir (cədvəl 5.10). Müalicə olunan cücələrdə invaziyanın 3, 7 və 10-cu günləri eyni sayda zülalın miqdarında dəyişiklik baş verir. Hər iki halda miqdarında statistik dürüst dəyişkənlik baş verən zülalın sayı 6-dir. İnvaziyanın 5-ci günü isə 7 zülal fraksiyasının miqdarında statistik dürüst dəyişkənlik baş verir. Yoluxdurulmuşlarla müqayisədə bu zülalların miqdarının artıb azalması ilə fərqlənir.
10-cu gün müalicə olunan cücələrin qan zərdabında zülalların öyrənilməsi göstərir ki, bu dəyişikliklər normalaşma istiqamətində gedir.
Aparılan tədqiqatların nəticəsində aydın olur ki, müalicə məqsədilə tətbiq edilən 2,5 %-li baykoks 2ml/l dozada yerli cinsdən olan qara cücələrin qan zərdabının zülal fraksiyalarında əlavə dəyişikliklərə səbəb olmasa da, çil-çil cinsdən olan cücələrin qan zərdabında elektroforetik hərəkət sürəti 0,05 olan fraksiyalarda zülalların miqdarının kontrol qrupun göstəricisi ilə müqayisədə azalmasına səbəb olur (P<0,01). Miqdarı artan fraksiyalarda zülalların miqdarının artma intensivliyi yoluxdurulmuşlara nisbətən çoxalır, miqdarı azalan zülalların azalma intensivliyi isə azalır. Bu da tətbiq edilən preparatın sahibin koksidioza qarşı yaranan immunitetə və qaraciyərin zülal sintez etmə funksiyasına mənfi təsir etmədiyini bir daha təsdiqləyir.
Dostları ilə paylaş: |