1. Azərbaycanın təbii-coğrafi şəraiti


Alban feodal dövləti.Alban hökmdarlarının dövlətin müstəqilliyi uğrunda mübarizələri(III-V əsrlər)



Yüklə 344,46 Kb.
səhifə29/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   25   26   27   28   29   30   31   32   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

28.Alban feodal dövləti.Alban hökmdarlarının dövlətin müstəqilliyi uğrunda mübarizələri(III-V əsrlər).

Əhəmənilərin ərazisinə hakim olan İskəndərin imperiyası e. ə. 323-cü ildə onun dünyasını dəyişməsi ilə dağıldı. Müasir Azərbaycan türklərinin yaşadığı şimal torpaqlarda e. ə. IV əsrdə Albaniya, cənubunda isə Atropatena dövləti yarandı.

Albanlar haqqında ilk məlumatı verən romalı tarixşünas Strabon yazmışdır ki, albanlar İberlərlə Kaspi dənizi arasında yaşayırdılar. Dövlətin qərb sərhəddi isə antik mənbələrdə Kambis kimi göstərilən İori olub. İndiki Gürcüstanın şərq hissəsi də onların hakimiyyətində olub. Yenə Strabona görə, dövlətin şimal sərhəddi Qafqaz dağları ilə əhatələnib. Qafqazların dənizə yaxın hissəsinə isə Keraun deyilirdi ki, Ptolomey də Alban ərazisinin şimalda Soana çayına kimi gedib çıxdığını yazmışdır.

Müasir mənbələr sübut edir ki, albanlar özlərinin xaricində qalan 25 tayfanı öz hakimiyyətləri altına salmışlar. Bunların böyük əksəriyyəti albanlarla qohum olsa da, bir qismi mənşəcə onlardan fərqli idilər. Araşdırmaçılar arasında albanların sak nəslindən gəldiyi və ya onların yaşadığı torpaqların yerliləri olduqları barədə ixtilaflar vardır.

Tarixi qeydlərə əsasən Alban tayfalarından hesab edilən və şimali Azərbaycanın Qəbələ bölgəsində yaşayan az saylı udinlərin ata-babaları qəbul edilən utilər Alazanla Kür çayının qovşağında; leqlər Samur çayının axarının dağlıq hissəsində; lupenlər Qafqaz dağlarının cənub ətəklərində; qarqarlar Qafqazların şimalında (sonralan isə Qarabağın düzənlik yerlərində) yaşayıblar.
Albaniyada türklərin əksəriyyəti təşkil etdiyinə dair məlumatlar getdikcə artmaqdadır.

Eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub.



II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən xalq azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan457-463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu.

Mənbələrin məlumatından görünür ki, Sasani üsuli-idarəsinin Albaniya,İberiyadakı xristian təbəələrinə münasibətdə apardığı siyasət sabit olmamış, daim dəyişikliklərə uğradı. Xristianlar Roma imperiyasında təqiblərə məruz qaldıqda Sasani şahları onlara himayədarlıq etmiş, xristianların simasında romalılara qarşı arxa cəbhədə müttəfiq qazanmaq ümidi ilə onları öz ərazilərində həvəslə qəbul etmişdilər. Xristianlığın qələbəsi, onun şərqi Roma imperiyasında, həmçinin Albaniya, Ermənistan və İberiyada dövlət dininə çevrilməsi ilə Sasanilər imperiyasında xristianlara münasibət dəyişdi. Sasani şahları mötədil təriqətlərə mənsub olan xristianları təqib etməyə, eləcə də öz yerlərində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. Qonşuluqda siyasi və dini cəhətdən Sasanilərə düşmən, lakin Roma imperiyası ilə həmdin ölkənin olması həm Şimaldan, həm də qərbdən möhkəmləndirilmiş təbii sərhədləri olmayan bu ölkəni həmin istiqamətlərdən daim təhlükəyə məruz qoyurdu.

Lakin alban hökmdarlarının separatçılığı mərkəzi hakimiyyəti narahat edirdi. V əsrin ortalarında şimali Qafqaz köçərilərinin artmaqda olan basqınlarından, eləcə də Bizansın Attila ilə müharibəyə və kilsə münaqişələrinə cəlb olunmasından istifadə edən Sasanilər Qafqaz xalqlarının müqavimətinə və müstəqilliyinə həmişəlik son qoymaq, Albaniya və İberiyanı da öz əyalətlərinə çevirmək üçün açıq və qəti tədbirlərə əl atdılar. Hər şeydən əvvəl II Yəzdigərd (438-457) Cənubi qafqazlıların hərbi qüvvələrini imperiyanın Şimal-Şərq hüdudlarına – hunlarla mübarizəyə səfərbər edərək, bununla onların müqavimətini zəiflətdi.

II Yəzdigərd vergi siyasətini də dəyişdi. Əhalinin ümumi siyahıya alınması və üzərinə vergi qoyulacaq hər şeyin qeydiyyatdan keçirilməsi nəticəsində vergilər xeyli dərəcədə artdı. Kəndlilərlə yanaşı, şəhər əhalisi, eləcə də əvvəllər azatlar zümrəsi ilə bir tutulan və yalnız torpaq vergisi verən ruhanilər də ağır vergi ilə yükləndilər.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin