31.Azərbaycanda Ərəb işğalları ərəfəsində ictimai-iqtisadi və siyasi həyat.
637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.
Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.
Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.
Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.
Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.[7][8]
Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən) döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız piyada qoşuna götürürdülər.[24][25][26]
Bu hərbi səfərlərdə zimmilər görkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında vuruşurdular.[27][28]
Zimmilərin yerli birləşmələri ərəblərə silahlı kömək göstərəndə, ərəblər onları vergi ödəməkdən azad edirdilər, çünki hərbi xidmət vergini əvəz edirdi. Əhali ərəb qoşunlarında xidmət etməkdən və onlara yardım göstərməkdən boyun qaçıranda, Azərbaycan əhalisi də belə etmişdi – azad olmaq üçün böyük ödənc verməli idi.[31][32][33]
Bəzən zimmi birləşmələrindən cəsus kimi də istifadə edilirdi.[34]
Dostları ilə paylaş: |