1. Azərbaycanın təbii-coğrafi şəraiti


Xürrəmilər hərəkatının məğlubiyyət səbəbləri və hərəkatın əhəmiyyəti



Yüklə 344,46 Kb.
səhifə40/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   36   37   38   39   40   41   42   43   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

39.Xürrəmilər hərəkatının məğlubiyyət səbəbləri və hərəkatın əhəmiyyəti.

Orta Əsrlərdə baş verən digər kəndli müharibələri kimi, xürrəmilər hərəkatı da məğlubiyyətə uğradı. Lakin xürrəmilər hərəkatı həmin müharibələrdən fərqli olara, hər şeydən əvvəl istiqlaliyyət uğrunda - azadlıq müharibəsi idi və miqyasına görə daha böyük idi. Xürrəmilər hərəkatının məğlub olma səbəbləri aşağıdakı amiııərlə bağlı idi:



Uğursuzluqla nəticələnməsinə baxmayaraq Xürrəmilər hərəkatının böyük tarixi əhəmiyyəti var idi. İllərlə davam edən müharibədə xürrəmilər ərəblərə saysız hesabsız zərərlər yetirdi, ərəblər yarım milyona qədər əsgər itirdi və onlarla məhşur sərkərdəsi öldürüldü.

Bəziləri Babəki Karfagen sərkərdəsi Hanniballa müqayisə edirlər. Bir müəllif yazırdı ki, “Babəkin üzərində çalınan qələbə İslam dövlətinin ən böyük qələbəsi idi”.

Xürrəmillər hərəkatı barədə ilkin mənbə hesab edilən ərəb qaynaqlarının demək olar hamısı dövrün hakim siyasətindən irəli gələrək hərəkatı hər vəchlə gözdən salmağa çalışmışdılar. Onlar xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz. Onlardan bəzisi, sanki Babəklə şəxsi ədavəti olan bir adam kimi, açıq-aşkar onu "quldur və nihilist", "lovğa və təkəbbürlü adam", "məşhur soyğunçu və quldur" adlandırır. Başqaları isə özlərini Xilafət dövrünün adamı və hadisələrin sanki canlı şahidi hesab edərək, Azərbaycan xürrəmilərinin başçısını "qorxunc bidətçi və qiyamçı" "təriqətçi və mehdi", "üsyançı", "böyük bidətçi" deyə qələmə verir. Lakin onlar bu hərəkatın vüsətini və əzəmətini göstərməklə yanaşı, onun rəhbərinin fövqəladə sərkərdəlik məharətinə və igidliyinə də xüsusi yer ayırırlar. 

Onlardan bəziləri hətta Babəki qədim dünyanın məşhur sərkərdəsi Hanniballa müqayisə edirlər. Müəlliflərdən biri qeyd edir ki, "Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi".

Müasir İran tədqiqatçıları xürrəmilər və Babək haqqındakı tədqiqatlarında sübut etməyə çalışırlar ki, istər xürrəmilər, istərsə də Babəkin özü sırf İrana məxsus hadisə imiş. 

Paniranizm mövqelərində duran Q.X.Sadiqi, Abbas Xəlili və başqaları kimi tədqiqatçılar belə bir fıkir yürüdürdülər ki, Azərbaycan həmişə olduğu kimi indi də İran vilayətlərindən biri olduğuna görə Babəkin rəhbərlik etdiyi xürrəmilər hərəkatı Abbasilər xilafətinə qarşı İran azadlıq hərəkatının ən parlaq təzahürüdür.

İranın digər müasir alimləri kimi S.Nəfisi də bu məsələdə paniranizmə haqq qazandıraraq, Babəki "İran torpağının böyük simalarından biri", "İranın adını əbədiləşdirən milli qəhrəmanlardan adlandırır.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin