1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanda Atabəylərin(Eldənizlərin) sülalə dövlətinin yaranması və inkişafı



Yüklə 344,46 Kb.
səhifə48/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   44   45   46   47   48   49   50   51   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

47.Azərbaycanda Atabəylərin(Eldənizlərin) sülalə dövlətinin yaranması və inkişafı.

Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nufuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı."

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledicisi və əsil hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xutbə oxunurdu.

Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə-əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin, dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin kücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və Sultan hökuməti məhz hərbi kücsüzlüyü ucundan bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, küclü qonşuları ilə, xüsusən, Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı.

Eldənizin ardıcıllığı və fəal kücü, sultan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi və bununla hakimiyyətin müdafiəçisi və feodal təşkilatının başçısı kimi yüksək, tədbirli xarici siyasəti-bütün bunlar göstərir ki, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı öz dövrünün nəhəng siyasi xadimi olmuş və sultanın qəyyumu kimi mövqeyindən müvəqqəti nailiyyətlər üçün deyil, bir tərəfdən özünün qoyduğu sülalənin torpaqlarının genişləndirilməsi, başqa bir tərəfdən isə mərkəzi hakimiyyətin qüvvətləndirilməsn üçün istifadə etdiyinə körə, həqiqətən uzaqgörənlik etmişdir. Təsvir etdiyimiz bu vəziyyət mənbələrdə, o cümlədən, Eldənizin müasirlərinin əsərlərində qeyd edilir. Əl-Hüseyni yazır ki, "Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdülər." İbn əl-Əsir atabəy Eldənizin "Tiflis qapılarından Məkrana qədər uzanan" torpaqlarını daha ətraflı sadalayır. Tarixçi yazır: "O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə yiyələnmişdi. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri ona tabe idilər".

Böyük atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasbətinin məqsədini gözləməyə başladı.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin