1. Azərbaycanın təbii-coğrafi şəraiti


Monqolların Azərbaycana üçüncü yürüşü,Azərbaycan Hülakülər(Elxanilər) imperiyasının tərkibində



Yüklə 344,46 Kb.
səhifə51/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   47   48   49   50   51   52   53   54   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

50.Monqolların Azərbaycana üçüncü yürüşü,Azərbaycan Hülakülər(Elxanilər) imperiyasının tərkibində.

Azərbaycan Hülakü dövlətinin mərkəzi kimu Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu-Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi -metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi-siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış görkəmli alimimiz Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm sənədlər türk, ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk dilində çatdırılırdı. Təsadüfi deyil ki, XIII-XIV əsrlərdə Azərbaycanın və onun şimal hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII əsr mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi.

Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və tanınmış əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin (1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi. 1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan xan (1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti gücləndirdi.

Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə (1316-1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.

1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa məhkum edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi əl Əhərinin Çobani nəslinin Vətənimiz Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları dəhşətə gətirir. Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və zülmün əsasını qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm bayrağını göylərə qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və vəba… Məlik Əşrəf 100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar istədiklərini etdilər. Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə səpələndi.” Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında məlumatlar vardır.

Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus dördüncü ulusun-Qızıl Ordanın ərazisinin bir hissəsinin qoparılaraq beşinci ulusa-Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. Şəhərlərimiz, kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz qınlırdı. Qızıl Ordanın 1263, 1265,1288-1290, 1335-ci il yürüşləri ona uğur gətirmədi. Çobani Məlik Əşrəfin Hülakü ulusunu çapıb-talaması və soyğunçuluq siyasəti ölkəmizi hərbi-siyasi və iqtisadi cəhətdən tamamilə gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə şəhərində məsciddə vaizlik edirdi. Qızıl Orda hökmdarı Canı bəyin məscidə gəlməsindən istifadə edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya bilmədi və dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. Şirvanşah qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan müttəfiqlər Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahların müstəqilləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarını saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət onların səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən vergiləri belə, monqol baskakları toplayırdı.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin