1. Azərbaycanın təbii-coğrafi şəraiti


Monqol hakimiyyəti dövründə Azərbaycanda iqtisadi vəziyyət.Qazan xanın islahatları



Yüklə 344,46 Kb.
səhifə52/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   48   49   50   51   52   53   54   55   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

51.Monqol hakimiyyəti dövründə Azərbaycanda iqtisadi vəziyyət.Qazan xanın islahatları.

Qazan xan və onun baş vəziri Fəzlullah Rəşidəddin dövlətin iqtisadi siyasətini dəyişdirmək üçün ardıcıl islahatlar keçirmişdilər. İslahatların ideoloqu Rəşidəddin, hətta sonrakı dövrlər üçün də böyük əhəmiyyət daşıyan yeni iqtisadi konsepsiyanın məzmununu oğlu Şihabəddinə məktubunda belə izah etmişdi: ‘hər hansı bir dövlətin mədaxil xəzinəsi rəiyyət özüdür, onun halal zəhməti və çalışğanlığıdır. Rəiyyət soyulub var-yoxdan çıxarılarsa, hökmdarlara heç bir qazanc qalmaz və işin kökünə baxsan, hər bir səltənətin özülü ədalətdir, çünki… dövləti ordu qazanır, dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar-vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır, rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar; deməli, ədalət yoxdursa, rəiyyət də yoxdur”.

Qazan xan və onun baş vəziri Rəşidəddin yeni “ədalətli” iqtisadi siyasətin dayağı olacaq rəiyyət, sənətkar və tacirlər zümrəsinə arxalanmağın tərəfdarı kimi çıxış edirdilər.

Qazan xanın 1303-cü ildə verdiyi hərbi iqta torpaqları haqqında qanun onun islahatları içərisində xüsusi yer tutur. Bu qanuna əsasən dövlətə hərbi xidmət göstərən döyüşçülərə iqta torpaqları paylanırdı. Bu torpaqdan gələn gəlir döyüşçünün dövlət xəzinəsindən aldığı məvacibi əvəz edirdi və iqta alan döyüşçü kiçik torpaq sahibinə çevrilirdi. İqta torpağı üzərindəki əkin sahələri, təsərrüfatlar və tikililər də iqtadarın sahibliyinə verilirdi. İqta alan döyüşçüyə orada yaşayan kəndlilərdən dövlətin xeyrinə yığılan bütün vergiləri toplamaq hüququ verilirdi. İqta sahibi həmin torpağı bütün oğullarına deyil, hərbi xidmətdə onu əvəz edəcək oğluna irsən ötürə bilərdi. İqta torpağında yaşayan rəiyyətlər də iqtadarın sahibliyinə keçirdi və bu torpaqlardan başqa yerlərə qaçan rəiyyətlər 30 ildən çox vaxt keçməmişdisə, məcburi qaydada geri qaytarılmalı idi. İqtadar torpağın becərilməsinə qayğı göstərməyib, rəiyyətlə əsir və ya qul kimi rəftar edərdisə, həmin torpaq geri alınmalı idi. Döyüşçü iqta torpağım sata və başqasına bağışlaya bilməzdi. Əks halda onu ölüm cəzası gözləyirdi.



Qazan xanın ardıcıl şəkildə həyata keçirdiyi islahatlardan biri də vergi sisteminin yenidən qurulmasını nəzərdə tuturdu. 1303-cü il qanununa əsasən keçirilən vergi islahatına görə rəiyyətdən vergilər yalnız müəyyən olunmuş vaxtlarda yığıla bilərdi. Taxıl vergisi ildə iki dəfə: yazda (21 mart-11 aprel) və payızda (22 sentyabr-12 oktyabr) yığılmalı idi. Ölkə üzrə vergi ödəyəcək əhalinin siyahısı tutuldu, vergilərin növləri, miqdarı və ödənilmə vaxtı dəqiq müəyyən olundu. Hər bir kənddə və məntəqədə əhalinin ödəməli olduğu vergilərin miqdarının yazıldığı lövhələr qoyuldu. Dövlət torpaqlarından yığılan xərac vergisi məhsulun 60%-ni, xüsusi sahibkar torpaqlarında isə məhsulun 10%-ni təşkil etməli idi. Əsas dəyişikliklərdən biri isə vergi yığılması işinin mərkəzi divana tapşırılması oldu. Bununla Qazan xan vilayət hakimlərinin vergi yığılması işinə müdaxiləsinin qarşısını almağa və bu sahədə məmur özbaşınalığını azaltmağa çalışırdı. İslahata əsasən vergi yığılması işinin iltizama (icarəyə) verilməsi ləğv edilməsə də, bu sahədə qayda-qanun yaradıldı. Bundan sonra vergi yığımı etibarlı və dürüst adamlara iltizama verilirdi və iltizam müddəti üç ildən çox ola bilməzdi.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin