1. Azərbaycanın təbii-coğrafi şəraiti


Əmir Teymurun Azərbaycana yürüşləri və onun nəticələri



Yüklə 344,46 Kb.
səhifə55/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   51   52   53   54   55   56   57   58   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

54.Əmir Teymurun Azərbaycana yürüşləri və onun nəticələri.

Hakimiyyətə gələrkən Səmərqənd şəhərini dövlətin paytaxtı elan edən əmir Teymur dövlətin sərhədlərini genişləndirmək üçün hərbi yürüşlərə başladı. Amu-dərya ilə Sır-dərya arasındakı torpaqlar, eləcə də Fərqanənin tutulması çox da çətin olmadı. Xarəzmin itaətə gətirilməsi isə böyük qüvvə tələb etdi. Teymur buraya 5 dəfə (1372, 1378, 1380, 1388) yürüş etdi. Azərbaycan 1386-cı ilin baharında yenidən İrana və Cənubi Qafqaza yürüş etmiş Teymurun hücumuna məruz


qaldı.

Teymurun bu yürüşü tarixdə üçillik yürüş kimi tanınır. O, ilk növbədə, bir sıra əmirlərini Sultaniyyəyə göndərdi. Onlar burada yerli hakim olan Adillə birləşdilər və Təbrizə gəldilər. Sultan Əhmədin Təbrizdəki əmirlərinin bir qismi Əlincə qalasına, bir qismi isə Bağdada çəkildi. Təbriz Adilin ixtiyarına keçdi. Sultan Əhmədin Təbrizə göndərdiyi qoşun yenidən məğlub olub geri qayıtdı.

Az sonra Adil Teymuru qarşılamaq üçün Həmədana gedərkən Sultan Əhməd bir daha Təbrizə tərəf irəlilədi.

O, Marağa vilayətinə daxil olduqda Adilin əmirləri Təbrizi tərk edib geri çəkildilər. Adillə birləşmiş Teymur

Ucana çatdıqda Sultan Əhməd düşmənə qarşı müqavimət göstərmək iqtidarında olmadığı üçün Təbrizdən çıxıb Naxçıvana getdi və düşərgəsini tərk edərək oradan Bağdada çəkildi.

Təbrizə daxil olmuş Teymur bir müddətdən


sonra Naxçıvana getdi və orada, Əlincə qalasının ətəklərində birgünlük vuruşmadan sonra Qarabağa qışlamağa gəldi. Teymur Qarabağda olduğu zaman Şirvanşahİbrahim qiymətli hədiyyələrlə onun yanına gedib öz itaətini bildirərək onunla ittifaq bağladı.

XIV əsrin son rübündə Cənubi Qafqazda baş vermiş hadisələr (ilk növbədəTeymurun və şirvanşah I İbrahimin fəaliyyəti) nəticəsində Azərbaycanın Şimal-qərb sahələri genişləndi. Tarixçi Şərəfəddin Əli Yəzdinin məlumatına


görə, bu dövrdə Azərbaycan ilə Gürcüstan arasındakı sərhəd Debed (Tebeder) çayı boyunca keçirdi.1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqənd üzərinə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməli oldu. O, burada öz şahzadələrindən və yerli əyanlardan ibarət canişinləriniqoydu. Təbriz şəhəri Miranşahın başçılığı ilə Əmir Məhəmməd Dəvati və Qara Bəstama, Sultaniyyə Əxi,Pişkin Əmir  və Hacı Əhmədə tapşırıldı. Lakin tezliklə Teymurun canişinləriarasında çəkişmələr başlandı.

Azərbaycanda hakimiyyəti ələ almağa çalışan bir sıra yerli feodal qrupları da mübarizəyə qalxaraq, həm Teymurilərlə, həm də öz aralarında toqquşurdular. Sultan Əhmədin Təbrizdə hakimiyyətini bərqərar etməyə çalışan əmirlər, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Qara Yusifin başçılığı ilə Qaraqoyunlular, Marağa hakimi Yadigar şahın dəstələri və hakimiyyətdə möhkəmlənməyə can atan Teymuri əmirləri bu çəkişmələrin başlıca iştirakçıları idi.1387-ci ildə Təbriz hakimlərindən olan Qara Bəstam və Pişkin hakimi Əmir  ittifaqa girərək Məhəmməd Dəvatinin üzərinə hücum etdilər, onu məğlubiyyətə uğradaraq Təbrizin idarəsini öz əllərinə aldılar.

1388-ci ilin fevralında Əlincə qalasının kutvalı Xacə Cövhər Cəlairi əmiri sultunun başçılığı ilə Təbrizə qoşun göndərdi. ġəbli Mərənddə onlara qarşı çıxdı, lakin məğlub oldu. O, əvvəlcə Təbrizdə, sonra isə Marağada əhalini
qarət etdi.Təbrizdə ġəblin in naibi Əmir Dövlətyar hökmranlıq edirdi.  Vəziyyətdən istifadə edən Məhəmməd Dəvati Qaraqoyunlu Qara Məhəmmədi şəhəri tutmağa çağırdı. Həmin ilin may ayının 25-də Qaraqoyunlu qoşunu Təbrizə çatdı, şəhərdə olan üsyançıları həbs edib Şəblinin ardınca getdi. Onlar Həştruddakı vuruşmada qələbə çaldılar. Şəbli öldürüldü. Lakin Qaraqoyunlularla Ağqoyunlular arasındavuruşma başlandığı üçün Qara Məhəmmədin dəstəsi Təbrizdən çıxmalı oldu. Onlar şəhəri Qara Bəstama və Əmir Caliqə tapşırdılar. tezliklə Qaraqoyunlu əmirləri də şəhəri tərk etdilər və Təbriz şeyx Adilin sərəncamına keçdi. O, Əlincə qalasının kurvalı Cövhəri Təbrizə dəvət etdi. Cövhərin Təbrizi tutub Arrana qoşun göndərməsindən narazı qalmış Xalxal hakimi Mahmud ona qarşı qoşun yeritdi və Təbrizə yürüş edib şəhəri ələ keçirdi.

Təbriz 5 ay müddətində Mahmud Xalxalinin başçılıq etdiyi əmirlər qrupunun (şeyx Hacı, Satılmış Məlik Nizaməddin, Xalıq və b.) ixtiyarında oldu. Bundan sonra isə şəhər Əlincə qalasından Altunun hücumuna məruz qaldı. Altun Mahmud Xalxalinin bir neçə əmirini tutub Əlincə qalasına göndərdi, özü isə Təbrizə daxil oldu. Lakin 1391-ci ildə Mahmud Xalxali yenidən Sultaniyyədən Təbrizə yürüş etdi, Altun ilə qanlı vuruşmalar apardı və qalib gələrək Təbrizdə hakimiyyəti ələ aldı. O, 6 aydan sonra Əmir Məlik Nizaməddini şəhərdə qoyub Xalxala qayıtdı. Vəziyyətdən istifadə edən Qara Yusif Xoydan Təbrizə gəldi, şəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri qayıtdı. Az sonra Əmir Altun bir daha Əlincə qalasından Təbrizə hücum etdi, şəhəri ələ keçirdi. O da öz nümayəndələrini şəhərdə qoyub geriyə – Əlincəyə qayıtdı. Bu vaxt Mahmud Xalxali Təbrizə yürüş edərək, Altun ilə 12 günlük vuruşmadan sonra qələbə çaldı və şəhərə daxil oldu. Lakin o, bu dəfə də Təbrizdə möhkəmlənə bilmədi.

1392-ci ildə Alatağ yaylağından Təbrizə irəliləyən Qara Yusif şəhəri tutdu, Mahmud Xalxala çəkildi. Təbriz bir neçə gündən sonra Əmir Bəstam və onun müttəfiqlərinin (qardaşı Mənsur və Xalıqın) əlinə keçdi. Qara Yusif şəhərdən çıxmalı oldu.Bu zaman Marağada da feodal çəkişmələri gedirdi. Ruyendej qalasında Əmir Məhəmməd Dəvatini həbsə almış Yadigarşah Marağada hökmranlığa başladı və bir neçə gündən sonra Təbrizə yürüş etdi. Lakin şəhəri tutmaq ona müyəssər olmadı.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin