56.Ağqoyunlu sülalə dövlətinin yaranması və imperiyaya çevrilməsi.
Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.
XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.
Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Sultan II Mehmet Fateh ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı.
Dostları ilə paylaş: |