57.Ağqoyunluların diplomatik əlaqələri.Ağqoyunlu Osmanlı mübarizəsi.
Azərbaycanın Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələri tariximizin lazımi səviyyədə öyrənilməmiş problemlərindəndir. Problemin araşdırılmasının tarixşünaslığımız üçün başlıca elmi əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan xalqının XV-XVI əsrlərdəki inkişafı Şirvanşahlar, Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi dövlətləri kimi geniş əraziyə malik olmuş siyasi qurumlarının tarixi ilə bilavasitə bağlı olmuşdur. Bu dövlətlərin sosial , siyasi , iqtisadi tarixinin, onların Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsi ümumdünya tarixinin bəzi məsələlərinin obyektiv həlli üçün də vacibdir.
Orta əsrlər Şərqinin Ağqoyunlu və Səfəvi dövlətləri kimi iri siyasi vahidləri qonşu dövlətlərlə geniş iqtisadi əlaqələrə malik idi. Bu feodal dövlətləri beynəlxalq münasibətlər sistemində fəal mövqe tutmuş, Asiya və Avropa ölkələrinin Osmanlı imperiyasına qarşı hərbi-siyasi ittifaqlarında başlıca rol oynamışlar.
Ağqoyunlu-Osmanlı münasibətləri məsələsinə tarixşünaslığımızda Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqələrinin səbəblərini izah etmək məqsədilə araşdırmalar aparmış tədqiqatçılar ümumi şəkildə toxunmuşlar.
İ.P.Petruşevski Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə (xüsusən Venesiya ilə) diplomatik əlaqələrini tədqiq etmiş, Ağqoyunlu hökmdarının Avropaya meyl etməsini XV əsrin II yarısında Osmanlı Türkiyəsinin gömrük siyasəti, habelə sultan II Mehmedin (1451-1481) qəsbkarlıq planları ilə əlaqələndirmişdir.
C.M.İbrahimov da Azərbaycanın XV əsr tarixinə dair tədqiqatlarında İ.P.Petruşevskinin elmi nəticlərini təsdiq etmişdir. Bəzi əsərlərdə isə A ğqoyunluOsmanlı münasibətləri tədqiq edilərkən Osmanlı Dövlətinin istilaçılıq siyasəti ön plana çəkilir. Ağqoyunlu dövləti Venesiya respublikası və digər Qərb dövlətləri «Türk hücumu təhlükəsindən ehtiyat edən» siyasi vahidlər kimi təqdim edilir. Ağqoyunlu-Osmanlı münasibətləri Y.M.Mahmudovun əsərlərində daha geniş tədqiq olunmuşdur.
Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlər tarixini elmi
baxımdan düzgün qiymətləndirmək üçün bu əlaqələrin inkişaf prosesini iki
dövrə bölmək mümkündür:
1. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən əvvəlki dövr
2. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən sonrakı dövr
XV əsrin ikinci yarasında Ağqoyunlu tayfa ittifaqı Dəclə v ə Fərat çaylarının yuxarı axarında möhkəmlənmişdi. Diyarbəkr isə bu feodal bəyliyinin mərkəzi idi. Ağqoyunlu əmirləri ilə Osmanlı sultanları arasında ənənəvi düşmənçilik münasibətləri vardı. Yaşar Yücel və Yılmaz Öztuna bu düşmənçiliyin XIV əsrin sonlarında Qara Osmanın dövründə başladığını göstərir. Qazi
Bürhanəddini öldürmüş Ağqoyunlu rəisi Osman bəy Sivası almağa çalışırdı.
İldırım Bəyazidin Sivası zəbt etməsi, ağqoyunluların ən böyük rəqibi olan qaraqoyunluların osmanlıların dostu olması bu düşmənçiliyi daha da gücləndirdi. Faruq Sümerin fikrincə, Ağqoyunlu bəyliyinin qurucusu olmuş Qara Osmanın osmanlılarla münasibətləri daim dostluq məcarəsında keçmişdir. Osmanlı dövləti ilə həmsərhəd olan yerlərdə Ağqoyunlu tayfa ittifaqının getdikcə güclənməsi Osmanlı sultanlığını təşvişə saldığından, Sultan İldırım Bayəzid öz qüvvələrini toplayaraq ağqoyunlulara qarşı mübarizəyə qalxır. Vəziyyətin gərginləşdiyini hiss edən Qara Osman osmanlılar əleyhinə mübarizədə Teymurun qüvvələri ilə əlaqəyə girir. Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar üçün əlverişli şərait yaradır. Ağqoyunlular Ankara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində vuruşduqdan sonra Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi.
Tofiq Bıyıqlıoğlu belə hesab edir ki, Teymurun istilasından sonra Osmanlı dövləti daxilində baş vermiş qarışıqlıqdan faydalanan ağqoyunlular Osmanlı torpaqlarına təcavüz etməkdən çəkinməmişdi.
Bu təcavüzlər 50 ildən artıq bir müddət ərzində baş vermişdi. Dövrün qaynaqları T.Bıyıqlıoğlunun bu iddiasını tamamilə təkzib edir. Osmanlı sultanı I Mehmed Qazinin Qara Osmana məktubunda deyilir: «…Biz (bu vaxtlar ərzində) onlardan (yəni Qara Osmandan) dostluq və xeyirxahlıqdan başqa bir şey müşahidə etməmişik,.. özünüzü qədim dost və bu tərəfdən səmimi insan bilib, bu münasibətdə heç bir dəyişikliyə yol verməyin». Məktubdan göründüyü kimi, Osmanlı Sultanı Ağqoyunlu hökmdarı Qara Osmanla münasibətlərinin dostluq məcrasında inkişaf etdiyindən bəhs etməkdədir. Ancaq nəzərə almaq lazımdır ki, bu dostluğun dərin özülü olmadığından, o yalnız zahiri xarakter daşımışdır.
Dostları ilə paylaş: |