59.XV əsr Azərbaycan mədəniyyəti.
Azərbaycan mədəniyyəti – Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib.
XIV-XV əsrlərdə Azərbaycanda yaşayan əsas xalqın — Azərbaycan türk etnosununformalaşmasıylaAzərbaycan mədəniyyəti inkişaf edir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.
Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlət, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.
Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına 2, qeyri-maddi mədəni irs siyahısına 13, "Dünyanın yaddaşı" siyahısına 2 element daxil edilib.
Dostları ilə paylaş: |